Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-676/2021 16.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - «xxxx» KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-715/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-715/2020 saylı (hakim İbrahim Fəttahov) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 846.14 ABŞ dolları əsas, 24.37 ABŞ dolları faiz olmaqla, cəmi 870.51 ABŞ dolları kredit borcunun Azərbaycan manatına məzənnəsi və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq «xxxx» KB ASC-nin hesabına ödənilməsi, dövlət rüsumunun kəsiri olan 10 manatın Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı «xxxx» KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1606.11 ABŞ dolları əsas kredit borcu, 236.08 ABŞ dolları faiz borcu və 69.56 ABŞ dolları cərimə olmaqa olmaqla, cəmi 1911.75 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2016-cil tarixli, 2(046)-2956/2016-cı il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə 1606.11 ABŞ dolları əsas kredit borcu, 236.08 ABŞ dolları faiz borcu və və 69.56 ABŞ dolları cərimə olmaqa olmaqla, cəmi 1911.75 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumu xx xxxxxx 1969-cu il tarixdə Göyçay rayonunun Qarayazı kəndində anadan olmuş, Göyçay rayonunun Qarayazı kəndində qeydiyyatda olan Cavabdeh1 və xx xxxxxx 1964-cü il tarixdə Göyçay rayonunun Qarayazı kəndində anadan olmuş, Göyçay rayonunun Qarayazı kəndində qeydiyyatda olan Cavabdeh2 müştərək qaydada tutularaq Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 160A saylı ünvanda yerləşən kreditor “xxxx” Kommersiya Bankı ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin məhkəmə əmrinə borclu Cavabdeh2 tərəfindən etiraz edildiyindən Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadına əsasən Göyçay Rayon Məhkəməsinin xx xxxx 2016-cil tarixli, 2(046)-2956/2016-cı il tarixli məhkəmə əmri ləğv edilərək iddia icraatına keçirilmişdir. Mülki işin birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı xxxx” Kommersiya Bankı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərdən tutulmalı olan məbləğin azaldılaraq 846.14 ABŞ dolları əsas və 24.37 ABŞ dolları olmaqla, cəmi 870.51 ABŞ dolları təşkil etdiyindən həmin məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni qəbul edərək iddia tələbinə 870.51 ABŞ dolları həcmində baxmışdır. İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X3 birinci instansiya məhkəməsinə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh1 ilə «xxxx» KB ASC arasında xx.xx.2014-cü il tarixdə 60 ay müddətinə 30000 manat, xx.xx.2019-cu il tarixinədək müddət ərzində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 32 faiz ödəmək şərtilə 3100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 «xxxx» KB ASC qarşısında öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Cavabdeh1 iddia ərizəsində qeyd olunan kredit borcundan ödənişlər etmiş və nəticədə banka 846.14 ABŞ dolları əsas, 24.37 ABŞ dolları faiz olmaqla, cəmi 870.51 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə cavabdehlərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh2 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli qərarları ilə həmin tarixə ABŞ dollarının rəsmi məzənnəsi Azərbaycan manatına nisbətdə iki dəfə bahalanmışdır. Ona görə də, cavabdehin maliyyə vəziyyətinin ağırlaşması və iddiaçı tərəfin heç bir konstruktiv addım atmaması səbəbindən bu günədək ödəniş edilməsi mümkün olmamışdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi isə cavabdehin hazırkı məzənnə ilə ödəniş həyata keçirməsini mümkünsüz etmiş, maliyyə yükünün müqavilədə nəzərdə tutulmuş ödəniş qrafikindən çox fərqləndirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində sözügedən mübahisəli valyuta ilə verilmiş kreditin icra ediləcəyi tarixə hansı məzənnə ilə ödəniləcəyi açıq buraxılmışdır ki, bu da məhkəmə qətnaməsinin qeyri müəyyənliyi deməkdir. Çünki borclu indi kredit müqaviləsi üzrə öhdəliklərini icra etmək istədikdə iddiaçı onu ABŞ dollarının hazırkı məzənnəsi üzrə tələb edir və bu tələbini müqavilə ilə əsaslandırır. Lakin tərəflər arasında yaranmış öhdəliklərin əsasını təşkil edən bu müqavilələrdə belə bir tələb yoxdur. Ona görə də, Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-715/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən «xxxx» KB ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-715/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh1 ilə «xxxx» KB ASC arasında xx.xx.2014-cü il tarixdə 60 ay müddətinə 30000 manat, xx.xx.2019-cu il tarixinədək müddət ərzində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi barədə müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə üzrə Cavabdeh2 Cavabdeh1 verilmiş kreditin təminatı kimi «xxxx» KB ASC-nin qarşısında öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2014-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, “«xxxx»” KB ASC ilə Cavabdeh1 arasında 18 ay müddətinə illik 32 faiz ödəmək şərtilə 3100 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2020-ci il tarixə 846.14 ABŞ dolları əsas, 24.37 ABŞ dolları faiz olmaqla, cəmi 870.51 ABŞ dolları kredit borcu vardır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə «xxxx» KB ASC arasında xx.xx.2014-cü il tarixdə 60 ay müddətinə 30000 manat, xx.xx.2019-cu il tarixinədək müddət ərzində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 32 faiz ödəmək şərtilə 3100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 «xxxx» KB ASC qarşısında öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Cavabdeh1 iddia ərizəsində qeyd olunan kredit borcundan ödənişlər etmiş və nəticədə banka 846.14 ABŞ dolları əsas, 24.37 ABŞ dolları faiz olmaqla, cəmi 870.51 ABŞ dolları kredit borcu qalmışdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1.-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 ilə iddiaçı ləğv prosesində olan «xxxx» KB ASC arasında bağlanmış kredit sazişi Cavabdeh2 zaminliyi ilə təmin edildiyinə görə zamin bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası Cavabdeh2 оğlu tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamış, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-715/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-715/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-676/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-676/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver