Məhkəmə qərarları › İş №2(107)-629/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-629/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-629/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(016)-734/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(016)-734/2019 nömrəli qətnaməsi ilə (hakim Namidar Misirzadə) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 600 (altı yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı–cavabdehdən 9000 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci ildə ailəhəyatı qurmaqla Ağsu rayonu, Bəyimli kəndində yaşamışdır. Övladı, 2003-cü il təvəllüdlü Elmir Heydərov psixi xəstə olduğundan dəfələrlə müalicə etdirsədə, hətta Respublka 1 saylı ruhi-əsəb xəstəxanasında müalicə etdirsədə sağalmamışdır. Ağsu rayonu, Bəyimli kəndində ailəsi ilə birlikdə yaşadığı müddət ərzində qonşuluqda yaşayan, eyni zamanda onunla qohum olan Cavabdeh ilə tanış olmuşdur. Sonuncu ilə münasibətləri yaxşı olmuş, aralarında mübahisə olmamışdır. Pərvanənin də uşağı xəstəolmuşdur. 2018-ci ilin sentyabr ayında Pərvanə onlara gələrək uşağının xəstəliyini müalicə edəcək həkim heyətinin İran İslam Respublikasından Bakıya gəldiyini və bunun üçün ona 3000 manat pul lazım olduğunu bildirmişdir. Həm də onun uşağını həmin həkimlərin qəbulundan qeydiyyatdan keçirəcəyinə söz vermişdir. Razı olaraq ona 3000 manat məbləğində borc pul vermişdir. Pulu verdikdən 1 ay sonra Pərvanə onlara gələrək İran İslam Respublikasından həkimlərin 2019-cu ilin aprel ayının axırı gələcəklərini və 9000 manat pul olarsa onun uşağının da xəstəliyinin düzələciyini bildirmişdir. Pərvanəyə o qədər pulunun olmadığını, lakin hissəhissə verə biləcəyini söyləmişdir. 2018-ci ilin oktyabr ayında 2000 manat, 2018-ci ilin dekabr ayında bacısı Nigardan borc olaraq 2000 manat alıb Pərvanəyə vermişdir. 2019-cu ilin mart ayında əlavə olaraq 1500 manat Pərvanəyə vermişdir. Ən sonuncu dəfə Pərvanə ona zəng edərək uşağının müalicəsi üçün 500 manat borc istədi, o da Pərvanənin yoldaşı Cabbara zəng etmiş, sonuncu da həmin 500 manatı Pərvanəyə verməyinə razılıq vermişdir. Beləliklə, sonuncuya cəmi 9000 manat pul vermişdir. Pərvanə onu 2019-cu ilin aprel ayının sonunda həmin həkimin qəbuluna aparmalı idi. Həmin müddətdə Pərvanədən heç bir xəbər çıxmadığı üçün aldadıldığını anlamış və onun yaşadığı ünvana getmişdir. Orada Pərvanənin yoldaşı Cabbar sonuncunun borcları olduğu üçün evdən qovduğunu bildirmişdir. Çarəsiz qalıb Ağsu rayon Polis Şöbəsinə müraciət etmişdir. Müəyyən araşdırmalar aparılmış və cavabdeh orada izahat vermişdi. Araşdırmalar aparıldıqdan sonra “Cinayət işinin rədd edilməsi haqqında” qərar çıxarılmışdır. Ona görə də cavabdehdən 9000 manatın və ödədiyi 30 manat dövlət rüsumu əvəzinin məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. Cavabdehİddiaçı qarşı – 9000 manat maddi və 10000 manat mənəvi ziyanın alınaraq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, tanıyır. Münasibətləri əvvəl yaxşı olmuşdur. Bəyimli kəndində yaşadıqları müddətdə İddiaçı ilə tanış olmuşdur. 2017-ci ilin yanvar ayında söhbət əsnasında İlahə ondan cücə saxlayıbsaxlamayacağını soruşmuşdur. Cücə almağa pulunun olmadığını bildirmiş, İlahə isə cücənin pulunu verə biləcəyini bildirmişdir. Həmin vaxt cücəni satıb pulunu qaytara biləcəyini söyləmişdir. Həmin günün səhəri İlahə ona 600 manat borc pul vermişdir. Pulu verməyi barədə heç kimə heç nə deməməyi xahiş etmişdir. Pulu verəndən 2 ay sonra İlahə yaşadığı kəndə gələrək verdiyi pul üçün gündəlik 50 manat faizini verməyini tələb etmişdir. Həmin pulu borc verdiyini qeyd etsədə, İlahə həmin məbləği başqa şəxsdən aldığını bildirmişdir. Ondan aldığı pulu qaytarmaq üçün anasından xəbərsiz qızıllarını sataraq 800 manat pulu İlahəyə qaytarmışdır. Təxminən 7-8 ay sonra İlahə yaşadığı kəndə gələrək ona verdiyi pulun 1500 manat faizinin qaldığını bildirmişdir. Bu barədə anası Nəzifəyə məlumat vermişdir. Anası 1500 manat pulu ona vermiş və o da İlahəyə qaytarmışdır. 2019-cu ilin mart ayında İlahə yenidən pulun 1000 manat faizinin qaldığını bildirmişdir. Həmin pulu isə ərinin satdığı heyvanlardan vəözündə olan puldan düzəldərək qaytarmışdır. Bir müddət sonra isə yenidən 5000 manat pul borcunun qaldığını bildirmiş, bundan sonra əri ilə aralarında mübahisə olduğundan Zərdab rayonu, Dəkkoba kəndinə qayıtmışdır. İlahə həmin kəndə gələrək yenidən ondan pulunu tələb etmişdir. Artıq ona pul verməmişdir. 3 il ərzində İlahəyə ümumilikdə 9000 manat pul qaytarmışdır. Ümumilikdə İlahəyə heç bir borcu qalmamışdır. Lakin İlahə həmin müddət ərzində 600 manat pula ondan 9000 manat pul almışdır. Hesab edir ki, həmin pulu geri qaytarmalıdır. Ona qarşı qaldırdığı iddianı qəbul etmir. Göstərdiyi fikirlər tamamilə əsassızdır. Qanunsuz hərəkətləri ona əzab vermiş, ailəsinə söz-söhbət salmışdır. Bu isə mənəvi iztirab keçirməyinə səbəb olmuşdur. Hərəkətləri ilə ona xeyli miqdarda ziyan vurmuşdur. Mənəvi ziyanı 10000 manat qiymətləndirir. Hesab edir ki, həmin məbləğ alınıb ona ödənilməlidir. Birinci instansiya məhkəməsinin iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdi və izahatında göstərmişdir ki, ilk dəfə Cavabdeh ondan borc pul istədiyi üçün 2018-ci ilin sentyabr ayında 3000 manat pul vermişdir. Həmin məbləği uşağının müalicəsi üçün qeydiyyata salmaq məqsədilə lazım olduğunu söyləmişdir. Sonradan ikinci dəfə, bir ay sonra 2000 manat, sonradan 1000 manat, daha sonra 1500 manat, yenidən 1000 manat, axırda 500 manat, cəmi 9000 manat məbləğində pul vermişdir. 500 manatı borc olaraq vermiş, cəmi 8500 manat məbləği isə uşağın xəstəliyinə görə, yəni müalicəsi üçün vermişdir. 3000 manat məbləği Malik adlı tanışları Bakı şəhərində “20 Yanvar” deyilən yerdə bacısı Nigarın yanında Pərvanəyə vermişdir. Həmin vaxt o, rayonda olmuş, qeyd edilən məbləği anası Malikə göndərmişdir ki, Pərvanəyə versin. 2000 manatı isə ailəvi dostları Nəcəf ona atası ilə göndərmiş, o da yaşadığı Ağsu rayonu Bəyimli kəndində Pərvanəyə vermiş, yanında kimsə olmamışdır. 1000 manat məbləği dəPərvanəyə verəndə yanlarında heç kim olmamışdır. Həmin pulu bacısı Nigardan alıb Pərvanəyə vermişdir. 1500 manat məbləği xalası qızı Əfsanə Zərdab rayonu, Dəliquşçu kəndinə gedəndə orada vermişdir. Həmin məbləği Pərvanəyə Bəyimli kəndində vermişdir. Həmin vaxt da yanında kimsə olmamış, pulu şəxsən sonuncuya vermişdir. Özünə aid 1000 manat pulu da Pərvanəyə verəndə yanlarında heç kim olmamışdır. 500 manat pulu Pərvanənin ərinə zəng edib onu məlumat verəndən sonra Bəyimli kəndində Pərvanəyə vermişdir. 500 manat pulu xalası qızı Əfsanədən alıb cavabdehə vermiş, ümumilikdə Əfsanədən 2000 manat pul almışdır. 1500 manatını əvvəlcədən, 500 manatı da sonradan alıb Pərvanəyə vermişdir. Həmin vaxt yanında ikisindən savayı kimsə olmamışdır. Hazırda yoldaşından ayrılmışdır. Faizə pul verməmiş, Pərvanəyə də borc məbləğlərini faizə verməmişdir. Hazırda Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayır. Göstərilənlərə əsasən məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddiaya etiraz etmiş və izahatında göstərmişdir ki, 2017-ci ilin yanvar ayının təxminən 3-4-də cücə almaq adı ilə İlahədən 600 manat borca pul götürmüşdür. Həmin məbləğin də hər gününə 50 manat faiz hesablamışdır. 600 manat məbləği bir ay sonra, yəni fevral ayında tam qaytarmışdır. Qaynından 200 manat alaraq öz evində ərinin yanında iddiaçıya qaytarmışdır. Anasının qızıllarını da 800 manata sataraq həmin məbləği də ərinin yanında iddiaçıya qaytarmışdır. Ödəməni gecikdirdiyini dediyi üçün 800 manat tam olaraq ona vermişdir. 300 manat faiz məbləğini Bəyimli kəndində qapılarının qarşısında, qonşusu Nəzarətin yanında iddiaçıya qaytarmışdır. Nəzarət də həmin məbləği iddiaçıya verməsini açıq-aydın görmüşdür. Ona görə də ilkin iddianın rədd edilməklə qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı anası tərəfindən qohumudur. 2009-cu ildən iddiaçını tanımışdır. Uşağı xəstə olduğu üçün müalicə etdirmək məqsədilə ondan 3000 manat borc pul istəmişdir. Həmin məbləği anası Rəfiqə xanıma vermişdir. Məbləği Keşləyə aparıb orada Rəfiqəyə vermiş, sonuncu da qızı Nigar vasitəsilə Pərvanəyə çatdırmışdır. O da Nigarla birlikdə 20 Yanvar metrosuna gəlmiş, orada Nigar pulu Pərvanəyə vermişdir. Həmin məbləği 2018-ci ilin mart ayında vermişdir. 8-9 ay sonra pulunu tələb etmiş, İlahə yanında Pərvanəyə zəng etsədə, sonuncuya zəng çatmamışdır. Sonra onun Pərvanənin qohumu ilə danışığını eşitmiş, qohumu olan yeznəsi də İlahəni Pərvanə ilə calaşdırmış, sonuncu isə pulu qaytarcağını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı yoldaşının rəfiqəsidir. Onu 2017-ci ldən tanımışdır. 2018-ci ildə arvadı ona İlahənin pula ehtiyacı olduğunu bildirdiyindən 3000 manat məbləği sonuncuya çatdırması üçün arvadına vermişdir. Arvadını həmin gün maşınla İlahənin Zabratda yerləşən evinə aparmışdır. O da düşüb həmin məbləği İlahəyə vermişdir. Həmin ev İlahənin öz evləri olmuşdur. Atası evi deyildi. Həmin məbləği də uşağının müalicəsi üçün borc olaraq vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, Pərvanənin qonşusudur. Ağsu rayonu, Bəyimli kəndində on beş ildir ki, qonşudurlar. Cavabdeh kəndlərinə gəlin köçmüşdür. İddiaçı ilə münasibətləri normaldır. İlahənin Pərvanəyə faizlə pul verməsindən bütün kəndin məlumatı vardır. Lakin Pərvanənin ondan nə qədər pul aldığını bilmir. Nə də onun yanında heç bir pul alıb-vermələri olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir. Məhkəmənin qəbul etdiyi qətnamə hazırki vəziyyətdə işin həqiqi hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hətərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda təqdim olunmuş sübutları məhkəmə iclasında ümumiyyətlə tədqiq etməmişdir. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(016)- 734/2019 nömrəli qətnaməsinin ləğv edilərək, ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 2(016)-734/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(016)-734/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı DİN-in 102 xidmət zəng mərkəzinə zəng edərək 2019cu ilin aprel ayında Pərvanə Abbasoba adlı şəxsin onun uşağının səhhətinin yaxşı olması müqabilində ondan 9000 manat pul alaraq İran İslam Respublikasından gələn həkimə verəcəyini, lakin uşağı həkimə aparmaması və pulunu qaytarmaması barədə xx.xx.2019cu il tarixdə Ağsu rayon PŞ-nə müraciət etməsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, digər izahatlarla yanaşı İddiaçı faizə pul verməsi hətta öz həyat yoldaşı Eldəniz Heydərovun izahatı ilə təsdiq edilməklə üç il öncə İlahənin Pərvanəyə 600 manat pul verdiyi də qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda göstərilən maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh uşağının müalicəsi ilə bağlı hissə-hissə olmaqla 2018-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayına kimi ümumilikdə 9000 manat məbləğində pul verdiyini, həmin məbləğdən 8500 manatın uşağın xəstəliyi ilə bağlı, 500 manatı isə cavabdehə borc kimi verdiyini, həmçinin sonuncu pul məbləğini cavabdehə verərkən sonuncunun əri Cabbara zəng edərək verdiyini qeyd etmişdir. Cavabdeh isə İddiaçı 2017-ci ilin yanvar ayının əvvəllərində cücə almaq məqsədilə 600 manat məbləğində pul götürdüyünü etiraf etmiş, lakin həmin məbləği tamamilə qaytardığını, hazırda həmin məbləğin faizinin ondan tələb edildiyini, göstərilən məbləğ üçün İddiaçı hər günə 50 manat faiz hesabladığını, ümumilikdə sonuncuya üç il ərzində 9000 manat pul qaytardığını, 300 manat pulu qonşusu Nəzarətin yanında İlahəyə qaytardığını qeyd etmişdir. Nəzarət Əzimov məhkəmə iclasında verdiyi ifadəsində İlahənin faizə pul verdiyini bildiyini, lakin Pərvanənin ondan nə qədər pul almasını və onun iştirakı ilə pul qaytarılmadığını bildirmişdir. Eyni zamanda, İddiaçı Nəcəf adlı yaxını tərəfindən 2000 manat pul məbləğinin Ağsu rayonu Bəyimli kəndinə göndərildiyini qeyd etmiş, Nəcəf Musayev şahid qismində verdiyi ifadəsində 3000 manat pul məbləğini yoldaşı vasitəsilə İddiaçı Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən evinə apararaq verdiyi qeyd etmişdir. Bundan əlavə, İddiaçı anasının 3000 manat məbləğində pulu Malik vasitəsi ilə göndərdiyini və Bakı şəhərində “20 yanvar” adlanan yerdə Malik onun bacısı Nigarın yanında həmin pulu Cavabdeh verməsini göstərsə də, məhkəmə iclasında Malik Məmmədov buna ziddiyyətli ifadə verərək, qeyd edilən məbləğin onun tərəfindən İddiaçı borc verildiyini, göstərilən pul vəsaitini Bakı şəhəri Keşlə qəsəbəsində iddiaçının anası Rəfiqəyə verməsini göstərmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıdan 500 manat borc götürməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh500 manat məbləğində pul iddiaçıya qaytarılmaqla ilkin iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı borc almaq hüququna malik olduğu kimi eyni zamanda borc məbləğini İddiaçı qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdehİddiaçı borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də ilkin iddia tələbi qismən təmin edilərək, 500 manat (belə ki, 500 manatın borc kimi verilməsi işin mübahisəsiz halıdır) məbləğində borc kimi verilmiş pul vəsaiti və 100 manat (belə ki, cavabdeh tərəfindən ona 600 manat (yəni, 500+100=600 manat) borc verilməsi etiraf edilir), cəmi 600 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Göründüyü kimi, 500 manat məbləğində pul vəsaiti ilə bağlı tərəflər arasında borc müqaviləsi bağlanmış olsa da, Cavabdeh iddiaçıdan 100 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilərək, 500 manat borc kimi verilmiş pul vəsaitindən əlavə 100 manat da, yəni cəmi 600 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi həmçinin ilkin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, pul vəsaiti cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin, ilkin iddia qismən təmin edilməli olduğundan, ilkin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq, 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməli, 15 manat isə cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin dəlillərini araşdıraraq, hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, cavabdeh iddiaçıya ötən üç il ərzində aldığı 600 manat borc məbləği qarşısında hər günə 50 manat faiz hesabı ilə 9000 manat məblğində pul qaytardığını qeyd etsədə, həmin halları sübut edə bilməmidir. Eyni zamanda ona 10000 manat mənəvi ziyan dəyməsini də mübahisələndirmişdir. Göründüyü kimi, cavabdeh qarşılıqlı iddia tələbini ona maddi və mənəvi zərər dəyməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh ona zərər (maddi və mənəvi) dəyməsi, dəymiş maddi zərərin 9000 manat olması, mənəvi zərərin isə 10000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona zərər (maddi və mənəvi) vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun ziyan (maddi və mənəvi) dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, ziyanın (maddi və mənəvi) ödənilməsinə dair qarşılıqlı iddia tələbi əsassızdır. Odur ki, qarşılıqlı iddiarədd edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, ilkin iddia qismən əsaslıdır, qarşılıqlı iddia əsassızdır. Buna görə də, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(016)-734/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(016)-734/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar