Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-629/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, iddiaçı “X6” MMCnin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tаrixli, 2(014)-1027/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “X6” MMC-nin Cavabdeh qarşı əmlakına ( ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş ziyana görə 25520 manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tаrixli, 2(014)-1027/2020 saylı qətnaməsi ilə iddiа təmin edilmiş, Cavabdeh “X6” MMC-nin xeyrinə 25520 manat vurulmuş ziyana görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 25550 (iyirmi beş min beş yüz əlli) manatın tutulması qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddia ilə razı deyildir. Çünki kameralar vasitəsilə hər yer izlənilmiş nəzarətdə saxlanılmışdır. Həmçinin tez-tez yoxlamalar aparılmış, əskik aşkar edilməmişdir. Yaranmış ziyan məbləği malların qiymətinin kəskin artması ilə əlaqədardır. O hər zaman işində məsuliyyətli olmuş və iddiaçıya hər hansı bir ziyan vurmamışdır. 25520 manat pulun çatışmazlığında cavabdehin heç bir günahı yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tаrixli, 2(014)-1027/2020 saylı qətnаməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “X6” MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh işə götürülən zaman əmək müqaviləsi ilə yanaşı, tam maddi məsuliyyət müqaviləsi də rəsmiləşdirilmiş və həmin müqavilədən irəli gələn tələblər üzrə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə tələblərinə riayət etməmiş, sonda şirkətə xeyli məbləğdə ziyan vurmuşdur. Akt tərtib olunan zaman cavabdeh dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmiş, bununla bağlı ayrıca akt tərtib olunmuşdur. Cavabdeh haqq-hesab cədvəli ilə tanışlığı barədə izahat da yazmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tаrixli, 2(014)-1027/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh 12 sentyabr 2017-ci il tarixdə satıcıkassir vəzifəsinə işə qəbul edilmiş, 11 noyabr 2017-ci il tarixdə baş satıcı, 07 iyun 2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. Həmçinin cavabdehlə aralarında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh 27 sentyabr 2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş yerində iş vaxtı ərzində intizam xətasına yol vermişdir. Belə ki, 07 avqust 2019-cu il tarixdə Oba-Nərimanov mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir, 22 aprel 2019-cu il və 07 avqust 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən 25520 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh vurulmuş ziyanı ödəməkdən imtina etmişdir. Apellyasiya icraatı zamanı təyin edilərək əldə edilmiş ƏN MEM-in 14 iyul 2021-ci il tarixli, 9/3395 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh 29.05.2018-ci il tarixdən 07.08.2019-cu il tarixədək olan dövrdə “X6” MMC-yə olan çatışmazlığı 25.520.11 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh 12 sentyabr 2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, 11 noyabr 2017-ci il tarixdə baş satıcı, 07 iyun 2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. Həmçinin cavabdehlə aralarında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh 27 sentyabr 2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş yerində iş vaxtı ərzində intizam xətasına yol vermişdir. Belə ki, 07 avqust 2019-cu il tarixdə Oba-Nərimanov mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir, 22 aprel 2019-cu il və 07 avqust 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən 25520 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh vurulmuş ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh “X6” MMC-də admnistrator vəzifəsinə təyin edilərək tam maddi məsuliyyət barədə üzərinə öhdəlik götürmüş, cavabdehin admnistrator işlədiyi müddətdə isə müəssisədə 25520 manat çatışmamazlıq müəyyən edilmişdir. Kollegiya tərəfindənn təklif olunmasına baxmayaraq cavabdeh tərəf iddiaçı tərəfindən təqdim edilmiş sübutları təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tаrixli, 2(014)-1027/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəlir ki, qeyd оlunаn məhkəmə xərci iddiaçıya аid edilməli və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat Cavabdeh alınaraq ƏN MEM-in hesаbına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tаrixli, 2(014)-1027/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 200 manat Cavabdeh alınaraq ƏN MEM-in hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-629/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-629/2021
14.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver