Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-62/2024 04.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli 2(024)-229/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı mərhum atası X4 Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007ci il tarixli 02 saylı qərarı ilə 200.32 kv.m torpaq sahəsi verilmiş və bu barədə onun adına A № 067397 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədi işlənmişdir. İddiaçı mərhum atası Seydəli Rəcəbovdan miras qalmış əmlaka dair Çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə müraciət etmiş, həmin idarənin mütəxəssislərinə cavabdeh tərəfindən ölçü və müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindənmaneçilik törədilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası X2 miras qalmış əmlaka dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsində göstərmişdir ki, atası X6 xx.xx.1997-ci il tarixdə ölmüşdür. Hazırda ondan miras qalmış əmlakın onun vərəsələri arasında bölüşdürülməsini istəyir. Lakin, atasından miras qalmış əmlaka dair Çıxarış olmadığından, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə müraciət etmiş, idarə isə cavabdeh tərəfindən maneələr olduğundan Çıxarışın verilməsindən imtina etmişdir. Hazırda atasından miras qalmış evin dam örtüyü cavabdehin evinin dam örtüyünə birləşmiş haldadır. Ona görə maraqlı şəxs olan orqan atasından miras qalmış əmlaka dair Çıxarış verməsi üçün ölçmə işlərini aparmalıdır. Lakin, cavabdeh buna imkan vermir. Buna görə də atası X2 miras qalmış əmlaka dair vərəsəlik işini başa çatdıra bilmir. Yəni buna Cavabdeh maneə yaradır. Beləliklə bütün yuxarıda göstərdiklərindən də göründüyü kimi atası X2 qalmış miras əmlaka dair açdırdığı vərəsəlik işini başa çatdıra bilmədiyi üçün Cavabdeh bu işə dair yaratdığı maneələr aradan qaldırılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən mərhum atası X2 miras qalmış əmlaka dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum atası X4 Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 saylı qərarı ilə 200.32 kv.m torpaq sahəsi verilmiş və bu barədə onun adına A № 067397 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədi işlənmişdir. İddiaçı mərhum atası Seydəli Rəcəbovdan miras qalmış əmlaka dair Çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə müraciət etmiş, həmin idarənin mütəxəssislərinə cavabdeh tərəfindən ölçü və müayinə işlərinin aparılmasına maneçilik törədilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin tərəfindən 30 yanvar 2023-cü il tarixdə iddiaçının müraciətinə cavab olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X3 adına qeydiyyata alınaraq texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 16 yanvar 2023-cü il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində baxıldığı və ərazi idarəsinin arxiv materiallarında Qax şəhərində yerləşən 0.02 ha torpaq sahəsinə X3 adına 16 sentyabr 2008-ci il tarixli, 2482 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat mövcud olması, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmçinin torpaq sahəsi digər şəxsin istifadəsində olmaqla mübahisəli olduğundan ərizənin icrasının mümkün olmadığı göstərilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçının mərhum atası Seydəli Rəcəbovun adına Torpaq sahəsinin Plan və Ölçü sənədinin səhv işləndiyini əsas gətirərək iddianın təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır.
5. Qax Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli 2(024)-229/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, İddiaçı mərhum atası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: AA******* saylı biometrik şəxsiyyət vəsiqəsinə dair məlumatlar АЗ № ******* saylı doğum haqqında şəhadətnamə İV-ЖГ № 494729 ölüm haqqında şəhadətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 30 yanvar 2023-cü il tarixli 3-21-3-39/2-R-0002- 8/2023 saylı məktub Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsinin A № 067397 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədi fərdi yaşayış evinin Texniki Pasportu xx.xx.2023-cü il tarixli qəbz
8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə o qonşuluqda yaşayırlar, həyətlərindən ictimai yola çıxış sahəsi eynidir. Həyətləri istifadə etdiyi qaydada, qanuni istifadəsinə verildiyi qaydada hazırlanmış texpasportları vardır. Lakin torpaq islahatı zamanı torpaq sahələrinin planı və ölçüləri düzgün tərtib edilməmiş və onun qanuni istifadəsində olan torpaq sahəsinin bir hissəsi, xüsusən də həyətinə gediş gəliş yolu iddiaçının atası Seydəli Rəcəbovun adına işlənmişdir. Bu səbəbdən mübahisə yaranmışdır. Qax rayon məhkəməsi isə işin hallarına uyğun araşdırma aparmamışdır. Belə ki, məhkəmə iş üzrə maraqlı tərəfin iddiaçıya ünvanladığı məktubu düzgün qiymətləndirməmişdir. 12 saylı Şəki Ərazi İdarəsinin məktubunda qeyd edilir ki, fərdi yaşayış evinə hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə isə qətnaməsində qət edərək yazır ki, "fərdi yaşayış evinə dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələr aradan qaldırılsın". Buradan görünür ki, iddiaçının evinin hüquqmüəyyənedici sənədlərinin olmamasına maneə odur. İddiaçının evinin sənədlərinin olmamasına onun heç bir maneəsi yoxdur. Maraqlı şəxsin məktubunda 2-ci hissə də isə yazılır: "həmçinin torpaq sahəsi digər şəxsin istifadəsində olmaqla mübahisəli olduğundan ərizənin icrası mümkün olmamışdır". Maraqlı şəxs qeyd edir ki, torpaq sahəsi digər şəxsin istifadəsində olmaqla mübahisəlidir. Maraqlı şəxs demir ki, iddiaçının torpağını o ölçməyə qoymur. Maraqlı şəxs tərəfindən iddiaçının ərizəsinin icrası ona görə mümkün olmamışdır ki, hazırlanmış Torpaq sahəsinin Planı və ölçüsü sənədləri, vətəndaşların istifadə etdikləri ölçüdə və formada deyil, tamam başqa qaydada hazırlanmışdır, yəni onun və valideynlərinin 50-70 il ərzində qanuni şəkildə istifadəsində olan torpaq sahələri hansısa məmurun səhlənkarlığına görə səhv işlənmiş və beləliklə də insanlar arasında mübahisələr, intiriqalar yaratmağa çalışmışlar. Məhkəmə isə onun cavabdeh kimi dediyi etirazı araşdırmadan qətnamə qəbul etmişdir. Torpaq sahələrinin səhv, yəni onun istifadə etdiyi torpağı iddiaçının dədəsinin mülkiyyəti kimi qeydiyyata alınması gələcəkdə böyük bir davanın əsasını qoya bilər, məhkəmə isə uzun illər mübahisələri araşdıran bir hakim kimi indidən gələcəkdə baş verə biləcək mübahisələri görür, lakin nədən işi obyektiv araşdırmır məlum deyil. Onun istifadəsində olan torpaq sahəsinin iddiaçının dədəsinin adına səhv işlənmiş hissəsində onun ailə üzvlərinin istifadə etdiyi ayaq yolu (tualet) tikintisi vardır.
10. Ona görə də, Qax Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli 2(024)-229/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli 2(024)-229/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
17. Cavabdeh Qax Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli 2(024)-229/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
19. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə cavabdeh-apellyator Cavabdeh Şəki İnzibati Məhkəməsinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinin yenidən qeydiyyata alınması tələbinə dair iddia ilə müraciət etmiş, həmin inzibati iş üzrə 28 mart 2024-cü il tarixli 2-1(116)-347/2024 nömrəli qərardadla iddia mümkün sayılmamışdır. Həmin qərardad Şəki Apellyasiya Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(107)- 335/2024 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır. Ona görə də, cavabdehin hazırki iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassızdır.
20. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
21. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli 2(024)-229/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli 2(024)-229/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev