Məhkəmə qərarları › İş №2(107)-620/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-620/2020

06.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-620/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-ci il tarixli, 2(051)-1938/2019 saylı qətnaməsinin izah edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-1938/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-1859/2018 saylı qətnaməsinə (hakim Hüseyn Mirzəliyev) əsasən Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü Bayram və xx.xx.2012-ci il təvəllüdlü Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 120 manat, cəmi 240 manat müəyyən edilmiş və hər ay tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1938/2019 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin miqdarı artırılaraq xx.xx.2006-cı il təvəllüdlü Bayram və xx.xx.2012-ci il təvəllüdlü Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat müəyyən edilmiş və hər ay tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1938/2019 saylı qətnaməsi üzrə icra vərəqəsi xx.xx.2019-cu il tarixdə icra edilməsi üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru X1 tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Məhkəmənin xx.xx.2019-ci il tarixli 2(051)-1938/2019 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-1938/2019 saylı qərardadına əsasən ərizə təmin olunmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə şikayətlə məhkəməyə müraciət edərək məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(051)-1938/2019 saylı qərardadının ləğv edilməsi və məhkəmənin xx.xx.2019-cu il tarixli 2(051)-1938/2019 saylı qətnaməsinə əsasən artırılan 280 manat alimentin tutulmasına qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlanması haqqında qərardad qəbul edib Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-1938/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyası iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxmağı mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-1938/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsindən imtana etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxılmasına mane olmur. MPM-nin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması” tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. İş materiallarından da görünür ki, məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli 2(051)1938/2019 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, xx xxxxxxx 2019-cu ildə icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmuru X1 tərəfində xx xxxxxxx 2019-cu ildə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Müvafiq qanunvericilik alimentin miqdarı dəyişdirilərkən alimentin tutulub hesablanması qaydasını dəqiq müəyyən etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-ci il tarixli, 2(051)-1938/2019 saylı qətnaməsinin izah edilməsi barədə ərizənin təmin edilməsi həmin qətnamənin məzmununun dəyişdirilməsi ilə nəticələnər ki, bu da Azərbaycan Respublikası MPM-nin 230-cu maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-1938/2019 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də İddiaçı şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-1938/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-1938/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar