Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-610/2025 29.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinin geri qaytarılması barədə Balakən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(019)- 52/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X2 iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3995 (üç min doqquz yüz doxsan beş) manat məbləğində maddi zərərin, dəymiş maddi zərərə görə əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat məbləğin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun, cəmi 7085 (yeddi min səksən beş) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 02 sentyabr 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə iddiaçı X2 əsl İddiaçı ilə əvəz olunmuşdur. Balakən Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2(019)-52/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh maddi ziyana görə 3995 manat və ödənmiş dövlət rüsumu xərcinə görə 51.30 manat, cəmi 4046,3 manat (dörd min qırx altı manat otuz qəpik) məbləğində pul alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2(019)-52/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən 15 aprel 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Baləkən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(019)-52/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Balakən Rayon Məhkəməsinin 05 mart 2025ci il e-2(019)-52/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Cavabdeh qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermiş, Baləkən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli e-2(075)-2661/2025 nömrəli qərardadının ləğv edilərək, apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Baləkən Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli e-2(075)-2661/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Baləkən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli e- 2(075)-2661/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş prosessual tələblərlə şərtləndirilmişdir. Məhkəməyə apellyasiya şikayəti daxil olduqda birinci instansiya məhkəməsi onun verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməklə verilib verilməməsini yoxlayır. Apellyasiya şikayətini nəzərdən keçirən məhkəmə hesab edir ki, müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən şikayət geri qaytarılmalıdır. MPM-in 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4cü, 355-13.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan qətnamənin 12 mart 2025-ci il tarixdə saat 15:11-də Cavabdeh elektron kabinetinə yerləşdirildiyi müəyyən olunur. Apellyasiya şikayəti isə 15 aprel 2025-ci il tarixdə saat 22:44-də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmişdir. Buradan da aydın olur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Apellyasiya şikayətinə prosessual müddətin bərpa olunması barədə ərizə əlavə olunmamışdır. MPM-in 363.1 və 363.1.2-ci maddələrinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 17 aprel 2025ci il tarixli e-2(019)-52/2025 saylı qərardadı prosessual qanunvericiliyin tələbləri pozulmaqla çıxarıldığından həmin qərardad ləğv edilməli və apellyasiya şikayəti baxılması üçün növbəti prosessual hərəkətlər edilməli, əks halda bu şikayətə baxıldıqdan sonra yeddi gün müddətində şikayət baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-52/2025 saylı qətnaməsi 05 mart 2025-ci il tarixdə elan edilmiş və onun elektron kabinetə yerləşdirilməsindən məlumatı olan kimi apellyasiya şikayəti vermişdir. Lakin həmin qətnamənin elektron kabinetə yerləşdirilməsindən heç bir rəsmi xəbərdarlıq edilməmiş və yalnız özü kabinetə daxil olarkən qətnamənin mövcudluğundan məlumatı olmuşdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bununla belə Balakən Rayon Məhkəməsi mübahisəli qətnaməni elektron kabinetə yerləşdirilməsi ilə bağlı ona elektron poçt, SMS və s. vasitələrlə məlumat verməmişdir. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş qətnamədən apellyasiya şikayətinin verilməsi üçün bir aylıq prosessual müddət ötürülməmiş hesab edilməlidir. Məhkəmənin iş materiallarında və Elektron Məhkəmə İnformasiya Sistemində sadə bir araşdırması ilə müəyyən ediləcəkdir ki, mübahisə predmeti olan Balakən Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli qətnaməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinin tələblərinə əsasən bununla bağlı cavabdehə sistem vasitəsi ilə məlumat verilməsinə dair iş materiallarında sübut mövcud deyildir. Elektron Məhkəmə İnformasiya Sistemində sözügedən qətnamənin cavabdehin elektron kabinetinə yerləşdirildiyi göstərilsə də, e-mail və ya SMS məlumatlandırma barədə hər hansı məlumat yoxdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin cavabdehin elektron kabinetinə yerləşdirilməsi barədə ona məlumatın verilməsinə dair iş materiallarında sübutlar mövcud olmadığından və bununla da şikayət müddətinin ötürülməsini müəyyən etmək mümkün olmadığından həmin qətnamədən cavabdehin apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməli idi. Qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə ilə bağlı artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(102)- 608/2023 nömrəli qərardadı mövcuddur. Həmin qərarda göstərilir ki, istənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (email) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir. Hazırkı halda isə maraqlı şəxs elektron kabinetində onun təsdiq edilmiş elektron ünvanı (e-mail) qeyd edilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyasının mövqeyinə görə, həmin şəxsə MPM-in 135.5 və 135.8- ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə sənədinin kabinetə yüklənməsi barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə avtomatik məlumat ötürülməsi mümkün olmadığına görə maraqlı şəxsin birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermə müddətini ötürdüyü barədə gəlinən nəticə qanuni hesab edilə bilməz. Bundan əlavə Balakən Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli qətnaməsi elan edildikdən sonra Azərbaycan Respublikasında şənbə və bazar günləri ilə bərabər Novruz bayramı ilə əlaqədar 20 mart-01 aprel 2025-ci il tarixləri arası qeyri iş günləri olmuş, həmçinin səhhəti ilə bağlı 12-xx.xx.2025-ci il tarixləri arasında müalicədə olduğundan həmin günlər üzürlü hesab edilməli və prossesual müddət hesablanarkən nəzərə alınmalıdır. Göründüyü kimi hər iki halda Balakən Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürülməmiş hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Kollegiya qeyd edir ki, mülki işin materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, məhkəmə qətnaməsi 12 mart 2025-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Kollegiya cavabdehin şikayətində göstərdiyi Balakən Rayon Məhkəməsi tərəfindən mübahisəli qətnaməni elektron kabinetə yerləşdirilməsi ilə bağlı ona elektron poçt, SMS və s. vasitələrlə məlumat verilməməsi, eləcədə elektron kabinetində onun təsdiq edilmiş elektron ünvanı (e-mail) olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılmasına dair tələbləri 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədlərinin bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməsidir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Normaların tələblərindən də göründüyü kimi məhkəmə sənədinin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildikdə sənəd məhkəmə tərəfindən rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin cavabdeh şikayətində elektron kabinetində onun təsdiq edilmiş elektron ünvanı (e-mail) olmamasını qeyd etsədə, mülki işin 99 vərəqəsində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdehin elektron ünvanı (mailto:anarleleyev6@gmail.comElektron ünvan ) mövcud olmuş və məhkəmə tərəfindən Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-52/2025 saylı qətnaməsi cavabdehin elektron kabinetinə yerləşdirildiyində sistem tərəfindən Cavabdeh “Elektron ünvan ” elektron ünvanına (e-mail) məlumat verilmişdir. Kollegiya həmçinin cavabdehin şikayətində göstərdiyi 12-xx.xx.2025-ci il tarixləri arasında müalicədə olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh 12xx.xx.2025-ci il tarixləri arasında müalicədə olduğunu göstərsə də, müalicədə olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət üzrlü səbəbdən ötürülmüş olsa belə tərəf apellyasiya şikayəti ilə birlikdə baxılması üçün müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi qərarında Avropa Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 357.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.4-ci maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Məhkəmə Kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Balakən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(019)-52/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(019)- 52/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(019)-52/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-610/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-610/2025
29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver