Məhkəmə qərarları › İş №2(107)-635/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-635/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-635/2021 03.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 Ağaməcid oğlunun iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-8/2019 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-8/2019 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, 126.67 manat məbləğində əsas borc, 4.12 manat faiz borcu və 20 manat cərimə olmaqla cəmi 150,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada tutulub kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi, 145 manat ekspertiza xərcinin 8.7 manatının cаvаbdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada və 136.7 manatının İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb dövlət büdcəsinə - Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, Ekspertiza xərci, SAP (XİİS) hesabı; Dövlət Xəzinədаrlığı Agentliyi, KOD:210005 VÖEN:**********, müxbir hesаb:AZ 41NABZ ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, AZ34CTRE******************** nömrəli hesаbа ödənilməsi qət edilmişdir. İşin halları Kreditor İddiaçı ASC borclular Cavabdeh1, Cavabdeh3 Məhəməli oğluna, Cavabdeh4 və Cavabdeh2 qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ASC-nin Zaqatala filialı ilə Cavabdeh1 oğlu arasında bağlanmış 04 avqust 2014-cü il tarixli İK №600f/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Abaməcid oğlunun «İddiaçı”a olan 1682,55 (bir min altı yüz səksən iki manat 55 qəpik) manat əsas, 1529.05 (bir min beş yüz iyirmi doqquz manat 05 qəpik) manat faiz borcu olmaqla, cəmi 3211.60 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun borclulardan (borclu Cavabdeh1, zaminlər-Cavabdeh3 Məhəməli oğlu, Cavabdeh4 Vaqif oğlu və Cavabdeh2 Nəbi qızı) birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh3 etirazı əsasında Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə xx xxx 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi M.Mustafayev iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək qətnamə qəbul edilərkən cavabdehdən əsas borc üzrə 837 manat, cərimə üzrə 1494,53 manat olmaqla, cəmi 2331.80 manat məbləğində pulun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli İK №600f/14 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik faiz dərəcəsi 30 % olmaqla, 30 (otuz altı) ay müddətinə 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bank ilə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında 04 avqust 2014-cü il tarixli İK №600f-z/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclu xx xxxxxx 2016-cı il tarixinə olan nəticəyə görə cavabdeh əsas borcundan 4662.73 manat ödəmiş, əsas borc məbləğindən 837.27 manat qalıq qalmışdır. 06 dekabr 2018-ci il tarixədək hesablanmış 3230.07 manat ümumi faiz borc məbləğindən isə 3230.07 manat ödəyərək faiz borc qalığı qalmamışdır. Həmin tarixə gecikdirilən günlərə görə 1494.53 manat cərimə faizi hesablanmış, beləliklə müştərinin xx xxxxxx 2018-ci il tarixə banka 2331.80 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 Ağaməcid oğlu iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı ASC-dən illik faiz dərəcəsi 30 faiz olmaqla, 30 ay müddətinə 5500 manat məbləğində kredit almışdır. Maddi imkanı olmadığına görə krediti ödəyə bilməmişdir. Bank tərəfindən əsas borc və cərimə məbləğləri yüksək göstərilmişdir. Ekspertizanın rəyi ilə razıdır. Qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh3, X3, Cavabdeh2 Nəbi qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, sözügedən qətnamədən razı deyil, hesab edir ki, məhkəmə əsassız və qanunsuz qətnamə qəbul edərək, düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə əsas və faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə öz qətnaməsində ekspert rəyinə istinad edərək, onların iddia tələbindən çox aşağı olan, real məbləğləri əks etdirməyən borcun tutulmasını qət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 9796 saylı rəyinə əsasən, Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixə banka olan borcu 997.83 manat əsas, 19.96 manat faiz borcu, həmçinin xx xxxxx 2017-ci il tarixə 126.67 manat əsas, 4.12 manat faiz brocu təşkil edir. Göründüyü kimi ekspert rəyi ilə iddia tələbi arasında kəskin fərq vardır və bu fərq ekspert rəyinin əsaslılığını şübhə altına alır. Lakin məhkəmə rəy ilə iddia tələbi arasındakı kəskin fərqi nəzərə almadan, ekspert rəyini əsas tutmuş və öz qətnaməsində bu halı əsaslandırmadan qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə iddia tələbinə nəzər yetirəndə aydın olur ki, tərəflərindən cavabdehlərdən heç bir faiz məbləği tələb edilməmişdir. İddiaçının iddia tələbi əsas borc və cərimə borcundan ibarətdir. Qeyd edir ki, hazırda borcluların Banka olan borcu əsas borc üzrə 837 manat, cərimə üzrə 1494.53 manat olmaqla, cəmi 2331.80 manat məbləğində təşkil edir. Belə olan halda isə məhkəmə iddia tələbindən kənara çıxaraq cavabdehlərdən faiz borcunun da tutulmasını qət etmişdir. Göründüyü kimi apellyasiya şikayəti əsaslıdır və təmin edilərək iddia tam təmin edilməlidir. Ona görə də, Balakən rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)- 8/2019 nömərəli qətnaməsini ləğv edərək iddianın tam təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 837 manat, cərimə üzrə 1494.53 manat olmaqla, cəmi 2331.80 manat borcun və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəm kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəm kollegiyasının iclasında Cavabdeh1 Ağaməcid oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-8/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPMnin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-8/2019 nömrəli qətnaməsi mübahisələndirlən-“iddianın qismən təmin edilməsi, 126.67 manat məbləğində əsas borc, 4.12 manat faiz borcu və 20 manat cərimə olmaqla cəmi 150,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada tutulub kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 04 avqust 2014-cü il tarixli İK№ 600f/14 nömrəlikredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 Ağamcəmid oğluna illik faiz dərəcəsi 30% faiz olmaqla, 30 (otuz) ay müddətinə 5500 manatməbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxx 2014-cü il tarixli 600-f-z/14 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3, X6 və Cavabdeh2 Nəbi qızı arasında Zaminlik müqaviləsi bağlanmış, Zaminlər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx xxxxxx 2018-ci il tarixli 488 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə əsas borc üzrə 837.27 manat, cərimə borcu üzrə isə 1494.53 manat olmaqlacəmi 2331.80 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 9796 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxxxx 2014-cü il tarixli, İK№ 600f/14 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 oğlunun xx xxxxxx 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 1017,79 manat məbləğində və 19 aprel 2017-ci il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 130.78 manat müəyyən olunur, o cümlədən xx.xx.2016-cı il tarixə əsas borc üzrə 997.83 manat, faiz borcu üzrə 19.96 manat olmuş, xx.xx.2017-ci il tarixə əsas borc üzrə 126.67 manat, faiz borcu üzrə 4.12 manatdır. İşdə olan Layıcov Sərxan Ağaməcid oğlu ilə İddiaçı» ASC-nin arasında 19 aprel 2017-ci il tarixədək (sualda göstərilən tarixədək) xx xxxxxx 2014-cü il tarixli, İK №600f/14 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 465.2, 467, 470.1, 472.2 və 739-cu maddələrinə və Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 04 avqust 2014-cü il tarixli İK№ 600f/14 saylı kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından illik faiz dərəcəsi 30% faiz olmaqla, 30 (otuz) ay müddətinə 5500 manat məbləğində kredit almışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bank ilə Cavabdeh3, X6 və Cavabdeh2 Nəbi qızı arasında 04 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Hal-hazırda cavabdeh Layıcov Sərxan Ağaməcid oğlunun İddiaçı ASC-nə 126.67 manat əsas, 4.12 manat faiz borcu vardır. Ona 1494.53 manat cərimə hesablanmışdır. Cavabdehlərə iddiaçı tərəfindən kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi 126,67 manat əsas borca, 4,12 manat faiz borcuna aid hissədə əsaslıdır. Eyni zamanda məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, əsas borcun miqdarı 126.67 manat, faiz borcu 4.12 manat оlduğu halda 1494.53 manat məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 20 manat həcmində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, 126.67 manat məbləğində əsas borc, 4.12 manat faiz borcu və 20 manat cərimə olmaqla cəmi 150,79 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3, İsmayılov Vüqar Vaqif oğlundan və Cavabdeh2 Nəbi qızından birgə qaydada tutulub kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq 145 manat ekspertiza xərcinin 8.7 manatı cаvаbdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada və 136.7 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb dövlət büdcəsinə - Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, Ekspertiza xərci, SAP (XİİS) hesabı; Dövlət Xəzinədаrlığı Agentliyi, KOD:210005 VÖEN:**********, müxbir hesаb:AZ 41NABZ ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, AZ34CTRE******************** nömrəli hesаbа ödənilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsinin də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-8/2019 nömrəli qətnaməsi mübahisələndirlən-“iddianın qismən təmin edilməsi, 126.67 manat məbləğində əsas borc, 4.12 manat faiz borcu və 20 manat cərimə olmaqla cəmi 150,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada tutulub kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-8/2019 nömrəli qətnaməsi mübahisələndirlən-“iddianın qismən təmin edilməsi, 126.67 manat məbləğində əsas borc, 4.12 manat faiz borcu və 20 manat cərimə olmaqla cəmi 150,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada tutulub kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi” hissəsində dəyişdirilmədən sаxlаnılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar