Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-638/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X11 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X12 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh-sonradan onun vərəsələri X8 və X5 qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(075)-18/2020 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 may 2018-ci il tarixli, SKNPU-0725 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1690,44 manat, faiz borcuna görə 12,36 manat, dəbbə borcuna görə 0 manat olmaqla, cəmi 1702,8 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(075)-18/2020 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh vərəsələri olan iş üzrə cavabdehlər X8 və X5 qarşı 17 may 2018-ci il tarixli, SKNPU-0725 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1690,44 manat, faiz borcuna görə 12,36 manat, dəbbə borcuna görə 0 manat olmaqla, cəmi 1702,8 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməməsi, İddiaçı ASC-nin iddia ərizəsi ilə bağlı ödədiyi 30 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək Cavabdeh vərəsələri olan iş üzrə cavabdehlər X1 və X2 17 may 2018-ci il tarixli, SKNPU-0725 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1690,44 manat, faiz borcuna görə 12,36 manat, dəbbə borcuna görə 0 manat olmaqla, cəmi 1702,8 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İdiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 may 2018-ci il tarixli, SKNPU- 0725 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik faiz dərəcəsi 22 faiz olmaqla 24 ay müddətinə qaytarılması şərti ilə 1750 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, peniya), faizləri və əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 17 may 2018-ci il tarixli SKNPU- 0725 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli kreditin ödəniş cədvəli əsasında, hər ayın 17-dən gec olmayaraq hər ay 90.79 (doxsan manat 79 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 17 may 2018-ci il tarixli SKNPU- 0725 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1690,44 (bir min altı yüz 44 qəpik) manat, faiz borcuna görə 12,36 (on iki manat 36 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 1702,8 (bir min yeddi yüz iki manat 80 qəpik) manat təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi tamamilə qanunsuz və əsassız, həmçinin İddiaçı ASC-nin mənafelərinə ziddir. Belə ki, 17 may 2018-ci il tarixli SKNPU- 0725 saylı Baş kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin Şəki filialından illik 22 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 1750 manat məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir bununla bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, öhdəliyini ödəməkdəp boyun qaçırmışdır. 14 fevral 2019-cu il tarixli RB-02/PK-1453 saylı maliyyə arayışına əsasən Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə borcunun məbləği kredit üzrə əsas borca görə 1690,44 manat, faiz borcuna görə 12,36 manat, cərimə borcuna görə 0 manat, cəmi 1702,8 manat təşkil edir. Odur ki, həmin məbləğlərin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən Cavabdeh 19 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Şəki Rayon Məhkəməsinin 01 dekabr 2020-ci tarixli 2(075)-18/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qanunsuzdur. Belə ki, məhkəmə hər iki tərəfin iştirakını təmin etməlidir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və mülahizələri dinlənilməli, hakim bütün çıxışlar olduqdan sonra yekun qərar qəbul etməlidir. Lakin, sözügedən iş üzrə hakim yuxarıda göstərilən ardıcıllıqları həyata keçirmədən qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsini qismən zaminlərə münasibətdə qanunsuz hesab edirlər. Qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə, bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilərək, Şəki Rayon Məhkəməsinin 01 dekabr 2020-ci tarixli 2(075)-18/2020 saylı qətnaməsi ləğv edilməsini, Cavabdeh vərəsələri olan iş üzrə cavabdehlər X1 və X2 17 may 2018-ci il tarixli, SKNPU-0725 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1690,44 manat, faiz borcuna görə 12,36 manat, dəbbə borcuna görə 0 manat olmaqla, cəmi 1702,8 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehlər kredit götürəndən miras qalmış əmlakı faktiki qəbul etmələrinə baxmayaraq, borcu ödəməkdən yayınırlar. Əvvəlki məhkəmə prosesində cavabdeh əlavə vaxt istəsə də, yenə də banka yaxınlaşmamışdır. Bununla belə Bank qarşılıqlı razılğa gələrək hissə-hissə ödənişə razıdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh tərəf rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadəsində olan 077 642 00 08 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: 17 may 2018-ci il tarixli, SKNPU-0725 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 22 faiz olmaqla 24 ay müddətində hissə-hissə qaytarılması şərti ilə 1750 manat kredit verilmişdir. 17 may 2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 1750 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 fevral 1991-ci il tarixli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, Cavabdeh ilə X3 arasında 26 fevral 1991-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 oktyabr 1996-cı il tarixli doğum haqqında akt qeydindən görünür ki, 02 oktyabr 1996-cı il təvəllüdlü X4 atası Cavabdeh, anası X6r. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 iyun 2018-ci il tarixli ölüm haqqında akt qeydindən görünür ki, Cavabdeh 19 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli, 3128 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki rayonu, Baş Göynük kənd sakini Cavabdeh 19 iyun 2018-ci il tarixdə vəfat etmiş, onun vərəsələri kimi arvadı X8 və oğlu X9 qalmışlar. X9 hazırda qismən Hərbi Səfərbərlik olunduğuna görə səfərbərliyə çağırılaraq döyüş bölgəsinə göndərilmişdir. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Xidmətin 12 saylı Şəki Ərazisində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli, ***-**** nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmuş Cavabdeh adına avtonəqliyyat vasitələri qeydiyyata alınmamışdır. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 13 oktyabr 2020ci il tarixli, 2348 nömrəl məktubda göstərilmişdir ki, “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən əldə edilən məlumata əsasən 19 iyun 2018-ci il tarixdə vəfat etmiş Cavabdeh miras əmlakı ilə bağlı vərəsəlik işi açılmamışdır. Apellyasiya icraatı zamanı sorğu əsasında əldə olunmuş DƏDRX-in 09.04.20121-ci il tarixli, **********87 nömrəli məktubun məzmunundan məlum olur ki, Şəki rayon AİK-n 23.07.2002-ci il tarixli, 05 saylı qərarına əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha və 0.4068 ha əkin torpaq sahələrinə ləğv edilmiş DTXK-in Şəki rayon şöbəsi tərəfindən paylı mülkiyyətdə olmaqla (4 nəfər ailə üzvü olmaqla- Cavabdeh, X8, X7 və X10) Cavabdeh adına torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Sözügedən torpaq sahəsinin plan və ölçü sənədləri ərizəyə əlavə edilmişdir. Apellyasiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş 12.03.2021-ci il tarixli, 09 nömrəli məktubunun məzmunundan görünür ki, Baş Göynük kənd sakini olmuş Cavabdeh mülkiyyətində 1.88 ha pay torpaq olmuşdur. Hazırda həmin torpaq mərhumun arvadı X8 və oğlu X4 istifadəsindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.10.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Qanunvericiliyin tələbindən göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər əsaslı olmaqla qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması üçün əsasdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında 17 may 2018-ci il tarilxi kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 1750 manat məbləğində kredit verilmişdir. Kollegiyanın iclasında müəyyən edildi ki, Cavabdeh ölümündən sonra gözlənilən mülkiyyət hüququ əsasında Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha və 0.4068 ha əkin torpaq sahələri miras qalmış və hazırda həmin əmlakdan sonuncunun vərəsələri- arvadı X8 və oğlu X9 istifadə edirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər X8 və X9 yalnız onlara çatan miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıdığından iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmamışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını tam araşdırmadığından, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlmədiyindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(075)-18/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(075)-18/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, 17 may 2018-ci il tarixli, SKNPU-0725 saylı kredit müqaviləsi üzrə 1690,44 manat əsas, faiz borcuna görə 12,36 manat, dəbbə borcuna görə 0 manat olmaqla, cəmi 1702,8 (bir min yeddi yüz iki manat 8 qəpik) manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh vərəsələri olan X8 və X2 onlara çatan miras payı həcmində alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-638/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-638/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver