Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-605/2020 19.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, cavabdeh İbrahimli Malik Abdulla oğlunun nümayəndələri Gəncəliyev Abdulla Rasul oğlunun və İbrahimli Azər Abdulla oğlunun iştirakları ilə, İddiaçı Şabanova Nişanə Nazim qızının cavabdeh İbrahimli Malik Abdulla oğluna qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1272/2019 nömrəli qətnaməsindən cavabdeh İbrahimli Malik Abdulla oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1272/2019 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia qismən təmin edilmiş, cavabdeh İbrahimli Malik Abdulla oğlundan alınaraq xx xxxxxx 2016-cı il təvəllüdlü İbrahimli Murad Malik oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 2(033)- 963/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Şabanova Nişanə Nazim qızına verilən alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, cavabdeh İbrahimli Malik Abdulla oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Şabanova Nişanə Nazim qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla birgə nikah dövründə anadan olmuş uşaqlarıxx.xx.2016-cı il təvəllüdlü İbrahimli Murad Malik oğlunun saxlanması üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Şabanova Nişanə Nazim qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İbrahimli Malik Abdulla oğlu ilə birgə nikahdan anadan olmuş İbrahimli Murad Malik oğlunun saxlanması üçün 117 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda İbrahimli Murad Malik oğlu 2 yaş 11 aylıqdır. Zaqatala Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə kifayət etmir. Uşağın xərcləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2019-cu ildə hər uşaq üçün minimum 160 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısı və ehtiyacı tamamilə onun tərəfindən çəkilir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çətindir. Heç bir yerdə işləmir. Hazırda uşaq onun himayəsindədir. Həmin məbləğ hal-hazırda mövcud olan hazırki bazar qiymətləri ilə müqayisədə uşağın saxlanılmasına kifayət etmir. Onun uşağın saxlanılması üçün kifayət qədər maddi imkanı yoxdur. Onun maddi vəziyyəti çox ağırdır. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh İbrahimli Malik Abdulla oğlunun nümayəndəsi Gəncəliyev Abdulla Rasul oğlu iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İbrahimli Malik Abdulla oğlu ilə birgə nikahdan anadan olmuş İbrahimli Murad Malik oğlunun saxlanması üçün 117 manat alimentin tutularaq iddiaçı Şabanova Nişanə Nazim qızına ödənilməsi qət edilmişdir. İddiaçı uşağı onlara göstərmədiyi halda aliment tələbi də təmin edilməməlidir. Əgər iddiaçı bu məbləğlə uşağa baxa bilmirsə onda uşağı onların himayəsinə versin. Hazırda iddiaçıya daha yüksək, yəni iddia ərizəsində göstərilən məbləğdə aliment ödəməsinə maddi imkanları yoxdur. Məhkəmə qətnaməsi ilə tutulan alimenti verməkdə belə çətinlik çəkirlər. Alimentin məbləğinin azaldılmasını, həmçinin iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh İbrahimli Malik Abdulla oğlunun nümayəndəsi İbrahimli Azər Abdulla oğlu digər nümayəndənin izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh İbrahimli Malik Abdulla oğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh İbrahimli Malik Abdulla oğlu apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin qətnaməsində yazılmış hər ay 130 manat sabit pul məbləğində müddəası ilə razı deyil. Qətnamədə qeyd edilən 130 manat məbləğində alimenti ödəyə bilməz. Məhkəmənin gəldiyi nəticə düz deyildir. Belə ki. onun maddi vəziyyəti, aylıq gəliri 130 manat alimenti ödəməyə imkan vermir. Cavabdeh uşağa qarşı çox laqeyddir, uşağa lazımı qayğını göstərmir, aldığı alimenti uşağa xərcləmir, uşağı bağçaya qoymur, uşağı nəyə görə bağçaya qoymadığını soruşanda gah bağçalarda yer olmadığını, gah da özüm bilərəm deyir. O, bir ata kimi uşağın bağçaya getməsini, daha yaxşı tərbiyə almasını və savadlı olmasını istəyir. Cavabdeh onu laqeyd ata adlandıraraq ona böhtan atır və təhqir edir. O, bir ata kimi övladına lazımı qayğı göstərir. Bundan başqa cavabdeh onu uşaqla görüşməyə qoymur, onun oğluyla ünsiyyətdə olmağına mane olur. Cavabdeh özü məhkəmədə uşağa baxmağa çətinlik çəkdiyini etiraf etdi. O, məhkəmədə cavabdeh uşağa baxmaqda çətinlik çəkirsə uşağı götürmək istədiyini bildirmiş və uşağın cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Hələ boşanmamışdan əvvəl cavabdeh öz valideynlərinin yanında yaşadığı zaman o uşağın xəstələndiyini eşidərək telefonla təcili yardım, həkim çağırmış və özü də uşağın olduğu evə getmişdir. Məlum olmuşdur ki, uşaq xəstədir, yüksək temperaturu var, cavabdeh isə uşağın bu xəstəliyinə laqeyd yanaşaraq onu müayinə etmək üçün həkim belə çağırmamışdır. Hətta həkim müayinə etmək istəyəndə icazə vermək istəmirdi. Mübahisədən sonra uşağı cavabdehdən alaraq təcili yardım həkiminə təqdim etmişlər, həkim də onu xəstəxanaya apararaq orada müayinə etmişdir. Bu dediklərinin video görüntüləri çəkilmişdir, məhkəməyə təqdim edə bilər. Lakin, məhkəmə bütün bunlara münasibət bildirmədən cavabdehi humanist ana, onu isə laqeyd ata kimi göstərərək cavabdehin xeyrinə qətnamə çıxardı. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 1272/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh İbrahimli Malik Abdulla oğlunun nümayəndələri Gəncəliyev Abdulla Rasul oğlu və İbrahimli Azər Abdulla oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı Şabanova Nişanə Nazim qızı və cavabdeh İbrahimli Malik Abdulla oğlu lazımı qaydada məhkəmə Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh İbrahimli Malik Abdulla oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1272/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Zaqatala rayonu Muxax kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İİİ 898451 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2016-cı il təvəllüdlü İbrahimli Murad Malik oğlunun atası İbrahimli Malik Abdulla oğlu, anası isə İbrahimli Nişanə Nazim qızıdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(033)-963/2018 nömrəli qətnaməsindən görünür ki, İbrahimli Malik Abdulla oğlu ilə Şabanova Nişanə Nazim qızı arasında Zaqatala rayonu Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx xxxxxx 2016-cı il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin nikahından xx xxxxxx 2016-cı il tarixdə anadan olmuş İbrahimli Murad Malik oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İbrahimli Malik Abdulla oğlundan hər ay 117 manat sabit pul məbləğində alimentin alınaraq Şabanova Nişanə Nazim qızına verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən aşağıda sadalanan milli və beynəlxalq hüquq normalarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının xx xxxxxx 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. (Həmin məbləğ 2020-ci ildə artırılaraq 170 manat müəyyən edilmişdir) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Şabanova Nişanə Nazim qızı ilə cavabdeh İbrahimli Malik Abdulla oğlunun birgə nikahlarından xx xxxxxx 2016-cı il tarixdə İbrahimli Murad Malik oğlu adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(033)-963/2018 nömrəli qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulmuş, tərəflərin nikahından xx xxxxxx 2016-cı il tarixdə anadan olmuş İbrahimli Murad Malik oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İbrahimli Malik Abdulla oğlundan hər ay 117 manat sabit pul məbləğində alimentin alınaraq Şabanova Nişanə Nazim qızına verilməsi qət edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan azyaşlı uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh tərəf isə iddianı qəbul etmir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi iddiaçı Şabanova Nişanə Nazim qızı və cavabdeh İbrahimli Malik Abdulla oğlu bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Birinci instansiya məhkəməsi sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə Şabanova Nişanə Nazim qızının artıq 3 yaşına çatmış uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2016-cı il təvəllüdlü İbrahimli Murad Malik oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İbrahimli Malik Abdulla oğlundan iddiaçı Şabanova Nişanə Nazim qızının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab etmişdir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh İbrahimli Malik Abdulla oğlundan alınaraq xx xxxxxx 2016-cı il təvəllüdlü İbrahimli Murad Malik oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 2(033)-963/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Şabanova Nişanə Nazim qızına verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. “Uşaq hüquqları haqqında” 1989-cu il Konvensiyasının 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipinin taninmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəməkollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh İbrahimli Malik Abdulla oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1272/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1272/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh İbrahimli Malik Abdulla oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-605/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-605/2020
19.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver