Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-633/2025 22.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tаrixli, 2(039)-131/2025 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 478412 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah qeydi xx.xx.2023-cü il tarixdə pozulmuşdur.
2. İş materiallarında olan AZ-İİ seriyalı 999423 nömrəli və AZ-İİİ seriyalı 455281 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Sara və xx.xx.2015-ci il təvəllüdlü Sona adlı uşaqları var.
3. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)- 170/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər Cavabdeh, X5, Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
4. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 960/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-170/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. İş materiallarında olan Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Mingəçevir şəhəri, Natəvan küçəsi ev 30/3, mənzil 8-da yaşayır.
6. İş materiallarında olan Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki, 14 avqust 2023-cü il tarixli, AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 0.1216 ha torpaq sahəsini X5 5000 manata satmış, Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Kövər kəndində yerləşən 0.1216 ha yaşayış məntəqələrinin torpaqları sahəsi Cavabdeh adına tam mülkiyyət kimi qeydə alınmış, 14 avqust 2023-cü il tarixli **********864 saylı ərizədən görünür ki, X2 Musa Aydın oğluna məxsus olan Yevlax rayonu, Kövər kəndində yerləşən 0.1216 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 146 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 fevral 2012-ci ildə Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların 26 yanvar 2013cü il təvəllüdlü X8 və 20 yanvar 2015-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə bir müddət mehriban yaşasaq da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. O, Cavabdeh ilə birgə nikah müddətində Yevlax rayonu, Kövər kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evini əldə etmişlər. Cavabdeh ilə aralarında olan razılığa əsasən birgə nikah müddətində əldə olunmuş, Yevlax rayonu Kövər kəndində yerləşən torpaq sahəsi və onun,üzərində inşa olunmuş fərdi yaşayış evi 37000 (otuz yeddi min) manata satılır və qeyd olunan məbləği aliment kimi azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün birdəfəlik ödənilir, qarşılığında isə o, azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün gələcəkdə aliment tələbi ilə məhkəməyə müraciət etməməyini barədə razılığa gəlmişdir. Bununla əlaqədar o, Cavabdeh vəkilinin yanında olduq və aralarında şərtlərini dəqiqləşdirməklə barışıq sazişi tərtib edərək aralarında olan razılığa əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə ona 37000 (otuz yeddi min) manat məbləğdə bir dəfəlik aliment ödəməli, o, isə bunun müqabilində qeyd olunan aliment məbləğini alaraq gələcəkdə bununla bağlı heç bir tələbi olmayacağını bildirərək barışıq sazişini imzalamalı idi. Buna görə də o, Yevlax rayonu, Kövər kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin satılmasına razılıq vermişdir. Bundan sonra qeyd olunan torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi Bərdə “Asan xidmət” mərkəzində notariat ofisində Cavabdeh tərəfindən 14 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Lakin, xx.xx.2023-cü il tarixdə Cavabdeh valideynləri heç bir barışıq sazişinin olmadığını və ona aralarında razılaşdırdığı 37000 (otuz yeddi min) manat məbləği ödəməyəcəklərini bildirdilər. Cavabdeh bu qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət payından məhrum olmuşdur. Göründüyü kimi cavabdeh onun etibarından sui-istifadə edərək, onun mülkiyyət hüquqlarına pozmuş, etibarsız alqı-satqı müqaviləsi əsasında birgə nikah dövründə əldə olunmuş əmlakı qanunsuz olaraq satmışdır. Bundan başqa onu da qeyd edir ki, Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə X4 arasında bağlanmış 14 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və alqı-satqı müqaviləsi əsasında alınmış çıxarışın ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(039)-170/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qətnaməsinə əsasən təmin olunmamışdır. Lakin, Şəki Apellyasiya Məhkəməsi 25 aprel 2024-cü il tarixli qətnaməsində ona mülki qaydada pul tələbinə dair iddia qaldırmaq hüququnun olduğunu izah etmişdir. O, pulunu başqa qaydada cavabdehdən ala bilmir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət payından məhrum olunmuş, göründüyü kimi cavabdeh onun etibarından suiistifadə edərək. onun mülkiyyət hüquqlarını pozulmuş, etibarsız alqı-satqı müqaviləsi əsasında birgə nikah dövründə əldə olunmuş əmlakı qanunsuz olaraq satılmışdır. Sözü gedən əmlakın satışından əldə olunmuş 37000 (otuz yeddi min) manat məbləğdə pulun yarısı olan 18500 (on səkkiz min beş yüz) manat məbləğdə pul alınıb ona verilməlidir.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh ilə 2012-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahdan iki övladları anadan olmuşdur. Aralarındakı nikah Yevlax Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə Yevlax rayonu, Kövər kəndində yerləşən torpaq sahəsini və onun üzərində inşa edilmiş fərdi yaşayış evini əldə etmişlər. Cavabdeh ilə aralarında olan razılığa əsasən həmin fərdi yaşayış evini 37000 manata məbləğində satılaraq birdəfəlik aliment kimi azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün gələcəkdə aliment tələbi ilə razılığa gələrək sonradan cavabdeh və onun valideynləri tərəfindən razlığı pozduğunu qeyd oluna məbləği verməkdən imtina etdiyini, həmin alqı-satqı müqaviləsi etirarsız hesab edilməsi ilə bağlı iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və həmin şikayət təmin edilməmişdir. Hazırda alqı-satqı müqaviləsi üzrə əldə olunmuş 37000 manat məbləğində pulun yarısı olan 18500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu olaraq 146 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəkili Vəkil2 verdiyi izahatında iddia tələbini qəbul etmədiyini iddiaçı ilə cavabdeh arasında ailiment ilə bağlı razılıqa gələb bilmədiklərini üçün barşıq sazişini təstiq edilməmiş və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün ödənilən aliment qırx mindən yuxarı olduğunu tərəflərin arasında razılıq pozulmuş və qeyd olunan torpaq sahəsi alqı-satqı müqaviləsi üzrə beş min manata satıldığını və tərəflərin payına düşən pulu verildiyini bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Yevlax Rayon Məhkəməsinin (hakim Kamil Əliyev) 03 mart 2025-ci il tаrixli, 2(039)-131/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
12. Məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikah müddətində əldə olunmuş Yevlax rayonu, Kövər kəndində yerləşən ümumi sahəsi 0.1216 ha olan torpaq sahəsinin Cavabdeh tərəfindən Məhburə Mejdunovaya 5000 (beş min) manat məbləğində satılmış, cavabdeh həmin satışdan əldə olunmuş pulun yəni 2500 (iki min beş yüz) manatını iddiaçıya verməli olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4 və 37.1ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsi təqdim olunmuş sübutlara düzgün qiymət verməmişdir. Belə ki, o, məhkəməyə cavabdeh və onun atası ilə danışığını əks etdirən CD disk təqdim etmişdir. Məhkəmə həmin CD diskə baxış keçirmiş və müəyyən olunmuşdur ki, cavabdeh mübahisəli torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evini 37000 manata satdığını etiraf etmişdir. Lakin, Yevlax Rayon Məhkəməsi təqdim olunmuş bu sübuta heç bir qiymət verməmişdir. Bundan başqa o, Yevlax Rayon Məhkəməsinə məhkəmənin əvvəlki qətnaməsini təqdim etmişdir. Həmin qətnamədə Məhbubə Mejdunovanın verdiyi izahat mövcuddur və Mhbubə Mejdunova mübahisəli torpaq sahəsi və fərdi yaşayış evini 15000 manat aldığını etiraf etmişdir. Yevlax Rayon Məhkəməsi bu sübuta da heç bir hüquqi qiymət verməmişdir. Buradan da görünür ki, Yevlax Rayon Məhkəməsi işə baxarkən mənə qarşı qərəzli mövqe tutmuşdur. Belə olan halda Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tаrixli, 2(039)- 131/2025 saylı qətnaməsi qismən ləğv olunaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. İş üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
25. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
26. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
27. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
28. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
36. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tаrixli, 2(039)- 131/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
43. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
44. Müəyyən edilmişdir ki, tərəflər 01 fevral 2012-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından iki uşaq doğulmuşdur. Tərəflərin arasında bağlanmış nikah Yevlax Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahı dövründə Yevlax rayonu, Kövər kəndində yerləşən 0,1216 ha torpaq sahəsini əldə etmişlər. Həmin torpaq sahəsinə cavabdehin tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili (yaşayış evi) isə qeydə alınmamışdır. Cavabdeh 14 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinin iddiaçının razılığı ilə 5000 manat müqabilində özgəninkiləşdirmişdir. Tərəflər arasında satılmış əmlakın dəyərinin bölüşdürülməsində mübahisə yaranmış, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İşə mahiyyəti üzrə baxan Yevlax rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
45. Kollegiya ilk öncə onu qeyd edir ki, iddia ərizəsində, iddiaçı tərəfin birinci instansiya məhkəməsinin iclasında və apellyasiya şikayətində göstərdiklərinin əksinə olaraq yalnız torpaq sahəsi alqı-satqı müqaviləsinin predmeti olmuşdur. Torpaq sahəsi üzərində yerləşən tikili (yaşayış evi) alqı-satqının predmeti olmamışdır.
46. İddiaçı notariat ofisinə vermiş olduğu ərizədə də əri (cavabdeh) Cavabdeh məxsus olan Yevlax rayonu, Kövər kəndində yerləşən 0,1216 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
47. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-960/2024 saylı qətnaməsində qeyd olunmuşdur ki: - Mülki işin 18-ci vərəqində yer alan CD diskdə olan səs yazılarından biri iddiaçı X6 ilə Cavabdeh arasında olan telefon danışığının səs yazısıdır. Həmin səsdən müəyyən olunur ki, iddiaçı iddia ərizəsində qeyd edilənləri baş verən hadisələrin ardıcıllığı ilə cavabdehə danışmış və cavabdeh baş verənləri təsdiqləmişdir. Bundan başqa, cavabdeh həmin razılaşmanın cavabdehin valideynlərinin fikri olduğunu, onun öz fikrinin alqısatqıdan əldə olunan pulu yarı bölmək və uşaqlarına aliment ödəmək yönündə olduğunu bildirmişdir. Valideynlərinin fikrinin iddiaçının bildirdiyi şəkildə olduğunu, lakin nəticədə dediklərini etmədiklərini, bunun səbəbi barədə heç bir fikri olmadığını vurğulamışdır. Həmin səs yazısında iddiaçı qeyd edir ki, əmlakın satılmasından alınan pulun yarısı ona verilsə, o aliment tələb edəcəkdir. Pulun hamısı ona veriləcəyi razılaşıldığı üçün aliment tələb etmir. - Nəticədə, kollegiya hesab edir ki, iddiaçı və cavabdeh arasında olan şifahi razılaşma mübahisəli əmlakın alqı-satqısı ilə deyil, əmlakın satılmasından əldə olunan pulun hansı şəkil bölünəcəyi barədə olmuşdur. Ona görə də, həmin razılığın cavabdeh tərəfindən pozulması da hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin aldadılma yolu ilə bağlandığı mənasına gəlmir. Aldadılma iddiaçının aliment tələb etməsinə münasibətdə ola bilərdi ki, iddiaçı da heç bir rəsmi sənədlə aliment tələb etmə hüququndan imtina etməmişdir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 7.20-ci bəndində göstərilmişdir ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər.
49. Baxılan işdə cavabdehin üçüncü şəxslə bağladığı müqavilənin iddiaçı tərəfindən sonradan bəyənilmə halı olmamış, əksinə sonuncu cavabdehə onların ümumi birgə mülkiyyətində olmuş torpaq sahəsinin satılması üçün razılıq vermiş, həmin torpaq sahəsinin alqı-satqı müqaviləsində dəyəri 5.000 manat göstərilmişdir. Yəni Ali Məhkəmənin sərgilədiyi hüququ mövqeyə görə, hazırkı vəziyyətdə torpaq sahəsinin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsi tələb oluna bilər.
50. Yevlax Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(039)-170/2024 saylı və həmin qətnaməni dəyişdirilmədən saxlayan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-960/2024 saylı qətnamələrində tərəflərin ümumi birgə mülkiyyətində olmuş torpaq sahəsinin daha yüksək qiymətə satılması məhkəmələr tərəfindən məyyən edilmiş fakt olmamaqla, iş üzrə tərəfin (digər cavabdehin) izahatıdır (bəyanıdır).
51. Halbuki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir və qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (bax: 32 və 35-ci bəndlər).
52. Beləliklə, iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdehin birgə nikah müddətində əldə olunmuş Yevlax rayonu, Kövər kəndində yerləşən ümumi sahəsi 0.1216 ha olan torpaq sahəsinin Cavabdeh tərəfindən Məhburə Mejdunovaya 5000 (beş min) manat məbləğində satmiş, həmin satışdan əldə olunmuş pulun yəni 2500 (iki min beş yüz) manatın iddiaçıya verməli olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
53. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
54. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
55. Apellyasiya şikayətlərinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
56. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
58. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
59. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tаrixli, 2(039)-131/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tаrixli, 2(039)-131/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov