Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-663/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, müddətin ötürülməsi) X3 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi(vəkili) Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi(vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(035)- 304/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə 6600 manat maddi ziyanın, həmin pula görə götürdüyü bank kreditnə görə ödədiyi 1400 manat pulun, cəmi 8000 manat ziyanın və 51 manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(035)- 304/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 borca görə 8000 manatın, dövlət rüsumuna görə 51 manatın, cəmi 8051 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə 23 noyabr 2023-cü il tarixdə cavabdehin nümayəndəsi(vəkili) Vəkil2 təqdim edilmişdir. Zərdab Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Zərdab Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadı ilə Zərdab Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi (vəkili)Vəkil2 Zərdab Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadından şikayət vermişdir. Zərdab Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadı ilə şikayətin təmin edilməyərək, Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarxili, 2(107)-370/2024 saylı qərardadı ilə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadı ləğv edilmiş, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(107)-444/2024 saylı qərardadı ilə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. X2 Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(107)-444/2024 saylı qərardadı ilə qeyri mümkün hesab edilmiş apellyasiya şikayəti Zərdab Rayon Məhkəməsi tərəfindən şikayətçiyə geri qaytarılmamışdır. Həmçinin Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən Zərdab Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsindən 22 fevral 2024-cü il tarixdə apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə verilmiş, Zərdab Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli müşaiyət məktubu ilə Zərdab Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. İş Şəki Аpellyаsiyа Məhkəməsinə daxil olmuş və mülki kollegiyanın 17 aprel 2024cü il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işə baxarkən müəyyən edilmişdir ki, Zərdab Rayon Məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti buraxılmış müddətin bərpası ilə bağlı verilmiş ərizə müzakirə edilmədən, müddətin ötürülməsi ilə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları araşdırmadan, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilmə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmədən, müddətin bərpası ilə bağlı verilmiş ərizəni müzakirə etmədən, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(107)-444/2024 saylı qərardadı ilə qeyri mümkün hesab edilmiş apellyasiya şikayətinin geri qaytarılması məsələsini həll etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-663/2024 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Zərdab Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366 və 400-cü mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-663/2024 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın və apellyasiya qeyri-mümkün hesab edilməklə Zərdab Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-663/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-663/2024
14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver