Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-621/2023 27.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, apellyasiya şikayətinin verilmə müddətinin bitməsi gözlənilmədən işin göndərilməsi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(016)-302/2022 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçının xeyrinə 141.957,30 ABŞ dolları əsas, 109.321,92 ABŞ dolları faiz və 30.427,41 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.615,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 293.321,71 ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 789 manat dövlət rüsumunun və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını, ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin dəyəri 252.000 manat müəyyən edilməklə cavabdehdən tutulmalı olan borc məbləğinin ipoteka predmetinə yönəldilməsini, həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun da cavabdehdən tutulmasını, ipoteka predmetlərinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin yaşayış evlərindən məcburi qaydada çıxarılmalarını və həmin mənzilin boşaldılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 19 dekabr 2022-ci il tarixli, 2(016)- 302/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ödəniş gününə olan məzənnə ilə 141.957,30 ABŞ dolları əsas, 109.321,92 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.615,08 ABŞ dolları faiz olmaqla, cəmi 262.994,3 ABŞ dolları məbləğində borcun, iş üzrə ödənilmiş 789 manat dövlət rüsumu və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KBna ödənilməsi, tələb Cavabdeh məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlıu küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 71 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 71 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 130.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan QSC “Bank Standard” KB-na olan borc ödənilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlıu küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 71 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmaları, ekspertiza tədqiqatlarının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin (VÖEN: **********, Hesab: AZ60AİİB400600D**********179, Bnak: Kapital Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod: AİİBAZ2X, CİF 2624821) hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsi ilə razılaşmayan iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh apellyasiya şikayəti vermişdir. İş materiallarından müəyyən оlunmuşdur ki, Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 19 dekabr 2022-ci il tarixli, 2(016)- 302/2022 saylı qətnaməsi 26 dekabr 2022-ci il tarixdə tərəflərə, o cümlədən Cavabdeh göndərilmiş, cavabdehə göndərilmiş xəbərnaməli poçt zərfi ünvan sahibinə çatdırılmadan geri qaytarılmış, daha sonra cavabdehə qətnamənin surətinin çatdırılıb-çatdırılmaması, çatdırılmışdırsa, hansı formada və nə zaman çatdırılması barədə heç bir sənəd mülki işin materiallarına əlavə edilməmişdir. Cavabdeh apellyasiya şikayəti məhkəməyə 6 aprel 2023-cü ildə daxil olmuşdur. Cavabdehin apellyasiya şikayətində qətnamənin alınma tarixi 31 mart 2023-cü il göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən nə vaxt alındığı bəlli olmadığından apellyasiya şikayətinin verilməsi müddətinin başlanma və nəticədə də bitmə tarixi hesablana bilmir. Qətnamənin alınma tarixi apellyasiya şikayətində qeyd edildiyi kimi 31 mart 2023-cü il tarixindən götürülərsə, apellyasiya şikayətinin verilməsi müddəti 1 may 2023-cü il tarixində bitir, halbuki hazırki iş üzrə mülki işin materialları 11 aprel 2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, cavabdeh tərəfindən qətnamənin hansı tarixdə alındığını və apellyasiya şikayəti vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmədən, qətnamənin alınma tarixi apellyasiya şikayətində qeyd edildiyi tarixdən götürüldükdə isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin verilmə müddətinin bitməsi gözlənilmədən apellyasiya şikayətini baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(016)-302/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(016)-302/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyrimümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-621/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-621/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver