Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-668/2024 06.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı xxxxnın Cavabdeh qarşı borc məbləğinin tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı xxxxnın Cavabdeh qarşı borc məbləğinin tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(037)-9/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi barədə İsmayıllı Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(037)-9/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı xxxx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında xx.xx.2016-cı il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 254.04 manat məbləğində adi faizlər üzrə borc məbləği,xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə,xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış cəmi 2805.41 manat məbləğində zərər (əldən çıxmış fayda),xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 4128.91 manat məbləğində peniya,cəmi 7188.36 manat məbləğində pul vəsaitinin və 91.89 manat dövlət rüsumu məbləğinin və 0.40 manat çəkilmiş xərcin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(037)-9/2023 nömrəli qərardadı ilə iddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki iş üzrə iddia tələbinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 254.04 manat məbləğində adi faizlər üzrə borc məbləğinin tutulmasına dair hissəsi üzrə icraata xitam verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(037)-9/2023 nömrəli qətnaməsi ilə Cavabdeh iddiaçı xxxxnın xeyrinə xx.xx.2013-cü il tarixli **********07113 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə,xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış cəmi 2805.41 manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 535 manat məbləğində peniya və 53.41 manat dövlət rüsumu və 0.40 manat çəkilmiş xərc olmaqla, ümumilikdə cəmi 3394.22 (üç min üç yüz doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğin tutulması, ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsinin iddiaçı ASC “Xalq” Bankının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş, sonuncunun xx.xx.2023-cü il tarixli, 2(107)-1209/2023-cü nömrəli qərardadı ilə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri mümkün hesab edilmişdir. Bir neçə dəfə həmin qərardaddan verilən kassasiya şikayətləri geri qaytarılmış, nəticədə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmış və Cavabdeh işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə maneçilik törətməsi səbəbindən 300 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan verilən şikayət də Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1209/2023 saylı və xx.xx.2024-cü il tarixli, 2(107)-1209/2023 saylı qərardadları ilə geri qaytarılmışdır. Hazırda İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(037)- 9/2023 nömrəli qətnamədən cavabdehin nümayəndəsi vəkil X3 11 mart 2024-cü il tarixdə apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, e-2(037)-9/2023 nömrəli qərardadı ilə vəkil X2 vəsatəti təmin edilməyərək İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-9/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Qərardaddan Cavabdeh nümayəndəsi/vəkil Nümayəndə2 şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(037)-9/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(037)- 9/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsindən Cavabdeh apelyasiya şikayəti vermiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş, sonuncunun xx.xx.2023-cü il tarixli, 2(107)- 1209/2023-cü nömrəli qərardadı ilə verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilmiş, sözügedən qərardada şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar açıq və aydın şəkildə göstərilsə də Cavabdeh bunlara əməl etmədən dəfələrlə eyni məzmunda şikayətlər vermiş və nəticəsə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə Cavabdeh işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə maneçilik törətməsi səbəbindən 300 manat məbləğində pul tutlaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsi tərəfindən Cavabdeh şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün yetərincə müddət verilməsinə baxmayaraq o, həmin müddət ərzində və ondan sonrakı müddətlərdə də həmin nöqsanları aradan qaldırmamış eyni məzmunlu əsaslarla ərizə verməyə davam etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(037)-9/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti tərəfin öz təqsiri üzündən ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir əsas aşkar edilmir. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Həmin Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(037)-9/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(037)-9/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(037)-9/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-668/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-668/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver