Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-605/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)- 600/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1028 manat əsas, 140.03 manat faiz və 2.67 manat cərimə olmaqla, cəmi 1170.70 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin alınıb, iddiaçı “xxxx” X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-600/2020 nömrəli (hakim Z.Tahirov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh “xxxx” X5 Səhmdar Cəmiyyətinin xeyrinə 1028 manat əsas, 139.47 manat faiz və 2.67 manat cərimə olmaqla, cəmi 1170.14 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 29.99 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,00 manatdan 72.50 manat Cavabdeh və 72.50 manat iddiaçı “xxxx” X5 Səhmdar Cəmiyyətindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X1 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-600/2020 saylı qətnaməsinin “ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatın 72.50 manatının iddiaçı “xxxx” KB ASC-dən tutularaq AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hissəsində” ləğv edilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 145 manat məbləğin Cavabdeh tutulması, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, “xxxx” X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün 27 ay müddətinə illik 22% ödəmək şərtilə 1028 manat məbləğində kredit verilmişdir. “xxxx” KB ASC ilə Cavabdeh arasında bir neçə kredit müqaviləsi olmuşdur. Müştərinin xx.xx.2018-ci il tarixli, 3018sSUM/18 saylı və xx.xx.2018-ci il tarixli, 2549Ssum/18 saylı kreditinin ödənilməsində maddi çətinliyi yaranmış, banka müraciət edərək, ona yeni kredit verilməsini və bu kredit hesabına gecikmədə olduğu kreditin bağlanmasını xahiş etmişdir. Müştərinin xahişinə uyğun olaraq ona xx.xx.2019-cu il tarixli, 2345nkSUM/19 saylı müqavilə üzrə yeni kredit verilmiş və verilmiş yeni kredit hesabına müştərinin gecikmədə olan krediti bağlanmışdır. Yəni bankın pulu hesabına cavabdehin digər krediti bağlanılmış və bu əməliyyat bir hesabda olan pulun digər hesaba köçürülməsi ilə baş vermişdir. Qeyd edilən prosedur, yəni əvvəlki kreditin yeni öhdəlik hesabına bağlanması müvafiq qanunvericiliyə əsasən həyata keçirilmişdir. Bundan başqa müqavilənin 1.3-cü bəndindən də göründüyü kimi, xx.xx.2019-cu il tarixli, 2345nkSUM/19 saylı kredit müqaviləsi xx.xx.2018-ci il tarixli, 3018sSUM/18 saylı və xx.xx.2018-ci il tarixli, 2549Ssum/18 saylı kredit müqavilələrinin bağlanılması (xitam olunması) şərti ilə rəsmiləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh 1028 manat əsas, 140.03 manat faiz və 2.67 manat cərimə olmaqla, cəmi 1170.70 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin alınıb iddiaçı “xxxx” X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” KB ASC olaraq Balakən Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin “ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatın 72.50 manatının iddiaçı “xxxx” KB ASC-dən tutularaq AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hissəsində” razılaşmırlar. Qətnamə həmin hissəyə münasibətdə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmənin qəbul etdiyi qətnamədə ümumiyyətlə 145 manatın 72.50 manatının hansı səbəbdən iddiaçı “xxxx” KB ASC-dən tutulması ilə bağlı heç bir əsaslandırma yoxdur. Sadəcə formal olaraq ekspertiza xərcinin yarısının “xxxx” KB ASC-dən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Bu da Mülki Prosessual Məcəllənin müvafiq normasına (AR MPM-in 119.1-cu maddəsi) tamamilə ziddir. Məlumat üçün qeyd edir ki, “xxxx” KB ASC Cavabdeh 1028 manat əsas, 140.03 manat faiz və 2.67 manat cərimə olmaqla, cəmi 1170.70 manat borcun və 30 AZN məbləğində ödənilmiş dövlət rüsumun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi Rəyində Cavabdeh xx.xx.2019-cu il tarixli, 2345nkSUM/19 saylı kredit müqaviləsi üzrə borcu xx.xx.2020-ci il tarixinə (maliyyə arayışında tələb olunan tarixə) əsas borc üzrə 1028 manat və faiz borcu üzrə 139.47 manat olması müəyyən edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı “xxxx” KB ASC-nin iddia tələbi ilə ekspert rəyi arasında, demək olar ki, heç bir fərq yoxdur. Fərq olmamasına baxmayaraq ekspertiza xərcinin(145 AZN) yarısnın, yəni 72.50 manatının “xxxx” KB ASC-yə edilməsi hüquqa və ədalətə tamamilə ziddir. Buna görə də sözügedən qətnamə “ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatın 72.50 manatının iddiaçı “xxxx” KB ASC-dən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi” hissəsində ləğv edilməlidir. Belə ki, AR MPM- in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin məhkəmə qanunvericiliyin bu tələbini pozmaqla məhkəmə xərclərini ödənilmiş tələblərin məbləğinə münasib olaraq nəzərə bölməmiş, yəni ekspertiza xərcinin yarısının iddiaçıya aid edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmiş və hansı səbəbdən bu nəticəyə gəlməsini öz qətnaməsində əsaslandırmamışdır. Çünki, is üzrə cəmi ekspertiza xərci 145 manat təşkil edir və iddia tələbinin borcla bağlı qismən təmin olunan hissəsi isə iddia tələbinin 99%-ni təşkil edir. Bu prizmadan götürdükdə belə 145 manat ekspertiza xərcinin yarısının (72.50 AZN) iddiaçıya aid edilməsi qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-600/2020 saylı qətnaməsinin “ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatın 72.50 manatının iddiaçı “xxxx” KB ASC-dən tutularaq AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hissəsində” ləğv edilməsini, iş üzrə ekspertiza xərcini təşkil edən 145 manat məbləğin Cavabdeh tutulmasını, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” KB ASC-nin mayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi ekspertiza xərcinin bir hissəsini onlara aid etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, onların iddia tələbi təmin edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını kollegiyadan xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadəsində olan 070 228 92 98 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf qətnamənin yalnız ekspertiza xərcinin onlara aid hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yalnız bu hədd daxilində işə baxılmalı və qətnamə bu hissədə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx.xx.2019-cu il tarixli, 2345nkSUM/19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh “xxxx” X5 Səhmdar Cəmiyyətindən istehlak məqsədləri üçün 27 ay müddətinə 1028 manat məbləğində kredit verilmişdir. “xxxx” X5 Səhmdar Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, UB-BANK/PİKMD/904840 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh xx xxxx 2020-ci il tarixinə “xxxx” X5 Səhmdar Cəmiyyətinə 1028 manat əsas, 140.03 manat faiz və 2.67 manat cərimə olmaqla, cəmi 1170,70 manat məbləğində borcu vardır. İddiaçı “xxxx” X5 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədən kənar qaydada məktub göndərilməklə Cavabdeh borcunun ödənilməsi tələb edilmiş, lakin həmin borc ödənilməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4183 saylı rəyindən görünür ki, Cavabdeh “xxxx” X5 Səhmdar Cəmiyyətinə olan borcu xx xxxx 2020-ci il tarixə əsas borc üzrə 1028.00 manat və faiz borcu üzrə 139.47 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 9/4183 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsi ilə razılaşsa da, ekspertiza xərcinin bir hissəsinin iddiaçıya aid edilməsi hissəsi ilə razılaşmır. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı cavabdehdən ümumilkikdə 1170.70 manat məbləğində pul tələb etmiş, iddia tələbi də qismən təmin olunaraq 1170.14 manat məbləğində müəyyən edilmişdir. . Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda kollegiya qeyd edir ki, ekspertiza xərci tam olaraq cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-600/2020 nömrəli qətnaməsi “iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,00 manatdan 72.50 manat Cavabdeh, 72.50 manatının iddiaçı “xxxx” X5 Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,00 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X1 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-605/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-605/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver