Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-68/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tаrixli, 2(014)-1984/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2350 manat borcun, 1000 manat dəymiş maddi zərərin və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tаrixli, 2(014)-1984/2019 saylı qətnaməsib ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 2350 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 2380 manatın (iki min üç yüz səksən manat) tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsində maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, o 2018-ci ilin yanvar ayında təcili pul lazım olduğuna görə sələmçi kimi tanıdığı iddiaçıdan 800 manat sələminə pul götürmüşdür. Pulu alanda iddiaçı ona demişdir ki, qəbzdə sələm yazmasınlar, yazdığı halda gərək pul ödənilsin. O dedildiyi kimi yazmadığı halda ona pul verilməyəcəyini düşünərək deyilən qaydada qəbzi yazmışdır. Cavabdeh 2018-ci ilin fevral ayından başlayaraq hər ay İddiaçı 160 manat olmaqla 2.6 il müddətində ona cəmi 4800 manat pul vermişdir. Sonuncu dəfə ona pul verəndə iddiaçı bildirmişdir ki, cavabdehin 800 manat pulun üstü (sələmi) qalıb, onu da ödədikdən sonra qəbz cırılıb atıla bilər. Cavabdeh məcbur olub 800 manat tapıb ona verəndən sonra sələmçi kimi tanıdığı iddiaçı Cavabdeh imzaladığı qəbzin üstündən çarpaz iki xətt çəkərək bildirdi ki, daha ona borcu yoxdur. Cavabdeh qəbzin cırılmasını ona zəng edib deyəndə iddiaçı dedi ki, onun üstündən xətt çəkmişdir, artıq bu qəbz yaramır. Cavabdeh ona inanıb çıxıb getmişdir. Bütün bunlardan sonra iddiaçı Şəfaqət Məmmədov yazdığı və imzaladığı qəbzdə qeyd edilən 800 rəqəmini qaralayaraq oraya 2350 yazmış və cavabdehi hazırki iddia ilə məhkəməyə vermişdir. Cavabdeh Ağdaş rayon məhkəməsində işə baxılanda həmin qəbzin yararsız və saxta olduğunu bildirsə də və qəbzdəki çarpaz xətlərin və 2350 rəqəminin cavabdehin yox İddiaçı tərəfindən edildiyini və buna aydınlıq gətirilməsi üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə cavabdehin şifahi vəsatətini qəbul etməmişdir. Hesab edir ki, məhkəmə dediyi qaydada iş üzrə ekspertiza təyin etsəydi, həmin çarpaz xətlərin və 800 rəqəminin üzərində olan qaralama xətlərinin və yazılmış 2350 rəqəminin məhz iddiaçı tərəfindən yazıldığı, hər bir halda həmin xəttlərin və rəqəmin cavabdeh tərəfindən yazılmadığı aşkar olunardı. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Ağdaş Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tаrixli, 2(014)-1984/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tаrixli, 2(014)-1984/2019 saylı qətnаməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 2350 manat borc pul vermiş, cavabdeh isə iddiaçıya 2350 manat borclu olması və tezliklə qaytaracağını öhdəsinə götürərək bu barədə qəbz yazmışdır. Cavabdeh məhkəmə iclasında bütün bunları təkzib etsə də bu barədə hər hansı bir sübut təqdim etməmiş, iddiaçı tərəfindən isə iddianın əsaslı olduğunu sübut edəcək sübutlar təqdim edilmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, həmçinin məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Cavabdehin iddiaçıdan 2350 manat borc pul alması və hələ də qaytarmaması iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırılmışdır. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır.m Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə qismən razılaşır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 05 noyabr 2020-ci il tarixli rəyindən məlum olur ki, iş materiallarının 6-cı səhifəsində olan qəbzdəki “2350” rəqəminin birinci (2) rəqəmindən başqa digəriləri (350) Cavabdeh tərəfindən yazılmışdır. Həmçinin həmin qəbzin aşağı hissəsindəki imza Cavabdeh tərəfindən icra edilmişdir. Lakin həmin qəbzdəki “2350” rəqəminin birinci (2) rəqəminin Cavabdeh tərəfindən yazılıb-yazılmadığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 05 aprel 2021-ci il tarixli rəyindən məlum olur ki, iş materiallarının 6-cı səhifəsində olan qəbzdəki “2350” rəqəminin birinci (2) rəqəmindən başqa digəriləri (350) Cavabdeh tərəfindən yazılmışdır. Həmçinin həmin qəbzin aşağı hissəsindəki imza Cavabdeh tərəfindən icra edilmişdir. Lakin həmin qəbzdəki “2350” rəqəminin birinci (2) rəqəminin Cavabdeh tərəfindən yazılıb-yazılmadığını müəyyən etmək mümkün olmamışdır. Beləliklə iş materiallarında cavabdehin iddiaçıya olan borcunun məhz 2350 manat olduğunu təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Yeganə mötəbər sübut hesab edilə biləcək 05 aprel 2021-ci il tarixli ekspert rəyində isə cavabdehin iddiaçıya olan borcunun 350 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tаrixli, 2(014)-1984/2019 saylı qətnаməsi qismən, yəni Cavabdeh İddiaçı xeyrinə 2000 manatın tutulması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə yəni Cavabdeh İddiaçı xeyrinə 350 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 380 manatın (iki min üç yüz səksən manat) tutulması və iddianın qalan hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 328,52 manat pulun 300 (üç yüz) manatı İddiaçı, 28,52 manatı isə Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tаrixli, 2(014)-1984/2019 saylı qətnаməsi qismən, yəni Cavabdeh İddiaçı xeyrinə 2000 manatın tutulması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə yəni Cavabdeh İddiaçı xeyrinə 350 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 380 manatın (iki min üç yüz səksən manat) tutulması və iddianın qalan hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tаrixli, 2(014)-1984/2019 saylı qətnaməsi qismən, yəni Cavabdeh İddiaçı xeyrinə 2000 manatın tutulması hissəsində ləğv edilsin. Ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə, yəni Cavabdeh İddiaçı xeyrinə 350 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 380 manatın (iki min üç yüz səksən manat) tutulması və iddianın qalan hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 328,52 manat pulun 300 (üç yüz) manatı İddiaçı, 28,52 manatı isə Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-68/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-68/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver