Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-680/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə iddiaçı X4 cavabdeh X17 qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, özbaşına zəbt etdiyi və çəpərlədiyi yolun cavabdehin vəsaiti hesabına açdırılması tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tаrixli, 2(016)-158/2019 nömrəli qətnaməsindən cavabdeh X25 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hаkim Tahir İsmayılov) 11 aprel 2019-cu il tаrixli, 2(016)- 158/2019 nömrəli qətnaməsi ilə iddiа təmin еdilmiş, cavabdeh X15 Ağsu rayonunun Növcü kəndində özbaşına zəbt etdiyi çəpərin onun tərəfindən sökülməsi və cavabdeh X12 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 191.10 manat (bir yüz doxsan bir manat, 10 qəpik) pulun alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. işin halları: İddiaçı X8 cavabdeh X17 qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, özbaşına zəbt etdiyi və çəpərlədiyi yolun cavabdehin vəsaiti hesabına açdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X16 qanunsuz hərəkətlərinin qarşısının alınmasına, qanunsuz zəbt etdiyi yolun açdırılmasına və yol ətrafı çəpərin öz vəsaiti ilə sökdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 saylı qərarı ilə ona və ailə üzvləri olan X26, X9, X20, X10, X18 və X11 ümumi paylı mülkiyyətlərinə Ağsu rayonunun Növcü kəndində 0.14 hektar və 0.39 hektar olmaqla 2 yerdə torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən yalnız oğlu Seyran Musayev dünyasını dəyişmişdir. Həmin torpaq sahələrindən 0.14 hektar olan sahə vaxtilə mərhum qaynatasına məxsus olmuş və onun vəfatından sonra aqrar islahatı aparılarkən onun miras qalmış evini və həyətini o idarə etmiş və hal-hazırda da onun istifadəsindədir. İki yerdə yerləşən torpaq sahələri arasında cavabdeh Raqif Abasovun torpaq sahəsi və evi yerləşir. Cavabdeh əvvəllər yaşadıqları evdən torpaq sahələrinə, eləcə də kəndin çıxışında olan yola getmək üçün mövcud olan piyada və nəqliyyatla gediş-gəliş yolunu tamamilə özbaşına olaraq çəpərə almaqla zəbt etmişdir. Onun və ailəsinin digər üzvlərinin torpaq sahələrinə gediş-gəlişini məhdudlaşdırmışdır. Hətta, tövlənin arxa hissəsini çəpərə salmışdır. Cavabdeh torpaq sahələrindən özünün mal-qarası üçün otlaq sahəsi kimi istifadə edir. Torpaq sahələrinə heç bir əlaqəsi olmayan insanları onlara qarşı yönəldir, əsassız olaraq mübahisələr və narazılıqlar yaradır. Cavabdeh və arvadı qonşuluq hüququnu və ailə üzvlərinin torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüquqlarını pozur. O dəfələrlə cavabdeh Raqif Abasovdan və arvadından qanunsuz hərəkətlərinə son qoymalarını, qonşuluq hüquqlarına hörmət bəsləmələrini, özbaşına çəkdirdiyi çəpəri sökməsini və zəbt etdikləri yolun açdırılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. O yaranmış vəziyyətlə əlaqədar yerli bələdiyyə orqanına və icra nümayəndəliyinə də müraciət etmişdir. Lakin cavabdeh həmin orqanların tələblərinə də məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini bu günə kimi davam etdirməkdədir. Cavabdeh X15 qanunsuz hərəkətlərinin qarşısının alınmasını, qanunsuz zəbt etdiyi yolun açdırılmasını, yolun kəsilməsi üçün çəkdirdiyi çəpərin öz vəsaiti ilə sökdürülməsini tələb edir. Odur ki, cavabdeh X15 qanunsuz hərəkətlərinin qarşısının alınmasına, qanunsuz zəbt etdiyi yolun açdırılmasına və yol ətrafı çəpərin öz vəsaiti ilə sökdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X8 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X25 iddia tələbini rədd edərək məhkəmə iclasında göstərmişdir ki, iddia ərizəsində yazılanlar yalandır. Belə ki, heç bir yolu zəbt etməmişdir. İddiaçıların yol kimi mübahisələndirdiyi torpaq sahəsi onun həyətinə aiddir və altmış ildir həmin sahədən istifadə edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tаrixli, 2(016)-158/2019 nömrəli qətnaməsindən nаrаzı qalan cavabdeh X25 apellyаsiyа şikаyəti verərək həmin qətnаmənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xаhiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(107)- 72/2020 nömrəli qətnaməsi ilə cavabdeh X25 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tаrixli, 2(016)-158/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X4 cavabdeh X17 qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, özbaşına zəbt etdiyi və çəpərlədiyi yolun cavabdehin vəsaiti hesabına açdırılması tələbinə dair iddiasının təmin edilməməsi və iddiaçı X3 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbınа ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(107)- 72/2020 nömrəli qətnaməsindən iddiaçı X4 nümayəndəsi və vəkili X13 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(102)-5478/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(107)-72/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki halları lazımi qaydada araşdırılmadan, müvafıq maddi və prossesual hüquq normalarının tələblərinə riayət edilmədən çıxarılmışdır. Belə ki, iddia ərizəsində yazılanlar uydurmadır. Belə ki, o heç bir yolu zəbt etməmişdir. İstifadə etdiyi yol ona məxsusdur və altmış ildir həmin yoldan istifadə edir. Ekpert rəyində də onun hər hansı bir yolu zəbt etmədiyi göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Ona görə də qeyd edilən xüsusatlar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tаrixli, 2(016)-158/2019 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Tərəflər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan JN-051A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X26, İddiaçı, X9, X20, X10, X18 və X11 mülkiyyətinə Ağsu rayon Aqrar islahat komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağcılıq təsərrüfatı məqsədilə 0,39 hektar torpaq sahəsi verilmişdir. İşdə olan JN-051B (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X26, İddiaçı, X9, X20, X10, X18 və X11 mülkiyyətinə Ağsu rayon Aqrar islahat komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 saylı qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağcılıq təsərrüfatı məqsədilə 0,14 hektar torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərardadı ilə ekspertiza təyin edilməklə ekspert qarşısında Ağsu rayon Aqrar İslahatlar Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarı ilə X26, İddiaçı, X9, X20, X10, X18 və X11 ümumi paylı mülkiyyətinə verilmiş Ağsu rayonunun Növcü kəndində yerləşən 0.14 hektar və 0.39 hektar (2 yerdə) torpaq sahələrinin və cavabdeh X15 özbaşına zəbt etdiyi və çəpərlədiyi yolun (torpaq sahəsinin) sərhədlərinin müəyyən edilməsi, X25 tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin zəbt edilib-edilməməsi, zəbt edildiyi halda nə qədər hissəsinin zəbt edilməsi sualları qoyulmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 mart 2019-cu il tarixli, 03/0030 saylı mütəxəssis rəyinə görə, Ağsu rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarı ilə X26, İddiaçı, X9, X20, X10, X18 və X11 ümumi paylı mülkiyyətinə verilmiş Ağsu rayonunun Növcü kəndində yerləşən 0.14 hektar və 0.39 hektar (2 yerdə) torpaq sahələrinin və X15 istifadə etdiyi və çəpərlədiyi yolun (torpaq sahəsinin) sərhədləri müəyyən edilmişdir. X26, İddiaçı, X9, X20, X10, X18 və X14 məxsus JN-051A saylı şəhadətnamədə olan 0.39 ha (naturada 0.50 ha) həyətyanı torpaq sahəsi ilə cavabdeh X2 qonşuluğu yoxdur. İddiaçı X8 və ailə üzvlərinə məxsus JN-051B saylı şəhadətnamədə olan 0.14 ha (naturada faktiki istifadə etdiyi 0.2480 ha) həyətyanı torpaq sahəsi ilə cavabdehin anası mərhum X5 həyətyanı torpaq sahəsi şərq tərəfdən həmsərhəddir. Həyətyanı torpaq sahələrinin xəritəsində cavabdeh və iddiaçının şəhadətnamələrində onların arasında yol göstərilmişdir. Lakin naturada iddia olunan yol cavabdeh tərəfindən tutularaq öz həyətyanı sahəsi kimi istifadə olunur. Cavabdeh X25 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməməsi müəyyən olunur. Əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2(107)-2339/2019 nömrəli qərardadı ilə yenə də məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2020-ci il tarixli, 20897 nömrəli ekspertiza rəyində göstərilmişdir ki:
1. Ağsu rayonunun Növçü kəndində X6 məxsus torpaq sahəsinə əvvəllər gediş-gəliş yolunun mövcud olub-olmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətinə aid deyildir. X1 məxsus torpaq sahəsinə gediş-gəliş yolu hal-hazırda mövcuddur və tərtib olunmuş sxemdə öz əksini tapmışdır.
2. Gediş-gəliş yolunun X28 tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətinə aid deyildir. Lakin mövcud ümumi istifadədə olan gediş-gəliş yoluna X25 tərəfindən heç bir maneçilik törədilmir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(107)- 72/2020 nömrəli qətnaməsini ləğv edib işi yenidən apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(102)-5478/2020 nömrəli qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq olaraq mütəxəssis qarşısında müxtəlif məzmunlu suallar qoyulmuş və həmin suallar əsasında tədqiqat aparılması zəruri hesab edilmişdir. Apellyasiya məhkəməsi iddia tələbini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında qoyulmuş sualların ilkin olaraq yoxlanılmasını zəruri hesab etməli, bundan sonra özünün araşdırılmasını zəruri bildiyi suallarını ekspertə təqdim etməli idi. Faktiki olaraq birinci rəydə yolun cavabdeh tərəfindən zəbt olunduğu göstərilmiş olsa da, apellyasiya instansiya məhkəməsi zəbt edilmənin müəyyən edilməsinin ekspertin səlahiyyətinə aid olmamasına dair rəyi əsas götürərək müvafiq nəticəyə gəlmişdir. Bu halda apellyasiya instansiyası məhkəməsi ya iş materiallarında olan sübutlar əsasında zəbtin mövcudluğunu müəyyən etməli və ya ekspert qarşısında yenidən sual qoymaqla yaranmış ziddiyyətin aydınlaşdırılmasına təşəbbüs göstərməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir Elə bu səbəbdən 01 mart 2021-ci il tarixdə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısınsa aşağıdakı suallar qoyulmuşdur. -JN-051B saylı şəhadətnaməyə əsasən iddiaçı X8 və ailə üzvlərinə məxsus 0.14 ha həyətyanı torpaq sahəsi ilə JN-005A saylı şəhadətnaməyə əsasən cavabdehin anası mərhum X7 mülkiyyətinə aid 0.32 ha həyətyanı torpaq sahəsi arasında ictimai (nəqliyyat vasitələrinin gediş-gəlişi üçün) yol nəzərdə tutulmuşdurmu? Həmin yol cavabdeh X25 tərəfindən zəbt edilmişdirmi? Zəbt edilmiş (çəpərə salınmış) yolun eninin və uzunluğunun ölçüləri nə qədərdir? Yolun zəbt edilməsi (çəpərə salınması) iddiaçı X8 və ailə üzvlərinin həmin yoldan istifadə (özlərinin və nəqliyyat vasitələrinin gediş-gəliş) imkanlarını məhdudlaşdırırmı? Bundan başqa ekspertiza zamanı meydana çıxan əlavə sualların da aydınlaşdırılması və nəticələrin rəyə daxil edilməsi ekspertə həvalə edilərək, rəyə gəlinmiş nəticələrə aid plan-cizgilər əlavə edilməsi tapşırılmışdır. Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin 14 iyun 2021-ci il tarixli 01-28/21 nömrəli rəyində göstərirlir ki, JN-051B saylı şəhadətnaməyə əsasən iddiaçı X8 və ailə üzvlərinə məxsus 0.14 ha həyətyanı torpaq sahəsi ilə JN-005A saylı şəhadətnaməyə əsasən cavabdehin anası mərhum X7 mülkiyyətinə aid 0.32 ha həyətyanı torpaq sahəsi arasında ictimai (nəqliyyat vasitələrinin gediş-gəlişi üçün) yol nəzərdə tutulmamışdır. Həmin hissədə yol nəzərdə tutulmadığından cavabdeh X25 tərəfindən zəbt edilməmişdir. Mübahisələndirilən hissədə yol nəzərdə tutulmadığından iddiaçı X8 və ailə üzvlərinin həmin yoldan istifadə (özlərinin və nəqliyyat vasitələrinin gediş-gəliş) imkanı məhdudlaşdırılmamışdır, onların evinə və həyətyanı sahələrinə özlərinin və nəqliyyat vasitələrinin gediş-gəliş yolu açıqdır. Rəyə gəlinmiş nəticələrə aid ortofoto görüntülər əlavə edilmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən nöqsanları aradan qaldırmaq üçün tədbirlər gördükdən sonra birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayararaq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur Həmçinin, Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki va ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-nın 165.1-ci maddəsi). Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəllənin 111-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki iş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası rəyindən görünür ki, iddiaçının istifadəsində olan gediş-gəliş yoluna Cavabdeh Rafik oğlu tərəfindən heç bir maneəçilik törədilmir. Belə olduğu təqdirdə cavabdehin apellyasiya şikayəti təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tаrixli, 2(016)-158/2019 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh X25 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tаrixli, 2(016)-158/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X4 cavabdeh X17 qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, özbaşına zəbt etdiyi və çəpərlədiyi yolun cavabdehin vəsaiti hesabına açdırılmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı X3 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiy instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
iş üzrə sədrlik edən hakim Akif Eyvazov