Məhkəmə qərarları › İş №2(107)-637/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-637/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-637/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və X4 ibarət tərkibdə; İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(025)-2191/2023 saylı qətnaməsindən Maraqlı şəxs ərizəsi əsasında “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə” həmin məhkəmənin 07 mart 2024-cü il tarixli, e-2(075)-2191/2023 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimetin məbləğinin artırılaraq hər ay üçün 250 manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğdə alimentin və mediasiya sessiyası ilə bağlı ödədiyi 50 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(025)-2191/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 01 avqust 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(075)-5486/2016 saylı qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay üçün 180 manat məbləğində müəyyən edilməsi və həmin aliment məbləği tutularaq İddiaçı ödənilməsi, 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 33,20 (otuz üç manat, 20 qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(075)- 2191/2023 saylı qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsi Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. X12 Məhkəməsində baxılarkən Şəki Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli məktubu ilə hazırkı iş üzrə Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tаrixli qətnaməsindən Maraqlı şəxsn tərəfindən şikayəti verildiyi bildirilmiş və işin Şəki Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(107)-305/2024 saylı qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh HacıX3 qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq iş materiallarının Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 07 mart 2024-cü il tarixli, e- 2(075)-2191/2023 saylı qəraradadı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” mülki iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(075)-2191/2023 saylı qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməmişdir. Şəki Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, e-2(075)-2191/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və həmin Məhkəmənin 07 mart 2024-cü il tarixli, e- 2(075)-2191/2023 saylı qəraradadından verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e- 2(075)-2191/2023 saylı qərardadı ləğv edilməli, Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(025)-2191/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin materialları Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 47.2-ci maddaəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə qərarlarından şikayət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinin tələbinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından da göründüyü kimi qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Göründüyü kimi apellyasiya şikayət verən Maraqlı şəxs İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” mülki iş üzrə tərəf deyil. Birinci instnasiya məhkəməsi Şəki Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(025)-2191/2023 saylı qətnaməsinin Maraqlı şəxs mənafeyinə və maraqlarına təsir edibetməməsini araşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.8-ci bəndinə əsasən, aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Hazırkı vəziyyətdə Maraqlı şəxs iş üzrə Cavabdeh ilə rəsmi nikahda olsa da, sonununcunun həmin nikahdan doğulmuş uşağa görə aliment ödədiyi iş materialları ilə müəyyən olunmur. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd olunanları araşdırmalı, qəbul etdiyi qətnamə Maraqlı şəxs maraqlarına toxunduğu halda, onun apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən olunmuş müddətin bərpası məsələsini müzakirə etməli idi. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(075)-2191/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(075)-2191/2023 saylı qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işin materialları Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(075)-2191/2023 saylı qərardadı tam, 28 mart 2024-cü il tarixli, e-2(075)-2191/2023 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki işin materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar