Məhkəmə qərarları › İş №2(107)-67/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-67/2023

17.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-67/2023 17.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı bağlanmış su yolunun açılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: su yolunun açılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı bağlanmış su yolunun açılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 1 iyun 2022-ci il tarixli 2(039)-538/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı1 RX seriyalı ******* nömrəli çıxarışla 3.1956 hektar, İddiaçı2 RX seriyalı ******* nömrəli çıxarışla 1.1801 hektar, İddiaçı3 RX seriyalı ******* nömrəli çıxarışla 2.5109 hektar və İddiaçı4 RX seriyalı ******* nömrəli çıxarışla 2.5109 hektar Yevlax rayonu, Rüstəmli kəndində mülkiyyətlərində torpaq sahələri vardır. Həmin torpaq sahələrinə gedən su yolu Cavabdeh istifadəsində olan torpaq sahəsindən keçir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı bağlanmış su yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən bağlanmış, Yevlax rayonu, Rüstəmli kəndində RX ******* saylı, RX ******* saylı, RX ******* saylı, RX ******* saylı çıxarışlar əsasında onlara məxsus torpaq sahəsinə gedən su yolu açılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini və ödənilmiş ekspertiza xərcinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.

4. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, onlar Yevlax rayonu, Rüstəmli kəndinə yaşayırlar. Həmin kənd ərazisində onlara və ailə üzvlərinizə kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmiş və mülkiyyət hüququna dair sənədləri qaydasındandır. Torpağı qanuni əsaslarla istifadə etməklərinə baxmayaraq, cavabdeh həmin torpaqlara illərdir gedən su yolunu qeyri qanuni olaraq bağlamışdır. Belə ki, su yolunu şumlayaraq orada əkin əkmişdir. Bu səbəbdən də onlar torpaqlarından əkinlərini sulaya bilmirlər. Əkin məhv olur. Dəfələrlə su yolunun açılmasını cavabdehdən tələb etsələr də, cavabdeh su yolunu açmaqdan imtina edir.

5. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 İddiaçı1 izahatına yuğun, eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdilər.

6. Cavabdeh məhkəmə iclasında izah etdi ki, onun 7.05 ha torpaq sahəsi vardır. Yerləri əskik gəldiyindən su yolunu bağlamışdır. Onun torpağının çatışmaya hissəsi verilsin o da su yolunu açacaq.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılara Yevlax rayonu, Rüstəmli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. İddiaçılar cavabdehə qarşı torpaq sahəsinə gedən su yolun açılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində qeyd edilmişdir ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən iddiaçılara məxsus torpaq sahələrinə gedən su yolunun bir hissəsi Cavabdeh tərəfindən bağlanmışdır. Mübahisəli su yolunun 0.13 ha hissəsi cavabdeh tərəfindən üzəri bağlanmaqla istifadə edilir.

8. Yevlax rayonu, Rüstəmli kəndində yerləşən İddiaçı1 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı2 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı3 RX seriyalı ******* nömrəli çıxarışla və İddiaçı4 RX seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahələrinə gedən su yolunun cavabdeh tərəfindən bağlanmış 0.13 ha hissəsi açılmalıdır. Cavabdehdən 250 manat ekspertiza xərci və 100 manat dövlət rüsumu tutularaq İddiaçı1 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

9. Yevlax Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(039)-538/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin edilmiş, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən İddiaçı1 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı2 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı3 RX seriyalı ******* nömrəli çıxarışla və İddiaçı4 RX seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahələrinə gedən su yolunun Cavabdeh tərəfindən bağlanmış 0.13 ha hissəsinin açılması, Cavabdeh 250 manat ekspertiza xərci və 100 manat dövlət rüsumunun tutularaq İddiaçı1 verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 170-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin **********8 saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışıdan məlum olur ki, İddiaçı1 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 3.1956 hektar torpaq sahəsi vardır.

12. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışıdan məlum olur ki, İddiaçı2 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 1.1801 hektar torpaq sahəsi vardır.

13. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışıdan məlum olur ki, İddiaçı3 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 2.5109 hektar torpaq sahəsi vardır.

14. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışıdan məlum olur ki, İddiaçı4 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 3.10 hektar torpaq sahəsi vardır.

15. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 yanvar 2022-ci il tarixli 04 saylı arayışından məlum olur ki, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 məxsus torpaq sahəsini suvarmaq üçün su arxından uzun müddətdir istifadə edirdilər. Həmin arx Cavabdeh tərəfindən əkilərək su arxı ləğv edilmişdir. Dəfələrlə rayon rəhbərliyi və icra nümayəndəliyi, kənd Bələdiyyəsinin sədrinin söhbətlərinə məhəl qoymur.

16. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 aprel 2022-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı1 250 manat ekspertiza xərci ödəmişdir.

17. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 05 aprel 2022-ci il tarixli M/03 saylı rəyindən görünür ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən iddiaçılara məxsus torpaq sahələrinə gedən su yolunun bir hissəsi Cavabdeh tərəfindən bağlanmışdır. Mübahisəli su yolunun 0.13 ha hissəsi cavabdeh tərəfindən üzəri bağlanmaqla istifadə edilir.

18. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə hazırki qərarı qəbul edərkən ‘X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin 05 aprel 2022- ci il tarixli M/03 saylı rəyinə əsaslanmışdır. Həmin rəydə bildirilir ki, Rüstəmli kəndində yerləşən iddiaçıya məxsus torpaq sahəsinə gedən su yolunun bir hissəsi cavabdeh X4 tərəfindən bağlanmışdır. Mübahisəli su yolunun 0,13 ha lissəsi cavabdeh tərəfindən üzəri bağlanmaqla istifadə edilir. İşdən görüldüyü kimi məhkəmə mübahisəli üstü bağlanmış arxın onun mülkiyyətinə aid olan torpaq sahəsində yerləşməsini, həmçinin su arxının başqa alternativ yerlərdən keçməsinin mümkünlüyünü müəyyən etmək istəməmişdir.

20. Cavabdeh mülkiyyətində ailə başçısı olaraq 7,06 ha torpaq sahəsi vardır. Onlar şəhid ailəsi olduğundan həmin torpaq sahəsinin bütöv bir ailənin yeganə iş və qazanc yeri olaraq əkib becərirdilər. Onların ümumibirgə mülkiyyətinə 7,06 ha pay torpaq sahəsi verilmişdir. Bu barədə torpağın mülkiyyət hüququna dair JN-0011 kod 90106028 saylı dövlət aktı verilmişdir. O, bütün ailə üzvlərində birlikdə mülkiyyətiçidir. Onun torpaq sahəsinin hüdudları müəyyən edilmədən mübahisəli arx deyilən yerin onun mülkiyyətinə aid olan torpaq sahəsinin daxilində olub olmaması aidıyyatı xidmət sahəsi tərəfindən əvvəlcədən müəyyənləşdirilməli, bundan sonra tələbə aid məsələyə baxılmalıdır. Kiminsə onun mülkiyyətində olan torpaq sahəsinin qazıb özünə su çəkməsi, hər bir halda qanuni əsaslarla olmalıdır. O, öz mülkiyyətindən su arxının keçməsini istəmir. Bu hal onun torpağını şorlaşdırır. Böyük bir həcmdə mülkiyyətinə düşən torpaq sahəsindən istifadə etməməyinə imkan yaradır. Onun iddiaçının özünə və ya babasına hər hansı bir borcu və öhdəliyi yoxdur ki, onlar bu qanunsuzluğu etsin. Yevlax rayon Məhkəməsi hazırki ədalətsiz qərarını qəbul edərkən öz yazısına və rəyinə cavabdehlik daşımayan X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin əhəmiyyət kəsb etməyən rəyinə əsaslanmışdır. Məhkəmə həmin rəylə kifayətlənmişdir. Halbuki məhkəmə onun mülkiyyətinə aid olan torpaq sahəsinin düz üstündən bu su arxının keçməsini müəyyən etmək üçün torpaq sahəsinin yerini, döngələrini, bu su arxının mülkiyyətinə aid olan torpaq sahəsindən keçibkeçməməsini, müəyyən edən səlahiyyətli dövlət orqanında aidiyyatı ekspert və mütəxəssislə müəyyənləşdirməmişdir. Eynilə ekspert və mütəxəssis qarşısında əlavə su arxının keçidi ilə əlaqədar alternativ keçidin olub-olmamasını müəyyən etməmişdir. Bununla da şəhid ailəsinə aid torpaq sahəsinin böyük bır hissəsini su arxı adı altında əlimizdən almışdır. O, bütün bunları nəinki qəbul edir, hesab edir ki, maddi hüquq normaları pozulmaqla, məhkəmə də ədalətsiz qərar qəbul edilmişdir.

21. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(039)- 538/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(039)-538/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

24. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.6 Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(039)-538/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

30. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçılar qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

31. Hazırki iş üzrə Yevlax rayonu, Rüstəmli kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı3 mülkiyyətində olan torpaq sahəsinin və RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı4 mülkiyyətində olan torpaq sahəsinin və Cavabdeh JN-0011 kod 90106028 saylı dövlət aktına əsasən ailə üzvləri ilə birlikdə mülkiyyətində olan 7,06 ha torpaq sahəsinin sənəd üzrə və naturada hansı ölçülərdə mövcud olub-olmaması məsələsinə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətlərində olan torpaq sahələrini suvarmaq üçün su yolunun mövcud olub olmaması məsələlərinə, əgər su yolu mövcuddursa, onun hansı ölçülərdə və kimə məxsus torpaq sahəsində mövcud olması məsələsinə, su yolu mövcud olduğu təqdirdə, həmin yolun Cavabdeh tərəfindən hansı ərazilərdə və hansı ölçülərdə bağlanması məsələsinə, iddiaçılara məxsus torpaq sahəsinin suvarılması üçün alternativ su yolunun olub-olmaması məsələsinə və alternativ su yolu mövcud olduğu təqdirdə, hansı su yolunun daha səmərəli olması məsələsinə, həmçinin iddiaçıların torpaq sahələrinin suvarılması üçün nəzərəd tutulan su yolunun mövcud olması və istifadə edilməsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsinə şoranlaşma və ya digər hər hansı mənfi təsirlərinin olub-olmaması məsələlərinə aydınlıq gətirilməli olduğundan Şəki Apellyasiya Məhkəməsinin 2 noyabr 2022-ci il tаrixli, 2(107)-1253/2022 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmçinin mütəxəssis rəyinin alınması qərara alınmış və rəyin verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi”nə həvalə edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 17 mart 2023-cü il tarixli 10/523 nömrəli rəyində göstərilmişdir: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışla iddiaçı llyasov Sərdar Qəhrəman oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsinin, RX seriyalı ******* nömrəli çıxarışla iddiaçı llyasov Niyaz Məmməd oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsinin, RX seriyalı ******* nömrəli çıxarışla iddiaçı X7 mülkiyyətinə verilmiş torpaq sahəsinin və RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı4 mülkiyyətinə verilmiş torpaq sahəsinin və Cavabdeh JN-0011 kod 90106028 saylı dövlət aktına əsasən ailə üzvləri ilə birlikdə mülkiyyətində olan 7.06 ha torpaq sahəsinin ölçüləri naturadakı ölçülərlə eynilik təşkil edir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakını Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçılar llyasov Sərdar Qəhrəman oğlunun, llyasov Niyaz Məmməd oğlunun, X7 və İddiaçı4 mülkiyyətlərində olan torpaq sahəslərini suvarmaq üçün su yolu Yevlax rayonu, Rüstəmli kəndinin (Rüstəmli təsərrüfatının) xəritə materiallarına (DWCtorpaq islahatlarının nətcələrini özündə əks etdirəm kompleks yerquruluşu layihəsi) nəzərdə tutulmuşdur. Naturada mövcud deyil. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, su yolu naturada mövcud deyil. İddiaçıların naturada göstərdikləri və iddia etdikləri su yolu cavabdeh X5 və onun ailə üzvləri ilə birlikdə mülkiyyətinə JN-0011 kod 90106028 saylı dövlət aktı əsasında verilmiş torpaq sahəsindən kənarından Qaraməmmədli bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən keçir. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakını Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu Rüstəmli kəndinə aid “X6 X10 i”ndə olan xəritədə qeyd edilmiş, naturada mövcud olmuş 394 m (0.16 ha) su yolu Cavabdeh tərəfindən bağlanmışdır. Qərardadın 5-ci, 6-cı və 7-ci suallları üzrə: Ərazi idarəsinin səlahiyyətinə aid olmadığından tədqiqat aparılmamışdır.

32. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 170.3-cü maddəsi çıxış edir. Həmin normaya əsaslanan tələb o halda təmin oluna bilərdi ki, normanın dispozisiya şərti kimi müəyyən olunmuş hal – aşağı mülkiyyətçiyə əvvəllər yuxarı mülkiyyətçinin ərazisindən təbii yolla su gəlməsi – təsdiq olunsun. Yəni yuxarı mülkiyyətçinin mülkiyyətindən əvvəllər təbii yolla suyun keçib aşağı mülkiyyətçiyə keçməsi, yuxarı mülkiyyətçi üçün həmin suyu kəsməmək öhdəliyi, bundan gələn təsirlərə dözmək vəzifəsini yaradır. Göründüyü kimi, mübahisəli torpaq sahələrinin tam mülkiyyət hüququ ilə hazırki iş üzrə iddiaçılara məxsus olması, həmin torpaq sahələrinə su yolunun nəzərdə tutulması, həmçinin həmin su yolunun hazırki iş üzrə cavabdehin torpaq sahəsinin kənarından Qaraməmmədli bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən keçməklə cavabdeh tərəfindən bağlanmış olması mütəxəssis və ekspert rəyləri ilə təsdiq edilmişdir.

33. Bu qətnamənin 25-ci bəndində qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi.

34. Beləliklə də iş materiallarından aydın olur ki, iddiaçılara məxsus olan torpaq sahəsinə su arxı cavabdehə məxsus torpaq sahəsinin kənarından keçməklə uzun illər həmin arxdan istifadə olunmuşdur. İddiaçıya məxsus həyətyanı sahəyə başqa alternativ ərazidən su xəttinin aparılması mümkün deyil. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehin bu kimi hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndiriliməlidir. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

35. Məhkəmə kollegiyası, əlavə olaraq, ekspertiza qarşısında qoyulmuş 5-6-cı suallara cavab verilməməsi ilə bağlı qeyd edir ki, hal-hazırda ekspert rəyi ilə su yolunun cavabdeh X5 və onun ailə üzvləri ilə birlikdə mülkiyyətinə JN-0011 kod 90106028 saylı dövlət aktı əsasında verilmiş torpaq sahəsinin kənarından Qaraməmmədli bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən keçdiyi müəyyən edildiyindən həmin suallarda göstərilmiş məsələlərin aydınlaşmasına zərurət aradan qalxmışdır.

36. Bundan başqa, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 17 mart 2023-cü il tarixli 10/523 nömrəli rəyində 0.16 ha su yolunun cavabdeh tərəfindən bağlandığı müəyyən edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən su yolunun 0.13 ha hissəsinin açılması təmin edilmiş, iddiaçılar isə qətnaməni mübahisələndirməmişlər. MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki apellyasiya baxışı cavabdehin verdiyi apellyasiya şikayəti əsasında başlandığından, hazırki apellyatorun ziyanına qətnamə qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmamışdır.

37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(039)-538/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(039)-538/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar