Məhkəmə qərarları › İş №2(107)-660/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-660/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-660/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1490/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hаkim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1490/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı məxsus olan, Cavabdeh adından “xxxx” ASC-nin Şəki filialına xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı “saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” aktla girov qoyulmuş: - əyarı 583, çəkisi 7.4 qr olan 1 ədəd qaşsız üzük; əyarı 583, çəkisi 7.1 qr olan 1 ədəd firuzə dəsti; əyarı 583, çəkisi 5.5 qr olan 1 ədəd ilanvari (zmeyka) boyunbağı; əyarı 583, çəkisi 3.2 qr olan 1 ədəd kəhrəba qaşlı üzük; əyarı 583, çəkisi 6.3 qr olan 1 ədəd kişi üzüyü; əyarı 585, çəkisi 3 qr olan 1 ədəd çalma üzük; əyarı 585, çəkisi 10.8 qr olan 4 ədəd klonlu boyunbağılar; əyarı 583, çəkisi 3.3 qr olan 1 ədəd bilərzik; əyarı 585, çəkisi 4.6 qr olan 1 ədəd kardinal bilərzik; əyarı 583, çəkisi 8.6 qr olan 1 ədəd boyunbağı, əyarı 585, çəkisi 3.8 qr olan 1 ədəd kulonlu bilərzik; əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı kulon; əyarı 585, çəkisi 1 qr olan 1 ədəd qaşsız sırğa; əyarı 585, çəkisi 3.3 qr olan 1 ədəd qaşsız üzük; əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı üzük; əyarı 585, çəkisi 2.1 qr olan 1 ədəd qaşlı üzük; əyarı 585, çəkisi 1 qr olan 1 ədəd büllur qaşlı üzük; əyarı 583, çəkisi 4.1 qr olan 1 ədəd qaşlı üzük; əyarı 585, çəkisi 15.3 qr olan 2 ədəd komplektlər; əyarı 583, çəkisi 3.4 qr olan 1 ədəd abadok sırğa; əyarı 583, çəkisi 1.6 qr olan 1 ədəd təkqaş üzük; əyarı 583, çəkisi 14.5 qr olan 1 ədəd yolkavari boyunbağı; əyarı 583, çəkisi 17.8 qr olan 2 ədəd yolkavari bilərzik və əyarı 500, çəkisi 2.7 qr olan 1 ədəd qadın üzüyünün, Cavabdeh ilə “xxxx” ASC-nin Şəki filialı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kredit müqaviləsi üzrə borc iddiaçı tərəfindən tam ödənildikdən sonra, Cavabdeh alınaraq İddiaçı verilməsi, həmçinin Cavabdeh 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, Cavabdeh adından “xxxx” ASC-nin Şəki filialına xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı “saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” aktla girov qoyulmuş əyarı 583, çəkisi 7.4 qr olan 1 ədəd qaşsız üzük; əyarı 583, çəkisi 7.1 qr olan 1 ədəd firuzə dəsti; əyarı 583, çəkisi 5.5 qr olan 1 ədəd ilanvari (zmeyka) boyunbağı; əyarı 583, çəkisi 3.2 qr olan 1 ədəd kəhrəba qaşlı üzük; əyarı 583, çəkisi 6.3 qr olan 1 ədəd kişi üzüyü; əyarı 585, çəkisi 3 qr olan 1 ədəd çalma üzük; əyarı 585, çəkisi 10.8 qr olan 4 ədəd klonlu boyunbağılar; əyarı 583, çəkisi 3.3 qr olan 1 ədəd bilərzik; əyarı 585, çəkisi 4.6 qr olan 1 ədəd kardinal bilərzik; əyarı 583, çəkisi 8.6 qr olan 1 ədəd boyunbağı, əyarı 585, çəkisi 3.8 qr olan 1 ədəd kulonlu bilərzik; əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı kulon; əyarı 585, çəkisi 1 qr olan 1 ədəd qaşsız sırğa; əyarı 585, çəkisi 3.3 qr olan 1 ədəd qaşsız üzük; əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı üzük; əyarı 585, çəkisi 2.1 qr olan 1 ədəd qaşlı üzük; əyarı 585, çəkisi 1 qr olan 1 ədəd büllur qaşlı üzük; əyarı 583, çəkisi 4.1 qr olan 1 ədəd qaşlı üzük; əyarı 585, çəkisi 15.3 qr olan 2 ədəd komplektlər; əyarı 583, çəkisi 3.4 qr olan 1 ədəd abadok sırğa; əyarı 583, çəkisi 1.6 qr olan 1 ədəd təkqaş üzük; əyarı 583, çəkisi 14.5 qr olan 1 ədəd yolkavari boyunbağı; əyarı 583, çəkisi 17.8 qr olan 2 ədəd yolkavari bilərzik və əyarı 500, çəkisi 2.7 qr olan 1 ədəd qadın üzüyünün Cavabdeh ilə “xxxx” ASC-nin Şəki filialı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kredit müqaviləsi üzrə borc onun tərəfindən tam ödənildikdən sonra Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin əvvəllərində ona pul lazım olduğu üçün “xxxx” ASC-nin Şəki filialına müraciət etmişdir. Belə ki, həmin ərəfələrdə o, ev almaq istəmiş, lakin ev almaq üçün pulu çatmamışdır. “xxxx” ASC-nin Şəki filialından ona bildirmişlər ki, adında “xxxx” ASC-də bağlanmamış krediti var. O, bankın əməkdaşına 134.4 qram qızılı olduğunu, qızılı girov götürüb bu qızıla görə nə qədər kredit vermək mümkündürsə vermələrini xahiş etmişdir. Eyni zamanda, bankın əməkdaşına digər bankdan götürdüyü krediti də vaxtında ödədiyini, heç bir gecikməsi olmadığını bildirmişdir. Bankın əməkdaşı digər banka olan krediti bağlamadığı təqdirdə pul verə bilməyəcəklərini, lakin əgər yaxın adamı varsa həmin şəxsin qeyd etdiyi qızılları girov kimi qoyub kredit götürə biləcəyini bildirmişdir. Bundan sonra bank əməkdaşının bu təklifini əmisi oğlu Cavabdeh demiş, o da heç bir problem olmadığını, girov və kredit müqaviləsini adına rəsmiləşdirəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh ilə banka gedərək ona məxsus 134.4 qr qızılı Cavabdeh adından “xxxx” ASC-nin Şəki filialına girov qoymuş, Cavabdeh ilə “xxxx” ASC-nin Şəki filialı arasında xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kredit müqaviləsinin bağlanmasına nail olmuşlar. Bundan sonra “xxxx” ASC-nin Şəki filialından Cavabdeh 4380 manat pul vermişlər. Cavabdeh həmin pulu, həmin pulla bağlı kassa məxaric orderini, ödəniş cədvəlini, saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktı ona təhvil vermişdir. O da “xxxx” ASC-nin Şəki filialına xx xxxx 2019-cu il tarixdən başlayaraq ayda 245 manat ödəniş etmişdir. Axırıncı ödənişi isə xx xxxxxxxx 2020-ci il tarixdə icra etmişdir. Bütün ödəniş qəbzləri ondadır. Bu hadisədən bir müddət sonra əmisi oğlu Cavabdeh atası X10 və bibisi X2 torpaq tələb etməyə başlamışdır. Atası və bibisi Cavabdeh tələbi ilə razılaşmamışlar. Cavabdeh atası X10 və bibisi X4 qarşı torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-97/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan sonra Cavabdeh münasibəti həm ona, həm atasına, həm də bibisinə qarşı tamamilə dəyişmiş, ona “sənin atan mənə torpaq vermədi, mən də sənin bankdakı qızıllarını sənə qaytarmayacağam” demişdir. Cavabdeh dediyi bu sözlər onda çox ciddi narahatlıq yaratmışdır. “xxxx” ASC-nin Şəki filialına Cavabdeh adından girov qoyulan ona məxsus 134.4 qr qızılın qiyməti hal-hazırda 7392 manat təşkil edir. Onun xx xxxxxxxx 2020-ci il tarixə ödənilməmiş 1224.5 manat kredit borcu qalmışdır. O, həmin kredit borcunu ödəyib qurtardıqdan sonra cavabdehin ona məxsus qızılları “xxxx” ASC-nin Şəki filialından götürüb mənimsəyəcəyindən narahatdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, vəkilə hüquqi yardım üçün 300 manat ödəmiş, həmin ödənişi Şəki Regional Vəkil Bürosunun «xxxx» KB ASC-nin Şəki filialındakı AZ 81 UBAZ**********0090AZN001 saylı hesabına köçürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 Nübar Elçin qızının verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı ilə münasibətləri əvvəllər çox yaxşı olmuş, sonradan torpaqla bağlı mübahisələri yarandığından münasibətləri pozulmuşdur. Hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı ona müraciət edərək ev almaq üçün pula ehtiyacı olduğunu bildirmiş və borc istərmişdir. O isə anasına məxsus, həmçinin nənəsindən qalan, Rusiyada yaşayan dayısı arvadına məxsus qızılları girov qoyub kredit götürmüş, pulu iddiaçıya vermişdir. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. İddiaçının məqsədi ona və ailəsinə maddi-mənəvi zərər vurmaqdır. Odur ki, iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, İddiaçı onun bacısı qızı, Cavabdeh qohumudur. 2019-cu ilin fevralın əvvəllərində Nübar ona müraciət edərək ev almaq üçün kredit götürəcəyini, girov qoymaq üçün qızıl istədiyini bildirmişdir. O, özünə məxsus əyarı 583, çəkisi 3.2 qr olan 1 ədəd kəhrəba qaşlı üzük və əyarı 583, çəkisi 10 qr olan 1 ədəd yolkavari bilərziyi iddiaçıya vermişdir. Kəhrəba qaşlı üzük 2003-cü ildə ona qayınanası tərəfindən hədiyyə alınmışdır. Bilərzik isə ona nişanı olanda hədiyyə verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X11 digər şahid X3 ifadəsinə oxşar olan ifadə verməklə əlavə olaraq bildirmişdir ki, İddiaçı onun bacısı qızı, Cavabdeh qohumudur. O, qayınanasına məxsus əyarı 583, çəkisi 7.4 qr olan 1 ədəd qaşsız üzüyü və əyarı 585, çəkisi 8 qr olan 1 ədəd komplekti (paxlava formalı) iddiaçıya vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X12 digər şahidlərin ifadələrinə oxşar olan ifadə verərək göstərmişdir ki, İddiaçı onun dayısı qızı, Cavabdeh dayısı oğludur. 2019-cu ilin fevralın əvvəlində əyarı 583, çəkisi 7.1 qr olan 1 ədəd firuzə komplekt (qızı dünyaya gələrkən anası hədiyyə etmişdir), əyarı 583, çəkisi 5.5 qr olan 1 ədəd zmeyka (ilanvari) sep (ikiüzlü), əyarı 585, çəkisi 10.8 qr olan 3 ədəd klonlu seplər, əyarı 585, çəkisi 3.8 qr olan 1 ədəd kulonlu bilərzik, əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı üzük, əyarı 500, çəkisi 2.7 qr olan 1 ədəd qadın üzüyü (qaşı düşüb) tərəfindən iddiaçıya verilmişdir. Hamısını müxtəlif toy məclislərinə taxdığından fotoşəkilləri mövcuddur. Orxanla dəfələrlə görüşüb məsələnin sülhlə həllinə nail olmağa çalışsa da, buna nail ola bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 digər şahidlərin ifadələrinə oxşar olan ifadə verərək göstərmişdir ki, İddiaçı və Cavabdeh bibisi gəlinidir. O, özünə məxsus əyarı 583, çəkisi 3.3 qr olan 1 ədəd bilərzik, əyarı 585, çəkisi 4.6 qr olan 1 ədəd kardinal bilərziyi və qayınanasına məxsus əyarı 583, çəkisi 3.4 qr olan 1 ədəd abadok sırğanı iddiaçıya vermiş, iddiaçı isə girov qoyub pul götürmüşdür. Girov qoyulan əşyalardan, eşitdiyinə görə, ancaq biri - əyarı 583, çəkisi 6.3 qr olan 1 ədəd kişi üzüyü Orxanın atasına məxsus olmuş, anası tərəfindən Nübara verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 digər şahidlərin ifadələrinə oxşar olan ifadə verərək göstərmişdir ki, İddiaçı onun həyat yoldaşı, Cavabdeh isə həyat yoldaşının əmisi oğludur. Girov qoyulan əşyalardan əyarı 585, çəkisi 1 qr olan 1 ədəd büllur qaşlı üzük ona məxsusdur. 2018-ci ilin noyabrında həyat yoldaşı ad günündə hədiyyə almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1490/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, dayısı vəfat etdiyinə görə birinci instansiya məhkəməsində iştirak edə bilməmiş, bundan istifadə edən iddiaçı və onun yanında gələn şahidlər yalan, yalnış ifadələrlə məhkəmənin səhv qətnamə qəbul etməsinə nail olmuşlar. Apellyasiya məhkəməsinin nəzərinə çatdırır ki, İddiaçı iddia ərizəsində yalnız bir məsələni, yəni kredit borcunun həqiqətən də ona aid olduğunu düz qeyd etmişdir. Çünki o, sözügedən krediti elə iddiaçının gözü qarşısında alaraq bankın orderi və digər sənədləri ilə birlikdə onun özünə vermişdir ki, özlərinə almaq istədikləri evin pulunu tamamlayıb evi alsınlar. O ki qaldı qarşılıqlı münasibətlərinin vəziyyətinə, iddiaçının atası ilə onun arasında həll edilməyən heç bir torpaq məsələsi yoxdur. Belə ki, xx.xx.2019cu il tarixli, **********06-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan ünvan 1 A ünvanında yerləşən 0.06 ha həyatyanı torpaq sahəsində inşa etdikləri və faktiki istifadələrində olan tikililərin yerləşməsinə uyğun olaraq payların 1/3 hissə ilə bərabər bölünməsi və payların naturada ayrılması üçün məhkəməyə müraciət etmişdir. Cünki iddiaçının atası X10 notariusda baba yurdu olan ərazinin bərabər bölünməsi üçün razılıq verir, lazımi sənədə imza edir. Lakin naturada bölünmə və evlərinin sənədləşməsi işlərinə razı olmadığı üçün məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddiaçının atası olan doğma əmisi X6 ailələrinə vurduğu maddi və mənəvi ziyanlar bəs deyilmiş kimi, indi də həmin əmisinin qızı İddiaçı banka olan 1224.5 manat krediti ödəyib özgəyə aid olan qızılları mənimsəməkdə günahlandıraraq onun şərəf və ləyaqətini alçaltmaq istəyir. Banka girov qoyulan qızıl-zinət əşyalarının içərisində onun, atasının, 2 dayısının, rəhmətlik nənəsi tərəfindən dayılarına, anasına hədiyyə verilən qızıl-zinət əşyaları da var. Baxmayaraq ki, bankdan alınan kredit tam olaraq ata tərəfdən qohumu olan əmisi qızı Nübara verilib. O, qohumlar arasında münasibətlər daha da yaxşı davam etsin deyə bu cür köməklik edib. Ancaq əmisi qızı və əmisi onların ailəsinə qarşı belə qərəzli hərəkət edirlər. Əgər bütün həqiqətlər iddiaçının və onun şahidlərinin dediyi kimi idisə, onda bəs nə üçün iddiaçı krediti elə o şahidlərin özlərinin və ya onların ailə üzvlərinin adına almayıb... Onlar arasında etibarlı bir insan olmadı ki, onun adına yuxarıda qeyd olunan qızılları girob qoyub bankdan kredit alsınlar?... Borc verməyə pulunun olmadığını biləndə də bank məsələsini ortaya saldılar. Çünki o və anası dəfələrlə əmisinə, əmisinin arvadına və onların ailəsinə aid olan torpaq sahəsini onlara (cavabdeh və ailə üzvlərinə) qaytarmasını, onların da o ərazidə darısqal olan ev şəraitlərini yaxşılaşdırmaq üçün həmin ərazidə yeni otaq tikmək istədiklərini bildirmişdilər. İddiaçının atası ilə onların ailəsi arasında olan qərəzi bildiyi üçün iddiaçı ondan pul borc istədikdə pulun olmamasını demişdir. O zaman iddiaçı, bankdan girov qızıl qoyaraq kredit alması üçün qohum-əqrabadan qızıl-zinət əşyaları toplamaqdan ötrü ona (iddiaçıya) köməklik etməsini istəmişdir. O da iddiçıya bir əmioğlu kimi öz dayılarına, anasına və atasına məxsus, həmçinin rəhmətlik nənəsindən dayılarına, anasına hədiyyə verilən qızılları banka girov qoyub yalnız öz adına krediti alıb ona verə biləcəyini demişdir. İddiaçı da razı olmuşdur. Bankdan alınan pulu iddiaçı ev almaq üçün xərcləyibsə, təbii ki, krediti də özü ödəməlidir. Hazırda iddiaçı Banka olan 1224.5 manat kredit borcunu ödəməlidir ki, o (cavabdeh) də öz növbəsində girov qoyulan qızılları götürüb öz həqiqi sahiblərinə qaytarsın. Ona öz ailəsinə aid olmayan heç nə lazım deyil. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1490/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1490/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahat və çıxışlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1490/2020 nömrəli qətnaməsi hüquqi yardım üçün vəkilə ödənilmiş pul vəsaitinə aid hissədə dəyişdirilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan xx xxxxxx 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, «xxxx» ASC tərəfindən Cavabdeh 4380 manat məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh 55.80 manat komissiya haqqı tutulmuşdur. İşdə olan ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü 4380 krediti ona hesablanmış faizlərlə birlikdə 24 ay müddətinə hər ay hissə-hissə 244.90 manat ödəməklə qaytarmalı olmuşdur. İşdə olan xx xxxxxx 2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kreditin təminatı kimi əyarı 583, çəkisi 7.4 qr olan 1 ədəd qaşsız üzük; əyarı 583, çəkisi 7.1 qr olan 1 ədəd firuzə dəsti; əyarı 583, çəkisi 5.5 qr olan 1 ədəd ilanvari (zmeyka) boyunbağı; əyarı 583, çəkisi 3.2 qr olan 1 ədəd kəhrəba qaşlı üzük; əyarı 583, çəkisi 6.3 qr olan 1 ədəd kişi üzüyü; əyarı 585, çəkisi 3 qr olan 1 ədəd çalma üzük; əyarı 585, çəkisi 10.8 qr olan 4 ədəd klonlu boyunbağılar; əyarı 583, çəkisi 3.3 qr olan 1 ədəd bilərzik; əyarı 585, çəkisi 4.6 qr olan 1 ədəd kardinal bilərzik; əyarı 583, çəkisi 8.6 qr olan 1 ədəd boyunbağı, əyarı 585, çəkisi 3.8 qr olan 1 ədəd kulonlu bilərzik; əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı kulon; əyarı 585, çəkisi 1 qr olan 1 ədəd qaşsız sırğa; əyarı 585, çəkisi 3.3 qr olan 1 ədəd qaşsız üzük; əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı üzük; əyarı 585, çəkisi 2.1 qr olan 1 ədəd qaşlı üzük; əyarı 585, çəkisi 1 qr olan 1 ədəd büllur qaşlı üzük; əyarı 583, çəkisi 4.1 qr olan 1 ədəd qaşlı üzük; əyarı 585, çəkisi 15.3 qr olan 2 ədəd komplektlər; əyarı 583, çəkisi 3.4 qr olan 1 ədəd abadok sırğa; əyarı 583, çəkisi 1.6 qr olan 1 ədəd təkqaş üzük; əyarı 583, çəkisi 14.5 qr olan 1 ədəd yolkavari boyunbağı; əyarı 583, çəkisi 17.8 qr olan 2 ədəd yolkavari bilərzik və əyarı 500, çəkisi 2.7 qr olan 1 ədəd qadın üzüyü olmaqla, 134.4 qram çəkidə qızıl-zinət əşyaları «xxxx» ASC-nin xeyrinə girov qoyulmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün Şəki Regional Vəkil Bürosunun «xxxx» KB ASC-nin Şəki filialındakı AZ 81 UBAZ**********0090AZN001 saylı hesabına 300 manat köçürmüşdür. İşdə olan mədaxil qəbzlərindən görünür ki, xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kredit müqaviləsi üzrə xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020ci il tarixlərdə müvafiq olaraq 245 manat ödəniş edilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı özünə və yaxın qohumlarına məxsus müxtəlif adda, çəkidə və əyarda qızıl-ziynət əşyalarını Cavabdeh adından «xxxx» ASC-yə girov qoymuş və sonuncunun adına kredit götürmüşdür. Kredit məbləği iddiaçı tərəfindən hər ay gecikdirilmədən ödənilir və 1224.50 manat kredit borcu qalır. Hazırda tərəflər arasındakı münasibətlər pozulduğundan iddiaçı qalan kredit borcunu ödəyib qurtarandan sonra cavabdehin onun adına girov qoyulmuş qızıl-ziynət əşyalarını bankdan götürüb özünə məxsus olduğunu iddia edərək geri qaytarmaqdan imtina edəcəyindən narahatlıq keçirir və bunun baş verməməsi üçün qabaqlayıcı tədbir olaraq hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin adına girov qoyulmuş qızıllar iddiaçıya məxsus olmuş (yəni iddiaçının özü tərəfindən qohumlardan girov qoyulması üçün götürülmüş) və öz adında kredit olduğu üçün onunla kredit müqaviləsinin bağlanması mümkün olmadığından iddiaçı həmin qızılları cavabdehin razılığı və iştirakı ilə sonuncunun adından banka girov qoyub onun adına kredit almışdır. Kredit müqaviləsi və kreditlə bağlı digər sənədlər formal olaraq cavabdehin adına tərtib edilmiş olsa da, lakin həmin sənədlər iddiaçıda saxlanılmış və kredit ödənişləri iddiaçı tərəfindən həyata keçirilmişdir. Ona görə də məhkəmə girov qoyulmuş 24 adda qızıl-zinət əşyalarının kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra cavabdeh tərəfindən bankdan götürülərək iddiaçıya verilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, mübahisəli qızıl-zinət əşyaları iddiaçıya məxsusdur, daha doğrusu, iddiaçı həmin qızılları banka girov qoyulub borc pul (kredit) alınması üçün qohumlarından müvəqqəti götürmüşdür. Cavabdeh həmin əşyaların özünə məxsusluğunu iddia etsə də, lakin birinci instansiya məhkəməsində dindirilmiş hər iki tərəfin qohumu olan şahidlər qızıl-zinət əşyalarını iddiaçıya banka girov qoyub kredit götürməsi üçün verdiklərini bildirmişlər. Cavabdehin iddiaçıya lazım olan krediti bankdan almaq məqsədilə girov üçün qohumlardan qızıl-zinət əşyaları toplaması barədə mülahizələri həqiqətə uyğun və inandırıcı görünmür. Əksinə, iddiaçının qohumlardan qızılzinət əşyaları toplayıb əlində 134.4 qr qızıl olandan sonra banka müraciət etməsi, bankın əməkdaşının digər banka olan krediti bağlamadığı təqdirdə ona pul verə bilməyəcəklərini, lakin qızılları yaxın bir adamının adından girov qoyub həmin adamın adına kredit götürə biləcəyini bildirməsi, bundan sonra bank əməkdaşının bu təklifini əmisi oğlu (cavabdeh) Cavabdeh deməsi, sonuncunun heç bir problem olmadığını bildirərək öz adına girov və kredit müqavilələrini rəsmiləşdirməsi barədə izahatları iş materialları ilə yetərincə sübut olunur... Qızıl-zinət əşyalarının sahibləri özlərinə məxsus bu əşyaları müvəqqəti olaraq iddiaçının ixtiyarına verməklə həmin əşyalar üzərində özlərinin mülkiyyət hüquqlarını da müvəqqəti olaraq iddiaçıya etibar etmişlər. Ona görə də iddiaçı sözügedən qızıl-zinət əşyalarını öz mülkiyyəti kimi ehtimal olunan qəsddən qorumaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayəti əsasında işi araşdıraraq hesab edir ki, cavabdehin həmin şikayətinin qızıl-zinət əşyaları ilə bağlı dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini həmin hissədə təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı hüquqi yardım üçün vəkilə ödədiyi 300 manatın Cavabdeh tutularaq ona verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi bu hissədə də tələbi təmin etmişdir. Hazırkı apellyasiya baxışında Cavabdeh iddiaçının hüquqi yardım üçün vəkilə ödədiyi 300 manatın ondan tutulmasına etiraz edərək bunu əsassız hesab etmişdir. Məhkəmə kollegiyаsı iddiaçının hüquqi yardım üçün vəkilə ödədiyi 300 manatın cavabdehdən tutulması ilə bağlı birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona zərər yetirilə biləcəyini ehtimal edərək qabaqlayıcı tədbir kimi məhkəmədə iddia qaldırmış və bununla bağlı hüquqi yardım üçün vəkilə müraciət etmişdir. Lakin cavabdeh iddiaçıya qarşı təhdidlərini həyata keçirməkdən imtina da edə bilərdi və belə olduğu halda iddiaçının məhkəmə müdafiəsinə ehtiyacı olmazdı. Ona görə də iddiaçının vəkilə xərc çəkməsi zərurətdən irəli gəlməmiş, o həmin xərci ehtimal olunan qanunsuzluqdan özünü qorumaq üçün çəkmişdir. Belə vəziyyətdə iddiaçının vəkilə ödədiyi xidmət haqqının bütünlüklə cavabdehin təqsiri üzündən çəkilmiş xərcə aid edilməsi düzgün olmaz. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu normaya və işin hallarına müvafiq olaraq məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manatın 200 manatının onun özünə aid edilməsini, 100 manatının isə cavabdehdən alınıb ona verilməsini ağlabatan və məqsədəuyğun hesab edir. MPM-in 14.2-ci maddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsasən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hüquqi yardıma görə vəkilə ödədiyi 300 manatın Cavabdeh tutularaq ona verilməsi tələbi qismən, yəni 100 manat məbləğində təmin olunmalıdır. Məhkəmə kollegiyasının bu qənaəti iddiaçının apellyasiya şikayətinin qismən təmin olunmasına və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə əsas verir. MPM-nin 384.0.3-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyаsı bu nəticəyə gəlir ki, аpellyаsiyа şikаyəti qismən təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qətnаməsi hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində dəyişdirilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1490/2020 nömrəli qətnaməsi iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi məbləğin onun xeyrinə cavabdehdən tutulması tələbinin təmin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı hüquqi yardıma görə vəkilə ödədiyi 300 manatın cavabdehdən tutulması tələbi qismən təmin edilərək, həmin məbləğin 200 manatı iddiaçının özünə aid edilsin, 100 (bir yüz) manatı isə Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar