Məhkəmə qərarları › İş №2(107)-620/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-620/2025

13.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-620/2025 13.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçının və nümayəndəsi (vəkil) Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçının Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(075)-169/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 150000 (bir yüz əlli min) ABŞ dolları borcunun, əldən çıxmış fayda kimi 30000 (otuz min) ABŞ dolları pulun Azərbaycan manatının ekvivalenti ilə, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 1400 (bir min dörd yüz) manat və ödənilmiş 599 (beş yüz doxsan doqquz) manat dövlət rüsumu olmaqla cəmi 307999 (üç yüz yeddi min doqquz yüz doxsan doqquz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh artıq 3 (üç) ilə yaxındır aldığı 150000 (bir yüz əlli min) ABŞ dolları pulu qaytarmaq istəmir. Həmin pulu cavabdehdən almaq üçün Azərbaycan Respublikasının bütün orqan və təşkilatlarına müraciət etmişdir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün hətta Gürcüstan Respublikasının da müvafiq orqanlarına müraciət etmişdir. Təəssüf ki Cavabdeh borcunu qaytarmaq əvəzinə ona qarşı xüsusi ittiham qaydasında şikayət vermişdir. Həmin şikayəti verməklə Cavabdeh onu qorxutmaq istəyir. İlk öncə xüsusi ittiham qaydasında şikayət verən şəxsin istinad etdiyi Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələrində qeyd edilən əməllər onun tərəfindən törədilməmiş, əksinə Cavabdeh barəsində etdiyi çoxsaylı əsaslı və doğru şikayətlərdən çəkindirmək istəyir. Cavabdeh əvvəllər bir neçə dəfə ona borclu olduğu pulu qaytarmaq istədiyini bildirmiş, lakin Sevil Səlimova adlı qadının onu müflis etdiyinə görə pulu qaytarmaq üçün ondan vaxt istəmişdir. O şikayət etdikdən sonra isə guya borcunun olmadığını, hətta onu ümumiyyətlə tanımadığını bildirmişdir. Cavabdehin 150000 (bir yüz əlli min) ABŞ dolları borcunun olduğu səs yazıları və sənədlərlə tam sübuta yetirilir. İddia ərizəsində yazdığı bütün xüsusatlar barədə səs yazıları var. Onun yeznəsinin və özünün qapısına pulunu istəmək üçün getmişdir. Eyni zamanda müvafiq dövlət orqanlarına da rəsmi müraciət etmişdir. Lakin təəssüflər olsun ki, Cavabdeh barəsində qəbul olunmuş Şəki ŞRPŞ-nin 24 sentyabr 2023-cü il tarixli qərarı bu günə qədər təqdim olunmamışdır. Həmin qərarda məhkəməyə müraciət etmək tövsiyyə olunur. Etdiyi şikayətlərdən sonra cavabdeh onu öldürməklə hədələyir, söyür, təhqir edir, şərəf və ləyaqətini alçaldır. Cavabdeh 2 ilə yaxın müddətdə ona göstərdiyi təzyiqləri davam etdirir. Bütün bunların səbəbi kimi cavabdeh onun barəsində etdiyi şikayətləri göstərir. Baş Prokurorun və X9 qəbuluna getməyini “nə isə axtardığı” kimi qiymətləndirir və barəsində təhqiramiz sözlər deyir. Cavabdeh dəfələrlə onun barəsində yalan məlumatlar yaymış, yazmağa və deməyə belə çətinlik çəkdiyi və utandığı sözlər danışmışdır. Cavabdeh bu hərəkətlərə son qoymasını dəfələrlə ona bildirsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh son vaxtlarda xüsusi aktivlik göstərir. Belə ki, cavabdehin barəsində olan cinayət işinin başlanmasının rədd olunması barədə qərarlar qəbul olunduqdan sonra daha da aqressiv olmuşdur. Lakin cavabdeh həmin qərarlardan şikayət etmək hüququnun olduğunu nəzərə almır. Bundan başqa cavabdeh onun anası və bacısı ilə əlbir olaraq onun barəsində təhqiramiz sözlər demiş, şər və böhtanlar söyləmişdir. O, uzun illərdir Bakı şəhərində ticarətlə məşğul olur. Cavabdehdən tələb etdiyi pul onda olsaydı xeyli gəlir əldə edə bilərdi. O, həmin pulu ev almaq üçün toplamışdı və hal-hazırda evsiz qalmışdır. Odur ki, cavabdehin yaydığı yalan məlumatların rəsmi şəkildə təkzib olunmasını, ondan üzr istəməsini və 150000 (bir yüz əlli min) ABŞ dolları borcunu, həmçinin əldən çıxmış fayda kimi 30000 (otuz min) ABŞ dolları pulu ödəməsini tələb edir. Hüquqi yardıma görə vəkillərə ödədiyi vəsaitlər, dövlət rüsumları, yol xərci, müalicə xərcləri və digər ödənişlərlə bağlı o, xeyli vəsait xərcləmişdir. Bundan başqa cavabdeh onun ünvanına nalayiq ifadələr işlətmiş və şərəf və ləyaqətini alçaltmışdır. Hər dəfə cavabdehin onun barəsində təhqiramiz ifadələr işlətdiyi zaman o, mənəvi iztirab keçirmiş, əsəbləşmiş, ciddi sarsıntılar keçirmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 izahatında bildirmişdir ki, Cavabdeh artıq 3 (üç) ilə yaxındır aldığı 150000 (bir yüz əlli min) ABŞ dolları pulu qaytarmamışdır. Həmin pulu cavabdehdən almaq üçün iddiaçı həmçinin özü də Azərbaycan Respublikasının bütün orqan və təşkilatlarına müraciət etmişdir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün hətta Gürcüstan Respublikasının da müvafiq orqanlarına müraciət etmişdir. Etdiyi şikayətlərdən sonra cavabdeh iddiaçını öldürməklə hədələyir, söyür, təhqir edir, şərəf və ləyaqətini alçaldır. Cavabdeh 2 ilə yaxın müddətdə ona göstərdiyi təzyiqləri davam etdirir. Bütün bunların səbəbi kimi cavabdeh onun barəsində etdiyi şikayətləri göstərir. O, uzun illərdir Bakı şəhərində ticarətlə məşğul olur. Cavabdehdən tələb etdiyi pul onda olsaydı xeyli gəlir əldə edə bilərdi. O, həmin pulu ev almaq üçün toplamışdı və hal-hazırda evsiz qalmışdır. Odur ki, cavabdehin yaydığı yalan məlumatların rəsmi şəkildə təkzib olunmasını, ondan üzr istəməsini və 150000 (bir yüz əlli min) ABŞ dolları borcunu, həmçinin əldən çıxmış fayda kimi 30000 (otuz min) ABŞ dolları pulu ödəməsini tələb edir. Hüquqi yardıma görə ödədiyi vəsaitlər, dövlət rüsumları, yol xərci, müalicə xərcləri və digər ödənişlərlə bağlı o, xeyli vəsait xərcləmişdir. Bundan başqa cavabdeh onun ünvanına nalayiq ifadələr işlətmiş və şərəf və ləyaqətini alçaltmışdır. Hər dəfə cavabdehin onun barəsində təhqiramiz ifadələr işlətdiyi zaman o, mənəvi iztirab keçirmiş, əsəbləşmiş, ciddi sarsıntılar keçirmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh ümumiyyətlə iddiaçıdan heç bir pul vəsaiti almamışdır. Lamaranın anası Zeynəbdən 2014-cü ildə 120000 (yüz iyirmi min) ABŞ dollar pulu almış və 3 il müddətinə də həmən borcu tam olaraq ödəmişdir. İddia tələbinin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş edir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır.

6. Əvvəlki məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirmişdir ki, o, Lamara adlı şəxs ilə tanışlığı yoxdur. Anası Zeynəb ilə onun əlaqəsi olmuşdur. O, Zeynəbdən 120000 (yüz iyirmi min) ABŞ dollar pul almışdır. Həmin pulu Zeynəbdən Çingiz alıb vermişdir. 2014cü ildə o, həmin pulu aldıqdan sonra 3 il ərzində tamamilə artıqlaması ilə Zeynəbə qaytarmışdır. İddia tələbinə etiraz edir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

7. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, o, 120000 (yüz iyirmi min) ABŞ dollar pulu Lamaranın anası Zeynəbdan alaraq Tehrana vermişdir. Həmin pulu aldıqdan sonra dolların kursu qalxmışdır. Lakin həmin pul gecikmə olsa da tam olaraq Zeynəb xanıma qaytarılmışdır.

8. Şəki Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(075)-169/2025 nömrəli qətnaməsi ilə İddiaçının Cavabdeh qarşı Cavabdeh ona olan 150000 (bir yüz əlli min) ABŞ dolları borcunun, əldən çıxmış fayda kimi 30000 (otuz min) ABŞ dolları pulun Azərbaycan manatının ekvivalenti ilə, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 1400 (bir min dörd yüz) manat və ödənilmiş 599 (beş yüz doxsan doqquz) manat dövlət rüsumu olmaqla cəmi 307999 (üç yüz yeddi min doqquz yüz doxsan doqquz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh artıq 3 (üç) ilə yaxındır verdiyi 150000 (bir yüz əlli min) ABŞ dolları pulu geri ala bilmir. Həmin pulu cavabdehdən almaq üçün Azərbaycan Respublikasının bütün orqan və təşkilatlarına müraciət etmişdir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün hətta Gürcüstan Respublikasının da müvafiq orqanlarına müraciət etmişdir. O, uzun illərdir Bakı şəhərində ticarətlə məşğul olur. Cavabdehdən tələb etdiyi pul onda olsaydı xeyli gəlir əldə edə bilərdi. O, həmin pulu ev almaq üçün toplamışdı və hal-hazırda evsiz qalmışdır. Odur ki, cavabdehin yaydığı yalan məlumatların rəsmi şəkildə təkzib olunmasını, ondan üzr istəməsini və 150000 (bir yüz əlli min) ABŞ dolları borcunu, həmçinin əldən çıxmış fayda kimi 30000 (otuz min) ABŞ dolları pulu ödəməsini tələb edir. Hüquqi yardıma görə vəkillərə ödədiyi vəsaitlər, dövlət rüsumları, yol xərci, müalicə xərcləri və digər ödənişlərlə bağlı o, xeyli vəsait xərcləmişdir. Bundan başqa cavabdeh onun ünvanına nalayiq ifadələr işlətmiş və şərəf və ləyaqətini alçaltmışdır. Hər dəfə cavabdehin onun barəsində təhqiramiz ifadələr işlətdiyi zaman o, mənəvi iztirab keçirmiş, əsəbləşmiş, ciddi sarsıntılar keçirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür.

11. Hazırki mübahisədə ona zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın və real zərərin nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir.

12. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçı tələb etdiyi iddianı sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 324.1, 337.1, 337.2, 386.1, 442, 443, 445.2.1, 462.1, 739.1, 739.2, 1091, 1092.1, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 72-ci maddələrinə, İnsan Hüquqlarının və X1 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 445.2.1-ci, 462.1-ci, 739.1-ci, 739.2-ci, 1091.1-ci, 1092.1-ci və 1093.1-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş üzrə onun (iddiaçının) cavabdehə pul verdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar və dəlillər olduğu üçün iddiaçının ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malik olması işin mübahisəsiz halıdır. Məhkəməyə təqdim olunmuş səs yazıları, iddiaçının ticarətlə məşğul olduğunu, xarici ölkələrdən mal gətirdiyini təsdiq edən sənədlər və fotoşəkillər kifayət qədər olsa da, məhkəmə həmin sübutların guya məhkəmə iclasında tədqiq edildiyi qeyd edilsə də, heç bir araşdırma və qiymətləndirmə aparılmamışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə Öhdəliyin zərər vurulması,əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırki iş üzrə mövcud öhdəliyin icra edilmədiyi və bu mübahisənin xeyli müddət davam etdiyini təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququ digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəlkində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəmə qeyd edilən maddəni cavabdehin mənafeyinə uyğunlaşdırmağa çalışsa da, iddiaçı hesab edir ki, iş materiallarından da göründüyü kimi əsassız varlanmaq niyyəti cavabdehə aiddir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən Öhtəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəməyə təqdim olunmuş səs yazılarında iddiaçının anası və bacısının ona cavabdehdən pulu istəməyin təhlükəli olduğu bildirilir. Digər səs yazılarında cavabdeh pulu qaytaracağını iddiaçıya dəfələrlə bildirir. Cavabdeh ona Rusiyadan ******* (bir milyon) pul gələcəyini deyir və borcunu qaytaracağına söz verir. Digər səs yazıları ilə də həmin pulun 2022-ci ildə qaytarılacağı barədə razılaşmanın olduğu aşkar şəkildə görünür. Lakin hansı səbəbdənsə məhkəmə cavabdehin iddiaçının anasından 2014-cü ildə aldığı pulu qeyd edərək, iddianı əsassız hesab etmişdir. Cavabdeh özü də iddiaçının anasından 2014cü ildə 120000 ABŞ dolları pul aldığını və 3 il ərzində “artıqlaması” ilə qaytardığını etiraf edir. Bəs onda necə olur ki, 2022-ci ildə cavabdeh Rusiyadan pul gələn kimi borcunu ödəyəcəyini iddiaçıya bildirir. 16.Həmçinin birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci və 217.4-cü maddələri də pozulmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə isə onun (iddiaçının) təqdimetdiyi sübutları araşdırmamış və qiymətləndirməmişdir. 77.1-ci maddənin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi qanunun tələbinə görə sübut etmə yükü tək iddiaçının deyil hər iki tərəfin üzərinə düşür. Bu halda cavabdeh iddiaya qarşı etirazını əsaslandırmamış, məhkəməyə heç bir sübut və ya əsaslı dəlil təqdim edə bilməmişdir. Cavabdehin 150000 (bir yüz əlli min) ABŞ dolları borcunun olduğu səs yazıları və sənədlərlə tam sübuta yetirilir. İddiaçı cavabdehin yeznəsinin və özünün evinə pulunu istəmək üçün getmişdir. Cavabdeh iddiaçının anası və bacısı ilə əlbir olaraq onun barəsində təhqiramiz sözlər demiş, şər və böhtanlar söyləmişdir. O, həmin pulu ev almaq üçün toplamışdı və hal-hazırda evsiz qalmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə vəsatətini təmin etməmişdir. İş üzrə iddiaçı həmin pulu anası Zeynəb Əhmədovanın təkidi ilə cavabdehə verdiyini, sonradan onların birləşərək iddiaçıya qarşı çevrildiklərini əsaslı dəlillərlə sübut etsə də məhkəmə bütün bunları da nəzərə almamışdır. AR MPM-nin 217.4-cü maddəsindən görünür ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəməyə təqdim olunmuş, tədqiq olunmamış və qiymətləndirilməmiş sübutlar isə iddianın təmin olunması üçün yetərli və əsaslı olsa da məhkəmə həmin sübutları nəzərə almamışdır. Məhkəmə ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına istinad etsə də iddiaçının şikayəti əsasında həmin qərarın ləğv edildiyinə və araşdırmanın davam etdiyinə yenə də hüquqi qiymət verməmişdir.

17. Belə ki, məhkəmə qətnamədə tərəflərin dedikləri sözləri xaotik şəkildə yazmaqla kifayətlənmiş, heç bir əsaslandırma aparmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qanunsuz, əsassız və son dərəcə ədalətsiz qətnamə qəbul olunmuşdur. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. İddiaçı tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də həmin dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Məhkəmə isə iddiaçının iddia tələbinin əsaslandırılması üçün təqdim etdiyi sübutlara cavabdehin münasibətinə də hüquqi qiymət verməmişdir. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın rədd olunmasını əsaslandırmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır. Həmçinin birinci instansiya məhkəməsi tərəfimizdən məhkəməyə təqdim etmək istədiyikləri əlavə səs yazılarını qəbul etməmiş, bunun üçün cavabdehin münasibətinin zəruri olduğunu bildirmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Həmin səs yazılarının apellyasiya məhkəməsində dinlənilməsini məhkəmədən xahiş edir. Eyni zamanda yolun uzaq olması ilə əlaqədar şahidlər X3 və X5 birinci instansiya məhkəməsində dinlənilməsi mümkün olmadığı üçün dinlənilmələrini xahiş edir. Eyni zamanda digər şahid Sevil Səlimova işi ilə əlaqədar üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməmişdir. Onun da şahid kimi dindirilməsini məhkəmədən xahiş edir.

18. Odur ki, Şəki Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(075)-169/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(075)-169/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(075)-169/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(075)-169/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(075)-169/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyator Şəki Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(075)-169/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

31. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə aralarındakı şifahi razılaşma üzrə cəmi 150000 ABŞ dolları pulu borc olaraq verdiyinə istinad edərək, həmin məbləğin, eyni zamanda əldən çıxmış fayda kimi 30000 ABŞ dolları pulun Azərbaycan manatının ekvivalenti ilə, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 1400 manat və ödənilmiş 599 manat dövlət rüsumu olmaqla cəmi-307999 manat pulun cavabdehdən xeyrinə tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmiş, onun tərəfindən iddiaçıdan heç bir pul vəsaitinin alınmamasını əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

33. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 445.2.1-ci, 462.1-ci, 739.1-ci, 739.2ci, 1091.1-ci, 1092.1-ci və 1093.1-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin iddiaçının özünün də etiraf etdiyi kimi cavabdehə iddia etdiyi pul vəsaitini borc olaraq verməsinə dair aralarında heç bir yazılı müqavilə bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında mübahisə olunan pul məbləğinin üç min manatdan çox olduğuna və tərəflər arasında hər hansı yazılı borc müqaviləsi mövcud olmadığına görə hazırkı iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin maddi ziyan, öhdəlik və əsassız varlanma ilə bağlı normaları təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.

34. Şikayətin məhkəməyə təqdim olunmuş səs yazıları cavabdehin iddiaçıdan pul almasını tədiq etməsi, cavabdehin həmin səs yazılarında iddiaçıya borcunun olmasını etiraf etməsi, iddiaçının ticarətlə məşğul olduğunu, xarici ölkələrdən mal gətirdiyini təsdiq edən sənədlər və fotoşəkillər kifayət qədər olsa da, məhkəmənin həmin sübutların guya məhkəmə iclasında tədqiq edildiyi qeyd edilsə də, heç bir araşdırma və qiymətləndirmə aparılmamasına dair dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan səs yazıları məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş, lakin həmin səs yazılarının hansı tarixdə yazılması, eyni zamanda həmin səs yazılarında iddiaçının cavabdehə hər hansı məbləğdə pul verməsi və yaxud cavabdehin iddiaçıdan hansısa məbləğdə pul almasını etiraf etməsini təsdiq edən mötəbər sübut aşkar olunmamışdır. Cavabdeh isə məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında həmin səs yazılarının iddiaçının anasına olan pul borcu ilə əlaqədar olaraq danışıq zamanı yazıldığını bildirmiş, iddiaçının isə bunun əksini sübut edəcək hər hansı dəlilləri olmamışdır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci və 217.4-cü maddələrinin tələblərinin pozulması, məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməməsinə dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının tətləb etdiyi iddianı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir. Belə ki, iş materiallarından iddiaçının iddia tələbini təsdiq edə biləcək hər hansı bir sübutun təqdim edilməsi halı müəyyən edilməmişdir.

37. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

39. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. 40.Məhkəmə kollegiyası apellyasiya şikayətini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

41. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Şəki Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(075)- 169/2025 nömrəli qətnaməsi İddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

42. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(075)-169/2025 nömrəli qətnaməsi İddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar