Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-639/2024 15.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ödənilmiş dövlət rüsumunun geri qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: ödənilmiş dövlət rüsumunun geri qaytarılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ödənilmiş dövlət rüsumunun geri qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(025)-237/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı atasından və anasından qalan torpaq sahələri ilə bağlı vərəsəliyin qəbul edilməsi üçün notariusa müraciət etmiş, verilmiş vərəsəlik şəhadətnamələrinə əsasən iddiaçı onun adına çıxarış verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının adına müvafiq Çıxarış verilmiş, bunun üçün ondan Qanunla müəyyən edilən dövlət rüsumu və xidmət haqqı alınmışdır. İddiaçı həmin dövlət rüsumunun düzgün alınmadığını iddia etməklə qaytarılmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastırıvə Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən 250 (iki yüz əlli) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X4 və X5 Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirilən kolxozun topaqlarından 0.94 ha kənd təsərrüfatı təyinatlı (iki yerdə) pay almışdır. Lakin daşınmaz əmlakın dövlət reyestirindən çıxarış (pasport və plan ölçü) almamışdır. O, Qəbələ rayon Yenikənd kənd sakini İddiaçı (FİN: xxxxxxx , Pasport № 0*******) Qəbələ Asan xidmətində vərəsəlik açmışdır. (Ərizə № **********, **********). Daşınmaz Əmlakın əməkdaşı Dövlət rüsumu haqqında 26.1.1 və 26.1.2-ci maddələrini əsas götürərək Çıxarışın (pasport və plan ölçü) alınması üçün ondan 222 manat xidmət haqqı və 250 manat dövlət rüsumu alınmışdır. O, Daşınmaz Əmlakın əməkdaşına Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu (Maddə 27.6. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur) əsas gətirərək ondan 250 manat dövlət rüsumunu tutulmamasını qeyri-qanuni hesab edir. Vərəsəlik açmağına baxmayaraq işin mahiyyəti (məzmunu) dəyişmir. Yəni bu torpq sahəsi həyətyanı torpaq sahəsi olsaydı, Bələdiyyədən satın alınmış torpaq sahəsi (və sairə) olsaydı onda dövlət rüsumu tutulmalı idi. Hazırkı vəziyyətdə bu torpaq sahəsi üçün atasının, anasının və övladlarının çıxarış alması işin mahiyyətini dəyişmir. Çünki, bu torpaq sahəsi üçün ilkin çıxarış və texniki sənədlər alınır. Düzgün tutulmamış Dövlət rüsumunun qaytarılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məktubla müraciət etmişdir. Rüsumun qaytarılmasından imtina olunmuşdur.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı atasından və anasından qalan torpaq sahələri üçün vərəsəliyin qəbul edilməsi üçün notariusa müraciət etmiş, notarius tərəfindən əmlak üzərində yüklülük olub-olmaması barədə arayış tələb edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı bu barədə arayış verilmişdir. Daha sonra iddiaçının adına vərəsəlik işi açılmış, verilmiş vərəsəlik şəhadətnamələrinə əsasən birbaşa olaraq iddiaçının adına çıxarış verilmişdir.
5. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 27.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Sözügedən maddənin tələbinə əsasən iddiaçının mərhum anası və mərhum atası dövlət rüsumundan azad edilə bilərdi. Bu səbəbdən sözügedən qanunun 26.1.1-ci maddəsinin tələbinə əsasən isə iddiaçıdan dövlət rüsumunun tutulması əsaslı olmuşdur.
6. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı həmçinin Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 27.6-ci maddəsinin tələbləri baxımından da dövlət rüsumunu ödəməməli olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə bildirir ki, sözügedən maddə ilə dövlət rüsumundan azad olunma üçün “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki sənədlər (pasport və plan ölçü) verilməlidir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş JN (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə isə müəyyən olunur ki, iddiaçının mərhum atasının və mərhum anasının torpaq üzərində mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Bu səbəbdən sözügedən maddə ilə də iddiaçı dövlət rüsumundan azad edilməməlidir.
7. Qəbələ Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(025)-237/2024 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 26 və 27-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: "xxxx" ASC-yə məxsus xx.xx.2023-cü il tarixli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli və ********** nömrəli ödəniş qəbzlər İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış 15 dekabr 2023-cü il tarixli ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25 dekabr 2023-cü il tarixli məktub JN – 146 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı
10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Hazırkı vəziyyətdə bu torpaq sahəsi üçün atasının, anasının və övladlarının çıxarış alması işin mahiyyətini dəyişmir. Çünki, bu torpaq sahəsi üçün ilkin çıxarış və texniki sənədlər alınır. Düzgün tutulmamış Dövlət rüsumunun qaytarılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylıQəbələ Ərazi İdarəsinə məktubla müraciət etmişdir. Məktuba cavab olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 26.1.1 və 26.1.2 maddələrini əsas gətirərək rüsumun qaytarılmasından imtina olunmuşdur. Belə ki, ata-anasına sağ olduğu müddətdə bu cıxarışların(plan və ölçü) alınması üçün güzəşt olunmalı, rüsüm tutulmamalı idi. Mülki Məcəllənin 1151.1 maddəsinə görə “Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.” Miras qoyanin əmlak hüquqları dövlət qeydiyyatına alınıb alınmamasından asılı olmayaraq mirasın tərkibinə daxildir.Bu hüquqların rəsmiləşdirilməsi heç də onun itiriməsinə əsas vermir. Sadəcə, həmin hüquqlar bütünlüklə vərəsəyə keçdiyindən rəsmiləşdirilmə prosesi də vərəsənin aidiyyəti quruma müraciəti əsasında aparılır. Maddədən göründüyü kimi, miras qoyanın öldukdən sönra dövlət, bank və s qarşısında öhdəlikləri (borcu) varsa miras qəbul edən mirasın dəyərində həmin öhdəlikləri yerinı yetirməyə borcludur. Eyni zamanda miras aktivindən (ona düşən güzəştlərdən ) də istifadə edə bilər. Bu maddəyə məhkəmə və cavabdeh tərəfindən aydınlıq gətirilməmişdir.
12. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(025)- 237/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və Cavabdehə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı“ödənilmiş dövlət rüsumunun geri qaytarılması”- 250( iki yüz əlli) manat məbləğində pulun ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu: 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 50 manat dövlət rüsumu tutulur. 26.1.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 75 manat dövlət rüsumu tutulur. 27.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. 27.6-ci maddəsinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(025)- 237/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya şiakyətinin dəlillərinə münasibətdə qeyd edir ki, JN – 146 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X2 və X3 birgə mülkiyyətinə 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ona görə də, hazırki halda Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 27.6-ci maddəsi tətbiq oluna bilməz. Belə ki, həmin maddə mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədədir. Hazırki vəziyyətdə isə X2 və X3 adına Dövlət Aktı verilmişdir. Yəni, torpaq sahəsi barədə onların mülkiyyət hüququ rəsmiləşdirilmişdir.
22. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 27.4-cü maddəsi isə daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi barədədir. Hazırki vəziyyətdə isə torpağa mülkiyyət hüququna dair Çıxarış mübahisəli dövlət aktı əsasında deyil, iddiaçının adına verilmiş vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında aparılmışdır. Həmin Çıxarış və qeyd olunan Dövlət Aktı ilə torpağın mülkiyyətinə verildiyi mülkiyyətçi ayrı şəxslər olduğundan hazırki Çıxarış təkrar sənəd hesab oluna bilməzdi.
23. Apellyatorun vərəsəlik əsasında mirasqoyanın hüquqlarının iddiaçıya keçməsi barədə dəlillərinə gəldikdə isə kollegiya hesab edir ki, vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında həmin torpaq sahəsinə hazırki iddiaçının adına Çıxarışın verilməsi üçün müraciət etmə hüququ mirasqoyana məxsus olmadığından vərəsəlik qaydasında iddiaçıya da keçə bilməzdi. Mirasqoyanın öz adına torpağa Çıxarış alınması üçün müraciət etmə hüququ olmuşdur. İddiaçının adına Çıxarışın verilməsi üçün müraciət etmə hüququ isə ilkin olaraq iddiaçının adına vərəsəlik hüququ haqqında Şəhadətnamə verildiyi andan yaranmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qətnamənin ləğv üçün əsas ola bilməz.
24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(025)-237/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(025)-237/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.