Məhkəmə qərarları › İş №2(107)-636/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-636/2022

23.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-636/2022 23.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz sökülən hasarın, darvazanın, toyuq-cücə damının, tövlənin və su kanalının bərpası” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz sökülən tikililərin və su kanalının bərpası) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz sökülən hasarın, darvazanın, toyuq-cücə damının, tövlənin və su kanalının bərpası” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(035)-627/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Zərdab rayonu Şahhüseynli kəndində 0.22 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 03 otaqlı fərdi yaşayış evi və həyətdə olan digər tikililərlə bağlı İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 08.06.2015-ci il olan çıxarış verilmişdir. Həyətdə 2 ədəd toyuq hini, 1 ədəd barama saxlamaq üçün tikili, 1 ədəd mal tövləsi olmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Zərdab rayonu Şahhüseynli kəndində ona məxsus olan həyətinin qamış və taxtadan olan hasarının, həyətinə giriş-çıxış üçün qoyulan dəmir darvazanın, həyətində olan toyuq-cücə saxlamaq üçün olan hinin, tövlənin və uzun müddət istifadədə olan su kanalının (cavabdeh tərəfindən torpaqla doldurulmuşdur) cavabdeh tərəfindən bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayonu Şahhüseynli kəndində 0.22 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 03 otaqlı fərdi yaşayış evi və həyətdə olan digər tikililər əvvəllər ata yurdu olmaqla hazırda onun xüsusi mülkiyyətindədir. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 08.06.2015-ci il olan çıxarış verilmişdir. Cavabdeh onun doğma qardaşı olmaqla, həm də qonşusudur. Son vaxtlar cavabdehlə aralarında hazırda özünün mülkiyyətində olan ata mülki və torpaq sahəsi ilə bağlı mübahisələri yaranmış, çoxlu sayda məhkəmə çəkişmələri olmuşdur. Cavabdeh haqsız olduğu üçün bütün məhkəmə işləri özünün xeyrinə həll olunmuşdur. Buna baxmayaraq cavabdeh bu ilin yay aylarında hazırda onun mülkiyyətində olan həyətyanı sahəyə qanunsuz girərək, həyətdə olan 2 ədəd 2x3=6 kv.m olan toyuq-cücə hinini, iki hissədən ibarət olan 1 ədəd heyvan tövləsini, dəmir materialdan olan həyət darvazasını, qamış və ağac materialdan olan 7-8 m uzunluqda hasarı (ara çəpəri) sökmüş, 40-50 il müddətində istifadə olunan su kanalını torpaqla doldurmuşdur. Hansı ki, 2020-ci ilin ortalarına kimi həmin su kanalından istifadə edilmişdir. Cavabdeh darvazanın onun tərəfindən qoyulmasını bildirsə də, bu doğru deyildir. Belə ki, hələ 1994-cü ildə kiçik bacısı Ruhiyyə ərə gedərkən toy kasetində həmin darvazanın olduğu görünür. İstər həyətdə olan ev, istərsə də sözügedən toyuq-cücə hinini, heyvan tövləsini, barama saxlamaq üçün olan tikili, dəmir materialdan olan həyət darvazasını, qamış və ağac materialdan olan hasar (ara çəpəri), su kanalı hələ atasının saxlığından var idi. Atası 2014-cü ildə vəfat etmişdir. Vəfat edənə kimi atası həyət-bacaya yiyəlik etdiyi üçün cavabdeh heç bir müdaxilə edə bilməmişdir. Atasının vəfatından sonra evdə anası tək yaşayır. Anası 85 yaşında olmaqla qoca olduğu üçün cavabdehin qanunsuz müdaxilələrinin qarşısını ala bilmir. Özü isə Bakı şəhərində yaşadığı üçün həyət-bacaya daima nəzarət edə bilmir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlə aralarında olan mübahisə ilə bağlı başqa bir məhkəmə işi üzrə cavabdehin ona məxsus sözügedən həyətyanı sahəyə və evə daxil olması iddianın təmin tədbiri kimi məhkəmənin qərardadı ilə qadağan olunmuş olsa belə, cavabdeh həmin qadağanı pozmuş və buna görə (inzibati xətaya görə) məhkəmə qərarı ilə cərimə olunmaqla inzibati qaydada cəzalandırılmışıdır. Cavabdehin qanunsuz əməllərindən kənd bələdiyyəsinə və icra nümayəndəliyinə şikayət etsə də, heç bir müsbət nəticə olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının nə evinə, nə həyətinə pretenziyası yoxdur. 33 ildir ki, qoruduğu hazırda mərhum əmisi Ağahüseynə məxsus həyətə iddiaçı onun giriş-çıxışına maneə yaradır. Sözügedən dəmir darvazanı özü düzəldib, 2000-2001-ci ildə özü qoymuşdur, 5-6 m hasarı da özü düzəltmişdir ki, toyuq-cücə o tərəfə keçəməsin. İddiaçı darvazaya kilid vuraraq bağladığı üçün o, da məcbur olub 05.06.2021-ci ildə dəmir darvazanı və qamış və ağac materialdan olan hasarı 05.06.2021-ci ildə sökmüşdür. Sözügedən kanal isə 2000-ci ilin əvvəlində atası və onun istifadəsi üçün nəzərdə tutulmaqla çəkilmişdir. Atası 2014-cü ildə vəfat etmişdir. Həmin vaxta qədər atası da həyətinə həmin su kanalı vasitəsi ilə su aparmışdır. İndi isə iddiaçının həmin su kanalından istifadə etməsinə razı deyildir. İddiaçının iddia etdiyi 2 ədəd toyuq hini, 1 ədəd barama saxlamaq üçün yeri, 1 ədəd mal tövləsinin yerləşdiyi yer onun həyətidir, Şükürün deyil. Tövlə sökülməyib, 02 ay olar hinləri özü sökmüş, barama saxlamaq üçün tikilini isə Şükür özü sökərək həyəti ilə özünün həyəti arasında dəmir hasar çəkərkən söküntü materialdan istifadə etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır. Ona görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, həm İddiaçı, həm də Cavabdeh onun doğma öğludur. Sözügedən həyətyanı torpaq sahəsi, ev və tikililər hazırda Şüküründür. Həyətdə 2 ədəd toyuq hini, 1 ədəd barama saxlamaq üçün yeri, 1 ədəd mal tövləsi olmuşdur. Həmin tikililəri, o, özü və hazırda mərhum əri Nuru tikmişdir. Nuru 2014-cü ildə vəfat etmişdir. Nuru vəfat edənə kimi həyət-bacaya yiyəlik etdiyi üçün Emin heç bir müdaxilə edə bilməmişdir. Nurunun vəfatından sonra evdə özü tək yaşayır. Son illərdə Eminlə Şükürün arasında evlə bağlı, torpaqla bağlı mübahisələri olduğu üçün Emin həyət-bacaya müdaxilələr etməyə başlamışdır. Yaşlı olduğu üçün Eminin qanunsuz müdaxilələrinin qarşısını ala bilməmişdir. Şükür isə Bakı şəhərində yaşadığı üçün həyət-bacaya daima nəzarət edə bilmir. Emin 2020-ci ildən həyətə gələn su kanalını torpaqla doldurmuş, hansı ki, həmin su kanalı 40-50 il bundan əvvəl çəkilmişdi. Bu ilin yay aylarından isə Emin dəmirdən olan həyət darvazasını söküb öz həyətinə aparmış, həyətdə olan 2 ədəd toyuq-cücə hinini sökmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, İddiaçı onun qaynı, Cavabdeh isə onun əridir. Hazırda sözügedən həyətyanı torpaq sahəsi və ev əvvəllər onun qaynatası Nuruya məxsus olmuşdur. Şükür gizli yollarla həmin həyətyanı torpaq sahəsi və evi ələ keçirtdiyi üçün qardaşlar arasında mübahisə və ziddiyyət yaranmışdır. Qaynatasının vəfatından sonra evdə qaynanası olan Bibixanım tək yaşayır. Bibixanıma da onlar baxmış, lazım gələndə şəxsən özü özlərinin həyətindən keçən sözügedən su kanalını açaraq hazırda Şükürə məxsus həyətə su vermişdir. 28.05.2020-ci il tarixədək həmin su kanalından istifadə edilmişdir. X4 tərəfini saxlayaraq onları həyətə qoymadığı üçün onlarda həyətlərindən keçən su kanalını bağlamışlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zərdab rayonu Şahhüseynli kəndində 0.22 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 03 otaqlı fərdi yaşayış evi və həyətdə olan digər tikililər əvvəllər ata yurdu olmaqla hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 08.06.2015-ci il olan çıxarış verilmişdir. Həyətdə 2 ədəd toyuq hini, 1 ədəd barama saxlamaq üçün tikili, 1 ədəd mal tövləsi olmuşdur. Tərəflərin ataları Nuru 2014-cü ildə vəfat edənə kimi həyət-bacaya yiyəlik etmiş, onun vəfatından sonra evdə tərəflərin anası Bibixanım tək yaşamışdır və hazırda da yaşayır. İddiaçı sözügedən ata yurduna – evə və torpaq sahələrinə mülkiyyət hüququ əldə etdikdən sonra tərəflər arasında münasibətlər pozulmuş və hazırkı Cavabdeh həyət-bacaya müdaxilələr etməyə başlamışdır. Bibixanım yaşlı olduğu üçün Eminin müdaxilələrinin qarşısını ala bilməmiş, İddiaçı isə Bakı şəhərində yaşadığı üçün həyət-bacaya daima nəzarət edə bilməmişdir. Cavabdeh hələ atasının sağlığında çəkilmiş və hazırda iddiaçıya məxsus həyətə 28.05.2020-ci il tarixə kimi gələn su kanalını torpaqla doldurmuş, cari ilin iyun ayında iddiaçıya məxsus həyətə girişdə qoyulmuş dəmir materialdan olan darvazanı yerindən çıxararaq özünə məxsus qonşuluqda yerləşən həyətə atmış, həyətə girişdə darvaza yerindən sol tərəfdə ayaqla ölçüldükdə 7-8 m uzunluğunda qamış və ağac materialdan olan ara şəpəri (hasarı) sökmüş, iki ədəd toyuq-cücə hinini sökərək istifadəyə yararsız vəziyyətə salmışdır. İddiaçı ona məxsus həyətə gələn su kanalının cavabdeh tərəfindən torpaqla doldurulmaqla bağlanmasını, həyətinə girişdə qoyulmuş dəmir materialdan olan darvazanı yerindən çıxarılmasını, həyətə girişdə darvaza yerindən sol tərəfdə ayaqla ölçüldükdə 7-8 m uzunluğunda qamış və ağac materialdan olan ara şəpəri (hasarı) sökülməsini, iki ədəd toyuq-cücə hininin sökülməsini yuxarıda sadalanan qaydada sübuta yetirə bilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməlidir. Məhkəmə mübahisənin həlli zamanı həm əmlak və mülkiyyət hüququnu təsbit və qorunmasını təmin edən yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, həm də işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq hesab edir ki, haqqında iddia qaldırılan Zərdab rayonu Şahhüseynli kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində tkilmiş 03 otaqlı fərdi yaşayış evi və həyətdə olan digər tikililər əvvəllər ata yurdu olmaqla hazırda iddiaçının xüsusi mlkiyyəti olduğundan onun mülkiyyətçi kimi iradəsinə zidd olaraq cavabdehin yuxarıda müəyyən edilən hərəkətləri iddiaçının mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam hüququnun) pozulmasına gətirib çıxarır. Məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən qaydada həm faktiki, həm də hüquqi əsasa malikdir. İddiaçının hazırkı tələbi onun qanunla qorunmalı olan hüquq və azadlıqlarına aiddir. Ona görə də həmin hüquqa məhkəmə qaydasında təminat verilməli və iddia qismən təmin edilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(035)-627/2021 nömrəli qətnaməsi ilə (hakim Тahir Qubadov) iddia qismən təmin olunmuş, Zərdab rayonu Şahhüseynli kəndində İddiaçı məxsus olan həyətin qamış və taxtadan olan hasarı (ara çəpəri), həyətə giriş-çıxış üçün qoyulan dəmir darvaza, həyətində olan toyuq-cücə saxlamaq üçün olan iki ədəd hin və uzun müddət istifadədə olan su kanalının Cavabdeh tərəfindən bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən köçürülmüş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 170 və 176-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********6, qeydiyyat tarixi 08.06.2015-ci il tarix olan RX Seriyalı ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu Şahhüseynli kəndi ərazisində 0.22 ha həyətyanı torpaq sahəsi və 1 mərtəbəli, ümumi sahəsi 66.4 kv.m, yaşayış sahəsi 22.9 kv.m olan 2 otaqlı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Zərdab rayon İHB-nin Şahhüseynli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 316 saylı, 19.10.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus həyətyanı sahədə olmuşlar, həyətyanı torpaq sahəsinə gedən su kanalının istifadəsi cavbadeh tərəfindən açılmamış, sökülmüş darvaza söküntü halında qalmışdır. İşdə olan ünvan 1 ünvanlanmış 20.10.2021-ci il tarixli məktubdan görünür ki, 20.10.2021-ci il tarixdə mübahisəli əraziyə baxış keçirildiyi, baxış keçirilərkən sözügedən ərazidə giriş qapısının sökülərək yerdə olması və kiçik su kanalının doldurulması faktının müəyyən edildiyi göstərilmişdir. İşdə olan iddiaçı tərəfindən təqdim edilən fotoşəkillərdən və videogörüntülərdən görünür ki, iddiaçıya məxsus olan həyətin qamış və taxtadan olan hasarı (ara çəpəri), həyətə giriş-çıxış üçün qoyulan dəmir darvaza, həyətində olan toyuq-cücə saxlamaq üçün olan iki ədəd hin sökülmüş və həyətə gələn su kanalı torpaqla doldurulmuşdur. İşdə olan tərəflərin iştirak etdiyi başqa bir mülki iş üzrə qəbul edilmiş Zərdab Rayon Məhkəməsinin 2(035)-109/2021 saylı, 07.06.2021-ci il tarixli “iddianın təmini tədbiri haqqında” qərardadının surətindən görünür ki, mülki işə baxılıb həll edilənə kimi iddianın təmini tədbiri olaraq hazırkı İddiaçı məxsus Zərdab rayonu Şahhüseynli kəndində yerləşən (hazırkı iş üzrə sözügedən ev və həyətyanı torpaq sahəsinə) evinə, həyətyanı torpaq sahəsinə cavabdehlər ... Cavabdeh ... daxil olmasına qadağa qoyulmuşdur. İşdə olan Zərdab Rayon Məhkəməsinin 3(035)-402/2021 saylı, 13.10.2021-ci il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, hazırkı cavabdeh Eminov X7 Rayon Məhkəməsinin 2(035)-109/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadı ilə qoyulmuş qadağanı pozduğu üçün icra məmuru onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmiş və o, həmin maddə ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati tənbeh olaraq cərimə edilmişdir. Məhkəmə prosesinin gedişində tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı iddiaçıya məxsus həyətə girişdə qoyulmuş dəmir materialdan olan darvazanın yerində olmadığı, sökülərək cavabdehə məxsus qonşuluqda yerləşən həyətə atıldığı, həyətə girişdə darvaza yerindən sol tərəfdə ayaqla ölçüldükdə 7-8 m uzunluğunda qamış və ağac materialdan olan ara çəpərin (hasarın) sökülərək aranın açılmış vəziyyətdə olması, həyətə girişdə darvaza yerindən sağ tərəfdə əvvəllər mövcud olmuş tiklinin (tərəflərin bildirməsinə görə barama saxlama yerinin) söküntüdən sonra qalıq izlərinin olduğu (həmin qalıq izlərindən söküntünün çoxdan olduğu görünür), həyətə girişdə darvaza yerindən sağ tərəfdə əvvəllər mövcud olmuş və sökülmüş tikilidən sonra eyni cərgədə olmaqla heyvan tövləsinin və toyuq-cücə hinin olduğu, həmin tikililərin köhnə tikililər olduğu, toyuq-cücə hininin istifadəyə yararsız vəziyyətə salındığı müəyyən olunmuşdur. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının bu iddianı qaldırmaq hüququ yoxdur. - darvaza barədə: O, 1985-ci ildən 1988-ci ildədək nənəsilə bərabər yaşamışdır. Nənəsinin ata həyətinə bitişik vəziyyətdə 0.30 ha həyətyanı sahəsi olub. 1988-ci il 22 sentyabrda nənəsi dünyasını dəyişib. Sonra ailə qurub onun evində yaşamışdır. 1992-ci ildə ailə qurub, ailəsilə birlikdə miras qalmış köhnə tikili evdə yaşamışlar. Orada 1993-cü ildə Aytac adlı qızı və 1994-cü ildə Elnur adlı oğlu dünyaya gəlmişdir. Nənəsilə atasının həyətinə giriş üçün təxminən 0.02 ha ümumi giriş hissəsi var idi. Təxminən 2000-ci illərdə atası ilə əlavə xərc edib ayrı-ayrı darvazalar qoymamaq üçün razılaşıb həmin ümumi girişin əvvəlində böyük qardaşının vəsaiti ilə alınmış dəmir materialdan özü darvaza bağlayıb quraşdırmışdır. Ata mirasını ələ keçirib ailədə münaqişə yaradan iddiaçı onu 30 il yaşadığı nənə mirasına buraxmamaq üçün bu yola əl atmışdır. Heç vaxt kənddə yaşamayan iddiaçının bu hərəkətindən sonra ümumi istifadədə olan, yəni ona aidiyyatı olmayan yerdə qoyduğu darvazanı çıxarmışdır. - su arxı barədə: Atasının sağlığında həyətyanı sahəsinə iki istiqamətdən su arxı olmuşdur. Birinci əsas arx qonşu Şirəliyevlər tərəfdən olmuşdur. İkinci arx sonradan çəkilib. Əvvəllər mövcud olmuş kənd mağazasının yanından keçib. Mağaza ləğv edilib yerində məscid tikilən zaman atası məscid tikintisinə mane olduğu üçün həmin arxdan imtina edib. Bundan sonra ciddi təlabat yarandıqda həyətində istifadəsində olan arxın ona yaxın olan hissəsindən, əlavə 2 metr arx açaraq ona su vermişdir. Ata mirasını qanunsuz yollarla, bütün ailə üzvlərindən halallıq almadan mənimsəyən, həyat tərzi şər və böhtan üzərində qurulmuş iddiaçı onunla, ailəsilə münaqişə vəziyyətində ola-ola, eyni zamanda, başqa istiqamətdən ata-baba su kanalı olduğu halda hansı əsasla onun həyətindən su aparmaq istəyir? Onun məqsədi burada münaqişə mənbəyi saxlamaqdı. - taxta hasar və ara çəpəri barədə: İddiaçı hansısa taxta hasarın sökülməsindən bəhs edir. Halbuki atasının həyətyanı sahəsində heç vaxt taxta hasarı olmayıb. Məhkəməyə sübut olaraq giriş-çıxışı göstərən ağac materialdan düzəldilmiş köhnə qapı və metal torla sərhədlərin görüntüsü foto və video formatda təqdim olunmuşdur. İddiaçı 2021ci il may-iyun aylarında kəndə gələrək müəyyən olunmuş və məhkəmə sənədlərində video və foto sübutları olan ara sərhədlərinə çəkilmiş yüngül taxta qapını və metal tor çəpəri sökərək 30 ildən bəri üzərində yaşadığını evi yerləşən nənə yurduna sahiblənməyə və həmin mirasın digər hissələrinə keçidinə və istifadəsinə maneə yaratmağa çalışır. Eyni zamanda, hakim yerində şahid olub ki, həmin darvaza iddiaçıya DƏDRX-dən verilmiş çıxarışda müəyyən olunmuş sərhədlər daxilində deyil. - hin barədə: Toyuq-cücə saxlamaq üçün hin nənə evində yaşayarkən 1990-cı illərdə onun tərəfindən nənə mirası sayılan həyətyanı sahədə tikilib və uzun illər ailəsinin istifadəsində olub. Sonradan o özü üçün başqasını tikmiş və yararsız halda olan hindən isə anasının istifadəsinə razılıq vermişdir. İddiaya qarşı tərəfindən etiraz və vəsatətlər verilmişdir. Həmçinin də böyük qardaşları məsələyə obyektiv münasibətlərini yazılı formada cizgilər üzərində izahlı şəkildə məhkəməyə bildirmişlər. Yerində hakimə ata mirasının nənə mirası arasındakı sərhədləri və həmin miraslara giriş üçün nəzərdə tutulmuş ümumi istifadə yeri göstərilmişdir. Təqdim etdiyi sübutlar arasında anasının video çıxışı var. Anası konkret olaraq ata yurdu ilə arasının məftil torla ayrıldığını və iddiaçının ona qarşı olan münasibətini yanqı ilə ifadə edir. Məhkəməyə dəfələrlə iddiaçının öz sərhədləri həddinə çəkilməsi barədə sübutlarını və fikirlərini bildirsələr də hakim ədalətsiz şəkildə, çəkinmədən qanuna meydan oxuyaraq iddiaçıya vəkillik edir, kənd İN-ə və Bələdiyyəyə cürbəcür yollarla təsir göstərərək, hüquqi əsası olmayan arayışlar alır. Darvazanın söküldüyü yerini heç kim inkar etmir. Sadəcə olaraq həmin yerin iddiaçıya aid olmadığını, ümumi istifadə təyinatlı olduğunu və onun öz sərhədlərini bərpa edib həyətinə darvaza qoymalı olduğunu hakim müəyyənləşdirib ona əsasən qərar verməli idi. Onun tərəfindən dəfələrlə təkid edilməsinə baxmayaraq hakim sökülən çəpərin, hinin və darvazanın iddiada qeyd edilən çıxarışda əks olunmuş 0.22 ha həyətyanı sahəyə aidiyyatı olub-olmadığını nəzərə almayıb. Bərpası iddia edilən hissələrin iddiaçıya qətiyyən aidiyyatı yoxdur. Çəpərin sökülmüş hissəsi kimi təqdim edilən yer onun yaşadığı həyətə ümumi istifadə yerindən girişdir. Burdan giriş-çıxış həmişə olub. Sadəcə olaraq iddiaçı bu girişi bağlamaqla üzərində ev tikib yaşadığı nənə mirasının (burda "Zəngəzur dəhlizi" yaradaraq nəni nənə mirasının bir hissəsindən məhrum edir) 0.20 ha hissəsini əlimdən almağa çalışır. Hakim də onun bu əməllərinə qanuna uyğun qiymət verməyib. Hakim işin əsas hissəsi üzrə ailə üzvlərini yerində dindirsə də, naturada həyətyanı sahəsinin nənə mirası üzərinə sürüşdürüldüyünü görsə də diqqətə almayıb. Faktiki olaraq ata mirasının bir hissəsi - yəni nənə mirası üzərinə keçən hissəsi qədər ərazi zəbbt edilib. Halbuki, böyük qardaşı B.Eminli (65 yaş) hakimə ata mirasının bütün konturlarını göstərmişdir. Hətta həmin 0.30 ha-dan ibarət nənə mirası barədə hakimin öz qərarı var. İndi də öz qərarına zidd olaraq həmin miras əmlakı başqasının həyətyanı sahəsi kimi müəyyənləşdirir. İstifadəsində olan həyətin iddaçı tərəfindən zəbt olunmasına göz yumur, ədalətsizlik edir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(035)- 627/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(035)-627/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 birinci instansiya məhkəməsinə verdiyi izahatını təsdiq edərək cavabdeh olan oğlu Cavabdeh iddiaçı olan oğlu İddiaçı məxsus olan həyətin qamış və taxtadan olan hasarını, həyətə giriş-çıxış üçün qoyulan dəmir darvazanı, həyətində olan toyuq-cücə saxlamaq üçün olan iki ədəd hini və uzun illərdən bəri istifadədə olan su kanalını dağıtdığını, onların rahat yaşamasına imkan vermədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinəəsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinəəsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinəəsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsi ilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki, qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Həmin Məcəllənin 176.3-cü maddəsinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 184.2-ci maddəsinə görə hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(035)-627/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Zərdab rayonu Şahhüseynli kəndində 0.22 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 03 otaqlı fərdi yaşayış evi və həyətdə olan digər tikililər İddiaçı mülkiyyətindədir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 08.06.2015-ci il olan çıxarış verilmişdir. Həmin həyətdə 2 ədəd təxmini ölçüləri 2x3=6 kv.m olan toyuq-cücə hini, iki hissədən ibarət olan 1 ədəd heyvan tövləsi, dəmir materialdan olan həyət darvazası, qamış və ağac materialdan olan 7-8 m uzunluqda çəpər və keçimşdən istifadə olunan su kanalı mövcud olmuşdur ki, Cavabdeh həyətyanı sahəyə qanunsuz girərək, həmin tikililəri sökməklə yararsız hala gətirmiş, su kanalını isə doldurmuşdur. Qeyd olunan hallar Zərdab rayon İHB-nin Şahhüseynli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 316 saylı, 19.10.2021-ci il tarixli məktubla, ünvan 1 ünvanlanmış 20.10.2021-ci il tarixli məktubla və Zərdab Rayon Məhkəməsinin Cavabdeh Zərdab Rayon Məhkəməsinin 2(035)-109/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadı ilə qoyulmuş qadağanı pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokola uyğun olaraq 500 manat məbləğində inzibati tənbeh olaraq cərimə edilməsi barədə 3(035)-402/2021 saylı, 13.10.2021-ci il tarixli inzibati xəta haqqında qərarı ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(035)-627/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(035)-627/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar