Məhkəmə qərarları › İş №2(107)-657/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-657/2021

16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-657/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh iştirakı ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(019)-890/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(019)-201/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək himayəsində olan xx xxxx 2006-cı ildə doğulmuş X1 və xx.xx.2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-890/2020 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(019)-201/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxx 2006-cı ildə anadan olmuş X1 və xx xxxxxxxx 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəməyə ərizə verərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-890/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-890/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürmüşdür. Buna səbəb odur ki, mülki işin baxılmasında iştirak etməmişdir, ümumiyyətlə işin məhkəmədə baxılmasından xəbərsiz olmuşdur. Qətnamə ona verildikdən sonra apellyasiya şikayəti hazırlanmasına baxmayaraq ailə üzvləri “Covid- 19” infeksiyasına yoluxduqlarından karantinə alınmışlar və evdə müalicə olunmuşlar. Bu səbəbdən poçta gedə bilməmişdir. Hesab edir ki, ötürülən müddət üzürlüdür, ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-890/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və apellyasiya şikayətininin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi, həmin mülki işin icra sənədinin icraatının dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(019)-890/2020 saylı qərardadı ilə Cavabdeh Balakən Rayon Məhkəməsinin 2(019)890/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh Rəsulov X3 Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(019)- 890/2020 saylı qərardadından şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(019)-890/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(019)-890/2020 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(019)-890/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)890/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(019)-890/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxx 2006-cı ildə anadan olmuş X1 və xx xxxxxxxx 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin surəti iddiaçı Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə xəbərnaməli poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh qətnamənin surətini xx xxxxxx 2020-ci il tarixdə şəxsən almışdır. xx xxxxxx 2020-ci il tarixdə o qətnamədən verdiyi apellyasiya şikayətini və apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti məhkəməyə təqdim etmişdir. Cavabdeh vəsatətə apellyasiya şikayəti verməsi müddətini üzürlü səbəbdən buraxmasına dair heç bir sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini, və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.1 və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası, Balakən Rayon Məhkəməsinin 2(019)-890/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada verilməsini, onun qətnamənin surətini aldığı vaxtdan 52 gün sonra apellyasiya şikayəti verməsini, apellyasiya şikayəti verməsi müddətini heç bir üzürlü səbəb olmadan ötürməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti vermə müddətini üzürsüz səbəbdən buraxmışdır. Mülki işin məhkəmədə baxılmasından xəbərsiz olması barədə vəsatətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx xxxxxxx 2020-ci il tarixdə iddia ərizəsinin surəti və mülki prosessual hüquq və vəzifələrinə dair bildiriş poçt vasitəsi ilə Cavabdeh göndərilmiş, eyni zamanda məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə ona istifadə etdiyi ***-***-**- ** nömrəli telefon vasitəsi ilə SMS göndərilmişdir. Həmçinin məhkəmə baxışının yeri və müddəti barədə məhkəmə bildirişi xx xxxxxxx 2020-ci il tarixdə sifarişli-xəbərnaməli poçt vasitəsi ilə Cavabdeh göndərilmiş, o, məhkəmə bildirişini xx xxxxxxx 2020-ci il tarixdə şəxsən qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. X4 Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(019)-890/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(019)-890/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar