Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-688/2025 26.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Ziyanın ödənilməsi, iddia müddətinin ötürülməməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(014)-592/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X7” haqqında müqavilə imzalanmışdır. Cavabdeh iş vaxtıərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “OBA Çapayev 2” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə yekun 9283 (doqquz min iki yüz səksən üç) manat 61 (altmış bir) qəpik zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 8779 (səkkiz min yeddi yüz yetmiş doqquz) manat 22 (iyirmi iki) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 8779 (səkkiz min yeddi yüz yetmiş doqquz) manat 22 (iyirmi iki) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8779 (səkkiz min yeddi yüz yetmiş doqquz) manat 22 (iyirmi iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 58 (əlli səkkiz) AZNməbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2025-ci il tarixə, saat 11:50-yə təyin edilmiş baxış iclasının iş çoxluğu ilə əlaqədar başqa tarixə təxirə salınmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirdi ki, İddiaçı MMC-nin ona qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin tələb xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Həmin iddia tələbi ilə bağlı iddia ərizəsi ilə tanış olmuşdur. Aşağıda qeyd etdiyi əsaslarla iddia tələbini qəbul etmir. İddiaçının iddiasında qeyd etdiyi öhdəlik əmək müqaviləsi üzrə olmaqla 2024-cü il tarixdən əvvəl yaranmışdır. Müvafiq qanunvericilikdə həmin öhdəliyin icra müddəti 1 il müddətinə nəzərdə tutulmuşdur. Lakin tələbkar 1 il müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə gec müraciət etməklə 1 (bir) illik iddia müddətini buraxmışdır. Buna görə də hesab edir ki, iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia tələbinin 1 (bir) illik iddia müddətinin tətbiq etməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) xx.xx.2025-ci il tarixli, e- 2(014)-592/2025 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Cavabdeh müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə inventarizasiya aparılmış və nəticədə Cavabdeh 9283,61 (doqquz min iki yüz səksən üç manat, altmış bir qəpik) manat zərər vurması müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 8779,22 (səkkiz min yeddi yüz yetmiş doqquz manat iyirmi iki qəpik) manat borc qalmışdır. Lakin eyni zamanda işin materialları ilə (xx.xx.2024-cü il tarixində fəaliyyətini dayandırmış OBA Çapayev 2 (1115) filialının bağlanış nəticələrinə dair yekun akt) müəyyən edilir ki, son əməliyyat tarixi xx.xx.2023-cü ildir. Həmçinin, cavabdeh bildirmişdir ki, 2024-cü il dekabr ayında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən maddi ziyanın vurulması aşkar edildiyi vaxtdan qanunla müəyyən olunmuş 1 illik iddia müddəti buraxılmışdır.
9. Belə ki, bu fakt üzrə məlumat iddiaçıya müvafiq olaraq xx.xx.2023-cü il tarixdə məlum olmalı olsa da, iddiaçı məhkəməyə iddia ərizəsi ilə 10 fevral 2025-ci il tarixdə müraciət etmişdir. İddiaçının həmin faktı gec müəyyən etməsi iddia müddətinin axımının başlanması kimi qiymətləndirilə bilməz və bu tarixin müəyyənləşdirilməsinin aktın tərtib edildiyi vaxtdan hesablanması iddiaçının iradəsindən asılı olan hal olduğundan əsas götürülə bilməz. Əks halda müddət buraxılacağı təqdirdə iddiaçı yeni tarixli akt tərtib edərək yoxlamanın gec başlamasını əsas gətirməklə iddia müddətinin tətbiqini mümkünsüz edər.
10. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş 1 il iddia müddəti buraxıldığından təmin edilməməlidir.
11. Məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1, 296.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarına, Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli Qərarına, həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarına, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1. 124.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan İddiaçı MMC apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh MəmmədovTural Azad oğlu tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “X7 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. “X7 haqqında” müqavilədə deyilir ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi X7 daşıyır.
15. Cavabdehin iş fəaliyyətinin yoxlanmaası məqsədilə onun barəsində xx.xx.2024-cü il tarixində inventarizasiya yoxlaması həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə”dair Akta əsasən yekun ziyan məbləği 9283 (doqquzmin iki yüz səksən üç) manat 61 (altmış bir) qəpik məbləğində zərər vurması məlum olmuşdur.
16. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 8779 (səkkiz min yeddi yüz yetmiş doqquz) manat 22 (iyirmi iki) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda "xxxx" MMC-yə ümumilikdə 8779 (səkkiz min yeddi yüz yetmiş doqquz) manat 22 (iyirmi iki) qəpik borcu qalmaqdadır.
17. Hesab edir ki, belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırki vəziyyətdə Cavabdeh barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Həmçinin birinci instansiya məhkəməsi iddia müddəti tətbiq etməklə müvafiq olaraq qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, yuxarıda qeyd edilən faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır.
18. Ağdaş Rayon Məhkəməsi cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı konteksində qiymətləndirmədən iddianı rədd etmişdir. Halbuki cavabdehin vəzifə təlimatı ürə iddiaçı təşkilatda hansı funksiyanı yerinə yetirməli olub-olmaması, həmin təlimat üzrə cavabdehin hər hansı pozuntuya yol veribverməməsinin müəyyən edilməsi iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmişdir. Məhz cavabdehin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub pozmaması müəyyən ediləndən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməli idi.
19. Ağdaş Rayon Məhkəməsi məhkəmə araşdırması aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməmişdir və sözügedən prosessual normanın tələblərini pozmuşdur.
20. Ağdaş Rayon Məhkəməsi Cavabdeh tərəfindən imzalanmış “X7 haqqında müqavilə” ilə onun üzərinə götürdüyü öhdəliklərə münasibət bildirməmişdir.
21. Ağdaş Rayon Məhkəməsinin qətnamədə göstərilmiş son əməliyyat tarixi xx.xx.2023-cü il tarixə istinad etməklə iddia müddətinin tətbiq etməsi iş materialların düzgün araşdırılmamasını göstərir. xx.xx.2024-cü il tarixdə mağazada sayım keçirilməsi halına diqqət yetirilməmişdir. Həmçinin cavabdehin iddia müddətinin ötürülməsi barədə ərizəsi ziddiyət təşkil edir.
22. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-592/2025 saylı 02 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, Cavabdeh tərəfindən ödənilməmiş 8779 (səkkiz min yeddi yüz yetmiş doqquz) manat 22 (iyirmi iki) qəpik məbləğində maddi ziyanın, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, Ağdaş Rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu 58 (əlli səkkiz) manat məbləğin və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(014)-592/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin X7i İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; Maddə 200. X7 daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X7 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyator Ağdaş Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli e-2(014)-592/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
34. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh iddiaçı təşkilatda satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə isə administrator vəzifəsinə keçirilmş və aralarında “X7” haqqında müqavilə imzalanmışdır. Cavabdeh İddiaçı MMC-nin “OBA Çapayev 2” mağazasında fəaliyyət göstərmiş və həmin mağaza üzrə maddi məsul şəxs olmuşdur. İddiaçı təşkilat xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “OBA Çapayev 2” mağazasında inventarizasiya aparmış və Cavabdeh İddiaçı MMC qarşısında 9283,61 manat çatışmazlığının olmasını müəyyən etmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq cavabdehin ona 8779,22 manat ziyan vurması qənaətinə gəlmişdir. Lakin Cavabdeh aparılan inventarizasiyada iştirak etməmiş, inventarizasiyanın nəticələri üzrə tərtib edilmiş sənədlər Cavabdeh tərəfindən imzalanmamış və Cavabdeh tərəfindən iddiaçı təşkilata hər hansı bir ziyan vurması halı etiraf edilməmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi üzrə iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
37. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
38. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
39. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
40. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
41. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
42. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
43. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
44. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
45. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
46. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı, iddia tələbi isə əsassızdır.
49. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin Ağdaş Rayon Məhkəməsinin qətnamədə göstərilmiş son əməliyyat tarixi kimi xx.xx.2023-cü il tarixə istinad edib iddia müddətinin tətbiq edilməsinin iş materiallarının düzgün araşdırılmamasını göstərməsi, xx.xx.2024-cü il tarixdə mağazada sayım keçirilməsi halına diqqət yetirilməməsi, birinci instansiya məhkəməsinin iddia müddəti tətbiq etməklə qanunvericiliyin tələblərini pozmasına dair dəlilləri ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən maddi ziyanın vurulmasının aşkar edildiyi vaxtdan qanunla müəyyən olunmuş 1 illik iddia müddətinin buraxılması, bu fakt üzrə məlumatın iddiaçıya müvafiq olaraq xx.xx.2023-cü il tarixdə məlum olmasına dair mövqeyi əsassızdır.
50. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında 23 dekabr 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı təşkilatda satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir.
51. İşin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında 30 iyun 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən iddiaçı təşklilatda administrator vəzifəsinə keçirilmişdir.
52. İşdə olan xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “X7” haqqında müqavilədən görünür ki, Cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qurunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür.
53. İşdə olan İddiaçı MMC-ni əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixində fəaliyyətini dayandırmış OBA Çapayev 2 (1115) filialının bağlanış nəticələrinə dair yekun aktdan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “OBA Çapayev 2” mağazasında apardığı inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə yekun 9283,61 (doqquz min iki yüz səksən üç manat, altmış bir qəpik) manat zərər vurması müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 8779,22 (səkkiz min yeddi yüz yetmiş doqquz manat iyirmi iki qəpik) manat borc qalması qeyd edilmişdir. Həmin aktdan son əməliyyat tarixinin 31 avqust 2023-cü il, bağlanma tarixinin isə xx.xx.2024-cü il olması müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi əmək münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
55. Kollegiya qeyd edir ki, inventarizasiya aktında son əməliyyat tarixi kimi qeyd edilmiş 31 avqust 2023-cü il tarixində iddiaçı təşkilata aid mağazada sonuncu hansı əməliyyatın aparılma dəqiqləşdirilmədən müddətin axımının başlanmasının 31 avqust 2023cü il tarixindən hesablanmalı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət MPM-də nəzərdə tutulmuş işin hallarşının tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin tələblərinə uyğun olmamışdır.
56. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi ilə aparılan dəqiqləşdirmə ilə və işdə olan sənədlərlə 2023-cü ilin avqust ayında cavabdehə təhkim edilmiş mağazada bağlanış xarakterli son əməliyyatın aparılması halı müəyyən edilməmiş, əksinə iş materialları ilə cavabdehə təhkim edilmiş mağazada son inventarizasiyanın 15 fevral 2024-cü il tarixdə aparılmaqla mağazanın həmin tarixdən bağlanması müəyyən edilmişdir.
57. Göründüyü kimi hazırki iş üzrə iddia müddətinin axımının 31 avqust 2023-cü il tarixindən hesablanması üçün əsaslar müəyyən edilməməklə, iddiaçının hüquqlarının pozulmasını bildiyi tarixin xx.xx.2024-cü il olması, iş materiallarından iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklifin 25 noyabr 2024-cü il tarixdə göndərilməklə, mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın 31 yanvar 2025ci il tarixdə tərtib edilməsi, iddia ərizəsinin isə 10 fevral 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilməklə 1 illik iddia müddətinin ötürülməməsi müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh hal-hazırda "xxxx" MMCyə ümumilikdə 8779 (səkkiz min yeddi yüz yetmiş doqquz) manat 22 (iyirmi iki) qəpik borcunun qalmasına dair dəlilini isə əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixində fəaliyyətini dayandırmış OBA Çapayev 2 (1115) filialının bağlanış nəticələrinə dair yekun aktdan göründüyü kimi inventarizasiyanın aparılmasında cavabdeh iştirak etməmiş, inventarizasiyanın nəticələrinə dair həmin sənəd yalnız iddiaçı təşkilatın nümayəndələri tərəfindən tərtib edilməklə iddiaçı təşkilatın nümayəndələri tərəfindən imzalanmışdır.
59. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. İddiaçı təşkilatın xx.xx.2024-cü il tarixdə tərtib etdiyi akt iddiaçının öz mövqeyini əks etdirən sənəd olmaqla, həmin aktın tərtib edilməsində qanunla müəyyən olunmuş qaydada əldə edilmiş hər hansı bir məlumata, yəni sübuta istinad edilməmişdir.
61. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
62. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
63. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
64. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh tərəfindən ona 8779,22 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, Cavabdeh tərəfindən də iddia tələbi etiraf edilməmişdir.
65. Kollegiya əlavə olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
66. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, əgər iddia tələbi əsassızdırsa, iddia tələbi iddia müddəti tətbiq edilməklə deyil, tələbin əsassızlığına görə rədd edilməlidir. Əgər iddia tələbi əsaslıdırsa və iddiaçı iddia müddətini ötürübsə, onda iddia müddətinin tətbiq edilməsi mümkündür.
67. Beləliklə iddia tələbinin özü-özlüyündə əsassız olduğu müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi iddia tələbinə iddia müddətini tətbiq etməklə maddi və prosessual hüquq normalarının tələblərini diqqətə almamışdır.
68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh tərəfindən imzalanmış “X7 haqqında müqavilə” ilə onun üzərinə götürdüyü öhdəliklərə münasibət bildirilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmaması təsdiqini tapdığı halda cavabdehin “X7 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərə münasibət bildirilməsi zərurəti müəyyən edilməmişdir.
69. Kollegiya hesab edir ki, iddia tələbi əsassız olduğundan məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir.
70. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesаb edir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(014)-592/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8779 (səkkiz min yeddi yüz yetmiş doqquz) manat 22 (iyirmi iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 58 (əlli səkkiz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. İddia rədd edildiyindən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(014)-592/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8779 (səkkiz min yeddi yüz yetmiş doqquz) manat 22 (iyirmi iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 58 (əlli səkkiz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.