Məhkəmə qərarları › İş №2(107)-648/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-648/2024

15.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-648/2024 15.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maneə törədilməsinin qadağan edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı, həmçinin digər iddiaçının nümayəndəsi Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(054)-3/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. JN 042F kod 40508028 saylı şəhadətnaməyə əsasən Oğuz rayonu, Ərmənət kəndində yerləşən 0.93 ha həyətyanı torpaq sahəsi X2, X1 və İddiaçı1 mülkiyyətinə verilmişdir. X8 05 aprel 1998-ci ildə, X5 isə 20 iyun 2001-ci il tarixdə ölmüşlər. İddiaçı1 X10 və X5 tərəfindən övladlığa götürülmüşdür. 17 aprel 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********19-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Oğuz rayonu, Ərmənət kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi hər birinin payı 1/5 hissədə olmaqla hüquq sahibləri Cavabdeh, X11, X9, X14 və X12 mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı Oğuz rayonu, Ərmənət kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 042F kod 40508028 saylı şəhadətnaməyə əsasən İddiaçı1, mərhum X2 və X1 paylı mülkiyyətində olan 0,93 ha həyətyanı torpaq sahəsinə dair müvafiq sənədlərin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarına əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişlər.

3. İddiaçı və İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 59 saylı qərarına əsasən atası X4, anası X3 və oğlu İddiaçı1 Oğuz rayon Ərmənət kəndində 0,93 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN 042F kod 40508028 saylı şəhadətnamənin bir nüsxəsi ailəyə təqdim edilmişdir. Atası xx.xx.1998-ci ildə, anası xx.xx.2001-ci ildə vəfat etmişlər. Torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Evin və torpaq sahəsinin qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmiş, İdarənin əməkdaşları əmlakın müayinəsinin aparılması üçün torpaq sahəsinə gəlsələr də, cavabdeh onların qanuni işlərini yerinə yetirməsinə mane olmuş, buna şərait yaratmaqdan imtina etmişdir. Buna görə də İdarə xx.xx.2023-cü il tarixli məktubla qonşu mülkiyyətçi ilə sərhəd mübahisəsi səbəbli torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının mümkün olmadığını bildirməklə, mübahisə həll olunduqdan sonra yenidən müraciət edilməsini tövsiyə etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, torpaq islahatı keçirilərkən iddiaçı Nümayəndə ata-anasına, habelə digər İddiaçı1 cəmi 0,93 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı Nümayəndə valideynləri vəfat etmişlər. İddiaçı tərəf bildirir ki, torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər. Evin və torpaq sahəsinin qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmiş, İdarənin əməkdaşları əmlakın müayinəsinin aparılması üçün torpaq sahəsinə gəlsələr də, cavabdeh onların qanuni işlərini yerinə yetirməsinə mane olmuş, buna şərait yaratmaqdan imtina etmişdir. Buna görə də maneələrin aradan qaldırılması ilə bağlı tələblə məhkəməyə müraciət edilmişdir.İddiaçı tərəf hesab edir ki, mübahisəli torpaq sahəsi 0,93 ha olmaqla, həmin torpaq sahəsinin 0,26 ha hissəsi cavabdehin zəbtində olan 0,423 ha torpaq sahəsinin hüdudları daxilindədir. Buna görə də iddia tələbinin cavabdehə münasibətdə təmin edilməsini xahiş edirlər.

5. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza qərardadına əsasən əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Oğuz rayon Ərmənət kəndində JN 042F kod 40508028 saylı torpağın mülkiyyətə verilməsinə dair yerquruluşu xəritəsinə əsasən JN 042F kod 40508028 saylı şəhadətnaməyə əsasən İddiaçı1, mərhum X2 və X1 mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə Ərmənət kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsi (DVG) arasında uyğunsuzluq olduğuna görə yerində cizgilərini müəyyən etmək mümkün olmamışdır. İddiaçı1 faktiki istifadəsində 0,67 ha torpaq sahəsi mövcuddur. İddiada qeyd edilmiş torpaq sahəsi və ya bir hissəsi (xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarış və fərdi yaşayış evinin 405-8028/34 inventar nömrəli texniki pasportu nəzərə alınmaqla) cavabdehin istifadəsində deyildir. Cavabdehin faktiki istifadəsində 0,543 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinin 0,12 ha hissəsi **********19 nömrəli çıxarışla onun xüsusi mülkiyyətinə verilmişdir. Qalan 0,423 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir.

6. Məhkəmə araşdırması ilə həmçinin müəyyən edilmişdir ki, bələdiyyənin mülkiyyətində və cavabdehin istifadəsində olan 0,423 ha torpaq sahəsi cavabdehin və digər ailə üzvlərinin adına olan fərdi yaşayış evinin texniki pasportunda xüsusi qeydlə zəbt sahə olaraq göstərilmişdir.

7. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir.

8. Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(054)-3/2024 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddiaçılar İddiaçı1 və X6 Cavabdeh qarşı əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152 və 157-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: AA ******* saylı şəxsiyyət vəsiqəsinin surət AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surəti AA ******* saylı şəxsiyyət vəsiqəsinin surəti doğum haqqında İİ-İE 118787 saylı şəhadətnamə doğum haqqında XX-JQ 456692 saylı şəhadətnamə evladlığa götürmə haqqında İ-JQ 278196 saylı şəhadətnamə torpağın mülkiyyətə verilməsinə dair JN 042F kod 40508028 saylı şəhadətnamə ölüm haqqında AZ-İİ 292204 saylı şəhadətnamə ölüm haqqında AZ 017041 saylı şəhadətnamə 17 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19-10301 reyestr nömrəli çıxarışın və 405-8028/34 inventar nömrəli texniki pasportu 29 aprel 2021-ci il tarixli, 405-8028//34 inventar nömrəli texniki passport Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2- 470/2023 saylı bildirişin 9 saylı Qəbələ Ərazi İdarəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü iltarixli, 3-21-3-42/2- 6101/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi

11. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçılar İddiaçı1 və Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə cavabdeh iddiaçılara məxsus 0,26 hektar həyətyanı torpaq sahəsini zəbt edib hasara alaraq həmin torpaq sahəsi üzərində hüquqlarını kobud surətdə pozmuş, məhkəmə mülki işin araşdırılması zamanı bu halı nəzərə almamış, eyni ərazidə yerləşən iddiaçıların 0,26 hektar torpaq sahəsi əskik olduğu halda cavabdeh tərəfin heç bir hüququ olmadan 0,423 hektar artıq torpaq sahəsindən faktiki zəbt etməsini nəzərdən qaçırmışdır. Məhkəmə həm də iş üzrə verilmiş mütəxəssis rəyinin qərəzli tərtib edildiyini nəzərə almamışdır.

13. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(054)- 3/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddiaçıların Oğuz rayonƏrmənət kəndində yerləşən, 26 may 2006-cı il tarixli, JN-42F KOD 40508028saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən AbdulxalıqovCavid Vidadi oğlunun, X2 və X1 paylı mülkiyyətində olan 0,93 hektar həyətyanı torpaq sahəsi barədə DƏDR-dən çıxarışın və yaxud məhdudiyyət və yüklülük arayışının verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XidmətiDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Ərazi İdarəsinin əməkdaşlarına həmin əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin Cavabdeh qadağan edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı, həmçinin digər iddiaçının nümayəndəsi Nümayəndə və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(054)-3/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(054)-3/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

22. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2023- cü il tarixli qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşları tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və ölçmə işləri aparılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü iltarixli, 3-21-3-42/2- 6101/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Oğuz rayon Ərmənət kəndində JN 042F kod 40508028 saylı torpağın mülkiyyətə verilməsinə dair yerquruluşu xəritəsinə əsasən JN 042F kod 40508028 saylı şəhadətnaməyə əsasən İddiaçı1, mərhum X2 və X1 mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə Ərmənət kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsi (DVG) arasında uyğunsuzluq olduğuna görə yerində cizgilərini müəyyən etmək mümkün olmamışdır. İddiaçı1 faktiki istifadəsində 0,67 ha torpaq sahəsi mövcuddur. İddiada qeyd edilmiş torpaq sahəsi və ya bir hissəsi (xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarış və fərdi yaşayış evinin 405-8028/34 inventar nömrəli texniki pasportu nəzərə alınmaqla) cavabdehin istifdəsində deyildir. Cavabdehin faktiki istifadəsində 0,543 ha torpaq sahəsi mövcuddur.Həmin torpaq sahəsinin 0,12 ha hissəsi **********19 nömrəli çıxarışla onun xüsusi mülkiyyətinə verilmişdir. Qalan 0,423 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin çatışmayan 0.26 ha hissəsi cavabdeh tərəfindən istifadə edilmir. Cavabdehin zəbt olaraq istifadə etdiyi 0,423 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olmaqla iddiaçının torpaq sahəsinə əlaqəsi yoxdur. Odur ki, birinci instansiya məhkəməsi işə baxaraq iddian rədd edərkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1 və Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(054)-3/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(054)-3/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar