Məhkəmə qərarları › İş №2(107)-64/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-64/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-64/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ilk, Cavabdeh «xxxx» MMC-nə qarşı əmlak müqaviləsinin 2.1 bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun olaraq azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulmasına dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsindən iddiaçı «xxxx» MMC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddiа qismən təmin edilmiş, Cavabdeh «xxxx” MMCnin xeyrinə 753 manat 60 qəpik əsas borc, 10 manat dəbbə pulu, cəmi 763 manat 60 qəpiyin (yeddi yüz altmış üç manat altmış qəpik) tutulması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, «xxxx” MMC-nin üzərinə əmlakın (mənzilin) “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin və fərdi yaşayış evinin alqısatqısı haqqında xx xxxxx 2014-cü il tarixli D(b)/045 №-li müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyi qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (yüz) manatın “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İşin halları: «xxxx” MMC Cavabdeh qarşı borc tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış xx xxxxx 2014-cü il tarixli mənzilin alqısatqısı haqqında D(b)/045 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirlməməsi nəticəsində yaranmış 8580 manat əsas borc,13698 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq «xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «xxxx” MMC-yə qarşı əmlakın müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun olaraq azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzlin təmirinə icazə verilməsi öhdəliyinin qoyulması tələbi hаqqındа qarşılıqlı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək «xxxx” MMC-nin üzərinə əmlakın(mənzilin) müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun azaldılması,müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulması və qarşılıqlı iddia üzrə dövlət rüsumu hesabına ödənilmiş 30 manatın «xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı «xxxx” MMC iddiasını onunla əsaslandırmışdır ki, «xxxx” MMC ilə cavabdeh arasında xx xxxxx 2014-cü il tarixdə torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında D(b)/045 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən Abşeron rayonu,Xırdalan şəhəri,H.Əliyev pr.167 «AAAF-Park” Yaşayış massivi B kompleksi,10 saylı binada,ümumi sahəsi 76,1 kv.metr olan,dəyəri 45660 manat məbləğində qiymətləndirilmiş 11 saylı mənzil 30 ay müddətinə aylıq ödəniş etmək şərti ilə cavabdehə satılmışdır.Müqavilənin 1.1-ci bəndinin tələbinə görə alıcı müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılşadırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməti öhdəsinə götürmüşdür.Lakin Cavabdeh müqavilə ilə müəyyən edilmiş öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.Borcun ödənilməsi ilə bağlı cavabdehə sonuncu dəfə xx xxxxxxx 2018-ci il tarixdə xəbərdarlıq edilmişdir və cavabdehə öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Lakin cavabdeh xəbərdarlığa məhəl qoymamışdır.Cavabdeh cəmi 37080 manat ödəniş etmiş və onun «xxxx”-yə cəmi 8580 manat ödənilməmiş əsas borcu qalmışdır.Cavabdeh müqavilə üzrə ödəməli olduğu aylıq ödənişlərini 300 gün gecikdirmiş və ona müqavilənin 4.3-cü bəndinə əsasən gecikdirilən günlər üçün 13698 manat məbləğində cərimə hesablanmışdır. Odur ki, cavabdehlə aralarında bağlanmış xx xxxxx 2014-cü il tarixli mənzilin alqı-satqısı haqqında D(b)/045 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirlməməsi nəticəsində yaranmış 8580 manat əsas borc,13698 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq «xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin iştirakı olamdan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qarşılqlı iddiasını onunla əsaslandırmışdır ki, xx xxxxx 2014-cü il tarixdə «xxxx” MMC ilə bağlanmış müqaviləyə əsasən «xxxx” MMC «AAAF-Park” Yaşayış massivi B kompleksi,10 saylı binada,ümumi sahəsi 76,1 kv.metr olan,2 otaqdan ibarət 11 saylı mənzili 45660 manat məbləində 30 ay müddətinə ödənilməklə satmağı öhdəsinə götürmüşdür. Tərəflərindən müqavilə üzrə ödənişlər vaxtından əvvəl,artıq ödənişlər aparılmaqla vicdanlı şəkildə həyata keçirilməkdə idi.Lakin ödəniş dövründə tərəflərindən mənzilin sahəsi ölçüləndə «xxxx” MMC tərəfindən müqavilənin 1.1-ci bəndinin tələbi pozularaq 62 kv.metr ölçüdə mənzil verildiyi aydın olmuş,dəfələrlə bu pozuntu barədə «xxxx” MMC-nin rəhbərliyinə şifahi müraciətlərin nəticəsi olmadığı üçün xx xxxxxx 2016-cı ildə «xxxx” MMC-yə yazılı olaraq müraciət edilmiş müqaviləyə uyğun ölçüdə mənzil verilməsi və ya mənzilin qiymətinin faktiki 62 kv.m ölçüdəki mənzilə uyğun azaldılması xahiş olunmuşdur. «xxxx” MMC xx xxxxxx 2017-ci il tarixli 953/2017 saylı heç bir hüquqi əsasıolmayan cavab məktubunda anlaşılmazlığın «xxxx” MMC tərəfindən müqavilə azadlığı prinsipi,öhdəlik və şərtlərinə nisbətdə ziddiyyət və uyğunsuzluq təşkil etmədiyi bildirilmiş,uyğunsuzluğu mübahisələndirə bilmək hüquqları göstərilmişdir. «xxxx” MMC-nin qanunsuzluğu baxımından ödənişlər tərəfindən dayandırılmış,onun ödənişlərlə bağlı məhkəməyə müraciəti zamanı qarşılıqlı iddia vermək niyyətləri olmuşdur.İddiaçıya qanunvericiliyin tələblərini aydın olmasına baxmayaraq mənzilin sahəsinin çöldən-çölə ölçülməli olduğunu,yan divarların mənzilin sahəsinə aid edildiyini iddia etməkdədir.Belə olduqda qonşu mənzillər arasında yan divarlar hər iki mənzilin sahəsinə hesablanır.Bu isə qanunvericiliyin,mənzil sahiblərinin hüquqlarını kobud pozulması deməkdir. Odur ki, «xxxx” MMC-nin üzərinə əmlakın(mənzilin) müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulması və qarşılıqlı iddia üzrə dövlət rüsumu hesabına ödənilmiş 30 manatın «xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək,qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddia ərizəsində yazılanlara uyğun izahat vermişdir və ekspert rəyinin nəzərə alınaraq qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı «xxxx» MMC-nin direktoru X1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı «xxxx» MMC-nin direktoru X1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-415/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, həmin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Ağdaş Rayon Məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 10108 nömrəli ekspert rəyinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443, 448, 462, 463, 465 və 467-ci maddələrinə istinad edərək iddia tələbinin qismən və qarşılıqlı iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Halbuki məhkəmə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməməsi nəticəsində əsassız məhkəmə aktı qəbul etmişdir. Ağdaş rayon məhkəməsi iddiaçı Cəmiyyətin və Cavabdeh iddia tələbini ümumiyyətlə heç bir araşdırma aparmadan məhkəmə ekspertizasını keçirməklə kifayətlənmişdir. Məhkəmə ancaq, yeganə sübut növü kimi qiymətləndirməklə iş üzrə keçirilmiş məhkəmə espertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 10108 nömrəli Ekspert rəyinə istinad edərək Cəmiyyətin tələbini qismən əsaslı hesab etmişdir. Halbuki birinci instansiya məhkəməsi maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 10108 nömrəli (tikinti-texniki eksperti) Ekspert rəyinə görə tədqiqat hissəində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhərində, “AAAF PARK” yaşayış massivindəki B kompleksində inşa edilən 10 saylı bina, 2 otaqdan ibarət 11 saylı mənzilinin ümumi sahəsinin Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq 63.056 kv.m. müəyyən olunur. Hazırki ekspert rəyini natamam hesab edir. Ekspert rəyinin obyektivliyinə şübhə yaranmışdır. Belə ki, ekspertizanın keçirilməsi zamanı qarşı tərəfin iştirakı təmin edilməmişdir. Bu da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 102.1-ci maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə ekspertizasını təyin edən zaman ekspert qarşısında səthi araşdırmaq nöqteyi-nəzərdən mübahisələndirilən mənzilin ümumi sahəsinin həcmini müəyyən etməklə kifayətlənmişdir. Halbuki rayon məhkəməsi tərəfindən iddiaçı Cəmiyyətin iştirakı təmin edilmədiyindən qeyd olunan məsələyə münasibət bildirməmişdir. Ekspert tədqiqatında Cəmiyyət xx xxxxx 2014-cü il tarixli D(b)/045 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə üzrə mübahisələndirilən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167, “AAAF PARK” yaşayış massivindəki B kompleksi, 10 saylı binanın, 2 otaqdan ibarət 11 saylı mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3cü bəndinin tələblərinə görə yanaşaraq ümumi sahə üzrə hesablama aparmışdır. Halbuki alıcı Cavabdeh sözügedən mənzili alan zaman tikintialtı sahə ilə birlikdə ümumi ölçməhesablama aparılması metodu ilə təhvil verilmişdir. Qeyd olunan mübahisəyə artıq Ali Məhkəmənin Mülki Kollegiyası münasibət bildirmişdir. Həmin ekspert rəyinin təsviri və tədqiqat hissələrində mənzilin ayrı-ayrılıqda sahələri ölçülən zaman yanlışlıqlara və mənzilin eskiz-layihə sənədlərinə zidd olaraq otaqların sahələrinə görə hesablama əmsalları düzgün seçilməməklə yol verilmişdir. Hesab edir ki, məhkəmə tikinti-texniki ekspertiza təyin edən zaman "'1). Mənzilin faktiki sahəsinin eskiz-layihəyə uyğun olubolmamasını? və 2) mənzilin tikintialtı ümumi sahəsini müəyyən etməmişdir?”. Bundan başqa, Ağdaş rayon məhkəməsi iddia tələbinə birtərəfli araşdıraraq, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə hüquqi istinad etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli D(b)/045 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında Müqaviləsi ləğv edilməmiş və qüvvədədir. Həmin müqavilənin 1.1 və 2.1-ci bəndlərinə müvafiq olaraq, Cavabdeh qızma mübahisələndirilən mənzil istifadəsinə təhvil verilmişdir. İddiaçı 2014- cü il tarixdən həmin mənzilə istifadə hüququ əldə etməklə istifadə etmiş, sərəncam vermiş və hazırda da hüquqlarını özündə saxlayır. Hazırda Cavabdeh həmin müqaviləni mübahisələndirmir. Xüsusilə vurğulamaq istərdi ki, alıcı Cavabdeh mənzilin ümumi sahəsinin hesablanma qaydası barədə tam məlumatlı olmuşdur. Ağdaş Rayon Məhkəməsi məhkəmə aktında qeyd edir ki, hazırki qətnamə gələcəkdə tərəflərdən birinin tələbi ilə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada müqavilənin dəyişdirilməsini və ya ləğv edilməsini istisna etmir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə təqdim etdiyi etirazda iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında mühabisə predmetinin əsasını təşkil edən xx.xx.2014-cü il tarixli D(b)/045 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı- satqısı haqqında Müqavilə mübahisələndirilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməkdən imtina olunmaqdan əlavə qarşılıqlı iddia tələbi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsinin yekun aktı hesab olunan qətnamədə “xxxx” MMC-nin üzərinə əmlakın (mənzilin) “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında xx xxxxx 2014-cü il tarixli D(b)/045 nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Bu isə qətnamənin icrasını mümkünsüz edir. Çünki hazırda cavabdeh A.O.Salehova həmin müqavilə üzrə mənzildə yaşayır! Belə bir qeyri-müəyyənlik ortaya çıxır ki, cavabdeh A.O.Salehova mübahisəli mənzili Cəmiyyətə təhvil verməli və yeni mənzilini mühabisələndirdiyi sahəyə uyğun hissədə tələb etməlidir? Yaxud Cəmiyyət həmin mənzili söküb yerində yeni mənzil sahəsinə uyğun inşa etməlidir? Qeyd olunan xüsusatlar məhkəmə tərəfindən araşdırılmalı və qarşılıqlı iddia tələbinə münasibətdə düzgün, ədalətli və obyektiv hüquqi qiymət verilməli idi. Əfsuslar olsun ki, Ağdaş Rayon Məhkəməsi ümumiyyətlə mövcud sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ağdaş Rayon Məhkəməsi bir neçə prosessual pozuntulara yol vermişdir, Cavabdeh özünü müdafiə xarakterli əsqssız qarşılıqlı iddia tələbi vermişdir. Əvvəl rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-156, 188-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixli Qarşılıqlı iddia ərizəsi rayon məhkəməsinin dəftərxanasında xx.xx.2019-cu il tarixdə qeydə alındığı təqdirdə məhz həmin xx.xx.2019-cu il tarixində qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinə dair “qərardad” (formal xarakterli') qəbul etmişdir. Qərardadda qarşılıqlı iddia ərizəsinin iddiaçı X5 ğluna rəsmi qaydada verilməsi qeyd edilmişdir. Halbuki iddiaçı X2 deyil, “xxxx” MMCdir. Eyni zamanda rayon məhkəməsi AR MPM-nin 267-269-cu maddələrin tələblərini pozaraq şikayət hüququmuzu itirmişdir. Daha sonradan, rayon məhkəməsi iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardadı və ekspertizanın nəticəsinə dair verilmiş Ekspert rəyinin surətini tanış olmaq, münasibət bildirmək, əlavə sübutların təqdim edilməsi, ekspert qarşısında sualların qoyulmasına dair təkliflərin erilməsində iddiaçı Cəmiyyətə məlumat verilməmiş və bildirilməmişdir. İddiaçı Cəmiyyət Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına şikayətindən sonra Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli 2(014)- 415/2019 nömrəli məktubu əsasənda məhkəmənin qətnaməsi, ekspert rəyi, qarşılıqlı iddia ərizəsinin, qərardadın surəti təqdim edilmişdir. Həmin vaxta kimi Cəmiyyət tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq rayon məhkəməsi tərəfindən iddiaçı Cəmiyyətə heç bir məlumat verməməklə iştirakı təmin edilməmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsinin qismən, yəni iddiaçı “xxxx” MMC-nin iddia tələbinin təmin edilməmiş hissəsində və qarşılıqlı iddia ərizəsinin təmin edilmiş hissəsində ləğv edilməsini, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddiaçı Cavabdeh Cəmiyyətə qarşı qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq Azərbaycan Respublikası Ali Məhkəməsində iştirak etdiyindən hazırki işin baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı «xxxx» MMC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası qismən təmin edilməli, Cavabdeh 8520 manat əsas borc, 1000 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9550 (doqquz min beş yüz əlli) manat tutularaq «xxxx” MMC-yə ödənilməli, ilk iddianın qalan hissəsi və Cavabdeh «xxxx» MMCnə qarşı əmlak müqaviləsinin 2.1 bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun olaraq azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulmasına dair qarşılıqlı iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 462.1, 463.1, 465.2 və 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə və «N.Məmmədоvun şikаyəti üzrə məhkəmə аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin Plenumu özünün 31 yаnvаr 2006-cı il tаrixli qərаrına istinad etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci mаddəsinə əsаsən öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci mаddəsinə əsаsən dəbbə pulu (cərimə, peniyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi, və yа lаzımındа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrculunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi аndаn tutulmаlıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. Həmin Məcəllənin 463.1-ci mаddəsinə əsаsən dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «N.Məmmədоvun şikаyəti üzrə məhkəmə аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin Plenumu özünün 31 yаnvаr 2006-cı il tаrixli qərаrındа belə qənаətə gəlmişdir ki, məhkəmə qətnаməsi hüquqlа bаğlı mübаhisəyə bаxıldıqdаn sоnrа məhkəmə iclаsındа müəyyən оlunmuş işin fаktiki hаllаrı və hüquq nоrmаlаrı əsаsındа çıxаrılır. İddiаçının hüququnun pоzulmаsı təsdiqlənərsə, məhkəmə öz qətnаməsilə bu hüququ müdаfiə etməlidir. Əgər iddiаçının hüququnun pоzulmаsı təsdiqlənməzsə, məhkəmə оnun iddiаsını rədd etməli və bununlа dа, cаvаbdehin iddiаçının əsаssız hərəkətləri və yа fikirləri ilə pоzulа biləcək hüquqlаrını müdаfiə etməlidir. Hər hаldа məhkəmənin qətnаməsi, ilk növbədə, məhz mübаhisə tərəflərinin fərdi hüquqlаrını və qаnuni mənаfelərini müdаfiə edən аkt kimi çıxış etməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, “xxxx” MMC ilə cavabdeh arasında xx xxxxx 2014-cü il tarixdə torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında D(b)/045 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən Abşeron rayonu,Xırdalan şəhəri,H.Əliyev pr.167 «AAAF-Park” Yaşayış massivi B kompleksi, 10 saylı binada,ümumi sahəsi 76,1 kv.metr olan,dəyəri 45660 manat məbləğində qiymətləndirilmiş 11 saylı mənzil 30 ay müddətinə aylıq ödəniş etmək şərti ilə cavabdehə satılmışdır. Cavabdeh cəmi 37080 manat ödəniş etmiş və onun «xxxx”-yə cəmi 8580 manat ödənilməmiş əsas borcu qalmışdır.Cavabdeh müqavilə üzrə ödəməli olduğu aylıq ödənişlərini 300 gün gecikdirmiş və ona müqavilənin 4.3-cü bəndinə əsasən gecikdirilən günlər üçün 13698 manat məbləğində cərimə hesablanmışdır. İş üzrə Cavabdeh vəsatəti əsasında keçirilmiş məhkəmə-tikinti ekspertizasının xx xxxx 2019-cu il tarixli 10108 №-li rəyindən görünür ki, Abşeron rayonu,Xırdalan şəhərində AAAF-PARK yaşayış massivindəki B kompleksində inşa edilən 10 saylı, 6 mərtəbəli yaşayış binasında yerləşən 2 otaqdan ibarət 11 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq 63,056 kv.m müəyyən olunmuşdur, ekspertiza xərci 100 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında alqı satqı müqaviləsinin predmeti olan mənzilin ümümi sahəsi müqavilədə göstərildiyi kimi 76,1 kv.metr deyil, 63,056 kv.metrdir. Belə olan halda mənzilin ümumi dəyəri 45660 manat (76,1x600) deyil, 37833,60 manat (63,056x600) kimi qiymətləndirilməlidir. Cavabdehin də 37080 manat ödəniş etdiyini nəzərə alınsa, cavabdehin iddiaçıya qalan əsas borc məbləğinin 753,60 manat olması müəyyən edilməli, əsas borcun 753,60 manat olması nəzərə alınaraq cərimə borcu yüksək hesab edilərək cərimə boru azaldılaraq 10 manat həddində müəyyən edilməli,yəni iddia qismən təmin edilməlidir, qarşılıqlı iddia isə əsaslı olduğundan tam təmin edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə texniki ekspertiza tədqiqatının dəyəri cəmi 100 manat «xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qeyd etdiyi hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tаrixli, 2(107)-1342/2020 nömrəli qərаrdаdı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2021-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/2432 nömrəli ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində, AAAF-PARK yaşayış massivindəki B kompleksində inşa edilən 10 saylı, 6 mərtəbəli yaşayış binasında yerləşən 2 otaqdan ibarət 11 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq 63,056 kv.m və mənzilin tikinti altı nəzərə alınmaqla ümumi sahəsi 76,0 kv.m müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. (Aparılmış tədqiqatın dəyəri 100 manat) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsində qeyd edilmişdir ki,tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşkələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsində göstərilmişdir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə aiınmadan hesablanır. Binanın havalandırma üçün nəzərdə tutulmuş şaxtanın yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi hazırki iş üzrə yuxarıda göstərilən qənaətə gələrkən Mülki Məcəllənin 425-ci maddəsinin tətbiqində səhvə yol vermiş, Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini nəzərə almamış, habelə mövcud müqavilə münasibətlərinə onun şərtlərinə uyğun olan podrat deyil, alqı-satqı müqaviləsinin şərtlərini tətbiq etməklə səhvə yol vermişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, birinci instansiya məhkəməsi ekspertiza rəyinin alınması zamanı sualların qoyuluşunda, habelə işin hallarına qiymət verərkən müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olmasını, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə almamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda göstərilən qənaətə gələrkən mülki qanunvericiliyin göstərilən tələblərinə əməl etməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı mənzilin hər kv.m üçün 600 manat olmaqla 76.1 kv.m üçün ödənilməli olan qalıq 8580 manat əsas borcu və 13698 manat cərimə borcu tələb tələb etmişdir. Ekspert rəyi ilə isə mənzilin ölçüsü 76 kv.m müəyyən edilmişdir ki, bu da mənzilin 0,1 kv.m hissəsinin az olduğunu göstərir ki, həmin hissənin qiyməti 60 manat edir. Cavabdeh tərəf qarşılıqlı iddiasında əmlakın (mənzilin) müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki tərəfin tələbləri və maraqları nəzərə alınmaqla iddiaçının əsas borca görə tələb etdiyi 8580 manat 60 manat azaldılaraq 8520 manat həcmində təmin edilməlidir. İlk iddianın əsas borca görə 60 manat daha az təmin olunması qarşılıqlı iddianın həmin hissədə təkrar təmin edilməsinin zəruriliyini aradan qaldırır. Cərimə borcuna gəlincə isə məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı 13698 manat cərimə borcunu tənasübsüz surətdə yüksək hesabladığından həmin məbləğ azaldılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası əsas borcun məbləğini, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq cərimə borcunun məbləğini tənasübsüz surətdə yüksək hesab edərək cərimənin məbləğini azaldılaraq 1000 manat müəyyən edilməsini zəruri hesab edir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi ilk iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiаçı «xxxx» MMC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası qismən təmin edilməli, Cavabdeh 8520 manat əsas borc, 1000 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9550 (doqquz min beş yüz əlli) manat tutularaq «xxxx” MMC-yə ödənilməli, ilk iddianın qalan hissəsi və Cavabdeh «xxxx» MMC-nə qarşı əmlak müqaviləsinin 2.1 bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun olaraq azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulmasına dair qarşılıqlı iddiası təmin edilməməli, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı «xxxx» MMC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsi ləğv edilsin İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh 8520 manat əsas borc, 1000 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9550 (doqquz min beş yüz əlli) manat tutularaq “xxxx” MMC-yə ödənilsin. İlk iddianın qalan hissəsi və Cavabdeh «xxxx» MMC-nə qarşı əmlak müqaviləsinin 2.1 bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun olaraq azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulmasına dair qarşılıqlı iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar