Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-637/2025 12.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul vəsaitinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), X8 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-1191/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 52000 (əlli iki min) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə uzun müddət qeyri-rəsmi ailə kimi yaşamışlar. Cavabdehə həddindən çox etibar etmişdir. Özü üçün mənzil almaq qərarına gəlmiş, lakin, məcburi köçkün olduğu üçün evi öz adına deyil, cavabdehin adına rəsmiləşdirmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzili cavabdehin adına almışdır. Həmin mənzilin alınması üçün 40000 manat, rəsmiləşdirilməsi üçün isə 2000 manat, həmçinin, evin mebel və digər avadanlıqlarını almaq üçün 10000 manat pul xərcləmişdir. Hazırda pula ehtiyacı olduğu üçün həmin mənzili satmaq istəyir. Lakin cavabdeh evi satmaqdan imtina edir, yaşayış sahəsini özününkü hesab edir. O, pulunun geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdehlə uzun müddət birgə qeyri rəsmi ailə kimi yaşamışlar. Cavabdehə həddindən çox etibar edirdi. Özü üçün Mingəçevir şəhərində mənzil almaq qərarına gəlmişdir. Lakin özü Kəlbəcər rayonundan məcburi köçkün olduğu üçün öz adına almadı. 2019-cu ildə aldığı ünvan 2 ünvanında yerləşən mənzili cavabdehin adına rəsmiləşdirmişdi. Həmin mənzilin alınması üçün 2019-cu ildə 40000 manat pul vermişdir. Həmçinin evin rəsmiləşdirilməsi üçün 2000 manat xərcləmişdir. Evin avadanlığı olmadığından, mebel və digər əmlakları almaq üçün 10000 manat pul xərcləmişdir. Hazırda pula ehtiyacı olduğu üçün həmin mənzili satmaq istəyir. Lakin cavabdeh evi satmaqdan imtina edir. Həmin evi öz evi hesab edir. Həmçinin pulunun geri qaytarılmasını bildirsə də, cavabdeh imtina edir. Evi cavabdeh hazırda satmışdır. Evi heç vaxt hədiyyə etmək fikri olmamışdır. Sadəcə cavabdehlər birlikdə kirayədə qalmasınlar deyə həmin evdə yaşamışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı vəkili Vəkil2 göstərmişdir ki, tərəflərin yaxın münasibətləri olmuşdur. Cavabdeh məcburi köçkünolduğundan mənzili alarkən öz adına rəmiləşdirməmişdir. Həmin mənzili cavabdehin adına rəsmiləşdirmişdir. Evin alınmasına 40000 manat pul vermişdir. Daha sonra evə lazım olan əşyaları alıb yerləşdirmişdir. Mingəçevir Şəhər Polis şöbəsində araşdırma aparılan zaman hər iki tərəf izahat vermişdir. Həmin izahatlarda cavabdeh evin iddiaçı tərəfindən alındığını etiraf etmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş audio səs yazmasında da cavabdeh evin iddiaçı tərəfindən alınmasını etiraf etmişdir. Hazırda cavabdeh mənzili və ya pulu verməkdən imtina edir. Buna görə də müxtəlif fikirlər söyləyir. İddiaçı həmin mənzili həyat yoldaşının adına kredit götürərək almışdır.
5. Cavabdeh göstərmişdir ki, İddiaçı ilə faktiki ailə münasibətləri olmuşdur. Evi o tapmış və qohumlarının vəsaiti hesabına almışdır. Evin Fərhada aidiyyəti yoxdur. Ev 40000 manata alınmışdır. 20000 manatı öncədən verilmişdir. 20000 manatı isə alqı-satqı zamanı verilmişdir. Fərhad evə mebel və kondisioner almışdır. Onlar da onun haqqıdır və iddiaçıya qaytarmayacaq. Polis şöbəsində verdiyi izahat onun sözləri ilə yazılmamışdır. İzahata imza atsa da, polis işçilərinə inanıb imza etmişdir. Səs yazmalarda olan səs ona məxsusdur. Lakin həmin səsyazmada Mingəçevir şəhərində olan mənzildən yox Yevlax şəhərində olan evdən söhbət gedir. Belə ki, Fərhad qohumunun adına Yevlax şəhərində ev almışdır. Aralarında mübahisə elə həmin evə görə düşmüşdür. Belə ki, Fərhada evi övladlarının adına keçirməsini bildirmişdir. Gələcəkdə başına bir iş gəlsə həmin evdən heç kimin xəbəri olmadığından başqasına qalacaqdır.
6. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 göstərmişdir ki, tərəflər faktiki ailə həyatı yaşamışlar. Həmin vaxt cavabdeh qohumlarının maddi dəstəyi ilə özünə ev almışdır. Hazırda iddiaçı onun tərəfindən alınmasını bildirsə də, özü üçün mənzil almış olsaydı öz adına rəsmiləşdirərdi. İddiaçı tərəfin istinad etdiyi Mingəçevir Şəhər Polis şöbəsinin qərarından şikayət vermişlər. Həmin qərar Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə ləğv edilmişdir.
7. Yevlax Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(039)-1191/2024 nömrəli (hakim: R.Əlizadə) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 43826 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh 221.48 manat dövlət rüsumunun tutularaq Dövlət nəfinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh qeyri rəsmi olaraq ailə kimi yaşamışlar. İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. 2020-ci ildə iddiaçı özünə mənzil alan zaman məcburi köçkün olduğu üçün mənzili cavabdehin adına rəsmiləşdirmişdir. Həmin mənzilin alınmasına 40000 manat pul verilmişdir. Həmçinin ev üçün 3826 manat dəyərində mebel alınmışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 43826 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh 221.48 manat dövlət rüsumu tutularaq Dövlət nəfinə ödənilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Polis şöbəsinin araşdırma materiallarında izahatda və səs yazmalarda cavabdeh evin iddiaçı tərəfindən 40000 manata alındığını, lakin cavabdehin adına rəsmiləşdirildiyini etiraf etmişdir. Hazırda cavabdeh evin onun və qohumlarının vəsaiti hesabına alındığını bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092, 1093, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1297/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(039)- 1191/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1297/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-789/2025 nömrəli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1297/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-789/2025 nömrəli qərarında göstərilmişdir ki, hazırkı işdə məhkəmələr cavabdehin iddiaçının hesabına konkret olaraq hansı əmlak dəyərini (daşınmaz əşya, daşınar əşya, yoxsa onları almaq üçün pul) əldə etdiyini, əldəetmənin hüquqi əsasının, yəni tərəflər arasındakı hüquq münasibətinin həqiqi xarakterinin nədən ibarət olmasını (bağışlama, tapşırıq, üçüncü şəxsin əvəzinə icra, üçüncü şəxsin xeyrinə müqavilə və s.), hətta bağışlama olmuşsa, hədiyyənin geri tələb edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasları müəyyən etməmişlər (təbii ki, sonuncu əsası iddiaçı bildirmiş və sübuta yetirmiş olmalıdır).
17. Baxılan işdə həm iddiaçının bildirdiklərinə, həm də apellyasiya məhkəməsinin iddiaçının dedikləri ilə eyni istiqamətdə olan “cavabdehin vicdanlı davranmayaraq əmlakı iddiaçıya qaytarmaqdan imtina etməsi” mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, bu nəticəyə gəlmək üçün əvvəlcə cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin olması sübuta yetirilməlidir.
18. Bu baxımından ilk növbədə nəzərdən keçirilə biləcək hüquqi əsaslardan biri tapşırıq müqaviləsidir.
19. O da nəzərə alınmalıdır ki, aralarında tapşırıq müqaviləsindən doğan münasibətin olduğunu iddia edən tərəf bu halı sübuta yetirməyə borcludur.
20. Baxılan işdə isə məhkəmələr cavabdehin əldə etdiyi əmlakı sonradan iddiaçının mülkiyyətinə keçirəcəyi barədə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətini və bu çərçivədə cavabdehin iddiaçı qarşısında öhdəlik daşımasını müəyyən etməmişlər.
21. Məhkəmə tərkibi onu da nəzərə alır ki, pul vəsaitinin cavabdehin mənafeyi naminə (məsələn, əmlak alınması üçün) başqa şəxs(lər)ə verilməsi də mümkündür. Bu kimi hallar baxımından “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” və ya “üçüncü şəxsin xeyrinə müqavilə” institutları nəzərdən keçirilə bilər. Bu institutlar mahiyyəti və nəticələri etibarilə bir-birindən əhəmiyyətli şəkildə fərqlənir.
22. Öhdəliyi icra edilmiş borclunun, kreditoru təmin edən üçüncü şəxsin icrasını bəyəndiyi təqdirdə tapşırıq müqaviləsi, əks halda özgə işlərini tapşırıqsız aparma qaydaları çərçivəsində öhdəlik daşıması, icraçının da mənafeyinə uyğun iş görülmüş şəxsdən xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 1087.2-ci və 1090.1-ci maddələrində nəzərdə tutulmuşdur (§ 40-41).
23. Bununla belə, qeyd olunan normaların şərtləri ona istinad edən şəxs tərəfindən sübuta yetirilmədiyi təqdirdə məhkəmə, göstərilən maddələr çərçivəsində cavabdehin iddiaçı qarşısında öhdəliyinin mövcud olması nəticəsinə gələ bilməz.
24. Odur ki, baxılan işin hallarında bu xarakterli faktiki münasibətlər təsbit edilərsə, göstərilənlər nəzərə alınmalıdır.
25. Nəhayət (bu iş üzrə iddianın təmin olunmasının əsası kimi istinad edilən), qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya gəldikdə, ilk növbədə qeyd edilməlidir ki, məhkəmələr işin müəyyən olunmuş hallarının Mülki Məcəllənin 1091-ci maddəsinin şərtlərinə uyğun olmasını lazımi şəkildə yoxlamamış, bu istiqamətdə əsaslandırılmış bir qiymətləndirmə aparmamışlar.
26. Belə ki, məhkəmələr işin araşdırılması zamanı əsas diqqəti alınmış əşyaların pulunun kim tərəfindən ödənilməsini müəyyən etməyə ayırmışlar. Nəticədə pul vəsaitini iddiaçının ödədiyini müəyyən etməklə bu qənaətə gəlmişlər ki, mövcud vəziyyətdə cavabdeh əmlakı iddiaçıya qaytarmadığı üçün əsassız varlanmış sayılır.
27. Halbuki, qeyd edilənlər bir şəxsin başqasının hesabına əsassız varlanması nəticəsinə gəlmək üçün kifayət deyil. Bunun üçün hüquqi dəyərləndirmə yuxarıda qeyd olunduğu kimi, normanın şərtlərinə uyğun şəkildə aparılmalıdır.
28. Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir.
29. Baxılan işdə əgər iddiaçı pul vəsaitini cavabdehin özünə vermişsə, cavabdehin əldə etdiyi əmlakın tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.
30. Baxılan işdə iddiaçı, sözügedən pul vəsaitini cavabdehə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür.
31. Bu xüsusat yoxlanılarkən tərəflərin təqdim etdikləri sübutlar pul vəsaitinin verildiyi zaman, həmin ərəfədə tərəflərin həqiqi münasibətinin xarakteri, vəsaitin hansı niyyətlə verilməsi, sonrakı davranışları və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla qiymətləndirilməlidir.
32. Bağışlamadan başqa bir hüquq münasibəti aşkar edilmədiyi, yəni cavabdehin mübahisəli əmlakı hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin əmlakı iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər.
33. Baxılan işdə iddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən edilməmişdir.
34. Beləliklə, əgər şəxs mübahisəli əmlakı bağışlama müqaviləsi əsasında əldə etmişsə, eləcə də qanunda nəzərdə tutulan əsasla bağışlamadan imtina olunduğu sübuta yetirilməmişsə, varlanmış şəxs həmin əmlakı əsassız deyil, bağışlama müqaviləsi əsasında qazanmış sayılır. Bu hal isə əsassız varlanmanın zəruri əlamətinin - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn bir əsasın olmaması şərtinin təsbit olunmadığını göstərir.
35. Baxılan işdə məhkəmələrin bu şərti müəyyən etmədən iddianı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin etmələri əsaslı olmamışdır. Başqa sözlə, həmin maddi hüquq norması işə səhv tətbiq edilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
a)Apellyasiya şikayətinin dəlilləri
36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özü sığorta şirkətində işləmiş, hər zaman atası tərəfindən maddi dəstək almış, maddi imkanı yaxşı olmuşdur. Mübahisəli evi isə özü tapmış, qohumlarının vəsaiti hesabına almışdır. Telefon danışıqları iddiaçının qohumun adına aldığı evlə bağlı söhbəti olmuşdur. İddiaçının pulu var idisə, digər ev kimi bunu da hansısa qohumunun adına ala bilərdi. Apellyasiya şikayətinin digər dəlilinə görə, birinci instansiya məhkəməsinin sübut kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etməsi qanuni olmamışdır. Belə ki, həmin qərar məhkəmə qaydasında ləğv edilmişdir. Cavabdeh şikayətinə onu da əlavə etmişdir ki, polis şöbəsində izahata oxumadan qol çəkmişdir. İzahatın məzmununda qeyd olunanlar onun iradə ifadəsi deyildir.
37. Odur ki, Yevlax rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(039)-1191/2024 saylı qətnaməsinin iddianın qismən təmin edilmə hissəsində ləğv edərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-1191/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının vəkili məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 666.1-ci maddəsinə əsasəb bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
44. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
47. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
48. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirərək, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(039)-1191/2024 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
49. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(039)-1191/2024 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, işin faktiki hallarını tam araşdırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
51. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
52. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh qeyri rəsmi münasibətlə yaşamışlar. Onların qeyri-rəsmi münasibətlərdə yaşadıqları dövrdə iddiaçı Qurbanov X4 şəhəri Cəmil Əliyev küçəsi ev 5 mənzil 33 ünvanındakı mənzili almaq qərarına gəlmiş və özünün deməsinə görə bu məqsədlə həmin mənzilin mülkiyyətçisi X6 20000 manat pul vəsaitini ödəmişdir. Həmin pul vəsaitinin ödənilməsindən 5-10 gün sonra X7 tərəfindən mənzil İddiaçı faktiki olaraq təhvil verilmişdir. İddiaçı deməsinə görə onun tərəfindən mənzillə bağlı 20000 manat pul vəsaitinin X6 verilməsindən 10-15 gün sonra iddiaçı tərəfindən həmin mənzil üçün 3826 manat dəyərində mebel əşyaları alınmışdır və qeyd edilən mənzilə yerləşdirilmişdir. Mebel əşyalarının alınmasında cavabdeh də iştirak etmişdir. Bundan təxminən 1 il sonra, yəni 31 oktyabr 2020-ci il tarixdə tərəflər, həmçinin ünvan 3 ünvanındakı mənzilin mülkiyyətçisi X7 notariata getmişlər. Notariat ofisində İddiaçı tərəfindən Cavabdeh 20000 manat pul vəsaiti verilmiş, sonuncu isə iddiaçıdan aldığı 20000 manat pul vəsaitini notariat ofisinin depozit hesabına qoymuş və X7 ilə Cavabdeh arasında 31 oktyabr 2020-ci il tarixdə mənzilin alqı-satqı müqaviləsi imzalanmaqla X7 mənzili Cavabdeh 20000 manata satmışdır.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissədə gəldiyi nəticə, MPMdə nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
55. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilmiş hissəsini 2020-ci ildə iddiaçının özünə mənzil alan zaman məcburi köçkün olduğu üçün mənzili cavabdehin adına rəsmiləşdirməsi, həmin mənzilin alınmasına 40000 manat pulun verilməsi, həmçinin ev üçün 3826 manat dəyərində mebel alınması, iş materiallarında olan Polis şöbəsinin araşdırma materiallarındakı izahatda və səs yazmalarda cavabdehin evin iddiaçı tərəfindən 40000 manata alındığını, lakin cavabdehin adına rəsmiləşdirildiyini etiraf etməsi, beləliklə də cavabdehin iddiaçının hesabına əsassız varlanması ilə əsaslandırsa da, mənzilin alınması üçün 20000 manat pul vəsaitinin iddiaçı tərəfindən 2019-cu il ildə cavabdehə deyil, digər bir şəxsə verilməsini, X3 mənzili İddiaçı adına rəsmiləşdirmədiyi halda həmin pul vəsaitinin İddiaçı tərəfindən Cavabdeh yaxud adına rəsmiləşdirilməmiş mənzillə bağlı pul vəsaitini ondan qəbul etdiyini bildirdiyi X2 tələb etməli olması məsələsinə diqqət yetirməmişdir. Həmçinin 31 oktyabr 2020-ci il tarixdə notariat ofisində mənzilin alınması üçün 20000 manat pul vəsaitinin İddiaçı tərəfindən mənzilin satıcısı X6 deyil, məhz Cavabdeh verilməsi diqqətdən kənarda qalmışdır.
56. Yüksək instansiya məhkəməsinin göstərişlərinin icrası, mülki işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının iclasında İddiaçı ilə dəqiqləşdirilmə aparılarkən cavabdehin mübahisəli mənzili sonradan iddiaçının mülkiyyətinə keçirəcəyi barədə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətlərinin olması, bununla bağlı cavabdehin iddiaçı qarşısında öhdəlik daşıması müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehin adına alınmış mənzilin sonradan onun adına rəsmiləşdiriləcəyini deyil, cavabdehin adından satılacağını qeyd etmişdir.
57. Məhkəmə kollegiyasının araşdırması zamanı ünvan 3 nömrəli mənzillə bağlı tərəflər arasında tapşırıq, həmçinin həmin mənzillə bağlı üçüncü şəxsin xeyrinə, üçüncü şəxsin əvəzinə icraya dair müqavilələrin bağlanması halı müəyyən edilməmiş, bunlara dair, həmçinin cavabdehin adından satılacaq mənzillə bağlı pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə üzərinə öhdəliyin götürülməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
58. Kollegiya qeyd etməyi vacib hesab edir ki, mənzilin 31 oktyabr 2020-ci il tarixli alqısatqısı üzrə müqavilənin bağlandığı gün pul vəsaiti iddiaçı tərəfindən mənzilin satıcısına deyil, adına alqı-satqı əməliyyatının aparıldığı cavabdehə verilmişdir. İddiaçı tərəfindən isə həmin 20000 manat pul vəsaitinin cavabdehə bağışlama düşüncəsi ilə verilməməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
59. Beləliklə mənzilin alındığı günü iddiaçı tərəfindən cavabdehə 20000 manat pul vəsaitinin bağışlanması müəyyən edildiyi halda iş materiallarından Cavabdeh tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsində nəzərdə tutulmuş, yəni Cavabdeh bağışlamadan imtina edilməsinə əsas verə biləcək hər hansı bir hərəkətə yol verməsi halları, bağışlamadan imtina üçün əsaslar müəyyən edilməmişdir.
60. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
62. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
63. Mənzilin 31 oktyabr 2020-ci il tarixdə notarial qaydada alqı-satqısından əvvəl, yəni 2019-cu il tarixdə ödənilmiş 20000 manat pul vəsaitinə gəlincə iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatından da müəyyən edildiyi kimi həmin pul vəsaiti iddiaçı tərəfindən Cavabdeh deyil, mənzilin mülkiyyətçisinə ödənilmişdir.
64. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh deyil, 2019-cu il tarixdə digər bir şəxsə ödənilmiş 20000 manat vəsaitin, həmçinin mənzilin notarial qaydada alqı-satqısı zamanı İddiaçı tərəfindən Cavabdeh bağışlanmış 20000 manat, cəmi 40000 manat pul vəsaitinin İddiaçı tərəfindən Cavabdeh tələb edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
65. Mebel əşyalarının dəyərini təşkil edən 3826 manat pulun ödənilməsi hissəsində məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında Cavabdeh evə mebel və kondisionerin iddiaçı tərəfindən alınmasını etiraf etsə də iddiaçı həmin əşyaların özlərinin deyil, onların dəyərinin alınması ilə bağlı iddia tələbini irəli sürmüş, həmin əşyaların özlərinin mövcud olmaması halı isə müəyyən edilməmişdir.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
67. Beləliklə əşyanın özünün mövcudluğu müəyyən edildiyi halda, onun deyil, dəyərinin tələb edilməsi əsaslı hesab edilə bilməz.
68. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025ci il tarixli, 2(102)-789/2025 nömrəli qərarındakı göstərişləri də diqqətə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilmiş hissəsində səhvə yol vermişdir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə əsaslı olmadığından, cavabdehdən təmin edilmiş tələb həddində dövlət rüsumunun da tutularaq Dövlət nəfinə ödənilməsi əsaslı hesab edilə bilməz.
70. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1191/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş Cavabdeh 43826 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh 221.48 manat dövlət rüsumunun tutularaq Dövlət nəfinə ödənilməsi hissələrində ləğv edilməli, Cavabdeh 43826 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi “Cavabdeh 43826 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində rədd edilməlidir.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1191/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş Cavabdeh 43826 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh 221.48 manat dövlət rüsumunun tutularaq Dövlət nəfinə ödənilməsi hissələrində ləğv edilsin. Cavabdeh 43826 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi “Cavabdeh 43826 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.