Məhkəmə qərarları › İş №2(107)-684/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-684/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-684/2021 12.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(037)-893/2020 nömrəli qərardadından İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: "İddiaçı" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək cəmiyyətə məxsus İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində 0.08 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və ailə üzvlərinin həmin evi boşaltması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək “X1 Mərkəzi” MMC tərəfindən ona məxsus fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə xx xxx 2012-ci il tarixli Y-886 saylı protokolun etibarsız hesab edilməsi və İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında 0.08 hektar torpaq sahəsində yerləşən bir mərtəbəli, dörd otaqlı, 103.6 kv.m. yaşayış və 58.3 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, "X1 Mərkəzi" MMC tərəfindən keçirilmiş hərracın yekunu olaraq qəbul olunmuş hərracın yekunları barədə xx xxx 2012-ci il tarixli Y-886 saylı protokol əsasında ona məxsus İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında 0.08 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi "İddiaçı" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən balansa götürülmüşdür. "İddiaçı" BOKT MMC İsmayıllı rayon Elektrik Şəbəkəsinə ərizə ilə müraciət edərək balansa götürdüyü fərdi yaşayış evinə elektrik enerjisi verlişinin dayandırılmasını xahiş etmişdir. İsmayıllı rayon Elektrik Şəbəkəsi ona xəbərdarlıq etmədən fərdi yaşayış evinin elektrik sayğacını bloklayaraq evdə elektrik enerjisindən istifadə edilməsini qadağan etmişdir. Hazırda ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə elektrik enerjisi verlişi dayandırılmışdır. Fərdi yaşayış evinə elektrik enerjisi verlişinin bərpa olunması üçün "İddiaçı" BOKT MMC-in İsmayıllı filiyalına müraciət etsə də müraciətinə baxılmamış və evinə elektrik enerjisi verlişinin verilməsi bərpa olunmamışdır. O, cavabdehlər İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi, "İddiaçı" BOKT MMC, "X1 Mərkəzi" MMC və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı irəli sürdüyü hərracın nəticələrinin etibarsız hesab olunması tələbinə baxılıb müvafiq qərar qəbul olunana qədər İsmayıllı rayon İsmayıllı kəndi ünvanında 0.08 hektar torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evinə elektrik enerjisi verlişinin dayandırılmasının qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxx 2020-ci il tаrixli 2(037)-893/2020 nömrəli qərardadı ilə Cavabdeh1 vəsatəti təmin edilmiş, "İddiaçı" BOKT MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması və yaşayış evinin boşaldılması tələbi barədə, Cavabdeh1 cavabdehlər İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi, "İddiaçı" BOKT MMC, "X1 Mərkəzi" MMC və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab olunması tələbi barədə iddialarına baxılıb müvafiq qərar qəbul olunanadək İsmayıllı rayon İsmayıllı kəndi ünvanında 0.08 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisi verilişinin dayandırılmasının qadağan edilməsi və qərardadın icrasının İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan "İddiaçı" BOKT MMC şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(037)-34/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(037)-893/2020 saylı qərardadı qeyri-obyektiv, qanuna zidd və əsassızdır. Belə ki, xx xxx 2012-ci il tarixli Y-886 aylı protokola əsasən İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında 0.08 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC tərəfindən balansa götürülmüş və "İddiaçı” BOKT MMC-nin adına keçmişdir. Həmin mülk İddiaçı BOKT MMC-nin adına keçdiyi üçün həmin mülk üzrə işıq sayğacı İddiaçı BOKT MMC-nin adına keçmişdir. Beləliklə, nəticəyə gəlmək olar ki, mülk və işıq sayğacı İddiaçı BOKT MMC-nin adınadır və buna əsasən İddiaçı BOKT MMC-nin tam hüququ varıdır ki, işıq sayğacının fəaliyyətini dayandırsın. Bundan başqa İddiaçı BOKT MMC tərəfindən məhkəmədən kənar olaraq, “xxxx” ASC-yə müraciət olunaraq həmin işıq sayğacının dayandırılması ilə əlaqədər müraciət olunmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı BOKT MMC nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(037)-893/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli 2(037)-34/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. İşdən görünür ki, "İddiaçı" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək cəmiyyətə məxsus İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində 0.08 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və ailə üzvlərinin həmin evi boşaltması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 da ərizə ilə məhkəməyə müraciət edərək “X1 Mərkəzi” MMC tərəfindən ona məxsus fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə xx xxx 2012-ci il tarixli Y-886 saylı protokolun etibarsız hesab edilməsi və İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında 0.08 hektar torpaq sahəsində yerləşən bir mərtəbəli, dörd otaqlı, 103.6 kv.m yaşayış və 58.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(037)-893/2020 nömrəli qərardadı ilə iddiaçı "İddiaçı" BOKT MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması və yaşayış evinin boşaldılması tələbinə dair 2(037)-893/2020, iddiaçı Cavabdeh1 cavabdehlər İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi, "İddiaçı" BOKT MMC, "X1 Mərkəzi" MMC və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab olunması tələbinə dair 2(037)-995/2020 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Bundan sonra Cavabdeh1 iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə elektrik enerjisi verlişinin dayandırılmasının qadağan edilməsi barədə vəsatət vermiş, məhkəmənin xx xxxxxx 2020-ci il tаrixli 2(037)-893/2020 nömrəli qərardadı ilə vəsatətinin təmin edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan "İddiaçı" BOKT MMC şikayət vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, iddialara baxılıb müvafiq qərar qəbul olunanadək İsmayıllı rayon İsmayıllı kəndi ünvanında 0.08 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisi verlişinin dayandırılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-in: 157.1-ci maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. 157.2-ci maddəsinin tələbinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbirləri görülə bilər. 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(037)-893/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli 2(037)-34/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397-398 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərаrа аldı: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(037)-893/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli 2(037)-34/2021 qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin şikаyəti təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar