Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-658/2022 07.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair iddia ərizəsi və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, ekspertiza məsələləri ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili Vəkil2 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(033)-12/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində qeydiyyatda olan Cavabdeh1 55 manat torpağa ödənilmiş vergi, suvarma üçün su idarəsinə ödənilmiş 60 manat, torpaq sahəsinin qorunması və çəpərlənməsi üçün 4400 manat, torpaq sahəsinin kol-kosdan təmizlənməsi, suvarma arxlarının çəkilməsi, boruların qoyulması üçün çəkilmiş xərclər 1900 manat, qoyulmuş 3 ədəd borunun dəyəri 450 manat, bağın salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərc 3423 manat, bağda əkilmiş 20 ədəd alma ağacının dəyəri 400 manat və torpaq sahəsi alınarkən ödənilmiş 1200 ABŞ dolları olmaqla, cəmi 10688 (on min altı yüz səksən səkkiz) manat, 1200 (bir min iki yüz) ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiada göstərilən 1200 ABŞ dolları tələbinə dair hissəsini dəqiqləşdirərək 2001-ci ildə verdiyi 1200 ABŞ dollarının bugünə olan indeksasiya ilə ödənilməsinə və iddia ərizəsində qeyd edilən torpaq sahəsinin mülkiyyətçiləri olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdehə və onun ailəsinə məxsus Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsini 1200 ABŞ dollarına almışdır. Həmin alqı-satqı onların arasında 2001-ci ildə baş tutmuşdur. Bu fakt Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-625/2020 saylı qətnaməsi ilə də təsdiq olunur. O alqı-satqı maqaviləsinin bağlanması tələbi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia rədd edilmişdir. 2001-ci ildən indiyə qədər dəfələrlə alqı-satqı müqaviləsini bağlamağı təklif etsə də, müxtəlif bəhanələrlə alqı-satqı müqaviləsini bağlamaqdan yayınmışlar. 2014-cü ilin oktyabr ayında qardaşı Ramazan Mustafayev avtomobil qəzasında vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra onun həyat yoldaşı Cavabdeh1 torpaq sahəsini satmadıqlarını, onun torpağı geri qaytarmalı olduğunu deyərək torpağın alqı-satqısını rəsmiləşdirməkdən boyun qaçırmışdır. Ona görə də o məcbur qalaraq torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsi iddianı təmin etməmişdir. Belə olan halda onun həmin torpaq sahəsinə çəkdiyi xərclər və torpaq sahəsinin alqı-satqısı zamanı verdiyi pullar geri qaytarılmalıdır. Həmin vaxtdan yəni 2001-ci ildən torpaq sahəsi onun istifadəsindədir. Həmin torpağın vergilərini o ödəmişdir. Bu illər ərzində torpağın vergi pulu cəmi 55 manat təşkil edir. Bundan başqa suvarma xərcləri üçün suya ödənilən pul 60 manat təşkil edir. Bundan başqa 2001-ci ildən bu ilədək hər il torpaq sahəsinin qorunması üçün 120 manat olmaqla və onun ətrafının çəpərlənməsi üçün hər il 100 manat olmaqla, cəmi 4400 manat xərc çəkmişdir. Bundan əlavə olaraq kol-kosun təmizlənməsi, akasiya ağac diblərindən təmizlənməsi, arxın çəkilməsi, borunun qoyulması və s. məqsədi ilə 1900 manat xərc çəkmişdir. Qoyulmuş boruların sayı 3 ədəddir, boruların qoyulması üçün çəkilmiş xərc 450 manatdır. Həmin torpaq sahəsində ailəsi ilə birlikdə böyük zəhmət hesabına münbitləşdirmə işləri aparmışdır, daş-kəsəkdən, kol-kosdan təmizləyərək torpağı göz oxşayan bağa çevirmişdir. 2001-ci ildən bəri həmin torpaq sahəsində apardığı abadlıq işlərinin qiymətləndirilməsi barədə vəkili vasitəsi ilə Kənd Təsəsrrüfatı Nazirliyinin X10 İnkişaf Mərkəzinə müraciət edilmiş və xx.xx.2020-ci il tarixli 110 nömrəli rəy verilmişdir. 30 topa fındıq kolunun hər birinin qiyməti 80-90 manat arasındadır, 1 ədəd məhsula düşmüş kolun qiyməti 30 manat, 1 ədəd yeni salınmış kolun qiyməti isə 10 manatdır. Beləliklə, cəmi fındıq kollarının təxmini bazar qiyməti 2520 manat təşkil edir. Fındıq kollarının hər biri üçün salınmasına 0,50 qəpik, cəmi 15 manat, tinglərin isə hər birinə 15 qəpik bazar qiyməti ilə xərc çəkilmişdir. 30 topa fındığın tingləri 120 ədəd x 0,15 qəpik =18 manat təşkil edir. 32 ədəd fındığın basdırılmasına isə 16 manat xərc çəkilmişdir. 2001-ci ildən 2008-ci ilə qədər aqronomik normaya uyğun olaraq hər topaya 0,5 kq azot gübrəsi vermişdir. 8 ildə bu da 120 kq təşkil edir. Bu da hesablandıqda 120 kq x 0,24 qəpik =24 manat olur. 2008-ci ildən 2020-ci ilə qədər hər topaya 240 kq azot və 240 kq nitrofoska gübrəsi aqrotexniki normalara uyğun vermişdir. Azot gübrəsinin dəyəri 240 kq x 0,24 qəpik =58 manat, nitrofoskanın dəyəri isə 240 x 0,30 qəpik= 72 manat təşkil edir. Bağa xidmət göstərilməsi üçün təqribən hər il üzrə 30 manat xərc çəkmişdir. Bu da 20 ilə 600 manat təşkil edir. Bağın salınması zamanı 0,42 ha sahədə şumun aparılmasına 20 manat, hamarlanmasına 10 manat xərc çəkmişdir. Beləliklə bağ üçün 2001-ci ildən 2020-ci ilin sentyabrına qədər bağın salınması üçün 2590 manat, qulluq üçün isə 833 manat, cəmi 3423 manat xərc çəkmişdir. Rəydə qeyd olunmayan 20 ədəd alma ağacın hər birinin xərci üçün 20 manat olmaqla, cəmi 400 manat xərc çəkmişdir. Bundan başqa həmin torpaq sahəsinin alqı-satqısı zamanı o 1200 ABŞ dollar pul vermişdir. Əgər bu günkü gündə torpaq sahəsini cavabdeh tələb edirsə torpaq sahəsinə çəkilmiş xərclər əsassız varlanmaya aid edildiyindən ondan alınaraq qaytarılmalıdır. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus 0,6464 ha torpaq sahəsindən İddiaçı çıxarılması və mülkiyyət hüququnun bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh1 ailə üzvlərinə məxsus 0,6464 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Zaqatala rayonu, Yuxarı Çardaxlar kənd sakini İddiaçı tərəfindən zəbt olunmuşdur. İddiaçı Zaqatala rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 qarşı Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən ailə üzvlərinə məxsus zəbt etmiş torpaq sahəsindən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 2(033)-625/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin olunmamışdır. Cavabdeh uzun illərdir ki, dəfələrlə torpaq sahəsinin boşaldılması və qeyri-qanuni sahibliyinə son qoyulması məqsədi ilə müraciət etmələrinə baxmayaraq İddiaçı qanunsuz hərəkətlərinə son qoymamış, Cavabdeh1 ailə üzvlərinə məxsus torpağı zəbt etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(033)-12/2022 saylı qətnaməsi ilə (hakim T.Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 torpaq sahəsinin alqı-satqısı zamanı ödənilmiş 1200 (bir min iki yüz) ABŞ dollarının indeksasiyası olan 3596,85 (üç min beş yüz doxsan altı manat səksən beş qəpik) manat, fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 (iki min doqquz yüz doxsan) manat, 20 ədəd alma ağacının dəyəri olan 400 (dörd) manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1600 (bir min altı yüz) manat ümumilikdə 8586,85 (səkkiz min beş yüz səksən altı manat səksən beş qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, ilkin iddia üzrə iddiaçının dövlətə büdcəsinə ödədiyi 15 (on beş) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, 15 (on beş) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi, ilkin iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsi təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh İddiaçının mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********63 olan xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun bərpa edilməsi, sonrakı iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, iddia tələblərinin eyni vaxtda icra edilməsi, ilkin İddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İlkin İddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 300 (üç yüz) manat ekspertiza xərci alınaraq "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinin, Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208 hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003- cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X1 verilmişdir. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh3, X2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edilən torpaq sahəsinin 0,42 ha hissəsindən 2001-ci il tarixdən İddiaçı istifadə edir və həmin torpaq sahəsində bağ salmış və abadlaşdırmışdır. İddiaçı 2001-ci ildə qeyd edilən torpaq sahəsini alqı-satqısı məqsədi ilə Cavabdeh1 və mərhum qardaşı X1 verdiyi 1200 ABŞ dollarını bu günə olan indeksasiya ilə, eyni zamanda torpaq sahəsinin qorunması və çəpərlənməsi üçün, suvarma kanalı ilə təchiz edilməsi üçün, bağın salınması və bağda əkilmiş ağaclara aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş xərclərin, torpaq sahəsi üçün ödənilmiş torpaq vergisinin, suvarma üçün ödənilmiş su pulunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər iddia tələbini qismən, yəni iddiaçı tərəfindən 2001-ci ildə torpaq sahəsi üçün ödənilmiş 1200 ABŞ dollarının bugünə olan indeksasiya ilə iddiaçıya ödənilməsi hissəsində qəbul edir və iddia tələbinin qalan hissədə rədd edilməsini xahiş edir. Cavabdeh1 iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus 0,6464 ha torpaq sahəsindən İddiaçı çıxarılması və mülkiyyət hüququnun bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş edir. İddiaçı iddianı qəbul edir, onun iddiası ilə eyni vaxtda icra olunmasını xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5838 nömrəli ekspert rəyinə əsasən 2001-ci ildə verildiyi bildirilən 1200 (bir min iki yüz) ABŞ dolları pul məbləğinin indeksasiyası hazırda 3.596,85 manat təşkil etməsi müəyyən edilir. “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 506 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, fındıq ağaclarının (kollarının) hər birinin orta hesabla əkilməsi, onlara aqrotexniki qulluq işlərinin göstərilən müddətdə aparılması 85 (80-90) manat təşkil edir. 32 ədəd x 85 manat = 2720 manat, Bağa xidmət ildə 30 manat təşkil edir. 30 manat x 9 il = 270 manat. Ağaclar məhsuldar olduğundan hər koldan ildə təqribən 17.5 (15-20) kq məhsul götürülməsi müəyyən edilir. 17.5 kq x 32 ədəd x 3.5 manat = 1960 manat. Qeyd olunan xüsusatlara əsasən 32 ədəd fındıq ağaclarının 2021-ci il üçün satış qiyməti 4950 (2720 + 270 + 1960) manat müəyyən edilir. 1 ədəd alma ağacının əkilməsi və ona qulluq işlərinin dəyəri 20 manat təşkil edir 20 ədəd x 20 manat = 400 manat. Beləliklə, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.6464 ha torpaq sahəsinin 0.42 ha hissəsində salınmış bağ sahəsinə əkilmiş 32 ədəd fındıq ağacı (kolu) və 20 ədəd alma ağaclarının orta bazar qiymətlərinə uyğun olaraq 2021-ci ildə satış qiyməti təxminən 5350 (2720 + 270 + 1960 + 400) manat müəyyən edilir. Eyni zamanda ağacların vizual görünüşünə əsasən fındıq ağacları (kolları) müxtəlif illərdə əkilmişdir. Təxmini hesablamalara görə fındıq ağacları 9 il (8-10) illik bitkilərdir. Alma ağacları isə 4.5 (4-5) illik əkinlər olduğu qeyd edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə ilk öncə Cavabdeh1 İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə münasibət bildirərək qeyd etmişdir ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1 mülkiyyətindədir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh İddiaçı tərəfindən zəbt edilərək istifadə edilmiş 0,42 ha hissəsindən İddiaçı çıxmaması, iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin torpaq sahəsinin zəbt etdiyi 0,42 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə İddiaçı Abdulla oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair iddia ərizəsinə münasibət bildirərək hesab etmişdir ki, həmin iddia tələbi də qismən təmin edilməlidir. Məhkəmə İddiaçı iddia tələbinin bağın salınması, aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş xərclərin, torpaq sahəsinin çəpərlənməsi, kol kosdan azad edilməsi, suvarılması üçün çəkilmiş xərclərin ödənilməsi və 20 ədəd alma ağacının dəyərinin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bağın salınması, aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş xərclərin, torpaq sahəsinin çəpərlənməsi, kol kosdan azad edilməsi, suvarılması üçün çəkilmiş xərclərin ödənilməsi hissəsində qismən, 20 ədəd alma ağaclarının dəyərinin ödənilməsi hissəsində tam təmin edilməlidir. Belə ki, məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, qeyd edilən daşınmaz əmlakla bağlı tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun hər hansı bir notarial qaydada əqd bağlanılmasa da, torpaq sahəsi iddiaçının istifadəsində olmuş və bu razılıq əsasında iddiaçı tərəfindən ona verilmiş torpaq sahəsindən özününki zənn edərək 21 il istifadə etdiyi həmin torpağın keyfiyyətinin artırılması üçün orada özü tərəfindən əkilmiş 32 ədəd (biri 85 manat olmaqla) fındıq ağacı və 20 ədəd alma ağacı becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə gətirilmiş və nəticədə fındıq ağacları üçün 2720 manat və alma ağacları üçün 400 manat vəsait sərf etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu maddələri, Mülki Məcəlləsinin 21.1, 21.2, 140, 152.1, 152.5, 157.2, 157.4, 213.6, 560, 1091.2, 1092, 1090.2, 1093.1, 1096.1, 1096.2, 1097.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual 76.1, 76.2, 77.1, 82.3, 89.1, 217.4. 218.3-cü maddələri ilə əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Baxılan iş üzrə iddiaçı həm fındıq ağaclarına qulluq göstərilməsi üçün çəkdiyi xərcləri, həm də fındıq ağaclarının və digər ağacların ümumi dəyərini cavabdehlərdən tələb etmiş, işə baxan birinci instansiya məhkəməsi yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə zidd olaraq hər iki tələbi təmin etmişdir. Ona görə də qətnamə iddiaçının torpağın yaxşılaşdırılmasına və əkdiyi fındıq bağının salınmasına və aqrotexniki qulluq üçün çəkdiyi 2900 manat, 20 ədəd ağacın dəyəri olan 400 manat və su kanalının arxın çəkilməsi üçün sərf edilən vəsait 1600 (bir min altı yüz) manat xərcin tutulması hissəsində və ekspertiza xərci üçün 300 manat hissədə ləğv olunmalıdır. Məhkəmə qərar qəbul edərkən iddia tələblərinin eyni vaxtda icra edilməsinə dair qərar qəbul etmişdir. İddia tələblərinin eyni vaxtda icra edilməsinə dair qərar mülki məcəllənin 152-ci maddəsinin tələblərini pozmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan vəziyyətdə mülkiyyət hüququ məhkəmə tərəfindən məhdudlaşdırılmışdır. Onuda qeyd edir ki, hər iki iddia tələbin eyni anda icra olunması ilə bağlı ilkin iddia üzrə iddiaçının hər hansı bir ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iddia tələbləri həcmində işə baxmalı olduğu halda iddia tələblərindən kənara çıxmış, tərəflərin tələb etmədiyi hallara istinad etmişdir. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır. Qeyd edir ki, məhkəmə qərarında sübut növü olaraq iş materiallarına əlavə olunmuş Zaqatala rayon Muxax kənd sakini X7 tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş məlumata istinad etmişdir. X7 tərəfindən yazılmış sənəddə qeyd olunur ki, 2007-ci ildə İddiaçı ona 0.15 ha torpaq sahəsinin təmizlənməsi üçün 300 manat vermişdir. Həmin torpaq sahəsinə 800 metr arx çəkilməsi üçün 0.5 metrlik 150dm dəmir boru qoymuş və metri 1 manatdan arx çəkmişdir. 2016-cı ildə İddiaçı xahişi ilə o arxa 2 ədəd 150 dm azbes boru qoymaqla arxı 800 manat qarşılığında yeniləmişdir. 800x2=1600 manat, 300 manat məhkəmə X7 tərəfindən yazılmış sənədi sübut kimi qəbul etmiş, 1600 manat pulun Cavabdeh1 və qeyrilərindən alınaraq İddiaçı ödənilməsini qərarında qeyd etmişdir. Qeyd edir ki, məhkəmənin Zaqatala rayon Muxax kənd sakini X7 tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş məlumata istinad etməsi maddi və prosessual hüquq normalarının pozulmasıdır. Həmin sənədin mötəbər sübut kimi sayılması qeyri mümkündür. Qeyd olunan sənəd nə mütəxəssis rəyi, nə ekspert rəyi, nədə ki işə aid hər hansı bir sübut növü ola bilməz. Məhkəmə haradan müəyyən etdiki, həmin ərazidə arx var, həmin arx həqiqətən iddiaçı tərəfindən çəkilmişdir. Həmin ərazidə başqa arxlar da mövcuddur. Mülkiyyət hüququ üzrə Cavabdeh1 və digər ailə üzvlərinə məxsus torpaq sahəsindən əlavə həmin ərazidə qonşu torpaq sahələrinin mülkiyyətçiləri vardır. Həmin mülkiyyətçilərdən biri də İddiaçıdur. Görünür ki, məhkəmə X7 tərəfindən verilmiş sənədi mütəxəssis və ya ekspert rəyinə bərabər sənəd hesab etmişdir. Məhkəmənin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 torpaq sahəsinin alqı-satqısı zamanı ödənilmiş 1200 (bir min iki yüz) ABŞ dollarının indeksasiyası olan 3596,85 (üç min beş yüz doxsan altı manat səksən beş qəpik) manat pul məbləğinə dair hissədə isə iddianı bütün cavabdehlərə dair hissədə qəbul etməsi tam əsassızdır. Qeyd edir ki, İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair Zaqatala Rayon Məhkəməsində iddia ərizəsi ilə müraciət edən zaman iddia ərizəsində qeyd edərək bildirmişdir ki, torpağın alqı-satqısına dair 1200 ABŞ dollar pulu qardaşı Mustafayev Ramazana və Cavabdeh1 vermişdir. Əgər o mübahisələndirilən pulu qardaşı və onun həyat yoldaşına vermiş idisə o zaman iddia tələbi qardaşına və qardaşının yoldaşı Ümüküsə qarşı qaldırılmalı idi. Məhkəmə torpaq mülkiyyətçilərinin hamısını cavabdeh qismində prosesə cəlb etmiş, bağa çəkilmiş xərcləri və qeyd olunan pul məbləğini ümumbirgə mülkiyyətçilərdən tələb olunmasına dair qərar qəbul etmişdir. Həmin pul məbləğinin ümumbirgə mülkiyyətçilərdən tələb olunması tam əsassızdır. Torpaq sahəsindən çıxarılmaqla bağlı iddianı Cavabdeh1 tərəfindən qaldırılmış, digər cavabdehlər tərəfindən belə bir tələb irəli sürülməmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Zaqatala Rayon Məhkəməsinin 2(033)-12/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 manat, 20 ədəd alma ağacının dəyəri olan 400 manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1600 manat və ekspertiza xərci olaraq hesablanmış 300 manat hissədə ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)- 12/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-12/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 manat, 20 ədəd alma ağacının dəyəri olan 400 manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1600 manat və ekspertiza xərci olaraq hesablanmış 300 manat hissədə ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir (maddə 135.10). 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 manat, 20 ədəd alma ağacının dəyəri olan 400 manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1600 manat və ekspertiza xərci olaraq hesablanmış 300 manata aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 manat, 20 ədəd alma ağacının dəyəri olan 400 manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1600 manat və ekspertiza xərci olaraq hesablanmış 300 manat hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-12/2022 saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X1 verilmişdir. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh3, X2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edilən torpaq sahəsinin 0,42 ha hissəsindən 2001-ci il tarixdən İddiaçı istifadə edir və həmin torpaq sahəsində bağ salmış və abadlaşdırmışdır. İddiaçı 2001-ci ildə qeyd edilən torpaq sahəsini alqı-satqısı məqsədi ilə Cavabdeh1 və mərhum qardaşı X1 verdiyi 1200 ABŞ dollarını bu günə olan indeksasiya ilə, eyni zamanda torpaq sahəsinin qorunması və çəpərlənməsi üçün, suvarma kanalı ilə təchiz edilməsi üçün, bağın salınması və bağda əkilmiş ağaclara aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş xərclərin, torpaq sahəsi üçün ödənilmiş torpaq vergisinin, suvarma üçün ödənilmiş su pulunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçının torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 manat xərcin cavabdehlərdən tutulması hissəsində düzgün nəticəyə gəlməmiş, bu hissədə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qanunvericiliyin yuxarıda qeyd edilmiş tələblərinə əsasən əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Hazırki mübahisə üzrə iddiaçı həm fındıq ağaclarına qulluq göstərilməsi üçün çəkdiyi xərcləri, həm də fındıq ağaclarının ümumi dəyərini cavabdehdən tələb edir. İddiaçının mübahisəli torpaq sahəsinin vicdanlı sahibi olduğunu müəyyən edən kollegiya hesab edir ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən hər iki tələb birlikdə təmin edilə bilməz. Ona görə də kollegiyanın qənaətinə görə qətnamə iddiaçının torpağın yaxşılaşdırılmasına və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi 2990 manat xərcin tutulması hissəsində ləğv olunaraq, müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməli və iddia həmin hissədə təmin olunmamalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti digər hissələrdə təmin edilə bilməz. İş materiallarında olan Zaqatala rayonu Muxax kənd sakini X7 tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş məlumatdan görünür ki, 2007-ci ildə İddiaçı ona 0,15 ha torpaq sahəsinin təmizlənməsi üçün 300 manat vermişdir. Həmin torpaq sahəsinə 800 metr arx çəkilməsi üçün o 5 metrlik 150 dm. Dəmir boru qoymuş və metri 1 manatdan arx çəkmişdir. 2016-cı ildə İddiaçı xahişi ilə o arxa iki ədəd 150 dm azbes boru qoymaqla arxı 800 manat qarşılığında yeniləmişdir. 800x2=1600 man, 300 man. Göründüyü kimi iddiaçı qeyd edilən məbləğdə pulu Zaqatala rayonu Muxax kənd sakini X3 ödəmişdir. Ona görə də şikayət bu hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-12/2022 saylı qətnaməsi qismən, 2990 manat xərcin tutulması hissəsində ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir. Kollegiya qeyd etməyi lazım bilir ki, qətnamənin mübahisələndirilən hissəsindən şikayət nəzərdə tutulmadığından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-12/2022 saylı qətnaməsi qismən, 2990 manat xərcin tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-12/2022 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-658/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-658/2022
07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver