Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-654/2023 22.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair (Açar sözlər: qızıl-zinət əşyaları, pul tələbi, nisyə alqı-satqı müqaviləsi, sübuetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(051)-206/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 adda qızıl-zinət əşyalarının və ya onların cəmi dəyəri olan 26543 manat məbləğdə pulun və ödənilmiş 171 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-ci ildən onun mağazasından qızıl-zinət əşyalarının alıcısı kimi tanımışdır. Onlarla münasibəti normal olduğu üçün cavabdehə 2020-ci ildən başlayaraq qızıl-zinət əşyalarını nisyə satmışdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan 29 mart 2021-ci il tarixdə 50 qram çəkidə, 583 əyarlı bismart sep və 5.95 qram çəkidə, 750 əyarlı kulon; 01 aprel 2021-ci il tarixdə 33.59 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon, 24.65 qram çəkidə, 585 əyarlı tros sep və 18.5 qram çəkidə, 585 əyarlı tros qolbağı; 09 aprel 2021-ci il tarixdə 27.300 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon, 20.65 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon, 23.200 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon və 13.300 qram çəkidə, 583 əyarlı bismart sep; 16 aprel 2021ci il tarixdə 14.37 qram çəkidə, 750 əyarlı qolbağı, 30.95 qram çəkidə, 585 əyarlı komplekt dəst-sırğa, üzük, qolbağı, sep, kulon, 17.96 qram çəkidə, 750 əyarlı paxlava formalı komplekt dəst-sırğa, üzük, sep, kulon, 11.75 qram çəkidə, 750 əyarlı kulon və 33.53 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, bilərzik, sep, kulon; 11 may 2021-ci il tarixdə 30.44 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon və 13.47 qram çəkidə, 750 əyarlı Qrazella firmasından bilərzik; 29 may 2021-ci ildə 22.05 qram çəkidə, 585 əyarlı Qrazella firmasından komplekt dəst-sırğa, üzük, kulon, 4.7 qram çəkidə, 750 əyarlı sep, 15.15 qram çəkidə, 750 əyarlı Qrazella firmasından qolbağ və 14.1 qram çəkidə, 585 əyarlı sepi nisyə almışlar. Aralarında olan razılığa əsasən o, qeyd olunan qızılzinət əşyalarını cavabdehlərə nisyə satmağı, cavabdehlər isə nisyə aldıqları qızıl-zinət əşyalarının pulunu yaxın vaxtlarda qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehlər ondan nisyə götürdükləri qızıl-zinət əşyalarının pulundan müəyyən hissəni ödəmişlər. Lakin cavabdehlər 29 mart 2021-ci il tarixdə ondan nisyə aldıqları 5400 manat dəyərində 50 qram çəkidə, 583 əyarlı bismart sep və 5.95 qram çəkidə, 750 əyarlı kulonun pulundan 2100 manat, 01 aprel 2021-ci il tarixdə nisyə aldıqları 6300 manat dəyərində 33.59 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon, 24.65 qram çəkidə, 585 əyarlı tros sep və 18.5 qram çəkidə, 585 əyarlı tros qolbağının pulundan 3000 manat, 09 aprel 2021- ci il tarixdə nisyə aldıqları 8038 manat dəyərində 27.300 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon, 20.65 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon, 23.200 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon və 13.300 qram çəkidə, 583 əyarlı bismart sepin pulundan 4038 manat, 16 aprel 2021-ci il tarixdə nisyə aldıqları 11010 manat dəyərində 14.37 qram çəkidə, 750 əyarlı qolbağı, 30.95 qram çəkidə, 585 əyarlı komplekt dəst-sırğa, üzük, qolbağı, sep, kulon, 17.96 qram çəkidə, 750 əyarlı paxlava formalı komplekt dəst-sırğa, üzük, sep, kulon, 11.75 qram çəkidə, 750 əyarlı kulon və 33.53 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, bilərzik, sep, kulonun pulundan 11010 manat, 11 may 2021-ci il tarixdə nisyə aldıqları 4800 manat dəyərində 30.44 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon və 13.47 qram çəkidə, 750 əyarlı Qrazella firmasından bilərzikin pulundan 3800 manat və 29 may 2021-ci il tarixdə nisyə aldıqları 5395 manat dəyərində 22.05 qram çəkidə, 585 əyarlı Qrazella firmasından komplekt dəst-sırğa, üzük, kulon, 4.7 qram çəkidə, 750 əyarlı sep, 15.15 qram çəkidə, 750 əyarlı Qrazella firmasından qolbağ və 14.1 qram çəkidə, 585 əyarlı sepin pulundan 2595 manat borcları qalmışdır. Cavabdehlərin ondan nisyə aldıqları qızıl-zinət əşyalarına görə ona ümumilikdə 26543 manat borcları yaranmışdır. Cavabdehlər ondan aldıqları qızıl-zinət əşyalarına görə qəbzə imza etmişlər. Dəfələrlə cavabdehlərdən ona olan borclarını qaytarmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də o, şikayət ərizəsi ilə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmışdır. Həmin vaxt Polis Şöbəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatları alınmış və onlar da ondan qızıl-zinət əşyalarını nisyə aldıqlarını etiraf etmişlər. Lakin buna baxmaraq cavabdehlər ondan nisyə aldıqları qızıl-zinət əşyalarının pulunu qaytarmamışlar. Pulunu başqa qaydada cavabdehlərdən ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasını, 20 adda qızıl-zinət əşyalarının və ya onların cəmi dəyəri olan 26543 (iyirmi altı min beş yüz qırx üç) manat məbləğdə pulun və ödənilmiş 171 manat dövlət rüsumun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(051)-206/2023 saylı qətnaməsi (hakim M.Kərimova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat, dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manatın alınıb İddiaçı verilməsi, iddianın Cavabdeh2 münasibətdə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı məhkəməyə təqdim etdiyi 5 ədəd yazılı vərəqələrdən görünmüşdür ki, iddiaçı 29 mart 2021-ci ildə, 01 aprel 2021-ci ildə, 09 aprel 2021-ci ildə, 16 aprel 2021-ci ildə,11 may 2021-ci ildə və 29 may 2021-ci ildə cavabdehə nisyə qızıl-zinət əşyaları vermişdir. İddiaçı tərəfindən yazılmış və cavabdehin məhkəməyə təqdim etdiyi vərəqədən isə görünmüşdür ki, 29 mart 2021-ci il, 11 aprel 2021-ci il, 11 may 2021-ci il tarixdə verilmiş qızıl-zinət əşyalarına görə pul tam ödənilmiş, 16 aprel 2021-ci il tarixdə verilmiş qızıl-zinət əşyalarına görə 7010 manat, 09 aprel 2021-ci il tarixdə verilmiş qızıllara görə 4038 manat, 29 may 2021-ci ildə verilmiş qızıllara görə 4495 manat qalıq qalmışdır. Cavabdeh həmçinin izahatında həmin puldan ödəniş etdiyini, yəni 29 may 2021-ci il tarixdə aldığı qızılların ödənilməmiş qalan 4495 manat puldan da 1900 manat ödədiyini 2500 manat qaldığını bildirmiş, iddiaçı da iddia tələbində qeyd edilən tarixdə cavabdehə verdiyi qızıllardan cəmi 2595 manat pulun ödənilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı məhkəməyə təqdim etdiyi 5 ədəd yazılı vərəqələrdən görünmüşdür ki, iddiaçı 29 mart 2021-ci ildə, 01 aprel 2021-ci ildə, 09 aprel 2021-ci ildə, 16 aprel 2021-ci ildə,11 may 2021-ci ildə və 29 may 2021-ci ildə cavabdehə nisyə qızıl-zinət əşyaları vermişdir. İddiaçı tərəfindən yazılmış və cavabdehin məhkəməyə təqdim etdiyi vərəqədən isə görünmüşdür ki, 29 mart 2021-ci il, 11 aprel 2021-ci il, 11 may 2021-ci il tarixdə verilmiş qızıl-zinət əşyalarına görə pul tam ödənilmiş, 16 aprel 2021-ci il tarixdə verilmiş qızıl-zinət əşyalarına görə 7010 manat, 09 aprel 2021-ci il tarixdə verilmiş qızıllara görə 4038 manat, 29 may 2021-ci ildə verilmiş qızıllara görə 4495 manat qalıq qalmışdır. Cavabdeh həmçinin izahatında həmin puldan ödəniş etdiyini, yəni 29 may 2021-ci il tarixdə aldığı qızılların ödənilməmiş qalan 4495 manat puldan da 1900 manat ödədiyini 2500 manat qaldığını bildirmiş, iddiaçı da iddia tələbində qeyd edilən tarixdə cavabdehə verdiyi qızıllardan cəmi 2595 manat pulun ödənilmədiyini göstərmişdir. Bundan əlavə iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi vərəqələrə, eləcə də iddiaçıya məxsus nisyə dəftərinə məhkəmə iclasında baxış zamanı vərəqələrin səhifələnmədiyi müəyyən olunmuşdur. Ona görə də nisyə verilmiş qızıl-zinət əşyalarının pulunun ödənildiyi bəzi vərəqələrin qoparılıb götürülüb-götürülməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab eetmişdir ki, iddiaçı tərəfindən cavabdehə nisyə satılmış qızıl-zinət əşyaların pulundan 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə nisyə verilmiş qızıl-zinət əşyalarından konkret olaraq hansının dəyərinin ödənilməməsini müəyyən etmək mümkün olmadığına görə, məhkəmə, həmçinin hesab etmişdir ki, iddia qismən təmin olunmalı, qızıl-zinət əşyalarının ödənilməmiş qalan cəmi 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat pul Cavabdeh1 alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin təqdim edilmiş sübutlara qimət verərək hesab eetmişdir ki, tələb olunan qızıl-zinət əşyalarının hər birinin Cavabdeh2 da nisyə verilməsi öz təsdiqini tapmadığına, Cavabdeh2 nisyə aldığı qızıl-zinət əşyaların pulu ödənildiyinə görə iddia tələbi Cavabdeh2 münasibətdə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 598.1, 600, 427.1, 427.2-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyator apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. İlk öncə o, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-ci ildən mağazadan qızıl-zinət əşyalarının alıcısı kimi tanımışdır. Onlarla münasibəti normal olduğu üçün o, cavabdehə 2020-ci ildən başlayaraq qızıl-zinət əşyalarını nisyə satmağa başlamışdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan 29 mart 2021-ci il tarixdə: 1) 50 qram çəkidə, 583 əyarlı bismart sep və 2) 5.95 qram çəkidə, 750 əyarlı kulon; 01 aprel 2021ci il tarixdə: 1) 33.59 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon; 2) 24.65 qram çəkidə, 585 əyarlı tros sep və 3) 18.5 qram çəkidə, 585 əyarlı tros qolbağı; 09 aprel 2021-ci il tarixdə: 1) 27.300 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon, 2) 20.65 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon, 3) 23.200 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon və 4) 13.300 qram çəkidə, 583 əyarlı bismart sep; 16 aprel 2021-ci il tarixdə: 1) 14.37 qram çəkidə, 750 əyarlı qolbağı, 2) 30.95 qram çəkidə, 585 əyarlı komplekt dəst-sırğa, üzük, qolbağı, sep, kulon, 3) 17.96 qram çəkidə, 750 əyarlı paxlava formalı komplekt dəst-sırğa, üzük, sep, kulon, 4) 11.75 qram çəkidə, 750 əyarlı kulon və 5) 33.53 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, bilərzik, sep, kulon; 11 may 2021-ci il tarixdə: 1) 30.44 qram çəkidə, 750 əyarlı komplekt dəstsırğa, üzük, sep, kulon və 2) 13.47 qram çəkidə, 750 əyarlı Qrazella firmasından bilərzik; 29 may 2021-ci ildə: 1) 22.05 qram çəkidə, 585 əyarlı Qrazella firmasından komplekt dəst-sırğa, üzük, kulon, 2) 4.7 qram çəkidə, 750 əyarlı sep, 3) 15.15 qram çəkidə, 750 əyarlı Qrazella firmasından qolbağ və 4) 14.1 qram çəkidə, 585 əyarlı sepi nisyə almışlar. Aralarında olan razılığa əsasən o, qeyd olunan qızıl-zinət əşyalarını cavabdehlərə nisyə satmağı, cavabdehlər isə nisyə aldıqları qızıl-zinət əşyalarının pulunu yaxın vaxtlarda qaytarmağı öhdələrinə götürmüşlər. Belə ki, cavabdehlər bu barədə qəbz yazaraq imzaları ilə təsdiq etmişlər. Cavabdehlər ondan nisyə götürdükləri qızıl-zinət əşyalarının pulundan müəyyən hissəni ödəmişlər. Lakin cavabdehlər 29 mart 2021-ci il tarixdə ondan nisyə aldıqları qızıldan 2595 manat borcları qalmışdır. Cavabdehlərin ondan nisyə aldıqları qızıl-zinət əşyalarına görə ona ümumilikdə 26543 manat borcları yaranmışdır. Dəfələrlə cavabdehlərdən ona olan borclarının qaytarmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Elə ona görə də o, şikayət ərizəsi ilə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmışdır. Həmin vaxt Polis Şöbəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatları alınmış və onlar da ondan qızıl-zinət əşyalarını nisyə aldıqlarını etiraf etmişlər. Buna baxmayaraq cavabdehlər ondan nisyə aldıqları qızıl-zinət əşyalarının pulunu qaytarmamışlar. Ancaq buna baxmayaraq işə baxan Mingəçevir Şəhər Məhkəməsi iddia tələbini qismən təmin etmiş və Cavabdeh1 ona 12948 manat məbləğdə borcu olduğu qənaətinə gəlmişdir. Eyni zamanda da Mingəçevir Şəhər Məhkəməsi cavabdehlər siyahısından Cavabdeh2 çıxartmış və iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməmişdir. O həmin hissə ilə razı olmamışdır və hesab etrmişdir ki, iddia tələbi tam təmin olunmalıdır. Çünki məhkəmə iclası zamanı cavabdehlər həqiqətən də ondan nisyə qızıl-zinət əşyalarını götürdüklərini etiraf etmiş və bu barədə qəbzlərə imza etdiklərini bildirmişlər. Lakin işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamışdır. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsi 20 fevral 2023-cü il tarixli qətnaməsində Cavabdeh1 izahatının inandırıcı olmasını, iddiaçı ilə birlikdə borcun hesablanması barədə vərəqəyə istinad etmişdir. Lakin bununla bağlı bildirmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş vərəqədə nə onun, nə də ki cavabdehlərin imzaları olmamışdır. Həmin vərəqənin Mingəçevir Şəhər Məhkəməsi tərəfindən sübut kimi qəbul edilməsi başa düşülən deyildir. Halbuki cavabdehlər ondan nisyə qızıl-zinət əşyalarını aldıqlarını və imzaları ilə təsdiq etdikləri qəbzlər vardır. Bundan başqa, Mingəçevir Şəhər Məhkəməsi 20 fevral 2023-cü il tarixli qətnaməsində Cavabdeh1 ona 12948 manat məbləğdə borcu olduğunu qeyd etsə də, həmin borc məbləğinin hansı qaydada hesablandığını qeyd etməmişdir. Bir daha bildirmişdir ki, cavabdehlərin ona 26543 manat məbləğdə borcları vardır. Belə ki, cavabdehlər bu barədə qəbz yazıb, həmin qəbzi öz imzaları ilə təsdiq etmişlər. Lakin nədənsə işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış, iddia tələbinin qismən təmin olunması barədə nəticəyə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(051)-206/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(051)-206/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəlləsinin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Nisyə satılmış əşyanın ödənilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(051)-206/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(051)-206/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin apellyatora münasibətdə təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(051)-206/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı 29 mart 2021-ci ildə, 01 aprel 2021-ci ildə, 09 aprel 2021-ci ildə, 16 aprel 2021-ci ildə,11 may 2021-ci ildə və 29 may 2021-ci ildə cavabdehə nisyə qızıl-zinət əşyaları vermişdir. İddiaçı tərəfindən yazılmış və cavabdehin məhkəməyə təqdim etdiyi vərəqədən isə görünmüşdür ki, 29 mart 2021-ci il, 11 aprel 2021-ci il, 11 may 2021-ci il tarixdə verilmiş qızıl-zinət əşyalarına görə pul tam ödənilmiş, 16 aprel 2021-ci il tarixdə verilmiş qızıl-zinət əşyalarına görə 7010 manat, 09 aprel 2021-ci il tarixdə verilmiş qızıllara görə 4038 manat, 29 may 2021-ci ildə verilmiş qızıllara görə 4495 manat qalıq qalmışdır. Cavabdeh həmçinin izahatında həmin puldan ödəniş etdiyini, yəni 29 may 2021-ci il tarixdə aldığı qızılların ödənilməmiş qalan 4495 manat puldan da 1900 manat ödədiyini 2500 manat qaldığını bildirmiş, iddiaçı da iddia tələbində qeyd edilən tarixdə cavabdehə verdiyi qızıllardan cəmi 2595 manat pulun ödənilmədiyini göstərmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə nisyə satılmış qızıl-zinət əşyaların pulundan 12948(on iki min doqquz yüz qırx səkkiz) manat ödənilməmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə mənim hüquqlarımı kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Şikayətin dəgər dəlili ondan ibarətdir ki, cavabdehlərin ondan nisyə aldıqları qızıl-zinət əşyalarına görə ona ümumilikdə 26543 manat borcları yaranmışdır. Dəfələrlə cavabdehlərdən ona olan borclarının qaytarmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Elə ona görə də o, şikayət ərizəsi ilə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmışdır. Həmin vaxt Polis Şöbəsində cavabdehlər Mayis Sirinov və Cavabdeh2 izahatları alınmış və onlar da ondan qızıl-zinət əşyalarını nisyə aldıqlarını etiraf etmişlər. Buna baxmaraq cavabdehlər ondan nisyə aldıqları qızıl-zinət əşyalarının pulunu qaytarmamışlar. Kollegiya şikayətin həmin dəliləri ilə razılaşmır. İş materiallında olan Mingəçevir Şəhər Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, iş üzrə cavabdeh olan şəxlərin izahtları alınmamış, həmin qərarın 3-cü abzasında isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı borclu qaldıqları müəyyən edilmişdir kimi qeyd aparılmışdır. Lakin hansı məbləğdə borclu qaldıqları həmin qərarda qeyd edilməmişdir. Ona görə kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Daha sonra şikayətdə qeyd edilir ki, Mingəçevir Şəhər Məhkəməsi cavabdehlər siyahısından Cavabdeh2 çıxartmış və iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməmişdir. O həmin hissə ilə razı olmamışdır və hesab etrmişdir ki, iddia tələbi tam təmin olunmalıdır. Çünki məhkəmə iclası zamanı cavabdehlər həqiqətən də ondan nisyə qızılzinət əşyalarını götürdüklərini etiraf etmiş və bu barədə qəbzlərə imza etdiklərini bildirmişlər. Lakin işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, iş materialının 9, 10, 11, 12, 13 və 14-cü səhifələrində olan qəbzələrdə müxtəlif rəngli qələmlərdən istifadə edilərək Mais, Samirə, Mətanət, Kəmalə, Emma sözləri yazılmış, eyni zamanda aldım, qaldı kimi sözlərdən istifadə edilməklə bəzi rəqəmlərin, Mətanət, Kəmalə, Emma və Samirə sözünün üzərindən isə xət çəkilmişdir. Ona görə kollegiya hesab edir ki, iddiaçının özünün təqdim etdiyi qəbzlər natamam və qeyri-müəyyən olduğundan şikayət həmin hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən məbləğin Cavabdeh1 tutulması barədə gəldiyi nəticə əsaslıdır. Daha sonra şikayətdə qeyd edilir ki, cavabdeh tərəfindən təqdim olunmuş vərəqədə nə onun, nə də ki cavabdehlərin imzaları olmamışdır. Həmin vərəqənin Mingəçevir Şəhər Məhkəməsi tərəfindən sübut kimi qəbul edilməsi başa düşülən deyildir. Halbuki cavabdehlər ondan nisyə qızıl-zinət əşyalarını aldıqlarını və imzaları ilə təsdiq etdikləri qəbzlər vardır. Bundan başqa, Mingəçevir Şəhər Məhkəməsi 20 fevral 2023-cü il tarixli qətnaməsində Cavabdeh1 ona 12948 manat məbləğdə borcu olduğunu qeyd etsə də, həmin borc məbləğinin hansı qaydada hesablandığını qeyd etməmişdir. Bir daha bildirmişdir ki, cavabdehlərin ona 26543 manat məbləğdə borcları vardır. Belə ki, cavabdehlər bu barədə qəbz yazıb, həmin qəbzi öz imzaları ilə təsdiq etmişlər. Lakin nədənsə işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış, iddia tələbinin qismən təmin olunması barədə nəticəyə gəlmişdir. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Kollegiya qeyd etməyi lazımı bilir ki, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəf mübahisələndirməmiş, onunla razılaşmışdır. Qeyd etmək lazımdır ki, hər iki tərəfin təqdim etmiş olduğu qəbzlər qeyri-müəyyən olunmaqla nə iddianın təmin, nə də iddianın rədd edilməsi üçün əsaslı sübut ola bilməz. Sadəcə olaraq cavabdeh tərəf təmin edilmiş məbləği mübahisələndirməmişdir. İddiaçı tərəf isə iddianın təmin edilməmiş 13595 manat dəyərində qızıl-zinət əşyasının cavabdehə verməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. İş materialının 9, 10, 11, 12, 13 və 14-cü səhifələrində olan qəbzlərlə isə iddiaçı tərəfin qeyd edilən məbləğdə qızıl-zinət əşyalarının onun tərəfindən cavabdehlərə verdiyini müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və, nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri, sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf qeyd edilən məbləğdə qızıl-zinət əşyalarının onun tərəfindən cavabdehlərə verdiyini bildirsə də buna dair hər hansı bir mötəbər sübut növü təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyatora münasibətdə mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatora münasibətdə birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(051)-206/2023 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(051)-206/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-654/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-654/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver