Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-664/2025 18.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli 2(014)-490/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixində “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı- Yevlax yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 190” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Hadisə ilə bağlı "xxxx" ASC tərəfindən 825,00 (səkkiz yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ağdaş Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 3(014)- 238/2018 saylı qərarı ilə Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Nəqliyyat hadisəsinin baş verdiyi vaxt cavabdeh “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir..
3. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixində “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı-Yevlax yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 190” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 825,00 (səkkiz yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. DİNBİ və Tİnin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Ağdaş Rayon Məhkəməsinin Qərarında Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. Həmçinin Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarda qeyd edilmişdir ki, Cavabdeh sürücülük hüququ olmadan avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Yuxarıda göstərilənlərə əsasən 825,00 (səkkiz yüz iyirmi beş) manat sığorta ödənişi məbləğinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 855,00 (səkkiz yüz əlli beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur.
4. Məhkəməyə Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, sığorta hadisəsi 22 fevral 2018-ci il tarixdə baş vermişdir. O, Ağdaş Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə mən həmin hadisəni törətdiyinə görə 800 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sığorta haqqında şəhadətnamədən görünür ki, idarə etdiyi Vaz 21063 markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə görə iddiaçı tərəflə aramızda 29 noyabr 2017-ci il tarixdə bir il müddətinə sığorta müqaviləsi imzalanaraq şəhadətnamə verilmişdir. Hadisə zamanı “Mercedes Benz 190” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər iddiaçı tərəfindən 14 may 2018- ci il tarixdə sığorta ödənişi həyata keçirilmişdir. Həmin hadisədən sonra iddiaçı tərəfindən ona ödənilmiş sığorta haqqının subroqasiya qaydasında onlara ödənilməsini tələb etməmişlər. Göründüyü kimi iddiaçı tərəf keçən 7 ilə yaxın müddətdə aralarında yaranmış subroqasiya qaydasında ödənişlə bağlı onu xəbərdar etməmiş, həmin məbləği ondan tələb etməmiş, bununla da qanunvericiliklə iddia müddəti ilə bağlı onlara verilmiş hüquqdan istifadə etməmişdir. İddia tələbində ona qarşı iddia qaldırmaqla əlaqədar iddia müddətinin üzürlii səbəbdən buraxılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair mülki iş üzrə iddiasının iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixində “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı-Yevlax yolunda yolnəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 190” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 825 manat məbləğində zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər olan 825 manat sığorta ödənişi X1 ödənilmiş, nəticədə Cavabdeh subroqasiya qaydasında 825 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq, iddia tələbinin iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi xahiş etmişdir. Hazırkı halda iddiaçının tələbi ümumi iddia müddətinə şamil edildiyindən, məhkəmə hesab edir ki, cavabdehin ərizəsi təmin edilə bilməz.
6. Ağdaş Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli 2(014)-490/2025 saylı qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia qismən təmin olunmuş, Cavabdeh 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377, 386, 936, 1097 və 1108-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixində bağlanmış PAA********** saylı sığorta müqaviləsi "xxxx" ASC-nin 14 mart 2018-ci il tarixli sığorta aktı 14 may 2018-ci il tarixli ödəniş tapşırığı Ağdaş Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 3(014)- 238/2018 saylı qərarı TP ******* saylı, xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cu il tarixli pretenziya məktubu
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həqiqətən də, sığorta hadisəsi 22 fevral 2018-ci il tarixdə baş vermişdir. O, Ağdaş Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə həmin hadisəni törətdiyinə görə 800 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sığorta haqqında şəhadətnamədən görünür ki, idarə etdiyi Vaz 21063 markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə görə iddiaçı tərəflə arasında 29 noyabr 2017-ci il tarixdə bir il müddətinə sığorta müqaviləsi imzalanaraq şəhadətnamə verilmişdir. Hadisə zamanı “Mercedes Benz 190” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər iddiaçı tərəfindən 14 may 2018-ci il tarixdə sığorta ödənişi həyata keçirilmişdir. Həmin hadisədən sonra iddiaçı tərəfindən ona ödənilmiş sığorta haqqının onlara ödənilməsini tələb etməmişlər. Göründüyü kimi, iddiaçı tərəf keçən 7 ilə yaxın müddətdə arasında yaranmış ödənişlə bağlı onu xəbərdar etməmiş, həmin məbləği ondan tələb etməmiş, bununla da qanunvericiliklə iddia müddəti ilə bağlı onlara verilmiş hüquqdan istifadə etməmişdir. İddia tələbində ona qarşı iddia qaldırmaqla əlaqədar iddia müddətinin üzürlü səbəbdən buraxılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəflə arasında sığorta müqaviləsi mövcud olduğuna və həmin müqavilə üzrə öhdəliklər yarandığına görə iddiaçı tərəf normanın tələbinə görə iddiaçı ona qarşı iddia tələbi ilə məhkəməyə 3 il müddətinə müraciət etməli idi. Lakin o bu hüququndan istifadə etməmişdir. Lakin buna baxmayaraq işə baxan məhkəmə iddiaya qarşı iddia müddətinin tətbiqi barədə ərizə olsa da, iddianı təmin etməklə normanın tələbini pozmuşdur.
11. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli 2(014)- 490/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
16. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli 2(014)-490/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən iddia müddətinin tətbiq edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 10-cu bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixində “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı-Yevlax yolunda yolnəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 190” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Hadisə ilə bağlı "xxxx" ASC tərəfindən 825,00 (səkkiz yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ağdaş Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 3(014)- 238/2018 saylı qərarı ilə Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Nəqliyyat hadisəsinin baş verdiyi vaxt cavabdeh “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. “Reqres iddia” (əks tələb)-başqasının vurmuş olduğu ziyanı ödəyən şəxsin, vermiş olduğu ödəniş miqdarında digər şəxsə qarşı tələbidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Subroqasiya hüququ” isə-sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi hazırkı halda öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi - 10 illik iddia müddəti şamil edilir. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsində təsbit olunmuşdur ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Qanunvericilikdə nəzərdə tutulan bu norma, heç də iddia müddətinin zaman ölçüsünü deyil, iddia müddəti axımının başlanması anını müəyyən etmişdir. Bu baxımdan hazırkı halda iddiaçı ilə Cavabdeh arasında bağlanmış sığorta müqaviləsi üzrə yaranması güman edilən mübahisələrə tətbiq edilməli olan iddia müddəti ilə vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti fərqli anlayışlardır. Hazırki halda, iddia ərizəsi məhkəməyə iddiaçı hüququnun pozulduğunu bildiyi andan 7 il sonra verilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia müddətinin 10 il olması səbəbilə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur.
22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli 2(014)-490/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402 -ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli 2(014)-490/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.