Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-662/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibаrət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(051)-21/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh və X5 tərəfindən verilmiş apellyasiya şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 13 oktyabr 2020-ci il tarixli 2(051)-21/2020 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh və X2 16185.78 (on altı min bir yüz səksən beş dollar 78 sent) ABŞ dolları əsas borc və 200 (iki yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 16385.78 (on altı min üç yüz səksən beş dollar 78 sent) ABŞ dolları kredit borcunun qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, Cavabdeh məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat qiymətləndirilmiş **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı nəqliyyat vasitəsinin açıq hərracda satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 16185.78 (on altı min bir yüz səksən beş dollar 78 sent) ABŞ dolları əsas borc və 200 (iki yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 16385.78 (on altı min üç yüz səksən beş dollar 78 sent) ABŞ dolları kredit borcunun qətnamə icra olunan günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın tutularaq iddiaçıya verilməsi, borcun ödənilməsindən sonra avtomaşının açıq hərracdan satılmasından qalan pulun cavabdehə qaytarılması və ipoteka ilə yüklü edilmiş avtomaşının satışından əldə edilmiş vəsait kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin müştərək qaydada cavabdehlərdən tutulması qət edilmişdir. İşin halları İddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı ASC) cаvаbdehlər Cavabdeh və X3 (bundan sonra cavabdeh və ya Cavabdeh və Murad Quliyev) qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 18934.94 ABŞ dolları əsas borc, 5547.94 ABŞ dolları faiz borcu və 2871.02 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 27353.9 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; cavabdehlərdən tutulmalı olan məbləğ, yəni cəmi 27353.9 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan ** FL *** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli MERCEDES BENZ 0403 AVTOBUS minik markalı (mühərrik: **********2543, ban:) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına yönəldilməsi; İpoteka ilə yeklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1196/14 №li, 09.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, 23%-lə 50,000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan 90-FL403 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobil ipoteka ilə yüklü edilmiş, eləcə də BOKT İddiaçı ASC ilə Murad Quliyev arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 18934.94 ABŞ dolları əsas borc, 5547.94 ABŞ dolları faiz borcu və 2871.02 ABŞ dolları cərimə olmaqla, cəmi 27353.90 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş, Cavabdeh məxsus olan **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobilə yönəldilməsi, həmin avtomaşının açıq hərracda satılması, açıq hərracda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı ASC-dən 50000 ABŞ dolları kredit götürmüşdür. Lakin maddi imkanı olmadığı üçün kredit borcunu tam ödəyə bilməmişdir. Kredit götürülərkən **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobili ipoteka qoyulmuşdur. Kredit borcunun tam ödəməmişdir, ancaq iddia olunan qədər borcu qalmamışdır. Avtomobilin satılmasına razı deyil, kredit borcunu ödəyəcəkdir. Maddi imkansızlığı nəzərə alınaraq cərimənin azaldılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Murad Quliyev iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, həqiqətən də, Cavabdeh iddiaçıdan götürdüyü kreditin ödənilməsi təminatı olaraq, onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Maddi imkanları olmadığına görə kredit borcunu tam ödəyə bilməmişlər. Ancaq tələb olunan qədər kredit borcu qalmamışdır. Maddi imkansızlıqları nəzərə alaraq cərimənin azaldılmasını xahiş edir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(051)-21/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyаsiyа şikаyəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(051)-21/2020 nömrəli qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən cavabdehlər Cavabdeh və X5 apellyаsiyа şikаyəti verərərk Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(051)-21/2020 nömrəli qətnaməsini 16185.78 (on altı min bir yüz səksən beş dollar yetmiş səkkiz sent) ABŞ dolları əsas borc və 200 (iki yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 16385.78 (on altı min üç yüz səksən beş dollar yetmiş səkkiz sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan "xxxx" ASC-yə verilsin hissəsində dəyişdirilərək, iş üzrə mövcud sübutlar əsasında əsas borcun və cərimə məbləğinin azaldılaraq 2211,89 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə borcunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(107)-662/2021 nömrəli qərardadı ilə Əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Rəy аlınаnаdək işin icrааtı dаyаndırılmışdır. 18 iyun 2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi məhkəmə kollegiyasına daxil olmuş, məhkəmə kollegiyasının 07 iyul 2021-ci tarixli qərardadı ilə işin icraatının dayandırılmasına səbəb olan hallar aradan qalxdığından iş üzrə icraat təzələnmiş və məhkəmə kollegiyasının iclası 15 iyul 2021-ci il tarixə təyin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, qətnamə faiz və cərimə borcunun azaldılması hissəsində qanunsuz, əsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək, həmin hissədə borcun tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməsində qeyd edir ki, “məhkəmə mühasibatlıq ekspertizasının 28.01.2020-ci il tarixli, 31308№-li rəyində göstərilir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1196/14 №İ 09.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin , ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 16185.78 ABŞ dolları məbləğində müəyyən edilir. Bununla bağlı qeyd etmək istəyirlər ki, MPM-nin 103.1-ci maddəsində qeyd edilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-c maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 102.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Qeyd etmək lazımdır ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarılmadığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda qeyd edilir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Qeyd etmək istəyirlər ki, məhkəmə qətnaməsində cərimə hissəsində azaldarkən Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsalanmışdır. Həmin maddənin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki dəbbə pulunun 200 ABŞ dolları müəyyən edilməsi 2871.02 ABŞ dolları məbləğində dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi "xxxx" ASC-yə olan əsas borc və cərimə ilə bağlı hissədə əsassızdır və dəyişdirilməlidir. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, təqdim edilən sübutlar müqayisəli surətdə tədqiq edilməmiş, sübutlara düzgün qiymət verilməmiş və nəticədə məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək borc məbləğinin müəyyən edilməsi hissəsində əsassız qətnamə çıxarmışdır. İş materiallarından müəyyən olunduğu kimi Cavabdeh 09 oktyabr 2014-cü il tarixli 1196/14 №-li kredit müqaviləsinə əsasən "xxxx"ASC- nin “Nəsimi” filialından avtomobil almaq məqsədilə illik 23%-lə 24 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, öz mülkiyyətindəki **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli "Mercedes Benz 0403 Avtobus” markalı avtomobili 09 oktyabr 2014-cü il tarixdə ipoteka müqaviləsi əsasında ipoteka qoymuşdur. Avtomobilinin satış qiyməti 75.000 manat qiymətləndirilmişdir. Eyni zamanda bu öhdəllik üzrə atası X5 ilə 09 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Məlum 21.02.2015-ci il və 21.12.2015-ci il devalvasiyalarından sonra, banka ödənişlərdə 2 qat artım müşahidə edildiyinə görə müəyyən gecikmələr olmuşdur. Yaranmış problemi aradan qaldırmaq üçün o, bankla olan 11.09.2017-ci il tarixdə danışıqlara əsasən ilkin olaraq 2057.61 ABŞ dolları ödəniş etmiş və 16877 ABŞ dolları qalıq məbləğə 0%-lə, 24 ay müddətinə yeni cədvəl tərtib edilmişdir. Danışıqların hüquqi əsası 11.09.2017-ci il tarixli “1196/14 saylı, 09.10.2014-cü il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə dair Razılaşma”, “Kredit Kalkulyatoru (ödəniş cədvəli) və “ÖRK güzəşt protokolu”-nda öz əksini tapmışdır. Kredit Razılaşmasının 1.1-ci bəndinə görə 1196/14 saylı, 09.10.2014- cü il tarixli Kredit müqaviləsi üzrə (bundan sonra “Müqavilə”) əsasən, Borcalan tərəfindən 09 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən maliyyə arayışında göstərilən əsas borcu üzrə qalıq borc məbləği 16877.34 ABŞ dolları təşkil edir və 24 aylıq ödəniş qrafiki əsasında Borcalan tərəfindən Kreditora 1 USD - 1.40 AZN məzənnəsi əsas götürülməklə ödənilir. Bu Razılaşma maliyyə arayışında göstərilən əsas borcu üzrə Qalıq Məbləğindən 3500 (üç min beş yüz) manat məbləğində vəsait ödənildikdən sonra qüvvəyə minir. Razılaşmanın 1.2-ci bəndinə əsasən Borcalan qətnamə üzrə Qalıq Məbləğini hazırkı Razılaşmaya əlavə edilmiş qrafıkə əsasən ödəməlidir. Yuxarıda qeyd etdiyi kimi Razılaşmaya əsasən Cavabdeh qalıq məbləğindən 3500 manat ödədiyinə görə Razılaşma qüvvəyə minmiş və tərəfindən cədvəl üzrə ödənişlər yerinə yetirilməyə başlanılmışdır. Məhkəməyə təqdim etdikləri “Dəmir Bank" ASC-nin “Hesabdan Çıxarış”ına əsasən (14.09.2017-29.10.2019-cu il tarix aralığı üzrə) 14135 manat (10096,4 ABŞ dolları) ödəniş etməyi göstərilir və bu hesablamaya görə banka 6780,94 ABŞ dolları (9493.32 ABŞ Dolları) borcları qalmış olur. Məhkəmə isə işə baxarkən Kredit Razılaşmasına əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlərini və Hesabdan Çıxarışda təsdiq olunan ödənişləri nəzərə almamış və 28.01.2020-ci il tarixli 31308 №-li mühasibatlıq ekspertizasının rəyində göstərilən 16185 ABŞ dollar məbləği bütövlükdə onların banka olan borcu kimi göstərmişdir. Məhkəmə, ekspertiza təyin edilməsi haqqında 05 noyabr 2019-cu il tarixli qərardadında da ekspert qarşısında 11 sentyabr 2017-ci il tarixli “1196/14 saylı 09.10.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə öhdəliklərimin icra edilməsinə dair Razılaşma”ya əsasən sual qoymuşdur. Lakin, onlar tərəfindən edilmiş bank ödəniş qəbzlərinə əsasən Hesabdan Çıxarışda göstərilənlər də düzgün hesablanmamışdır. Belə ki, o, 2017-ci ildə ilkin ödəniş olaraq 2057,61 ABŞ dolları (2880,65 AZN) və 2579 ABŞ dolları (2611 AZN), 2018-ci ildə 5742,86 ABŞ dolları (8040 AZN), 2019-cu ildə 4285,7 ABŞ dolları (6000 AZN) Cəmi:14665,45 (4636,89+5742,86+4285,7) ABŞ dolları (20531 AZN) ödəniş etmişdir. Odur ki, Razılaşmaya görə müəyyən edilmiş 16877,34 ABŞ dollardan ödədiyi 14665,45 ABŞ dolları çıxıldıqda onun “Dəmir Bank’' ASC-yə cəmi 2211,89 ABŞ dolları (3096,65 AZN) borcu qalmışdır. Həmin borcu da məhkəmə mübahisəsinin sonunda ödəniş edəcəkdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Apellyasiya Məhkəməsindən Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsini 16185.78 (on altı min bir yüz səksən beş dollar yetmiş səkkiz sent) ABŞ dolları əsas borc və 200 (iki yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 16385.78 (on altı min üç yüz səksən beş dollar yetmiş səkkiz sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan "xxxx" ASC-yə verilməsi hissədə dəyişdirilərək iş üzrə mövcud sübutlar əsasında əsas borcun və cərimə məbləğinin azaldılaraq 2211,89 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 2711,89 ABŞ dolları borc müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Murad Quliyev, Cavabdeh və onun vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(051)-21/2020 nömrəli qətnaməsinin əsas borc və cərimə borcu hissəsində dəyişdirilərək əsas borcun və cərimə məbləğinin azaldılaraq 2211,89 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 2711,89 ABŞ dolları borc müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1196/14 №li 09.10.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank Cavabdeh 24 ay müddətinə 23 faizlə 50000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ASC ilə Murad Quliyev arasında bağlanmış 09.10.2014-cü il tarixli ZM1196/14 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. 09.10.2014-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobili ipoteka qoymuşdur. İpoteka qoyulmuş **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobilin ilkin satış qiyməti 75000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 28.01.2020-ci il tarixli 31308 №li rəyində göstərilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1196/14 №li, 09.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu 16185.78 ABŞ dolları məbləğində müəyyən olunur. Xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 08.05.2021-ci il tarixli 9/2247 nömrəli Məhkəməmühasibatlıq ekspertizası rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 09 oktyabr 2014-cü il tarixli, 1196/14 saylı kredit müqaviləsinin və 09 oktyabr 2014-cü il tarixli, 1196/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə dair 11 sentyabr 2017-ci il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə üzrə İddiaçı ASC-nə əsas borc üzrə 6780,94 ABŞ dolları, faiz borcu üzrə 00 ABŞ dolları borcu vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, bu qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. 386.1-ci mаddəsinin tələbinə əsasən, öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsı müəyyən edilmişdir. Tərəflər аrаsındа bаğlаnmış kredit və zаminlik müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci mаddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqаvilə olmаlıdır. 442-ci mаddəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) bаşа düşülür. 445.2.1-ci mаddəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. 445.3-cü maddəsinə görə, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci mаddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə isə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. İşin gerçək halları ilə müəyyən edilir ki, ”Dəmirbank” ASC ilə Cavabdeh arasında bağlanmış 1196/14 №li, 09.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, 23%-lə 50000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan **-FL-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, ağ rəngli “Mercedes Benz 0403 Avtobus” markalı avtomobil ipoteka ilə yüklü edilmiş, eləcə də İddiaçı ASC ilə Murad Quliyev arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Sonradan tərəflər arasında 11 sentyabr 2017-ci il tarixli “1196/14 saylı 09.10.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə dair Razılaşma” bağlanmışdır. Lakin Cavabdeh İddiaçı ASC-yə olan kredit borcunun bir hissəsini bankın hesabına ödəməsinə baxmayaraq kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə ödəmələri aparmadığından İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, İddiaçı ASC apellyasiya şikayətində qətnamənin cavabdehlərdən faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə qətnamədə qeyd olunan qədər banka borcları olmadığını bildirərək qətnamənin dəyişdirilərək əsas borcun və cərimə borcunun azaldılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı ASC-nin xeyrinə cavabdehlərdən 200 (iki yüz) ABŞ dolları cəriməni tutmaqda haqlı olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, borclunun maddi vəziyyətinin ağırlığı, kredit borcunun əsas məbləğinin və hesablanmış faizlərin müəyyən hissəsinin ödənilməsini, hesablanmış dəbbə pulunun əsas kredit borcuna münasibətdə tənasübsüz olmasını nəzərə alaraq 2871.02 ABŞ dolları cərimə azaldılaraq 200 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı ASC tərəfindən müəyyən edilmiş 2871.02 ABŞ dolları borcu məbləğdə cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılaraq 200 ABŞ dolları məbləğində saxlanılması daha məqsədə uyğun olmuşdur, bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Kollegiyaya görə birinci instansiya məhkəməsi İddiaçı ASC-nin xeyrinə cavabdehlərdən 16185.78 (on altı min bir yüz səksən beş dollar yetmiş səkkiz sent) ABŞ dolları əsas borcu tutmaqda haqlı olmamışdır. Belə ki, iddiaçı iddia tələbində borcludan 18934.94 ABŞ dolları məbləğində əsas borcu tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 28.01.2020-ci il tarixli 31308 nömrəli rəyini əsas götürərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1196/14 №li, 09.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcunu 16185.78 ABŞ dolları məbləğində müəyyən etmişdir. Lakin cavabdehlər apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsi tərəfindən borcun hesablanması və dəqiqləşdirilməsi, o cümlədən məhkəmə tərəfindən yaranmış hər hansı şübhənin aradan qaldırılması üçün Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Kollegiya hesab etmişdir ki, cavabdehlər birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən kredit borcunun məbləği ilə razılaşmayaraq həmin məbləği mübahisələndirdiyindən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.10.2014-cü il tarixli 1196/14 nömrəli kredit müqаviləsinə əsasən, həmin Kredit müqаviləsi üzrə öhdəliklərin icra edilməsinə dair 11 sentyabr 2017-ci il tarixli Razılaşmanın şərtləri və cavabdehlər tərəfindən edilən ödənişlərdə nəzərə alınmaqla, Cavabdeh və Murad Quliyevin əsas borcu, faiz borcu və cərimə borcunun məbləği müəyyən edilməsi üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Kollegiya bütün bunları nəzərə alaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.10.2014-cü il tarixli 1196/14 nömrəli kredit müqаviləsinə əsasən, həmin “Kredit müqаviləsi üzrə öhdəliklərin icra edilməsinə dair 11 sentyabr 2017-ci il tarixli Razılaşma”nın şərtləri nəzərə alınmaqla, o cümlədən cavabdehlər tərəfindən edilən ödənişlərdə nəzərə alınmaqla, Cavabdeh və Murad Quliyevin əsas borcu, faiz borcu və cərimə borcunun məbləğləri ayrılıqda göstərilməklə cəmi nə qədər borcunun olmasını müəyyən etmək üçün 11.03.2021-ci il tarixli 2(107)-662/2021 nömrəli qərardadı ilə Əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 08.05.2021-ci il tarixli 9/2247 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 09 oktyabr 2014-cü il tarixli, 1196/14 saylı kredit müqaviləsinin və 09 oktyabr 2014-cü il tarixli, 1196/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə dair 11 sentyabr 2017-ci il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə üzrə İddiaçı ASC-nə əsas borc üzrə 6780,94 ABŞ dolları, faiz borcu üzrə 00 ABŞ dolları məbləğində borcu vardır. MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya 08.05.2021-ci il tarixli 9/2247 nömrəli Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə əsas borcun məbləği 6780,94 ABŞ dolları göstərildiyindən əsas borcun məbləği rəyə uyğun hesablanmalı və cəmi borcun məbləği ona münasib olaraq dəyişdirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, əsas kredit borcunun məbləğini 16185.78 ABŞ dolları həcmində təmin etməklə düzgün nəticəyə gəlmədiyindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(051)-21/2020 nömrəli qətnaməsi dəyişdirilməli, cavabdehlərdən alınaraq İddiaçı ASC-in xeyrinə tutulmalı olan əsas borcun məbləği 6780,94 ABŞ dolları, cəmi borcun məbləği 6980,94 ABŞ dolları müəyyən edilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08.05.2021-ci il tarixli 9/2247 nömrəli əlavə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci cavabdehlərdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402- 406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Cavabdehlər Cavabdeh və X5 tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(051)-21/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh və X2 alınaraq iddiаçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli olan əsas kredit borcunun məbləği 6780,94 (altı min yeddi yüz səksən ABŞ dolları 94 sent) ABŞ dolları, cəmi borcun məbləği 6980,94 (altı min doqquz yüz səksən ABŞ dolları 94 sent) ABŞ dolları məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş 08.05.2021-ci il tarixli 9/2247 nömrəli Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh və X2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********1; Hesab AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(051)-21/2020 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-662/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-662/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver