Məhkəmə qərarları › İş №2(107)-671/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-671/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-671/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1769/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1769/2020 nömrəli qətnaməsi ilə iddiа tələbi təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx xxxxxx 2012-ci il təvəllüdlü Aynur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-811/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq uşaq üçün cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməklə Cavabdeh alınıb İddiaçı verilməsi və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub elektron hökümət portalına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx xxxxxx 2012-ci il təvəllüdlü Aynur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək əsasən ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxx 2012-ci il tarixdə Aynur adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə cavabdehlə ayrılmış, ayrıldıqdan sonra azyaşlı uşaq onun yanında qalmışdır. Hazırda da uşaq onun yanında yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 130 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ uşağı saxlamaq üçün yetərli deyildir. Uşağın qidalanması və geyimi ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə uşağını təkbaşına saxlaya bilmir. Cavabdehin əmək haqqı iki dəfə artsa da, aliment ödənişindən əlavə ona hər hansı maddi köməklik göstərmir. Odur ki, iddianın təmin edilərək, xx xxxxxx 2012-ci il tarixdə doğulmuş Aynur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulub ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək verdiyi izahatında göstərmişdir ki, o, xx xxxxxx 2012-ci il tarixdə doğulmuş Aynur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının ¼ hissəsinin aliment kimi tutulub iddiaçıya verilməsinə etiraz etmir, lakin başqa gəlirlərindən tutulmanın aparılmasına razı deyil. Belə ki, o, X2 ilə yeni ailə qurmuş və həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşdur. Ona görə də, qətnamə qəbul olunarkən izahatında göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1769/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apellyasiya şikayəti Cavabdeh tərəfindən onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə onun birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş Aynurun saxlanması üçün uşaq yetkinlik yaşına çatanadək hər ay 130 manat sabit pul məbləğində alimentin ondan tutulub İddiaçı verilməsi qət edilmişdir. İndiyədək həmin aliment məbləğini heç bir gecikmə olmadan ödəmişdir. xx.xx.2018-ci il tarixdə ikinci dəfə rəsmi nikah bağlayaraq X3 ilə ailə qurmuş və birgə nikahlarından xx xxxx 2019-cu il təvəllüdlü Yusif adlı bir övladları anadan olmuşdur. Hal-hazırda ailəsi 3 (üç) nəfərdən ibarətdir. İkinci dəfə ailə qurduqdan və uşaq dünyaya gəldikdən sonra maddi və ailə vəziyyətində dəyişiklik olsa da, yəni aylıq dolanışıq və digər ailə xərcləri artsa da, o, 130 manat alimenti ödəmişdir. Lakin, indiki vəziyyətdə artırılmış alimentin ödənilməsində çətinlikləri olmasına baxmayaraq məhkəmə işin bu hallarını nəzərə almamışdır. Belə ki, 506 manat əmək haqqından hər ay “xxxx” ASC-yə kredit borcu ödəyir, İddiaçı qızıl-zinət əşyaları tələbi ilə əlaqədar məhkəmə qətnaməsi əsasında qazancından hər ay ödəniş edir, habelə hər ay 130 manat aliment ödəyir. Ona aylıq qazancından (əmək haqqından) cəmi 80-90 manat pul qalır. Hazırkı vəziyyətdə o, həm də 3 nəfərdən ibarət ailəsinin də ailə başçısı kimi heç olmasa gündəlik ərzaq tələbatını təmin etməlidir. Həyat yoldaşı heç yerdə işləmir, körpə uşağa baxır. Ona görə də hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 1769/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1769/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Cavabdehin yeni işə qəbul edilməklə maddi vəziyyətinin yaxşılaşması, alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar uşağın saxlanılması üçün minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay uşaq üçün 130 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşağın maddi tələbatlarını təmin etmədiyi açıq-aşkardır. Buna görə də işə baxan məhkəmə hesab etmişdir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla, uşağın maraqlarını əsas tutaraq, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının cavabdehin aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməsi uşağın mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi, nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. İşdə olan AZ-İİİ 021611 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx xxxxxx 2012-cü il tarixdə Aynur adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-811/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan xx.xx.2011-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 361 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2012-ci il tarixdə doğulmuş Aynur adlı uşaq anası İddiaçı yanında qalmış və xx xxxxxx 2012-cü il təvəllüdlü Aynur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi DYMX-nin Mingəçevir Şəhər Dövlət X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 37/39099 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən Mingəçevir ŞDYMD-nin böyük yanğınsöndürəni vəzifəsində xidmət edir və ona hesablanmış əmək haqqı 714.65 manat, plastik karta yüklənən məbləğ isə 506.24 manat təşkil edir. İşdə olan AZ-İİ 223070 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X3 ilə xx.xx.2018-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əsgərova soyadı verilmişdir. İşdə olan AZ-İV 297870 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından xx xxxx 2019-cu il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Hazırkı iş üzrə iddiа tələbinin hüquqi əsаsını Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 112-ci mаddəsi təşkil edir. Lаkin iddiа tələbinin həllində bаşqа hüquq nоrmаlаrı dа nəzərdən keçirilməlidir. Bu bаxımdаn qeyd оlunmаlıdır ki, Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 34-cü mаddəsinə görə uşаqlаrа qаyğı göstərmək, оnlаrı tərbiyə etmək vаlideynlərin həm hüququ, həm də bоrcudur. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 75-ci mаddəsinə görə, vаlideynlər uşаqlаrını sаxlаmаğа bоrcludurlаr... Vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi... Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu miqdar məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, ... məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşаq hüquqlаrı hаqqındа» Kоnvensiyаnın 3-cü mаddəsinə görə, sоsiаl təminаt məsələləri ilə məşğul оlаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti оrqаnlаr, yаxud qаnunvericilik оrqаnlаrı tərəfindən həyаtа keçirilib-keçirilməməsindən аsılı оlmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşаq hüquqlаrı hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnunun 3-cü mаddəsinə görə, uşаqlаr bаrəsində dövlət siyаsəti hər bir uşаğın zəruri mаddi və məişət şərаitində böyüyüb tərbiyə оlunmаsının, mütərəqqi tələblər əsаsındа təhsil аlmаsının, lаyiqli vətəndаş kimi fоrmаlаşmаsının təmin edilməsinə yönəldilir. Həmin Qаnunun 5-ci mаddəsində deyilir ki, dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 8-ci mаddəsinə görə, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. Həmin Qаnunun 13-cü mаddəsinə əsаsən, uşağın Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dоlаnаcаq xərclərindən аz оlmаyаn mаddi təminаt аlmаq huququ vаrdır. «Аzərbаycаn Respublikаsındа yаşаyış minimumu hаqqındа» Аzərbаycаn Respublikаsının Qаnununа əsаsən, uşаqlаr üçün yаşаyış minimumu 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 mаnаt müəyyən оlunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Digər tərəfdən, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qanunvericiliyin mənasına görə məhkəmə tərəfindən alimentin qazancın (gəlirin) müəyyən hissəsi kimi və ya hər ay ödənilməli olan sabit pul məbləğində, yaxud eyni zamanda həm sabit pul məbləğində və həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi təyin olunması məsələsi aliment almaq hüququ olan valideynin istəyindən, yəni onu hansı variantın qane etməsindən asılıdır. İşin hallarından göründüyü kimi, tərəflər 2011-ci ildə ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxx 2012-cü il tarixdə Aynur adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmış və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 130 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Nikah pozulduqdan və sabit pul məbləğində aliment müəyyən olunduqdan sonra cavabdeh Mingəçevir ŞDYMD-nin böyük yanğınsöndürəni vəzifəsinə işə qəbul edilmişdir. Ondan sonra cavabdehin qazancı müntəzəm və sabit olmuşdur. Ona görə də iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etmişdir. İddiaçının tələbi qanuna müvafiq olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq bir uşağın saxlanması üçün iddiaçının xeyrinə cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında aliment təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2012-ci il təvəllüdlü Aynur Əsgərzadənin saxlanması üçün ondan alimentin əmək haqqının hissəsi ilə tutulmasına etiraz etməsi və həmin alimentin ondan əvvəlki qaydada sabit pul məbləği ilə tutulmasını tələb etməsi, bununla əlaqədar cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və qəbuledilməzdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi xx xxxxxx 2012-ci il tarixdə doğulmuş Aynur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)- 811/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməklə Cavabdeh alınıb İddiaçı ödənilməsini qət etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsı MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi isə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir, ona görə də apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1769/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1769/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar