Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-679/2025 03.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(051)-2/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Kreditor İddiaçı İB borclu Cavabdeh qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 479.83 manat borcun yarandığını iddia edir.
Birinci instansiya məhkəməsində icraat:
2. Kreditor İddiaçı İB borclu Cavabdeh qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 479.83 manat borcunun abonentin **********00420 saylı koduna və 20.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun isə borcludan tutularaq İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.
3. Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2(051)-4587/2017 saylı məhkəmə əmri ilə borclu Cavabdeh 479.83 manat abonentin **********00420 saylı koduna, 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına ödənilməsi əmr edilmişdir.
4. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-2711/2024 saylı qərardadı ilə borclu Cavabdeh tərəfindən verilmiş yazılı etiraza əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2(051)-4587/2017 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatında baxılması qərara alınmışdır.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Tərtər X10 İdarəsinin Mingəçevir üzrə xidmət sahəsində kod **********00420, xx.xx.2017-ci il, 324 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. İddiaçı İB-nin Tərtər RQİİ-nin Mingəçevir üzrə xidmət sahəsi tərəfindən Cavabdeh mənzilinə ******* nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı İB-nin Tərtər RQİİ-nin Mingəçevir üzrə xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində **********6 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2017-ci il tarixdən yaranmağa başlamışdır. Belə ki, sayğac vasitəsilə 26015 m3 , yəni 2601.50 manat məbləğində təbii qazdan istifadə etmişdir. Hazırda istifadə etdiyi təbii qaza görə abonentin 479.83 manat borcu yaranmışdır. Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də cavabdeh həmin məbləği hələ də ödəməmişdir. Cavabdeh onunla bağlanmış ”Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh Mingəçevir şəhər İBİ 5 saylı zavod ərazisində məcburi köçkün kimi məskunlaşmışdır. 2010-cu il tarixdən 2016-cı il tarixə 3 nəfər ailə üzvü ilə qeydə alınaraq illik 126 manat məbləğində limit ayrılaraq Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Limitdən artıq istifadə olunan təbii qaza görə borc məcburi qaçqın tərəfindən ödənilməlidir. Lakin illər ərzində ödənilməyən limitdən artıq borc yığılaraq 2016cı ilin dekabrına 365.43 manat olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1206 saylı xx.xx.2017-ci il tarixli Fərmanına əsasən təbii qaza görə limit dayandırıldı və 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 40,0 (qırx) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmiş, 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2(051)- 4587/2017 saylı məhkəmə əmri ilə borclu Cavabdeh 479.83 manat abonentin **********00420 saylı koduna, 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına ödənilməsi əmr edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2(051)-4587/2017 saylı məhkəmə əmri ilə borclu Cavabdeh 479.83 manat abonentin **********00420 saylı koduna, 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına ödənilməsi əmr edilmişdir. Əvvəllər məcburi köçkünlərə yay və qış mövsümünə uyğun xüsusi qaz limitləri verilirdi. Yəni dövlət məcburi köçkünlərə müəyyən həcmdə qazı ödənişsiz verirdi. Azərbaycan Respublikası Prezidentinin 1206 nömrəli xx.xx.2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, 365.43 manat məbləğində borc əsassız hesablanmışdır. Tərtər RQİİ-nin Mingəçevir xidmət sahəsi tərəfindən ona ünvanlanmış xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək istifadə etmiş olduğu təbii qazın dəyərini tam ödəmədiyi üçün onun 361.63 manat borcu yaranmışdır.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı Tərtər X10 İdarəsinin Mingəçevir üzrə xidmət sahəsində kod **********00420, xx.xx.2017- ci il, 324 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. İddiaçı İB-nin Tərtər RQİİ-nin Mingəçevir üzrə xidmət sahəsi tərəfindən Cavabdeh mənzilinə ******* nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı İB-nin Tərtər RQİİnin Mingəçevir üzrə xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində **********6 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh məcburi köçkün olduğuna görə onun və ailə üzvülərinin istifadə etdiyi təbii qazın haqqı Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, lakin iddiaçı tərəfindən ona təbii qazdan istifadəyə görə 12/2016 tarixlər üzrə 365,43 manat, 07/2017 tarixə isə 479,83 manat məbləğində borc hesablanmışdır. İddiaçı təşkilatla cavabdeh arasında qazın alqı–satqısı barədə müqavilə isə xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Ondan sonra cavabdeh həmin müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.
8. Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(051)-2/2025 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin olunmuş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 114,40 (bir yüz on dörd manat qırx qəpik) manat məbləğində borc alınıb abonentin **********00420 saylı koduna köçürülməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 20.40 (iyirmi manat qırx qəpik) manat məbləğində pulun alınıb İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.2, 567, 598.1, 598.4, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X6»na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş və Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmiş “məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydasına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Tərtər X10 İdarəsi ilə Cavabdeh arasında 13 iyun 2017-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı–satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Abonentin Saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə 12/2016 tarixə olan borcu 365,43 manat, 07/2017 tarixə olan borcu 479,83 manat təşkil edir. İşdə olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək istifadə etmiş olduğu təbii qazın dəyərini tam ödəmədiyi üçün onun 474.83 manat borcu yaranmışdır. Borcun tam ödənilməsi tələb edilmiş, əks təqdirdə təbii qaz təchizatının heç bir xəbərdarlıq edilmədən dayandırılacağı göstərilmişdir. İşdə olan Tərtər RQİİ-nin Mingəçevir xidmət sahəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək istifadə etmiş olduğu təbii qazın dəyərini tam ödəmədiyi üçün onun 361.63 manat borcu yaranmışdır. Borcun tam ödənilməsi tələb edilmiş, əks təqdirdə təbii qaz təchizatının heç bir xəbərdarlıq edilmədən dayandırılacağı göstərilmişdir.
11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi X7 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh İddiaçı Tərtər X10 İdarəsinin Mingəçevir rayonu üzrə xidmət sahəsində abonent kodu **********00420 olmaqla, xx.xx.2023-cü il, XS-45- 00058/23 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. İddiaçı İB-nin Tərtər RQİİ-nin rayonu üzrə Mingəçevir xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində **********6 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh Kamalov X3 şəhər İBİ 5 saylı zavod ərzisində məcburi köçkün kimi məskunlaşmışdı. 2010- cu il tarixdən 2016-ci ilin tarixə 3 nəfər ailə üzvü ilə qeyd alınaraq illlik 126 manat məbləğində limit ayrlaraq Qaçqınların və X5 üzrə Komitəsi tərfindən ödənilinirdi. Limitdən artıq istifadə olunan təbii qaza görə borc məcburi köçkün tərəffindən ödənilməlidi. Lakin illər ərzində ödənilməyən limitdən artıq borc yığılaraq 2016ci ilin dekbarına 365.43 manat olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 1206 saylı xx.xx.20217-ci il tarixli Fərmanına əsasən təbii qaza görə limit dayandırıldı və 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 40,0 (qırx) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmiş. və 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına fərdi qaydada ödənilməsi təmin olunmuşdur. İddiaçı Tərtər X10 İdarəsi dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıqlar edilsədə borclu həmin məbləği hələdə ödəmədiyi üçün Mingəçevir şəhər Məhkəməsinə əmr icraatı qaydasında iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2(051)-4587/2017 saylı məhkəmə əmri ilə iddia təmin olıunmuşdur. Bununlada iddiaçının borcu özünün istifadə etdiyi təbii qaza görə yaranmış borcudur və onun tərəfindən ödənilməlidir. Məhkəmə düzgün araşdırma aparmamış və gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11–ci maddəsinin 6–cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqısı, müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu müqavilənin və “X6nın” tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Göründüyü kimi istehlakçı Bu müqavilənin və “X6nın” tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İş materiallarından da göründüyü kimi cavabdehin tərəf iddia tələbinə dair etirazı və sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş, və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur.
13. Ona görə də, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)- 2/2025 saylı qətnaməsinin qismən təmin edilmiş hissədə ləğv edib, yeni qətnamə qəbul edərək İddiaçı xeyrinə borcun və dövlət rüsumun ödənilməsinə dair apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı "Azəriqaz" İB işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə nümayəndəsini göndərməmişdir.
16. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(051)-2/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.4-ci maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş və Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmiş “məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydası: 4-cü bəndinə əsasən Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. 5-ci bəndinə əsasən istehlakçıların istifadə etdikləri kommunal və digər xidmət haqları bu Qaydanın 4-cü bəndinə əsasən onların həcmi və dəyəri barədə təqdim olunmuş müvafiq maliyyə-mühasibat sənədlərinə uyğun olaraq Komitə tərəfindən mərkəzləşmiş qaydada xəzinədarlıq vasitəsilə aşağıdakı kimi ödənilir: -elektrik enerjisindən istifadə haqqı – “Azərenerji”, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Naxçıvan Muxtar Respublikasının X2; -şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan istifadə haqqı – xidmət idarələrinə, o cümlədən “Azərsu” Səhmdar Cəmiyyətinə, rayon (şəhər) su təsərrüfatı idarələrinə; - Təbii qaza görə istifadə haqqı – Dövlət Neft Şirkətinə; - Telefondan istifadə haqqı (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə; digər xidmətlər (məişət tullantılarının daşınması və s.) üzrə – Müvafiq xidmət təşkilatlarına. 6-cı bəndinə əsasən kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kvt.s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 1206 nömrəli xx.xx.2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Ona görə də cavabdeh 2012/2016 tarixdən sonra təbii qazdan istifadəyə görə olan xərcləri ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 1206 nömrəli xx.xx.2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir.
20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın həmin vaxt qüvvədə olan: 5.5–ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 11–ci maddəsinin 6–cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqısı, müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13–cü maddəsinin 10–cu bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının və qaz paylayıcısının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(051)-2/2025 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməyən hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş və Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmiş “məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydasının 3-cü bəndində göstərilmişdir ki, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitənin) həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrıayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. Göründüyü kimi müəyyən edilmiş Qaydaya uyğun olaraq məcburi köçkünlərin təbii qazdan istifadə etdikləri xərcləri üzrə tələb olunan məbləğlər həmin xidmət növü üzrə müəyyənləşdirilməli, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanıb və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilməli, onların həcmi və dəyəri barədə təqdim olunmuş müvafiq maliyyə-mühasibat sənədlərinə uyğun olaraq Komitə tərəfindən mərkəzləşmiş qaydada xəzinədarlıq vasitəsilə təbii qaza görə istifadə haqqı – Dövlət Neft Şirkətinə ödənilməlidir. Belə olan halda cavabdehin təbii qazdan istifadəyə görə xərcləri üzrə tələb olunan məbləğləri hesablamaq və maliyyəmühasibat sənədlərini hazırlayıb, ödənişin aparılması üçün Komitəyə təqdim etmək iddiaçı təşkilatın vəzifəsi olmuşdur. İşin müəyyən edilmiş həqiqi hallarına görə iddiaçı təşkilat vaxtında maliyyə-mühasibat sənədlərini hazırlayıb təqdim etməmişdir. Ona görə də cavabdeh borclu olmadığı qənaətinə gəlmişdir. Ona görə də iddiaçının 2012-2016 illər üzrə təbii qazdan istifadəyə görə cavabdehə hesablanmış 365,43 manat məbləğində borca münasibətdə tələb etmək hüququ yaranmamışdır. Bununla yanaşı, məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1206 nömrəli xx.xx.2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Ona görə də cavabdeh 2012/2016 tarixdən sonra təbii qazdan istifadəyə görə olan xərcləri ödəməlidir.
27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
28. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilməyən hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(051)-2/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı nümayəndəsi X7 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(051)-2/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.