Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-621/2020 10.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 1228/2019 nömrəli qərardadından iş üzrə İddiaçı ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1228/2019 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ASC şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1228/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, onlar tərəfindən işə onların iştirakı olmadan baxılması barədə ərizələr göndərilmiş və bu ərizələr məhkəmənin əməkdaşları tərəfindən qəbul olunmuşdur. Buna baxmayaraq onlar tərəfindən göndərilmiş ərizələr nəzərə alınmadan ərizə baxılmamış saxlanmışdır. Buna görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv olunmasını xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1228/2019 nömrəli qərardadı ilə iddiaçı «İddiaçı” ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq iddiaçı «İddiaçı” ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPMnin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə göndərsə də, qanunun tələbinə əsasən gəlməmələrinin səbəbi və üzrlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. 6-cı və 185.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan normanın mahiyyətindən görünür ki, ərizənin baxılmamış saxlanılması üçün aşağıda göstərilən şərtlər məcmu halında mövcud olmalıdır:
1. iddiaçı onun iştirakı olmadan işə baxılmasını xahiş etməməlidir;
2. iddiaçı (üzrlü səbəblər olmadan) məhkəmənin birinci çağırışına gəlməməlidir;
3. cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməməlidir. Ərizənin qeyd olunan əsasla baxılmamış saxlanılmasının ikinci şərti - iddiaçının məhkəmənin birinci çağırışına gəlməməsinə münasibətdə kollegiya hesab edir ki, qeyd olunan şərt Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Qeyd olunanalara əsasən kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsində nəzərdə tutulmuş əsasla ərizənin baxılmamış saxlanılması hər bir halda iddiaçının məhkəmə iclasına gəlməməsi ilə bağlı olduğu üçün bu maddə iddiaçının məhkəmə iclasına gəlməməsinin nəticələrini müəyyən edən MPM-nin 185.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilir və bu halda iddiaçının məhkəmə iclasına yalnız təkrar, yəni ən azı iki dəfə üzrlü səbəblər olmadan gəlməməsi ərizənin baxılmamış saxlanmasının əsası kimi çıxış edir. İş materiallarından isə görünür ki, ərizənin baxılmamış saxlanılması üçün qanunla nəzərdə tutulmuş ilkin şərt ödənilməmiş, bundan əlavə iddiaçı məhkəmə iclasına ərizələr göndərərək işə onların iştirakı olmadana baxılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən isə işə mahiyyəti üzrə baxılıb-baxılmamasını müəyyən etmək mümkün deyildir. Belə ki, iş materiallarının 26, 31, 65 və 77-ci səhəfələrindəki ərizələrin məzmunundan görünür ki, iddiaçı məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin müəyyən edilmiş yuxarıda sadalanan hallarından göründüyü kimi birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarına iddiaçı tərəfdən işə onların iştirakı olmadan baxılması barədə ərizələr ünvanlanmış, cavabdeh tərəf isə ümumiyyətlə iştirak etməmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının məhkəmə iclasında üzrlü səbəblər olmadan gəlməməsi əsası ilə ərizəni baxılmamış saxlamışdır. Halbuki, iş materialları ilə iddiaçının üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməməsi sübut olunmur. Əksinə cavabdeh tərəf çoxsaylı halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 1228/2019 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1228/2019 nömrəli qərardadı qismən, yəni iddiaçı “qərardadın ləğv edilməsi barədə şikayətin təmin edilməməsi” hissəsində ləğv edilməli, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılmasıbarədə iddia tələbi üzrə iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı «İddiaçı” ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1228/2019 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 1228/2019 nömrəli qərardadı qismən, yəni iddiaçı “qərardadın ləğv edilməsi barədə şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia tələbi üzrə iş mahiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: Ayaz Mahmudov