Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-666/2024 06.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: icraata xitam verilməsi, ləğv, qaytarma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024cü il tarixli, 2(025)-426/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona icarəyə verilmiş Qəbələ şəhəri, Muxtar Abdıyev küçəsində yerləşən (reyestr nömrəsi **********9-000) 1 mərtəbəli 197.2 kvadrat metr olan qeyri yaşayış sahəsindən cavabdehin çıxarılması, istifadəyə maneələrə son qoyulması, həmin əmlakın ona təhvil verilməsi, icarə haqqı kimi ödənilmiş 1250 manatın və 100 (yüz) manat dövlət rüsumunun cavandehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(025)-426/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-426/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 2(025)-426/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(025)-426/2024 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki işin materialları yenidən araşdırılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi icraata xitam verilməsinə dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı "qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması" tələbi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus ünvan ünvan A.Vasilyev küçəsi) qeyri-yaşayış sahəsindən və həmçinin ona məxsus Qəbələ rayonu, Mirzəbəyli kəndində fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadəsinə maneələrə son qoyulması, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e- 2(025)-921/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması" tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşə apellyasiya və kassasiya məhkəmələrində bir neçə dəfə baxılması nəticəsində həmin qətnamə apellyasiya və kassasiya qaydasında qüvvədə saxlanılmışdır. Beləliklə, hazırkı iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.2-ci maddəsinə görə zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçı şikayətində göstərmişdir ki, cavabdeh tərəfindən ona məxsus Qəbələ şəhəri Muxtar Abdıyev küçəsində yerləşən (reyestr nömrəsi-**********9-000) 1 mərtəbəli 197.2 kvadrat metr olan qeyri yaşayış sahəsi zəbt edilmiş və ona cavabdeh tərəfindən həmin əmlakdan istifadəyə maneələr törədir. Bununla bağlı, bəli, əvvəl məhkəmədə iddia qaldırmışdır. Həmin vaxtı onun iddiasının əsası kimi indiki icarə müqaviləsi olmamışdır. Çünki həmin vaxtı bu müqavilə olmamış və məhkəmə prosesləri bitəndən sonra ona təqdim edilmişdir. O vaxtı iddianın əsas onun həmin əmlaka sahiblik etməyi olmuşdur ki, onu da məhkəmə qəbul etməmişdir. Hazırda o, Əmlak komitəsi ilə icarə müqaviləsi bağlayaraq həmin mübahisəli yeri icarəyə götürmüşdür. Hazırda iddia tələbi və predmeti eyni olsa da, əsas fərqlidir. Əvvəlki iş üzrə nə iddia tələbində, nə də məhkəmə qərarlarında hazırkı iddia tələbinin əsasını təşkil edən xx.xx.2023-cü il tarixli 3941 saylı icarə müqaviləsi olmamışdır. Kollegiya göstərilənlərlə bağlı və əlavə olaraq qeyd edir ki, əvvəlki iddia tələbi ilə iddiaçı cavabdehin ona məxsus ünvan ünvan A.Vasilyev küçəsi) qeyri-yaşayış sahəsindən və həmçinin ona məxsus Qəbələ rayonu, Mirzəbəyli kəndində fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadəsinə maneələrə son qoyulmasını tələb etmişdir. Hazırki iddia tələbi ilə isə Qəbələ şəhəri, Muxtar Abdıyev küçəsində yerləşən (reyestr nömrəsi **********9-000) 1 mərtəbəli 197.2 kvadrat metr olan qeyri yaşayış sahəsindən cavabdehin çıxarılmasını və istifadəyə maneələrə son qoyulmasını tələb edir. Əvvəlki iddiada tələb olunan qeyri-yaşayış sahəsi və 2 ədəd dəmir köşk ilə indi iddiada tələb olunan 1 mərtəbəli 197.2 kvadrat metr olan qeyri yaşayış sahəsinin eyni əmlaklar olub-olmaması iş materialları ilə müəyyən edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu qərarına gələrkən hər iki ddia üzrə iddianın predmeti olan əmlakların eyni əmlaklar olub-olmadığını, o cümlədən hər iki iddianın əsasının eyni olubolmadığını araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(025)-426/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(025)-426/2024 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki işin materialları yuxarıda qeyd olunanların araşdırılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(025)-426/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki işin materialları sonrakı hərəkətlər edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-666/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-666/2024
06.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver