Məhkəmə qərarları › İş №2(107)-680/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-680/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-680/2023 15.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli 2(037)-96/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı ASC və Cavabdeh arasında 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 (altmış) ay müddətinə, illik 1 (bir) % olmaqla 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat, 64 qəpik) manat məbləğində kredit verilmişdir. 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 may 2019-cu il tarixli 01/İFREST saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh cəmi borcu 14767.16 (on dörd min yeddi yüz altmış yeddi manat 16 qəpik) manat, əsas borcu 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat 64 qəpik) manat, faiz borcu 469.52 (dörd yüz altmış doqquz manat 52 qəpik) manatın, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə 14812.16 (on dörd min səkiz yüz on iki manat 16 qəpik) manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 (altmış) ay müddətinə, illik 1 (bir)% olmaqla 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat, 64 qəpik) manat məbləğində kredit verilmişdir. 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. (Yüklü edilmiş əmlakın reyestr nömrəsi **********01-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il). Lakin Cavabdeh tərəfindən 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər lazımınca icra edilmir. Belə ki, M/22- 7922 saylı 12 sentyabr 2022–ci il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı ASC-yə cəmi borcu 14767.16 (on dörd min yeddi yüz altmış yeddi manat 16 qəpik) manat, əsas borcu 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat 64 qəpik) manat, faiz borcu 469.52 (dörd yüz altmış doqquz manat 52 qəpik) manat təşkil edir. İddiaçı 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh cəmi borcu 14767.16 (on dörd min yeddi yüz altmış yeddi manat 16 qəpik) manat, əsas borcu 14297.64 (on dörd min iki yüz dosan yeddi manat 64 qəpik) manat, faiz borcu 469.52 (dörd yüz altmış doqquz manat 52 qəpik) manatın, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə 14812.16 (on dörd min səkiz yüz on iki manat 16 qəpik) manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçının nümayəndəsi Aqil Zeynallı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirlərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməısini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinə əsasən bank borcluya 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 (bir) % olmaqla 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat, 64 qəpik) manat məbləğində kredit vermişdir. Borcalan isə kredit və kreditdən istifadəyə görə nəzərdə tutulmuş faizləri ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq, borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən kredit müqaviləsinin icrasına təminat məqsədilə bağlanmış 24 may 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini ipoteka qoymuşdur. Cavabdeh öhdəliklərini lazımınca icra etməyərək əsas kredit borcunu və onun faizlərini tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı banka 14297.64 (on dörd min iki yüz dosan yeddi manat 64 qəpik) manat əsas borcu, 469.52 (dörd yüz altmış doqquz manat 52 qəpik) manat faiz borcu yaranmışdır

6. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdehnın iddiaçı banka 14297.64 manat əsas borcu və 469.52 manat faiz borcu yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəlik cavabdehin təqsiri üzündən icra edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır.

7. Eləcə də, məhkəmə hesab edir ki, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğ alınaraq İddiaçı ASC-yə verilməlidir.

8. Tərəflər arasında bağlanmış 24 may 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Ona görə də bankın ipoteka predmetinə tutma yönəldilməsi haqda tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericlikdə nəzərdə tutulmuşdur.

9. Bundan başqa məhkəmə hesab edir ki, bankın əmələ gəlmiş tələbi Cavabdeh tərəfindən ipoteka qoyulmuş İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməlidir.

10. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əmələ gəlmiş borc tələbi sonuncuya məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə həyata keçirilməli, ipoteka predmeti olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalı və Cavabdeh həmin mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlakın satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlə birlikdə yaşayanların həmin əmlakdan çıxarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının fərdi yaşayış evindən çıxarılmasını tələb etdiyi cavabdehlə birlikdə yaşayanlar qeyri-müəyyən olduğundan və konkret şəxslərin ad, soyad və ata adları qeyd edilmədiyindən, tələb həmin hissədə təmin edilməməlidir.

11. Göründüyü kimi hazırki tələb üzrə gələcəkdə qətnamənin icrasına maneə yaranmamasına görə məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi üzrə razılaşdırılmış 23.000 (iyirmi üç min) manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Ona görə də, ipoteka predmetinin ilkin satış qiyməti 23.000 manat dəyərində qiymətləndirilməlidir.

12. İsmayıllı Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli 2(037)-96/2023 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia qismən təmin olunmuş, 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 14297.64 manat əsas borc, 469.52 manat faiz borcu, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsum və məhkəməyə müraciət etmək üçün ödənilmiş 135 manat dövlət rüsumu olmaqla, cəmi 14812.16 (on dörd min səkkiz yüz on iki manat on altı qəpik) manatın tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz İmlakın Dövlət Kadastrı və X3 Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019–cu il tarixli, **********01-10301 reyestr nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 23.000 (iyirmi üç min) manat məbləğində müəyyən edilməsi, həmin mənzil açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 14812.16 manat məbləğində pulun alınıb “Muğanbank" ASC-yə verilməsi, ipoteka predmeti olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və Cavabdeh həmin mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 297, 385, 427, 442 və 448-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34 və 59.3-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

14. İşdə olan iddiaçı bankla Cavabdeh arasında 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsindən görünür ki, bank borcluya 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat, 64 qəpik) manat məbləğində kredit vermişdir.

15. İşdə olan 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh həmin kredit müqaviləsi üzrə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətində 14296 manat əsas borc, 440 manat faiz borcu olmaqla, cəmi 14736 manat borcu ödəməyi öhdəsinə götürmüşdür.

16. İşdə olan 24 may 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh ilə iddiaçı bank arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini iddiaçı bankla arasında bağlanmış kredit müqaviləsinin icrasının təminatı kimi ipoteka qoymuşdur.

17. İşdə olan xx.xx.2019-cu il tarixli, **********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh müıkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 168.5 kv.m olan fərdi yaşayış evi 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir

18. İşdə olan iddiaçı bank tərəfindən Cavabdeh ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli M/İİ-8253 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank borcluya mübahisəni məhkəmədən kənar qaydada həll etməyi təklif edərək ondan kredit müqaviləsi üzrə borcu ödəməyi, mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməyə başlaması barədə cavabdehə xəbərdarlıq edilmişdir

19. İşdə olan Elektron Xidmətlər Portalından çıxarılmış 28 sentyabr 2022-ci il tarixli “Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təqsdiqetmə bildirindən və ödəniş barədə məlumatlar”dan görünür ki, təsdiqetmə bildirişinin verilməsi üçün dövlət rüsumu və xidmət haqqı olaraq 45 manat məbləğ ödənilmişdir

20. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 05 noyabr 2022-ci il tarixli **********28 saylı məktubundan görünür ki, Cavabdeh məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi (reyestr nömrəsi **********01-10301) ipoteka predmetinə tutmanın yönəildilməsi barədə bildirirş daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır.

21. İşdə olan 12 sentyabr 2022-ci il tarixli M/22-7922 saylı maliyyə arayışından görünür ki, cavabdehin 24 may 2019-cu il tarixli 01/İF-REST saylı kredit müqaviləsi üzrə cəmi borcu 14767.16 (on dörd min yeddi yüz altmış yeddi manat 16 qəpik) manat, o cümlədən 14297.64 (on dörd min iki yüz doxsan yeddi manat 64 qəpik) manat əsas borc, 469.52 (dörd yüz altmış doqquz manat 52 qəpik) manat faiz borcu təşkil edir.

22. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli fərdi yaşayış evinin dəyəri aydınlaşdırılmamış, qəbul olunmuş qətnamənin həmin hissəsini və hesablanmış faiz məbləğini ədalətsiz hesab edir. Belə ki, onunla İddiaçı ASC arasında 24 may 2019-cu il tarixdə balanmış kredit müqaviləsinə əsasən 14297.64 manat məbləğində kredit borcumun qalıq məbləği 60 (altmış) ay müddətinə, illik 1 (bir) % olmaqla restrukturizasiya olunmuşdur. Kredit müqaviləsi bağlandıqdan sonra o işləmiş və kredit borcunu vaxtlı-vaxtında ödəmişdir. Daha sonra işdən çıxarıldığına görə kredit borcunun ödənişlərində gecikmələr yaranmışdır. Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə iddiaçı bankla onun arasında ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ona məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən onun fərdi yaşayış evi ilkin olaraq 23.000 (iyirmi üç min) manat məbləğində qiymətləndirilmişdir. Həmin vaxtdan artıq 4 il müddət keçmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin həmin vaxt müəyyən olunmuş ilkin satış qiyməti ilə hazırkı bazar qiymətləri ilə müqayisədə böyük fərq var. Hazırda İsmayıllı rayonu ərazisində 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin qiyməti 23 min manat ola bilməz. Heç həmin qiymətə İsmayıllı rayonu ərazisində 1 mərtəbəli ev belə tikmək mümkün deyil. 4 il əvvəl bağlanmış müqaviləyə istinad edərək, hazırki bazar qiymətlərini nəzərə almadan ona məxsus fərdi yaşayış evinin ilkin satış qiymətini 23.000 (iyirmi üç min) manat məbləğində müəyyən etmişdir. Bununla da, məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə ilkin satış qiymətini 23.000 (iyirmi üç min) manat məbləğində müəyyən edə bilməzdi.

24. Həmçinin mülki işin materiallarından aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərkən yaranmış faiz borcunu şişirtmişdir. Kreditlərin əksəriyyəti bank tərəfi üçün fayda götürmək məqsədi güdür, onsuzda ağır olan vəziyyətini bu kreditlə daha da ağırlaşdırmağa çalışırlar. Bank əsl həqiqəti gizlətməklə, təhrif olunmuş rəqəmlər göstərir.

25. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli 2(037)- 96/2023 nömrəli qətnaməsinin dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin hazırki bazar qiymətlərinə uyğun məbləğdə müəyyən edilməsi, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin 14297.64 manat məbləğində saxlanılması və kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

28. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə müflis elan edilməklə Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edildiyindən həmin iş üzrə Əmanətlərin Sığortalanması Fondu iddiaçı "xxxx" ASC-nin hüquqi varisi olaraq işə cəlb edilmişdir. İddiaçı ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

29. 24 may 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsi: 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşmar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşmar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinin tələbinə görə də öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2, 445.2.1-civə 445.2.2-ci maddələrində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsi ilə də müəyyən edilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

30. 24 may 2019-cu ildə qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0 və 1.0.6-cı maddələrinə görə ipoteka hüququ dedikdə, bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun olması nəzərdə tutulur. 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1 -ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşmar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. 34.1, 34.1.1-ci maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarındandır. 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 39.3-cü və 39.3.3-cü maddələrində müəyyən edilmişdir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini də göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası tərəfindən ipotekа predmetlərinin qiymətləndirilməsi uçün müstəqil qiymətləndirici dəvət edilmiş və qiymətləndirmə rəyi alınmışdır. "xxxx" MMC-nin 9 oktyabr 2023-cü il tarixli G-10/23-110 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh məxsus olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin orta bazar qiyməti 70.000, orta likvid qiyməti isə 64.000 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

36. Məhkəmə kollegiyası cavabdehin verdiyi apellyasiya şikayətinin bu qətnamənin 24-cü bəndində qeyd olunmuş dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin maddi vəziyyətinin ağırlığı bu qətnamənin 29-cu bəndində qeyd olunmuş maddi hüquq normalarına əsasən müqavilə öhədliklərinin icra edilməməsinə əsas ola bilməz. İddia tələbində faiz borcunun məbləğinin şişirdilməsi göstərilsə də, faiz borcunun hansı məbləğdə olmalı olması əsaslandırılmamış, borcun şişirdilməsi barədə hər hansı sübut təqdim edilməmişdir.

37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli 2(037)-96/2023 nömrəli qətnaməsi Cavabdeh məxsus olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 64.000 manat müəyyən edilməklə dəyişdirilməli, Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(107)-680/2023 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli 2(037)- 96/2023 nömrəli qətnaməsinin iddia tələbinin cavabdeh və onunla birlikdə yaşayanların ipoteka predmeti olan əmlakdan çıxarılmasına aid hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İsmayıllı Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli 2(037)-96/2023 nömrəli qətnaməsi Cavabdeh məxsus olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0241 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.7 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 64.000 manat müəyyən edilməklə dəyişdirilsin. Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(107)-680/2023 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 9 mart 2023-cü il tarixli 2(037)-96/2023 nömrəli qətnaməsinin iddia tələbinin cavabdeh və onunla birlikdə yaşayanların ipoteka predmeti olan əmlakdan çıxarılmasına aid hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə rəylərinin dəyəri olaraq 400 manat iddiaçı "xxxx" ASC-dən tutularaq "XXXX" MMC-nin hesabına keçirilsin. (AZ52İBAZ400900 **********4201, VÖEN **********, Müxbir hesab 03 NABZ******************** SWİFT BİC İBAZAZ2X). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar