Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-66/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair ilk, cavabdeh X3 İddiaçı QSC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 İddiaçı QSC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2(035)-797/2019 nömrəli qətnaməsindən İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(035)-797/2019 saylı qətnaməsi ilə (hakim Tahir Qubadov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh 15R000005763 saylı kredit razılaşması üzrə əsas kredit borcuna görə 13913.03 ABŞ dolları, faizə görə 3441.15 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları, cəmi 17854.18 ABŞ dollarının; 015R********** saylı kredit razılaşması üzrə əsas kredit borcuna görə 27856.99 ABŞ dolları, faizə görə 6850.19 ABŞ dolları, cəriməyə görə 1000 ABŞ dolları, cəmi 35707.18 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq), 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq İddiaçı QSC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, X8 ilə İddiaçı QSC arasında bağlanmış 22.12.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə xitam verilməsi, iddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasının təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 191 saylı 31 iyul 2014-cü il tarixli sazişin etibarsız hesab edilməsi, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması qət edilmişdir. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və X6 qarşı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 15R000005763 saylı kredit razılaşması üzrə kredit borcuna görə 13913.03 ABŞ dolları, faizə görə 3441.15 ABŞ dolları, cəriməyə görə 5458.83 ABŞ dolları, cəmi 22813.01 ABŞ dolları; 015R********** saylı kredit razılaşması üzrə kredit borcuna görə 27856.99 ABŞ dolları, faiz borcuna görə 6850.19 ABŞ dolları, cəriməyə görə 10964 ABŞ dolları, cəmi 45671.18 ABŞ dolları; iki müqaviləüzrə cəmi 68484.19 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasıüçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; Tələbin Zərdab şəhəri, B.İsmayılov küçəsində yerləşən, Cavabdeh mülkiyyətindəki 8A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 68484.19 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmətinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasıüçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabina İddiaçı QSC-yəödənilməsi; Hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh və X2 müştərək qaydada tutulması; Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən Cavabdeh mülkiyyətindəki 8 A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X8 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə onun arasında bağlanmış 22.12.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələbi irəli sürən üçüncü şəxs X9 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 191 saylı 31 iyul 2014-cü il tarixli sazişin etibarsız hesab edilməsi, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddianı və mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürən üçüncü şəxsin iddiasını qəbul etməyərək, ilkin iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı QSC-nin “Mingəçevir” filialıiləCavabdeh arasında bağlanmış 03.12.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə əsasən, sonuncuya 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 31.07.2014-cü il tarixli 959 saylı sazişlə müqaviləyə dəyişiklik edilmiş, kredit xəttinin müddəti 175 ay, məbləğ 500.000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdehla İddiaçı QSC-nin “Mingəçevir” filialı arasında bağlanmış 07.08.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 06.04.2015-ci il tarixli 15R000005763S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda öhdəliyə əməl etməmiş, kredit borcunu və hesablanmış faizləri Banka qaytarmamışdır. Nəticədə, Cavabdeh banka 15R000005763 saylı kredit razılaşması üzrə əsas borca görə 13913.03 ABŞ dolları, faizə görə 3441.15 ABŞ dolları, cəriməyə görə 5458.83 ABŞ dolları, cəmi 22813.01 ABŞ dolları borcu yaranmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin “Mingəçevir” filialı aralarında bağlanmış 06.02.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 31.800 ABŞ dolları məbləğində kredit götürmüş, 06.04.2015- ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda həmin razılaşma üzrə də öhdəliyinə əməl etməmiş, kredit borcunu və hesablanmış faizləri Banka qaytarmamışdır. Nəticədə Cavabdeh banka əsas borca görə 27856.99 ABŞ dolları, faiz borcuna görə 6850.19 ABŞ dolları, cəriməyə görə 10964 ABŞ dolları, cəmi 45671.18 ABŞ dolları borcu yaranmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncu ilə 03.12.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi bağlanmış, mülkiyyətində olan Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi bağlanan zaman arvadı Cəmilə İmanova notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. Kredit müqaviləsinin əlavə təminatı kimi digər cavabdeh X8 ilə Bank arasında 22.12.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə, həmçinin 07.08.2014-cü il tarixli 1394 saylı sazişəəsasən Rafiq Soltanov kreditin vaxtında Banka qaytarılmasına görə Bank qarşısında Cavabdehla birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdehlər üzərlərinə düşən öhdəliklərə lazımınca əməl etməmişlər. Borcun könüllü ödənilməsi tələb olunsa da, borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də İddiaçı QSC tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən ilkin iddianın təmin edilməsini xahiş edir. Qarşılıqlı iddiaya gəlincə hesab edir ki, qarşılıqlı iddianın dəlilləri tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsi müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Zaminlik müqaviləsi ilə təmin edilən öhdəlik arasında əlaqəyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenimunun adı çəkilən qərarında göstərilmişdir ki, zaminlik müqaviləsi əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə zaminlik müqaviləsində hansı əsas müqaviləyə və hansı həddə öhdəliyə zaminlik yarandığı məlum olmalıdır. Bu baxımdan zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 07.08.2014-cü il tarixli 1394 saylı sazişdən müəyyən olunur ki, zaminliyin təminatı kimi çıxış etdiyi əsas öhdəlik kimi Cavabdehla İddiaçı QSC-nin “Mingəçevir” filialı arasında bağlanmış 03.12.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsi və həmin kredit xətti müqaviləsinə dəyişiklik barədə saziş çıxış edir. Həmçinin, zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 07.08.2014-cü il tarixli 1394 saylı sazişdə zaminliklə təmin edilən pul öhdəliyinin maksimum həddi olaraq 500.000 ABŞ dolları müəyyən edilmişdir. Beləliklə, hesab edir ki, zaminlik müqaviləsində bütün mühüm şərtlər, yəni hansı əsas öhdəliyə zaminliyin yaranması, eləcə də əsas öhdəliyin həddi barədə şərtlər aydın şəkildə öz əksini tapmışdır. Ona görə də hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi tamamilə qanunvericiliyin tələblərinə uyğundur. Bundan başqa, Cavabdehla bağlanmış kredit razılaşmasına dair müqaviləyə dəyişiklik edilərkən kredit üzrə faiz dərəcəsi olduğu kimi saxlanmışdır ki, bu da qarşılıqlı iddiaçının dəyişiklik edilməsi barədə sazişlə onun məsuliyyətinin artması və onun üçün əlverişsiz nəticənin yaranması barədə dəlillərini heçə endirir. Hesab edir ki, qarşılıqlı iddianın dəlilləri əsassızdır. Ona görə də məhkəmədən qarşılıqlı iddianın rədd edilməsini xahiş edir.Üçüncü şəxs X5 mübahisə predmeti barəsində qaldırdığı müstəqil iddia tələbinə gəlincə hesab edir ki, həmin iddia tələbi də əsassızdır. Ona görə ki, sözügedən ipoteka müqaviləsi bağlanan zaman Cəmilə İmanova notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verməklə, könüllü olaraq öz iradəsini ifadə etmişdir. Buna onu heç kim məcbur etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1ci maddəsinə görəərlə arvadın nikah dövründə qazandıqlarıəmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.5-ci maddəsinə görə, ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Cəmilə İmanova müstəqil iddia ilə çıxış etsə də, sözügedən evin onun qazancı hesabına əldə edilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, hesab edir ki, Cavabdehla Cəmilə İmanova arasında nikah kontraktı olmadığından Cavabdeh öhdəliklərinə görə tutma onların mülkiyyətində olan əmlaka yönəldilə bilər. Hesab edir ki, Cəmilə İmanovanın mübahisə predmeti barəsində qaldırdığı müstəqil iddia tələbi əsassızdır. Ona görə də məhkəmədən onun iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X8 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh İddiaçı QSC-nin “Mingəçevir” filialı qarşısında öhdəliklərinin təmin edilməsi məqsədi ilə zaminlik müqaviləsi əsasında bank qarşısında öhdəlik götürmüşdür. Cavabdeh İddiaçı QSC-nin “Mingəçevir” filialından bir neçə halda kredit götürdüyündən, onun öhdəliyi bunlardan bəzilərinə şamil olunmalı idi. İddiaçı QSC-nin “Mingəçevir” filialı tərəfindən Cavabdeh 03.12.2009-cu il tarixli kredit xətti müqaviləsi əsasında müxtəlif vaxtlarda rəsmiləşdirilmiş kredit razılaşmalarına uyğun olaraq müxtəlif məbləğlərdə kreditlər verilmişdir. Cavabdehla bank arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci bəndində bu müqavilənin Bankın kredit vermək vədini ifadə etmədiyi, bu müqavilə ilə kredit xətti açıldığı, sonrakı mərhələlərdə bu kredit xətti çərçivəsində veriləcək hər bir kredit məbləği üçün ayrıca kredit razılaşmasının bağlanacağı bildirilir. Sözügedən kredit xətti müqaviləsində bütün şərtlər müfəssəl göstərilmədiyindən, (məsələn kreditə görə hesablanacaq faizin məbləği dəqiq göstərilməmişdir) o, hesab etmişdir ki, Cavabdehla bank arasında ayrıca kredit razılaşması bağlandıqda onunla da həmin razılaşma üzrə zaminlik müqaviləsi bağlanacaq, ən azından onun razılığı alınacaqdır. Lakin, bu belə olmamışdır. İlkin iddiada qeyd olunan kredit xətti müqaviləsinin 1.3-cü bəndi veriləcək hər bir kreditin şərtlərinin ayrıca kredit müqaviləsi ilə tənzimlənməsini nizamlayır. Kredit xətti müqaviləsinin 1.1 və 1.3-cü bəndlərinəəsasən kredit xətti müqaviləsinin şərtləri kredit verilməsi şərtlərini müfəssəl müəyyənləşdirmədiyindən, bunlar müqavilənin standart şərtləri sayılır. Cavabdehla bankın bilavasitə razılaşdırdığı şərtlər isə kredit xətti müqaviləsində deyil, kredit xətti müqaviləsi əsasında bağlanmış kredit razılaşmalarında öz əksini tapmışdır. Sonradan müxtəlif tarixlərdə onun iştirakı olmadan, ona məlumat verilmədən zamin durduğu kredit xətti müqaviləsi əsasında bağlanmış kredit razılaşmalarının və ödəniş planlarının şərtləri dəyişdirilmişdir. Son dəyişiklik 2015-ci ilin aprel ayında kreditlərin restruktruzasiya zamanı onun iştirakı olmadan aparılmışdır. Onun isə yalnız kredit xətti müqviləsinə dəyişiklik və əlavələrdən xəbəri olmuşdur. Kredit sazişinin dəyişdirilməsi isə kredit müddətinin uzanması səbəbindən onun məsuliyyətinin artmasına və faiz ödənişlərinin cəmi məbləğinin artması səbəbindən onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. O, müqavilə bağlandıqda mövcud şəraitin başqa cür dəyişməyəcəyini, manatın sabit qalacağını, Azərbaycan Respublikasının Mərkəzi Bankı manatın dünyanın ən sabit valyutası olduğunu bəyan etməsinə və milli valyutanın möhkəmliyinin təmin ediləcəyinə verdiyi sözə əsaslanmışdır. Lakin, sonradan 2015-ci ildə manat iki dəfə, yəni 21 fevral və 21 dekabr tarixlərdə və ikiqat devalvasiyaya məruz qalmışdır. Müqavilə öhdəliklərini yerinə yetirmək üçün, o, müqavilə imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdır. Həmin şərtlər daxilində Cavabdeh borcunu qaytarmaqda heç bir problemi yox idi. Hazırda isə ABŞ dollarının dəyəri kəskin qalxdığından, daxili bazarda isə malların və xidmətlərin qiymətləri, eləcə də onun və borcalan Cavabdeh əmək haqqı və sair gəlirləri həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. ABŞ dollarının dəyərinin artması xaricdən gətirilən malların qiymətinin artmasına, bu da öz növbəsində Respublikadakı mövcud biznes mühitinin əlverişsiz şəraitə düşməsinə səbəb olmuşdur. Beləliklə, onun zaminlik müqaviləsi bağlanarkən əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, onun zaminliyi ilə təmin edilən əsas borclunun, yəni Cavabdeh öhdəliyi sonradan zamin kimi onun razılığı olmadan dəyişdirildiyindən və bu dəyişiklik onun məsuliyyətinin artmasına səbəb olmaqla onun üçün əlverişsiz nəticəyə səbəb olduğundan, eləcədə zaminlik müqaviləsi bağlanarkən əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən hesab edir ki, onunla bağlanmış 22.12.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə xitam verilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ona münasibətdə ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə2 ilkin iddia tələbini qəbul etməyərək, mübahisə predmeti barəsində müstəqil iddia tələbinə dair iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, X10 Cavabdeh ilə birgə nikahda olmaqla ər-arvaddırlar. İddiaçı QSC-nin “Migəçevir” filialı ilə Cavabdeh arasında sözügedən kredit və ipoteka müqavilələri bağlanarkən Cəmilə İmanova və Cavabdeh rəsmi nikah münasibətində olduqlarından, o, Cavabdehla ilkin iddiaçı arasında 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində 03.12.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsi bağlanarkən ümumi birgə mülkiyyətlərində olan Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evinin ipoteka ilə yüklüedilməsinə razılıq vermişdir. Bu məqsədlə Cəmilə İmanova 03.12.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi bağlanan zaman notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. O, ərizəsində gələcəkdə kredit müqaviləsinin şərtlərinin dəyişdirilərək daha artıq məbləğdə kredit öhdəliklərinin yaranması zamanı sözügedən evin ipoteka ilə yüklü edilməsinə qabaqcadan razılıq verməsini göstərməmişdir. Cavabdehla bağlanan kredit xətti müqaviləsinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanan zaman və evin ipoteka ilə yüklü edilməsi zamanı Cəmilə İmanovanın razılığı alınarkən ona razılığın yalnız müqavilədə göstərilən kredit məbləğinin 30.000 ABŞ dolları ilə məhdudlaşdığı barədə izah edilmişdir. Bundan başqa, razılıq ərizəsində Cəmilə İmanova evin yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razılıq verməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə ev ipoteka ilə yüklü edilərsə, yerləşdiyi torpaqla birlikdə ipotekaya qoyulmalıdır. İlkin iddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra Cəmilə İmanovaya məlum olmuşdur ki, ilkin iddiaçı ilə Cavabdeh 03.12.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə 31.07.2014-cü il tarixdə 959 saylı “kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlə dəyişiklik edərək sazişin 1-ci bəndi ilə müqavilənin 1.1ci bəndini yeni redaksiyada təsdiq edərək kredit xəttinin müddətini 175 ay müddətinə (əvvəl 120 ay olmuşdur), məbləğini isə 500.000 ABŞ dolları (əvvəl 30.000 ABŞ dolları olmuşdur) müəyyən etmişlər. Tərəflər 03.12.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin də 1.1-ci bəndini “ipoteka müqaviləsinə dəyişiklik vəəlavələr edilməsi haqqında” 31.07.2014-cü il tarixli, 191 saylı sazişlə yeni redaksiyada təsdiq etmişlər. Nəticədəipoteka müqaviləsinin sazişlə yeni redaksiyada verilmiş 1.1-ci bəndinə görəümumi birgə mülkiyyət hüququ ilə həm də Cəmilə İmanovaya məxsus olan Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evi onun razılığı olmadan bu dəfə 500.000 ABŞ dollarıməbləğindəkredit xəttinin təminatıüsulu kimi yüklü edilmişdir. Bu zaman Cəmiləİmanovanın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmamış və belə bir razılıq kredit işinə əlavə edilməmişdir. Sözügedən kredit xətti müqaviləsinə 31.07.2014-cü il tarixdə 959 saylı “kredit xətti müqaviləsinə dəyişiklik vəəlavələr edilməsi haqqında” sazişlə dəyişiklik edərək Sazişin 1-ci bəndi ilə müqavilənin 1.1-ci bəndini yeni redaksiyada təsdiq edərək kredit xəttinin müddəti artırılaraq 175 ay müddətinə, məbləği isə artırılaraq 500.000 ABŞ dolları müəyyən edildikdən və ipoteka müqaviləsinin 1.1-ci bəndi yeni redaksiyada verildikdən sonra Cavabdeh iddia ərizəsində göstərilən07.08.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması ilə 18.800 ABŞ dolları, 06.02.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması ilə 31.800 ABŞ dolları, cəmi 50.600 ABŞ dolları məbləğində yeni kredit verilmişdir. Bu isə onun evin ipoteka ilə yüklü edilməsinə razılığın verilməsi zamanı müəyyənləşdirilən 30.000 ABŞ dolları məbləğindən çoxdur. Cavabdeh əvvəlki kredit müqaviləsi və sazişlərinə görə heç bir borcu yoxdur. Beləliklə, 03.12.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin 1.1- ci bəndi “İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 31.07.2014-cü il tarixli, 191 saylı sazişlə yeni redaksiyada təsdiq edilərkən Cəmilə İmanovanın notarial qaydada təsdiq edilmiş razılığı alınmadan və onun iradəsinə zidd olaraq, bu dəfə daha çox kredit məbləğinə görə evin yüklülüyünün dəyişdirilməsi ilə ümumi birgə mülkiyyət hüququ ilə həm də ona məxsus olan sözügedən evə onun mülkiyyət hüququ pozulmuşdur. Bundan başqa, həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, 03.12.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi ümumiyyətlə qüvvədə olan qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Belə ki, mövcud qanunvericiliyə əsasən, ev yerləşdiyi torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməli olduğu halda, sözügedən ev yerləşdiyi torpaq sahəsi olmadan yüklü edilmişdir ki, bu da gələcəkdə hətta ehtimal edilə bilən icra zamanı müəyyən çətinliklər yarada bilər. Beləliklə, də Cəmilə İmanova hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən 03.12.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə dəyişiklik vəəlavələr edilməsi haqqında” 191 saylı 31.07.2014-cü il tarixli Sazişin etibarsız hesab edilməsi, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələbi irəli sürən üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə2 izahatı ilə razı olduğunu bildirərək, məhkəmədən 03.12.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə dəyişiklik vəəlavələr edilməsi haqqında” 191 saylı 31.07.2014cü il tarixli Sazişin etibarsız hesab edilməsi, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ilk iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə aralarında bağlanmış 03.12.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, sonradan 31.07.2014- cü il tarixli, 959 saylı sazişlə müqaviləyə dəyişiklik edilmiş, kredit xəttinin müddəti artırılaraq 175 ay, məbləği isə artırılaraq 500.000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə onunla ilkin iddiaçı arasında bağlanmış 07.08.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması əsasında, o, 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 06.04.2015-ci il tarixli 15R000005763S saylı sazişlə razılaşmaya vəödəniş planına dəyişiklik edilmişdir. O, krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda öhdəliyə əməl etməmiş, kredit borcunu və hesablanmış faizləri Banka qaytarmamışdır. Nəticədə onun 07.08.2014cü il tarixli 15R000005763 saylı kredit razılaşması üzrə əsas borca görə 13913.03 ABŞ dolları, faizə görə 3441.15 ABŞ dolları, cəriməyə görə 5458.83 ABŞ dolları, cəmi 22813.01 ABŞ dolları borcu yaranmışdır. Bundan başqa, o, kredit xətti müqaviləsi üzrə onunla ilkin İddiaçı QSC-nin “Mingəçevir” filialı arasında bağlanmış 06.02.2015-ci il tarixli 015R********** saylı kredit razılaşmasıəsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 31.800 ABŞ dolları məbləğində kredit götürmüş, 06.04.2015-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, həmin kredit razılaşması üzrə də krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda öhdəliyəəməl etməmiş, kredit borcunu və hesablanmış faizləri Banka qaytarmamışdır. Nəticədə onun 06.02.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması üzrə də əsas borca görə 27856.99 ABŞ dolları, faiz borcuna görə 6850.19 ABŞ dolları, cəriməyə görə 10964 ABŞ dolları, cəmi 45671.18 ABŞ dollarıborcu yaranmışdır. Əvvəllər hər iki kredit razılaşması üzrə borclarını müqavilənin şərtlərinə uyğun olaraq ödəyə bilsə də, sonradan 2015-ci ildə manatın iki dəfə, yəni 21 fevral və 21 dekabr tarixlərdə ikiqat devalvasiyaya məruz qalması, nəticədə ABŞ dollarının dəyərinin kəskin qalxması, daxili bazarda malların və xidmətlərin qiymətlərinin dəyişməsi və mövcud biznes mühitinin əlverişsiz şəraitə düşməsi səbəbindən öhdəliklərinə əməl edə bilməmişdir. Bununla belə, əsas və faiz borcuna dair hissədə tələb olunan məbləği ödəməyə razıdır, cərimənin isə azaldılmasını, həmçinin qalan hissədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. İş üzrə qətnamədən narazı qalan İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- E.Hüseynov (sədrlik edən və məruzəçi) M.Hüseynov və G.Abbasov) 1 sentyabr 2020-ci il tarixli, 2(107)-1514/2020 nömrəli qətnaməsi ilə iddiaçı «AccessBank” QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tаrixli, 2(035)-797/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə3 qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün məhkəməyə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 aprel 2021-ci il tarixli 2(102)-1185/2021 nömrəli qərarı ilə İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(107)-1514/2020 nömrəli qətnaməsi qismən, yəni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddiasının təmin edilməsi, habelə İddiaçı QSC-nin ilkin iddiasının tələbin ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(107)-1514/2020 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə, yəni iddiaçı X3 cavabdeh İddiaçı QSC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi və İddiaçı QSC-nin ilkin iddiasının kredit müqaviləsi üzrə borcun zamindən tutulmasının rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsini qismən əsassız hesab edir. Belə ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 03.12.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X8 22.12.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 31.07.2014-cü il tarixli 959 saylı sazişlə 03.12.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə dəyişiklik edilmiş, kredit xəttinin müddəti 175 ay, məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir. X1 ilə İddiaçı QSC arasında bağlanmış 07.08.2014-cü il tarixli 1394 saylı sazişlə 22.12.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə dəyişiklik edilmiş kredit xəttinin müddəti 175 ay, məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 07.08.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin müqavilə üzrə ödəniş planını zamin X8 müqavilə bağlanıdığı tarixdə imzalamış və 18000 ABŞ dolları məbləğində kreditin 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə verildiyindən məlumatlı olmuş və “ödəniş planı ilə tanış oldum və razıyam” qeydini etmişdir. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 06.04.2015-ci il tarixli 15R000005763S saylı sazişlə 07.08.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Həmin ödəniş planında faiz dəcərəsinin 1.75 faiz olması qeyd edilmişdir ki, bu da özlüyündə sübüt edir ki faiz dərəcəsi artmamış və zaminin məsuliyyətinin artmasına səbəb olan hal baş verməmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 06.02.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 31800 ABŞ dolları məbləğində kredit götürmüşdür.Həmin müqavilə üzrə ödəniş planını zamin X8 müqavilə bağlanıdığı tarixdə imzalamış, 31800 ABŞ dollar məbləğində kreditin 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə verildiyindən məlumatlı olmuş və ödəniş planı ilə tanış oldum və razıyam qeydini etmişdir. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 06.04.2015-ci il tarixli 015R**********S saylı sazişlə 06.02.2015-ci il tarixli 015R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Həmin ödəniş planında faiz dəcərəsinin 1.75 faiz olması qeyd edilmişdir ki, bu da özlüyündə sübüt edir ki faiz dərəcəsi artmamış və zaminin məsuliyyətinin artmasına səbəb olan hal baş verməmişdir.Qeyd edilənlərə əsasasən bildirir ki, zamin X8 22.12.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə (həmçinin, 07.08.2014-cü il tarixli 1394 saylı sazişə) əsasən bank qarşısında 500000 ABŞ Dolları həddində 03.07.2023-cu il tarixə kimi öz üzərinə məsuliyyət götürmüşdür. Konstitusiya Məhkməsinin qərarında qeyd edildiyi kimi, kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləği və müddəti bağlanan kredit müqavilələrində artırılmamış, kredit müqavilələrindəki faiz dərəcəsi barədə zaminin razılığı alınmışdır. Həmçinin, kredit müqavilələrinə dəyişiklik edildikdə isə, faiz dərəcəsi olduğu kimi saxlanılmışdır. Bu qeyd edilənlərə əsasən hesab edirik ki, qarışılıq iddia tələbini təmin etməkdə məhkəmə haqlı olmamışdır. Bundan başqa Cavabdeh İddiaçı QSC ilə bağladığı 03.12.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh ilə Bank arasında bağlanılmış 03.12.20019-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinə (həmçinin, 31.07.2014-cü il tarixli 191 saylı sazişə) əsasən, Zərdab şəhəri, B. İsmayılov küçəsində yerləşən, Cavabdeh mülkiyyətindəki 8A nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 31.07.2014- cü il tarixli 959 saylı sazişlə 03.12.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə dəyişiklik edilmiş, kredit xəttinin müddəti 175 ay, məbləği 500000 ABŞ Dolları müəyyən edilmişdir. Üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil iddia verən Cəmilə İmanova tərəfindən 03.12.2009-cu il tarixli razılıq ərizəsində qeyd edilmişdir ki, “mən X10 ərim Cavabdeh məxsus olan və Zərdab şəhəri, B. İsmayılov küçəsində yerləşən 8A nömrəli fərdi yaşayış evi İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üşün ipoteka qoyulmasına razıyam. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda öhdəmə götürürəm ki, onu qeyd-şərtsiz tərk edəcəyəm”. Həmin razılıq ərizəsindən görünür ki, iddia ərizəsində qeyd edilən və məhkəmənin də əsas götürdüyü 30000 ABŞ dolları məbləği həddində kreditin verilməsi barədə məhdudlaşdırıcı şərt razılıq ərizəsində qeyd edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, Cəmilə İmanovanın razılığı sacədə 30000 ABŞ dolları həddində olmamışdır. O, ümumiyyətlə, evin hər hansı məbləğin təminatı olaraq ipoteka qoyulmasına etiraz etməmişdir. Ümumiyyətlə, iddia predmeti barəsində müstəqil iddia tələbi sürən üçüncü şəxsin iddiasının məqsədi ipoteka predmetinin kreditin təminatı altından çıxarılmasına və hüquqlardan sui-istifadəyə yönəlmiş hal kimi qiymətləndirilməlidir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tаrixli, 2(035)- 797/2019 saylı qətnaməsini qismən - qarşılıqlı iddia tələbi üzrə - X8 ilə İddiaçı QSC arasında bağlanmış 22.12.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə xitam verilməsi, iddia predmeti barəsində müstəqil tələb sürən üçüncü şəxs X4 iddiası üzrə - İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinin yeni redaksiyada verilməsi barədə sazişin etibarsız hesab edilməsi və yüklülüyünə xitam verilməsi, həmin evin yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın daşınmaz əmlakın dövlət reyesrtindən çıxarılması hissəsində, həmçinin ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edərək qarşılıqlı iddia tələbi və iddia predmeti barəsində müstəqil tələb sürən üçüncü şəxsin iddia tələbinin rədd edilməsi, ilk iddia tələbinin təmin edilməmiş hissələrinin də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırki vəziyyətdə dəvət edilmiş qiymətləndiricinin verdiyi rəyə görə ipoteka predmetinin likvid qiyməti 65000 manat müəyyən edilmişdir ki, o, iddiaçı tərəfin nümayəndəsi olaraq həmin qiymətlə razıdır. Cavabdehlər Cavabdeh, X8 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 aprel 2021-ci il tarixli 2(102)-1185/2021 nömrəli qərarında olan göstərişləri icra edib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2(035)- 797/2019 nömrəli qətnaməsi qismən - mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddiasının təmin edilməsi, habelə İddiaçı QSC-nin ilkin iddiasının tələbin ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissələrində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı QSC-nin ilk iddiası borcun ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 65000 manat müəyyən edilməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 191 saylı 31 iyul 2014-cü il tarixli sazişin etibarsız hesab edilməsi, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılması tələbinə dair iddiası rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH № ******* seriyalıçıxarışın surətindən görünür ki, Zərdab şəhəri, B.İsmayılov küçəsində istifadəsində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 133.6 kv.m yaşayış, - kv.m qeyri yaşayış, - kv.m köməkçi sahədən ibarət 8 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrəCavabdeh adına 13.04.2006-ci il tarixdədaşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh arasında 03.12.2009-cu il tarixdə, 15L000000959 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş 03.12.2009-cu il tarixli, 15M000000191 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus olan Zərdab şəhəri, B.İsmayılov küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 133.6 kv.m yaşayış, - kv.m qeyri yaşayış, - kv.m köməkçi sahədən ibarət 8 A nömrəli fərdi yaşayışevitərəflər arasında bağlanmış 15L000000959 saylı kredit xətti müqaviləsi üzrə yüklülük müddəti 120 ay, kredit xəttinin məbləği 30.000 ABŞ dolları olmaqla ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş V-JQ № 428017 seriyalı nikahın haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh iləƏsədova Cəmilə Tovuz qızı аrаsındа Zərdab rayonu VVAQ şöbəsində 23.09.1991-ci il tаrixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 102 № ilə qeyd edilməklə rəsmi nikаh bаğlаnmış, ərə İmanov, arvada İmanova soyаdı verilmişdir. İş materiallarına əlavə edilmiş X5 03.12.2009-cu il tarixli ərizəsinin surətindən görünür ki, əri Cavabdeh məxsus olan, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A № li fərdi yaşayış evininİddiaçı Qapalı Səhmdar Cəmiyyətinə və ya onun hər hansı bir fililalına kreditin təminatı üçün ipoteka qoyulmasına razı olduğunu bildirmiş və ipoteka qoyulmuş evə tutma yönəldikdə və satıldıqda eviqeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* MA seriyalı çıxarışdan görünür ki, Cavabdeh məxsus olan Zərdab şəhəri B.İsmayılov küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 8A nömrəli fərdi yaşayış evi yüklülük müddəti 120 ay, kredit xəttinin məbləği 30.000 ABŞ dolları olmaqla İddiaçı QSC-nin “Mingəçevir” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində 05.12.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə X8 arasında bağlanmış 22.12.2009-cu il tarixli, **********4 saylı zaminlik müqaviləsindən görünür ki, o, müddəti 120 ay, məbləği 30.000 ABŞ dolları müəyyən edilmiş15L000000959 saylı kredit xətti müqaviləsi üzrəCavabdeh öhdəliklərini tamamiləicra etməsi üçün Bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyacağını öz öhdəsinə götürmüşdür. İşdə olan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 31.07.2014-cü il tarixli, 959 saylı Sazişdən görünür ki, İddiaçı QSC-nin “Mingəçevir” filialı iləCavabdeh arasında bağlanmış03.12.2009-cu il tarixli, 15L000000959 saylı kredit müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik edilmiş vəəlavələr edilməklə həmin 1.1 və 1.2 bəndləri aşağıdakı redaksiyada verilmişdir: - 1.1-ci bəndinə əsasən, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 500.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir. - 1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmalar əsasında istənilən məbləğ 175 ay müddətinə 03.07.2024-cü il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* RX seriyalı çıxarışından görünür ki, Cavabdeh məxsus olan Zərdab şəhəri B.İsmayılov küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 8A nömrəli fərdi yaşayış evi yüklülük müddəti 175 ay, kredit xəttinin məbləği 500.000 ABŞ dolları olmaqla İddiaçı QSC-nin “Mingəçevir” filialının xeyrinə yenidən ipoteka ilə yüklü edilmiş, Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində 07.08.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 07.08.2014-cü il tarixli, 1394 saylı Sazişdən görünür ki, İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə X11 arasında bağlanmış 22.12.2009-cu il tarixli, **********4 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və onun zaminliyi ilə təmin edilən kredit xətti üzrə kreditin müddəti 175 ay, kreditin məbləğ isə 500.000 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 03.12.2009-cu il tarixli, 15L000000959 saylı kredit xətti müqaviləsi üzrə İddiaçı QSC-nin “Mingəçevir” filialı iləCavabdeh arasında bağlanmış 07.08.2014-cü il tarixli, 15R000005763 saylı kredit razılaşmasından görünür ki, razılaşmaya əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,75% olmaqla 36 ay müddətinə 18.000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh həmin krediti razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 03.12.2009-cu il tarixli, 15L000000959 saylı kredit xətti müqaviləsi üzrə İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh arasında bağlanmış06.02.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşmasından görünür ki, razılaşmaya əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,75% olmaqla 24 ay müddətinə31.800 ABŞ dollarıməbləğində kredit verilmiş, Cavabdeh həmin krediti razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmişödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin 16.02.2017-ci il tarixli, 4463 və 4464 saylı maliyyə arayışlarından görünür ki, Cavabdeh 07.08.2014-cü il tarixli, 15R000005763 saylı kredit razılaşması üzrə banka olan əsas borcu 13913.03 ABŞ dolları, faiz borcu 3441.15 ABŞ dolları, cərimə borcu 5458.83 ABŞ dolları; 06.02.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması üzrə əsas borcu 27856.99 ABŞ dolları, faiz borcu 6850.19 ABŞ dolları, cərimə borcu 10964 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, borcun könüllüşəkildəödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmiş, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 31.01.2017-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası ƏMDK yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərаzi İdаrəsinə ərizə verilmiş, həmin ərizə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası ƏMDK yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərаzi İdаrəsində 02.02.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28146 saylı, 08.10.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh 07.08.2014-cü il tarixli, 15R000005763 saylı kredit razılaşmasıüzrəbanka əsas borc üzrə 13913.03 ABŞ dolları, faiz borcu üzrə 3441.15 ABŞ dolları, 06.02.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşmasıüzrəbanka əsas borc üzrə 27856.99 ABŞ dolları, faiz borcu üzrə 6850.19 ABŞ dolları borcu olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən 27.06.2018-ci il tarixdə verilmiş 0531/18/AB № li fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, qiymətləndirmə prosesi nəticəsində Zərdab şəhəri B.İsmayılov küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 133,6 m2 yaşayış sahədən ibarət 8A nömrəli fərdi yaşayış evinin hazırkıbazar qiyməti 60000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılmasıüçün dövlət mədaxilinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş elektron xidmətlər portalından çıxarışlardan görünür ki, iddiaçı Azərbaycan Respublikası ƏMDK yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasıüçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, işüzrə keçrilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.7, 225.1, 225.6, 386.1, 421.1, 421.2, 424.3, 443.1, 448.1, 467, 477, 739.1 və 741-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.7-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 477.0.1-ci mаddəsinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliyini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 14.1.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə müvafiq olaraq ipoteka kağızında dəyişikliklər aparılır və əlavə qeydiyyata alınır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh arasında bağlanmış 03.12.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətində 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həminkredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdehla 03.12.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Sonradan 31.07.2014-cü il tarixli 959 saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək, kredit xəttinin müddəti 175 ay, məbləğ 500.000 ABŞ dolları müəyyən edilmişdir. Sözügedən kredit xətti müqaviləsi üzrə Cavabdehla İddiaçı QSC-nin “Mingəçevir” filialı arasında bağlanmış 07.08.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması əsasında Cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 06.04.2015-ci il tarixli 15R000005763S saylı sazişlə həmin razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda öhdəliyinə əməl etməmiş, kredit borcunu və hesablanmış faizləri banka qaytarmamışdır. Nəticədə Cavabdeh banka 15R000005763 saylı kredit razılaşması üzrə əsas borca görə 13913.03 ABŞ dolları, faizə görə 3441.15 ABŞ dolları, cəriməyə görə 5458.83 ABŞ dolları, cəmi 22813.01 ABŞ dolları borcu yaranmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə aralarında bağlanmış 06.02.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında da iddiaçıdan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 31.800 ABŞ dolları məbləğində kredit götürmüş, 06.04.2015-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda öhdəliyinə əməl etməmiş, həmin kredit razılaşması üzrə dəkredit borcunu və hesablanmış faizləri banka qaytarmamışdır. Nəticədə Cavabdeh banka 06.02.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması üzrə də əsas borca görə 27856.99 ABŞ dolları, faiz borcuna görə 6850.19 ABŞ dolları, cəriməyə görə 10964 ABŞ dolları, cəmi 45671.18 ABŞ dollarıolmaqla borcu yaranmışdır. Ona görə də ilkin iddiaçı hazırkı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdehla ilkin iddiaçı arasında 03.12.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi bağlanarkən Cavabdeh arvadı-hazırkı mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürən 3-cü şəxs Cəmilə İmanova birgə mülkiyyətlərində olan evin ipotekaya qoyulmasına notarial qaydada təsdiq edilməklə razılıq ərizəsi vermişdir. Həmin vaxt Cavabdehla ilkin iddiaçı arasında kredit xətti müqaviləsinin müddəti 120 ay, kredit xəttinin məbləği 30.000 ABŞ dolları məbləğində şərtləndirilmişdir. Cəmilə İmanovanın birgə mülkiyyətlərində olan evin ipotekaya qoyulmasına razılığı həmin şərtlər daxilində olmuşdur. Lakin, sonradan kredit xətti müqaviləsinin şərtləri dəyişdirilərək müddəti artırılaraq 175 ay, kredit xəttinin məbləği isə artırılaraq 500.000 ABŞ dolları məbləğində şərtləndirilmişdir. Həmin dəyişikliklər əsasında sözügedən evin yenidən yüklü edilməsi zamanı Cəmilə İmanovanın razılığı alınmamışdır. Bu barədə Cəmilə İmanovanın hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məlumatı olmuşdur. Ona görə Cəmilə İmanova mülkiyyət hüququnun pozulduğunu iddia edərək, mübahisə predmeti barəsində müstəqil tələbi irəli sürən üçüncü şəxs qismində iddia qaldırmışdır. Cavabdeh ilə İddiaçı QSC-nin “Mingəçevir” filialı arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının əlavə təminatı olaraq X8 ilə Bank arasında 22.12.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsi bağlanmış (zaminlik müqaviləsinə Rafiq Soltanovun razılığı ilə 07.08.2014-cü il tarixli 1394 saylı sazişə əsasən dəyişiklik edilmişdir) və o, kredit xətti müqaviləsi üzrə öhdəliyin icrasına görə Bank qarşısında Cavabdehla birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Kredit xətti müqaviləsində bilavasitə kreditə hesablanacaq faizin miqdarı müəyyənləşdirilməmişdir. Kreditə hesablanacaq faizin miqdarı Cavabdehla bank arasında sonradan bağlanmış kredit razılaşmalarında şərtləndirilmişdir ki, bundan da Rafiq Soltanovun xəbəri olmamışdır. Hər bir halda bank onun bu barədə razlığını almamışdır. Ona görə də, o, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh ilə ilkin iddiaçı arasında yaranan kredit öhdəliyinə tam əməl etmədiyi üçün, o, ilkin iddiaçı qarşısında mülki məsuliyyət daşımalı vəilkin iddia əsas borc, faiz borcu və xərclərə dair hissədəəsaslı və qanuni olduğu üçün tam təmin edilməlidir. Məhkəmə cavabdehin kredit razılaşması üzrə razılaşdırılmış əsas və faizləri manatın devalvasiya ilə əlaqədar ödəyə bilmədiyi halda onun əlavə maliyyə sanksiyası ilə yüklənməsini hazırkı maliyyə vəziyyətində məqsədəmüvafiq hesab etməyərək hesab etmişdir ki, iddia tələbi cəriməyə (dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. Məhkəmə ilkin iddiaçıya ödənilməli olan pulun ödənilməsi üsulu və qaydasını müzakirə edərək hesab etmişdir ki, tərəflər arasında yaranmış debitor-kreditor hüquq münasibətləri ABŞ dollar ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcədə Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan pul vəsaiti ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etmişdir ki, işin mübahisə doğurmayan hallarından biri ondan ibarətdir ki, qarşılıqlı iddiaçı ilə ilkin iddiaçı arasında həqiqətən kredit xətti müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmış, sonradan kredit xətti müqaviləsinə dəyişiklik edilməsi ilə əlaqədar sazişlə zaminlik müqaviləsinə də dəyişiklik edilmiş və qarşılıqlı iddiaçı zamin kimi həmin dəyişikliklərə razılaşaraq sazişi imzalamışdır. Məhkəmə qarşılıqlı iddiaçının zaminlik müqaviləsinə xitam verilməsi üçün gətirdiyi dəlillərlə, yəni sonradan manatın devalvasiyaya məruz qalması, zaminlik müqaviləsi bağlanarkən əsas götürdüyü şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi barədə dəlillərlə razılaşmasa da, qarşılıqlı iddiaçının zaminlik müqaviləsinə xitam verilməsi barədə iddiasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin mənası və“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cümaddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri iləəlaqəli şəkildəşərh edilməsi”nə dair Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında və“Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarlarında müəyyən edilmiş hüquqi mövqeyi baxımında qiymətləndirərək hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarlarındakı hüquqi mövqeyi belədir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artmasına və ya onun üçün digpu^lyerişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə-tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı ilə yalnız kredit xətti müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmış və həmin kredit xətti müqaviləsində faiz dərəcəsi bilavasitə göstərilməmişdir. Kredit üzrə faiz dərəcəsi əsas borcalanla bağlanmış kredit razılaşmasında (müqaviləsində) müəyyən edilmişdir ki, həmin kredit razılaşması (müqaviləsi) üzrə qarşılıqlı iddiaçının zaminliyi barədə hər hansı bir müqavilə imzalanmamış və onun faiz dərəcəsi barədə bilavasitə razılığı alınmamışdır. Belə olan təqdirdə məhkəməAzərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarlarındakı hüquqi mövqeyi əsas götürərək hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi 3-cü şəxs Cəmilə İmanovanın verdiyi mübahisə predmeti barəsində müstəqil iddia üzrə hüquqi dəyərləndirmə apararaq, qeyd etmişdir ki, Cavabdehla mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs Cəmilə İmanova 23.09.1991-ci il tarixdən rəsmi nikaha daxil olaraq ailə qurduqlarından və ilkin iddiaçı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin obyekti olan Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evi yeni yaradılan əşya kimi 14.09.2004-cü il taridə 135 saylı Qeydiyyat vəsiqəsinə əsasən daşınmaz əmlakın dövlət qeydiyyatına alındığından həmin ev onların ümumi mülkiyyətidir. İlkin iddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə aralarında sözügedən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanərkən hazırkı 3-cü şəxs Cəmilə İmanovanın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınsa da, sonradan ipoteka müqaviləsinə dəyişiklik edilərək həm kreditin məbləği, həm də kreditin müddəti artırılakən Cəmilə İmanovanın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.7-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Nəticədə Cavabdehla bərabər həm də hazırkı üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil iddia verən Cəmilə İmanovanın mülkiyyətində olan ev onun razılığı olmadan artırılmış öhdəliyə görə mülki məsuliyyət riski qarşısında qalmışdır ki, məhkəmə kollegiyası da bunu mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, üçüncü şəxs Cəmilə İmanovanın mübahisə predmeti barəsində qaldırdığı müstəqil iddianın həm faktiki, həm də hüquqi əsası vardır. Ona görə də, birinci instansiya məhkəməsi üçüncü şəxs Cəmilə İmanovanın mübahisə predmeti barəsində qaldırdığı müstəqil iddianın təmin edilməsi nəticəsinə gələrkən haqlı olmaqla həm də “Banklar haqqında” Azərbаycаn Respublikаsı Qanunun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci mаddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarının 2-ci bəndindəki hüquqi mövqeyini əsas götürmüşdür. Belə ki, həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.1 və 10.5-ci və Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 405.1-ci mаddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi üçüncü şəxsin iddiasının təmin edilməsi və müvafiq olaraq ilkin iddianın tələbin ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissələrində maddi hüquq normalarını düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, habelə həmin hissələrdə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normaları pozulduğundan qətnamə qeyd olunan hissələrdə ləğv edilməli, ilkin iddianın rədd olunmuş tələbin ipoteka predmetinə yönəldilməsi hissəsi təmin edilməli və üçüncü şəxsin iddiası rədd edilməlidir. Üçüncü şəxsin iddiası ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin hissədə maddi hüquq normaları pozulmuşdur. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasını təmin edib, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 191 saylı 31 iyul 2014-cü il tarixli sazişi etibarsız hesab etsə də, bunun maddi hüquqi əsasını təsbit edən Mülki Məcəllənin əqdlərin etibarsızlığını nəzərdə tutan XİV Fəslində göstərilən hər hansı normanı müəyyən etməmiş və istinad etməmişdir. Həmin fəsildə olan maddələrin hər hansı birinin hazırki iş üzrə tətbiq edilməsi əsası müəyyən edilməmişdir. Məhkəmə yalnız ipoteka predmetinin Cavabdeh ilə yanaşı X5 birgə mülkiyyətlərində olmasına istinad etmiş, ipoteka müqaviləsinə dəyişikliklər edilərkən və sonradan konkret kredit məbləğləri alınarkən sonuncunun razılığının alınmamasını göstərmişdir. Halbuki, iş materiallarından müəyyən olunur ki, ipoteka predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydə alınmış, ipoteka müqaviləsi, sonrakı saziş və razılaşmalar bankla əmlakın titul mülkiyyətçisi arasında bağlanılmış, müqavilə bağlanılarkən ipotekaqoyanın həyat yoldaşı kimi X5 notarial razılığı alınmış və həmin razılıq kreditin həddi, müddəti və faiz dərəcəsi ilə məhdudlaşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki müqavilə bağlanan zaman tərəflər hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərinə uyğun vicdanlılığın tələb etdiyi tərzdə icra etmişlər. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, virinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına da istinadları əsassız olmuşdur. Belə ki, həmin qərarda kredit müqaviləsinin zəruri şərtləri barəsində ipoteka qoyanın razılığının alınmasının zəruriliyi göstərilmişdir. Məhkəmə nəzərə almamışdır ki, hazırki işdə isə ipotekaqoyan əmlakın titul mülkiyyətçisi olan Cavabdehdur. O eyni zamanda kreditalandır. X10 isə ipoteka müqaviləsinin tərəfi - ipotekaqoyan deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İpоtekа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 10.4-cü mаddəsinə əsаsən ipоtekа müqаviləsi dövlət qeydiyyаtınа аlınmаlıdır. İpоtekа müqаviləsi dövlət qeydiyyаtınа аlındığı аndаn qüvvəyə minir. Həmin Qаnununun 34.1-ci mаddəsinə əsаsən ipоtekа sаxlаyаnın ipоtekа predmetinə tutmаnın yönəldilməsi hüququnun yаrаnmаsına əsas öhdəliyin, yаxud оnun bir hissəsinin icrаsının 90 gün müddətində gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və sаirə əsasdır. Həmin Qаnununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Həmin Qanunun 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya Həmin Qanunun 59.3.2-ci maddəsinə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli 2(102)-1619/2021 nömrəli qərarında olan göstərişləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında olan tövsiyyələrini nəzərə alıb məhkəmə kollegiyası 03.12.2009-cu il tarixli, 15M000000191 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş, Cavabdeh məxsus olan Zərdab şəhəri, B.İsmayılov küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 133.6 kv.m yaşayış, - kv.m qeyri yaşayış, - kv.m köməkçi sahədən ibarət 8 A nömrəli fərdi yaşayış evinin hazırki bazar qiyməti nəzərə alınmaqla likvid qiymətinin müəyyən edilməsi üçün qiymətləndirici dəvət etmiş, əmlakın qiymətləndirliməsi müstəqil qiymətləndirici “X7” MMCyə həvalə edilmişdir. “X7” MMC tərəfindən verilmiş daşınmaz əmlak obyektinin hazırki dövrə olan bazar likvid qiymətinin müəyyən edilməsinə dair 091/21 nömrəli qiymətləndirmə hesabatında göstərilmişdir ki, Zərdab şəhəri, B.İsmayılov küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 8 A nömrəli fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti 70000, likvid qiyməti 65000 AZN təşkil edir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 aprel 2021-ci il tarixli 2(102)-1185/2021 nömrəli qərarındakı göstərişləri icra edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddiasının təmin edilməsi, habelə İddiaçı QSC-nin ilkin iddiasının tələbin ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissələrində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2(035)-797/2019 nömrəli qətnaməsi qismən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddiasının təmin edilməsi, habelə İddiaçı QSC-nin ilkin iddiasının tələbin ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissələrində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı QSC-nin ilk iddiası borcun ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 65000 manat müəyyən edilməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 191 saylı 31 iyul 2014-cü il tarixli sazişin etibarsız hesab edilməsi, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Zərdab Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2(035)-797/2019 nömrəli qətnaməsi qismən - mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddiasının təmin edilməsi, habelə İddiaçı QSC-nin ilk iddiasının tələbin ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissələrində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı QSC-nin ilk iddiası borcun ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilsin. 15R000005763 saylı və 015R********** saylı kredit razılaşmaları üzrə borcun ödənilməsi İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 65000 manat müəyyən edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 191 saylı 31 iyul 2014-cü il tarixli sazişin etibarsız hesab edilməsi, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılması tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-66/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-66/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver