Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-628/2023 15.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, e-2(051)-965/2023 sаylı “ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbinə dair” iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən vurumuş maddi və mənəvi ziyana görə cəmi 43,184,9 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 14 mart 2023-cü il tаrixli, e-2(051)-965/2023 sаylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması və qеyd оlunаn nöqsаnlаr аrаdаn qаldırıldıqdаn sоnrа təkrаrən ərizə ilə məhkəməyə mürаciət еdə bilmək iddiaçıya izah edilməsi qərara alınmışdır. İddiaçı Quliyev X3 Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, e-2(051)-965/2023 sаylı qərarddından şikayət verərək, qərardadın ləğv edilməsini, mülki işə mahiyyəti üzrə Mİngəçevir şəhər məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurumuş maddi və mənəviziyana görə cəmi 43,184,9 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbuledilmsini xahiş etmişlər. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-965/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. Aşağıda qeyd olunanlra əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardad əsassız olduğundan ləğv edilməli və işə Mingəçevir şəhər Məhkəməsində baxılmasına dair qərardad qəbul edilməlidir. Belə ki, Mingəçevir şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı onunla əsaslandırmışdır ki, cavabdeh X4 yaşayış yeri üzrə Ağdam rayonu, Qasımlı Ə/N Poladlı kəndində qeydiyyatdadır. Bu səbəbdən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Bu zaman məhkəmə MPM-nin 35cimaddəsinə əsaslanmışdır. Lakin nədənsə məhkəmə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 07 iyun 2022-ci il tarixli, 02/1510 saylı məktubunu nəzərə almamış və həmin məktubun nəzərə alınmamasını qərardadda əsaslandırmamışdır. Belə ki, həmin məktubdan görünür ki, Ağdam rayonundan məcburi köçkün Cəfərzadə X2 şəhəri, H.Əliyev prospekti, Toxuculuq Kombinatının yataqxanası,ev 88, mənzil 20 ünvanında faktiki olaraq məskunlaşmışdır. Məlum olduğu kimi Ağdam rayonu 2020-ci ilədək işğal altında olmuş, hal-hazırda işğaldan azad olunsa da, məskunlaşma olmadığından və X1 şəhərində məskunlaşdığından və orada yaşadığından mülki işə Mingəçevir şəhər Məhkəməsində baxılmalıdır. Ona görə də, həmin qərardadın ləğv olunmasını, mülki işə mahiyyəti üzrə Mİngəçevir şəhər məhkəməsində baxılmasını xahiş etmişdir xahiş etmişdir Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tаrixli, e-2(051)-965/2023 saylı qərardadı ilə İddiaçı Vəkil Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e- 2(051)-965/2023 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2023cü il tаrixli, e-2(051)-965/2023 sаylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddia ərizəsinə baxış keçirildikdə müəyyən edilmişdir ki, cavabdeh X4 yaşayış yeri üzrə Ağdam rayonu, Qasımlı Ə/N Poladlı kəndində qeydiyyatdadır. Qeyd olunan hallar nəzərə alınmaqla iddiaçı tərəfindən verilən tələbin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması halları tam əsaslıdır və iddiaçı tərəfindən verilən ərizənin təmin edilməsi və qəraradadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Mingəçevir Şəhər Məhkəməsi 14 mart 2023-cü il tаrixli, e-2(051)-965/2023 sаylı qərardadı ilə İddiaçı həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, e-2(051)-965/2023 sаylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, e-2(051)-965/2023 sаylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-628/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-628/2023
15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver