Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-672/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiаçı İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı «kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün, vurulmuş ziyanın ödənilməsi» tələbinə dаir iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən Cavabdeh2tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlаyаrаq, İşin halları: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı «kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün, vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 2008-8/125028-157 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 19643.01 ABŞ dolları kredit borcu, 1222.97 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 245.28 ABŞ dolları penya olmaqla, cəmi 21111.26 ABŞ dolları borcun, həmçinin 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.6 m2, yaşayış sahəsi 54.4 m2, yardımçı sahəsi 27.2 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, onların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.6 m2, yaşayış sahəsi 54.4 m2, yardımçı sahəsi 27.2 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra, onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsi ilə (hakim Elxan Babayev) iddiа qismən təmin еdilmiş, Cavabdeh1 ilə «Bаnk Rеspublikа» АSC arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 2008-8/125028-157 saylı kredit müqaviləsinə xitam verilməsi, 19643.01 АBŞ dоllаrı əsаs, 1222.97 АBŞ dоllаrı fаiz, 245.28 АBŞ dоllаrı penya (cərimə), cəmi 21111.26 АBŞ dоllаrı məbləğində bоrcun ödəniş günü üçün Mərkəzi Bаnkın müəyyən еtdiyi rəsmi məzənnə üzrə mаnаt hеsаbı ilə, həmçinin ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumunun Cavabdeh1 alınıb iddiaçı «Bаnk Rеspublikа» АSC-nin хеyrinə verilməsi, tələb üzrə tutmаnın ünvan 2 A ünvanında yerləşən ümumi sahəsi 81.6 m2, yaşayış sahəsi 54.4 m2, yardımçı sahəsi 27.2 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin аçıq hərrаcdаn sаtılması, ilkin sаtış qiymətinin 40.000 (qırx min) manat müəyyən еdilməsi, fərdi yaşayış evinin sаtışındаn əldə оlunmuş pul vəsаiti hеsаbınа Cavabdeh1 İddiaçı-yə оlаn bоrcunun ödənilməsi, ünvan 3 A ünvanında yerləşən ümumi sahəsi 81.6 m2, yaşayış sahəsi 54.4 m2, yardımçı sahəsi 27.2 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi аçıq hərrаcdаn sаtıldıqdаn sоnrа ən gеci 1 аy müddətində fərdi yaşayış evinin bоşаldılması, iddianın qalan hissəsinin əsassız hesab edilərək təmin edilməməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1tərəfindən apellyаsiyа şikаyəti verilmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası şikayət qətnamənin tam ləğv edilməsinə yönəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6ci maddəsinin tələblərinə uyğun olaraq qətnaməni tam yoxlamışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(107)- 402/2017 nömrəli qətnaməsi ilə iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmış, cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra Abdullayeva (İmanova) Gülnar Zenit qızı Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki işə Göyçay Rayon Məhkəməsində xx xxxxxx 2016-cı il tarixdə baxılaraq qətnamə çıxarılmış, qətnamənin surəti poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti xx xxxxxx 2016-cı il tarixdə Göyçay Rayon Məhkəməsinə daxil olmuş, apelyasiya şikayəti baxılması üçün mülki iş materialı ilə birlikdə xx xxxxxx 2016-cı il tarixdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinə xx xxxx 2017-ci il tarixdə baxılaraq apelyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)- 1570/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə 2(107)-402/2017 nömrəli qətnamə qəbul edilmişdir. Qətnamənin surəti xx xxxxx 2017-ci ildə tərəflərə göndərilmiş, xx xxxxx 2017-ci ildə Cavabdeh1, xx xxxxx 2017-ci ildə isə Abdullayeva (İmanova) Gülnar Zenit qızı tərəfindən poçt göndərişinin alınması barədə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə xx xxxx 2017-ci ildə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ hər kəsin hüquqlarının əsas müdafiə forması olmaqla, tərəflərin mövcud hüquq və vəzifələrinin müəyyən edilməsini və qanunun düzgün tətbiqini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində də hər kəsin qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə aktlarından apellyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur. Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (X1rşı iş üzrə xx xxxx 2009-cu il tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə x xxxxxx 2009-cu il tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə belə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə xx xxxxxx 2012-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsində apellyasiya məhkəmələrinin qətnamə və qərardadlarından kassasiya şikayəti verilməsi hüququ nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər kassasiya şikayəti ilə müraciət etmək hüququna malikdirlər. İşdə iştirak etməyə cəlb olunmayan, apellyasiya instansiyası məhkəməsinin aktı ilə maraqlarına toxunan şəxslərin hüquqlarının müdafiəsi Mülki Prosessual Məcəllədə təsbit edilmişdir. Həmin Məcəllənin 403.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Azərbaycan Respublikasının MPM-nin - 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. - 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə qərarlarından şikayət etmək hüququna malikdirlər. - 423-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının və İnzibati-İqtisadi kollagiyasının qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə baxmayaraq iş materiallarından görünür ki, cavabdeh Abdullayeva (İmanova) Gülnar Zenit qızı Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən apelyasiya şikayəti deyil Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(107)-402/2017 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən edilmiş müddətdə və qaydada kassasiya şikayəti verməli idi. Yuxarıda qeyd edildiyi kimi Abdullayeva (İmanova) Gülnar Zenit qızının cavabdeh olduğu iş üzrə apelyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş və qanuni qüvvəsini almışdır. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən Cavabdeh1tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-cı il tarixli, 2(107)-402/2017 nömrəli qətnaməsi ilə təmin edilmədiyindən və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanıldığından, həmin qətnamə qanuni qüvvəsini aldığından iş üzrə cavabdeh olan Abdullayeva (İmanova) Gülnar Zenit qızı iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış xx xxxx 2017-cı il tarixli, 2(107)-402/2017 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri həmin məhkəmənin Mülki Kollegiyasının qərarlarından təqdimat vermək hüququna malikdir. Abdullayeva (İmanova) Gülnar Zenit qızına izah olunmalıdır ki, şikayəti vəkillə işdə iştirak edən şəxs verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. (366.1) Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. (366.2) Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. (366.3) Apellyasiyanın qeyrimümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. (366.4) Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən cavabdeh Abdullayeva (İmanova) Gülnar Zenit qızının verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Abdullayeva (İmanova) Gülnar Zenit qızına izah edilməlidir ki, iş üzrə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(107)-402/2017 nömrəli qətnaməsindən təqdimat vermək üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə şikayət verə bilər. Şikayət vəkil tərəfindən tərtib edilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən cavabdeh Abdullayeva (İmanova) Gülnar Zenit qızının verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Abdullayeva (İmanova) Gülnar Zenit qızına izah edilsin ki, iş üzrə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(107)-402/2017 saylı qətnaməsindən təqdimat vermək üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə şikayət verə bilər. Şikayət vəkil tərəfindən tərtib edilməlidir. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-672/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-672/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver