Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-612/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-681/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə, Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-yə məxsus “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3577 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3607 (üç min altı yüz yeddi) manat məbləğinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin (bundan sonra iddiaçı) nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək cavabdehdən 5077 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5107 (beş min bir yüz yeddi) manat məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-681/2019 saylıqətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2998 manat əsas borc və 30 manat dövlət rüsumu cəmi 3028 (üç min iyirmi səkkiz) manat məbləği tutlaraq İddiaçı hesabına ödənilməsi və iş üzrə ekspertiza xərci olan 120 manat məbləğindən 60 (altmış) manat iddiaçıdan və 60 (altmış) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP ( XİİS ) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Belə ki, iddiaçının özü tərəfindən təqdim edilmiş sübutlardan da göründüyü kimi avtomobilə dəymiş zərər məbləği mülki məsuliyyətini icbari qaydada sığortaladığı sığorta şirkəti tərəfindən 3500 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilmiş məbləği qəbul etməklə, həmçinin sığorta şirkəti tərəfindən göndərilmiş sığorta aktına imza və möhür etməklə iddiaçı avtomobilə dəymiş zərərin 3500 manat olduğunu qəbul etmişdir. Lakin daha sonra əlavə gəlir əldə etmək məqsədilə onun xəbəri olmadan qüsur aktı əldə etmiş, avtomobilə dəymiş zərəri sığorta şirkəti və onun iştirakı olmadan qiymətləndirmişdir. Hesab edir ki, iddiaçının bu hərəkətləri əlavə gəlir əldə etmək məqsədi daşıyır. “xxxxxxxxxxxxx” ASC-nin tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, PGU-190248 saylı sığorta aktına diqqətlə nəzər yetirdikdə avtomobilə dəymiş zərər məbləğinin 3500 manat məbləğində müəyyənləşdirildiyi, aktın yekun müddəalar hissəsində aşağıdakı məzmunda yazı olduğunu görmək olar: Sığortalı və ya zərərçəkən üçüncü şəxs təsdiq edir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi üçün qətidir; Sığortalı və ya faydalanan şəxs həmçinin, təsdiq edir ki, mövcud şəhadətnamədə göstərilən risklər üzrə mənafelərini digər heç bir sığortaçıda sığortalamamışdır və baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə heç bir digər ödəniş almır. İddiaçı bu aktı imza edərək möhürləməklə zərər məbləği ilə razılaşmış və baş vermiş hadisə nəticəsində zərərə görə heç bir digər ödəniş almadığını təsdiq etmişdir. İddiaçı ilk öncə sığorta şirkəti tərəfindən təqdim edilmiş qüsur aktı ilə razılaşmamalı və zərər məbləğini mübahisələndirməli idi. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)- 681/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-681/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx xxxxxx 2018-ci il tarixdə cavabdeh idarə etdiyi “QAZ 3302” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Xocasən yolunda İddiaçı MMC-yə məxsus “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx xxxxxx 2018-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş, avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 8577 manat müəyyən edilmişdir. Verilmiş ekspert rəyinə əsasən göstərilən avtomobilin təmir - bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7998 manat müəyyən edilmişdir. “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi kimi “xxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı MMC-yə cəmi 3500 manat sığorta məbləği ödənilmişdir. İddiaçı tərəfindən qanunla müəyyən olunmuş məbləğdə sığorta xərcinin ödənilməsi sığorta şirkətindən tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “X1” Azərbaycan Respublikası Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin təqsiri üzündən iddiaçıya 7998 (yeddi min doqquz yüz doxsan səkkiz) manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın 3500 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Qanuna əsasən sığorta təşkilatı tərəfindən iddiaçıya 5000 manat ödənilməli idi. Sığorta təşkilatı tərəfindən iddiaçıya ödənilməmiş qalan 1500 manat iddiaçı tərəfindən sığorta təşkilatndan tələb edilməlidir. Belə olan halda iddiaçıya dəymiş 7998 manat ziyan məbləğindən sığorta təşkilatı tərəfindən ödənilməli olan 5000 manat çıxıldıqdan sonra qalan 2998 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiq və qanunauyğundur.İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə xx xxxxxx 2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən göstərilən avtomobilə dəymiş ziyan təxminən 7998 (yeddi min doqquz yüz doxsan səkkiz) manat müəyyən edilmişdir. Avtomobilə dəymiş zərərin daha az məbləğdə olması barədə cavabdeh hər hansı bir mötəbər sübut novü təqdim etməmişdir. Apelyator apelyasiya şikayətində qeyd etdiyi dəlilləri təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-681/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-681/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-612/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-612/2020
27.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver