Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-69/2023 28.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair (Açar sözlər: Avtomobilə dəymiş ziyan- pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh "xxxx" MMC-nin vəkili Vəkil3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(037)-800/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra iddiaçı) "xxxx" MMC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 3776 manat real dəymiş ziyan, hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 650 manat, hüququnun bərpası ilə əlaqədar ödədiyi 66 manat dövlət rüsumu-cəmi 4492 manat pulun məcburi qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus 2013-cü il istehsalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “X14” minik markalı avtomobil etibarnamə əsasında iddiaçının əri Emil Quliyev tərəfindən idarə edilən zaman 27 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, X11 yanında cavabdehə məxsus sürücü kimi Murad Aslanov tərəfindən idarə olunan 2008-ci il istehsalı, **-KK-*** dövlət qeydiyyat nişanlı, "Ford Transit" markalı avtomobillə toqquşmuşdur. Həmin hadisə nəticəsində iddiaçının mülkiyyətində olan 2013-cü il istehsalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “X14” minik markalı avtomobilə 8307 manat ziyan dəymişdir. Həmin ziyanın 4531 manatı PAT********** nömrəli sığorta müqaviləsinə əsasən "xxxx" Sığorta Şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı dəymiş ziyanın 3776 manatını cavabdeh təşkilatdan tələb etsə də bundan imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) X8 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıya məxsus 2013-cü il istehsalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “X14” minik markalı avtomobil etibarnamə əsasında iddiaçının əri Emil Quliyev tərəfindən idarə edilən zaman 27 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, X11 yanında cavabdehə məxsus sürücü kimi Murad Aslanov tərəfindən idarə olunan 2008-ci il istehsalı, **-KK-*** dövlət qeydiyyat nişanlı, "Ford Transit" markalı avtomobillə toqquşmuşdr. Murad Aslanov "xxxx" MMMC-də 16 noyabr 2021-ci il tarixli əmək müqaviləsinə əsasən satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. Eyni zamanda, işçi ilə bağlanmış əmək müqaviləsinə əsasən işçinin iş saatı həftədə 5 gün olmaqla, gündəlik 8 saat, 09:00-dan 18:00-dək müəyyən olunmuşdur. İddiaçının istinad etdiyi yol-nəqliyyat hadisəsi Bakı şəhəri Baş Dövlət Yol Polisi tərəfindən təqdim olunmuş arayışa əsasən 27 yanvar 2022-ci il tarixində saat 18:05 radəlǝrində Xəzər rayonu ərazisində baş vermişdir. Murad Aslanovun 28 yanvar 2022-ci il tarixli izahatına əsasən müəyyən olunmuşdur ki, o, 27 yanvar 2022-ci il tarixində vəzifəsinin icrasını 17:30 radələrində yekunlaşdırmış və nəqliyyat vasitəsinin daxili qaydalara əsasən ən geci saat 17:45-də işəgötürənin dayanacağına təhvil verməli olduğu halda, Xəzər rayonunun Binə qəsəbəsində yaşayan bacısına baş çəkməyə getmişdir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında "hüquq pozuntusunun işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş vermədiyi təqdirdə, zərərin əvəzinin ödənilməsi vəzifəsinin bilavasitə zərərvuranın (işçinin) üzərinə düşdüyünə dair" mövqe Plenumun istinad olunan qərarında sərgilənən hüquqi mövqeyə əsasən əmək münasibətlərinin mövcud olması bu kimi hallarda işəgötürənin birbaşa məsuliyyətinin yaranmadığı aydın şəkildə izah edilmişdir. Belə ki, həmin qərarda işəgötürənin məsuliyyətinin yaranması üçün zəruri şərt kimi baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olması müəyyən edilmişdir. Hazırki iş üzrə hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılıq, səbəbli-nəticə əlaqəsi mövcud olmamışdır. Murad Aslanov 27 yanvar 2022 ci il tarixində nəqliyyat vasitəsini təhvil verməli olduğu təqdirdə, o, nəqliyyat vasitəsindən şəxsi məqsədlər üçün istifadə etmişdir. Hazırkı mülki iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsi asas götürülməklə, yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik edən Murad Aslanov daşımalıdır. Törədilmiş mülki hüquq pozuntusuna görə işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş vermədiyi yüksək təhlükə mənbəyinin qanuni sahibi kimi sürücü Murad Aslanov məsuliyyət daşımalıdır. Tələb isə iddiaya cavab verməli olmayan şəxsə, əsl olmayan cavabdehə qarşı verilmişdir. Hazırki mülki iş üzrə "xxxx" MMC-nin cavabdeh qismində işə cəlb edilməsi düzgün olmamışdır. Buna görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəmənin (hakim R.Şirinov) 03 avqust 2022-ci il tarixli, 2(037)- 800/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdehndən 3776 manat real dəymiş ziyan, 650 manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 65,40 manat ödənilmiş dövlət rüsumu-cəmi 4491 manat 40 qəpiyin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus 2013-cü il istehsalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “X14” minik markalı avtomobil etibarnamə əsasında iddiaçının əri Emil Quliyev tərəfindən idarə edilən zaman 27 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, X11 yanında cavabdehə məxsus sürücü kimi Murad Aslanov tərəfindən idarə olunan 2008-ci il istehsalı, **-KK-*** dövlət qeydiyyat nişanlı, "Ford Transit" markalı avtomobillə toqquşmuşdr. Həmin hadisə nəticəsində iddiaçının mülkiyyətində olan 2013-cü il istehsalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “X14” minik markalı avtomobilə 8307 manat ziyan dəymişdir. Həmin ziyanın 4531 manatı "xxxx" Sığorta Şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Murad Aslanov "xxxx" MMC-nin adına yazdığı 28 yanvar 2022-ci il izahatında 27 yanvar 2022-ci il tarixdə əmək funksiyalarının icrasını tez bitirdiyini, idarə etdiyi həmin avtomobillə MMC-nin rəhbərliyinin icazəsi olmadan şəxsi işinə zərurət olduğundan Binə qəsəbəsində yaşayan bacısına baş çəkmək üçün getdiyini, bu səbəbdən idarə etdiyi nəqliyyat vasitəsini həmin gün saat 17:45-dək MMC-yə məxsus dayanacağa gətirib təhvil verə bilmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı MMC-yə məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini öhdəsinə götürdüyünü, digər fiziki şəxsin nəqliyyat vasitəsinə dəymiş zərərin qanunvericiliyə uyğun, habelə məhkəmə qaydasında həll edilməsində cavabdehlik daşımasına hazır olduğunu qeyd etmişdir. "xxxx" MMC-nin 28 yanvar 2022-ci il tarixli, 01 nömrəli əmrinə əsasən "xxxx" MMC tərəfindən satış təmsilçisi X3 27 yanvar 2022-ci il tarixində MMC-yə məxsus nəqliyyat vasitəsi ilə MMC-nin rəhbərliyinin icazəsi olmadan, şəxsi işi ilə əlaqədar Binə qəsəbəsində yaşayan bacısına baş çəkməyə getdiyi üçün idarə etdiyi nəqliyyat vasitəsini həmin gün saat 17:45-dək MMC-yə məxsus dayanacağa gətirib təhvil vermədiyinə görə ona sonuncuya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən “töhmət” intizam tənbehi verilmişdir. 29 aprel 2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən hüquqi xidmət üçün vəkilə əmək haqqıya görə Vəkil1 hesabına 650 manat və 21 aprel 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən isə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 65,40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının nümayəndəsi cavabdehdən 3776 manat real dəymiş ziyan, hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 650 manat, hüququnun bərpası ilə əlaqədar ödədiyi 66 manat dövlət rüsumu-cəmi 4492 manat pulun məcburi qaydada alınıb iddiaçıya verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş, Murad Aslanovun 27 yanvar 2022 ci il tarixində nəqliyyat vasitəsini təhvil verməli olduğu təqdirdə, sonuncunun nəqliyyat vasitəsindən şəxsi məqsədlər üçün istifadə etdiyini, hazırkı mülki iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsi asas götürülməklə, yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik edən Murad Aslanovun daşımalı olduğunu, törədilmiş mülki hüquq pozuntusuna görə işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş vermədiyi yüksək təhlükə mənbəyinin qanuni sahibi kimi sürücü Murad Aslanovun məsuliyyət daşıdığını, tələbin iddiaya cavab verməli olmayan şəxsə, əsl olmayan cavabdehə qarşı verildiyini, hazırki mülki iş üzrə "xxxx" MMC-nin cavabdeh qismində işə cəlb edilməsinin düzgün olmadığını, iddia tələbini əsassız hesab etdiyini bildirərək rədd edilməsini xahiş edir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 27 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, X11 yanında cavabdehə məxsus sürücü kimi Murad Aslanov tərəfindən idarə olunan 2008-ci il istehsallı, **-KK-*** dövlət qeydiyyat nişanlı, "Ford Transit" markalı avtomobil etibarnamə əsasında iddiaçının əri Emil Quliyev tərəfindən idarə edilən zaman iddiaçıya məxsus 2013-cü il istehsalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “X14” minik markalı avtomobillə toqquşmuşdr. Hadisə nəticəsində iddiaçının mülkiyyətində olan 2013cü il istehsalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “X14” minik markalı avtomobilə 8307 manat ziyan dəymişdir. Həmin ziyanın 4531 manatı "xxxx" Sığorta Şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh təşkilatın işçisi Murad Aslanovun iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulması faktı məhkəmə iclasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu madəsinin tələblərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarına əsasən nəqliyyat vasitəsini idarə edən sürücü Murad Aslanov tərəfindən vurulmuş zərərə görə işəgötürən təşkilat kimi "xxxx" MMC tam həcmdə maddi məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 3776 real dəymiş ziyan hissəsində təmin edilməldir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2, 1099.1, 1099.2, 1108.1, 1108.2, 1108.3, 1114.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında əks olunmuş hüquqi mövqeyə görə, işəgötürənin öz işçisinin vurduğu zərərə görə məsuliyyət daşıması üçün zəruri şərt, baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair həmin qərara əsasən Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Lakin birinci instansiya məhkəməsi tərəfindən hüquq pozuntusunun işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığı nəzərə alınmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Murad Aslanov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli izahatdan da görünür ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 18:05-də (iş saatından kənar vaxtda) əmək funksiyasının icrasını bitirdikdən sonra Binə qəsəbəsinə bacısının evinə gedən zaman baş vermişdir. Hadisə törədildikdən bir gün sonra xx.xx.2022-ci il tarixində cavabdeh "xxxx" MMC-nin rəhbərliyi tərəfindən Murad Aslanov barəsində "xxxx" MMC-yə məxsus avtomobili şəxsi məqsədləri üçün istifadə etdiyinə və 17:45-dək təhvil vermədiyinə görə intizam tənbehinin verilməsi barədə əmr imzalanmış və töhmət verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. İş materiallarına əlavə edilmiş Aslanov Murad tərəfindən verilmiş izahat və "xxxx" MMC tərəfindən tərtib edilmiş əmrin mövcudluğu məhkəmə tərəfindən nəzərə alınmamış, baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında səbəbli-nəticə əlaqəsinin olub-olmaması aydınlaşdırılmamışdır. Bununla da, məhkəmə qanunvericiliyin tələblərinə düzgün hüquqi qiymət verməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci iltarixli 2(037)- 800/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinin tələbinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinin tələbinə görə, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarı Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəmənin 03 avqust 2022-ci il tarixli, 2(037)-800/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəmənin 03 avqust 2022-ci il tarixli, 2(037)- 800/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(037)- 800/2022 nömrəli qətnaməsi dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 19 iyul 2017-ci il tarixli, AC № 936825 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı, **-UL-*** dövlət qeydiyyat nişanlı “X14” minik markalı avtomobil İddiaçı adına qeydə alınmışdır. 03 yanvar 2022-ci il tarixli, 08 nörməli yol vərəqəsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən “Ford Transit” yük markalı, **-JO-*** dövlət nömrəli avtomobil 03 yanvar 2022-ci il tarixdən 31 yanvar 2022-ci il tarixə qədər qarajdan çıxma vaxtı 08:00 olmaqla, X4 təhvil verilmişdir. Lakin həmin yol vərəqəsində nəqliyyat vasitəsinin qaraja qaytarılmasını müəyyən edəcək hər hansı bir vaxt müəyyən edilməmişdir. X2 "xxxx" MMC-nin adına yazdığı 28 yanvar 2022-ci il tarixli izahatından görünür ki, o həmin izahatında 27 yanvar 2022-ci il tarixində əmək funksiyalarının icrasını tez bitirdiyini, idarə etdiyi həmin avtomobillə MMC-nin rəhbərliyinin icazəsi olmadan, şəxsi işinə zərurət olduğundan Binə qəsəbəsində yaşayan bacısına baş çəkmək üçün getdiyini, bu səbəbdən idarə etdiyi nəqliyyat vasitəsini həmin gün saat 17:45-dək MMC-yə məxsus dayanacağa gətirib təhvil verə bilmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı MMCyə məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini öhdəsinə götürdüyünü, digər fiziki şəxsin nəqliyyat vasitəsinə dəymiş zərərin qanunvericiliyə uyğun, habelə məhkəmə qaydasında həll edilməsində cavabdehlik daşımasına hazır olduğunu qeyd etmişdir. "xxxx" MMC-nin 28 yanvar 2022-ci il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən satış təmsilçisi X3 27 yanvar 2022-ci il tarixində MMC-yə məxsus nəqliyyat vasitəsi ilə MMC-nin rəhbərliyinin icazəsi olmadan, şəxsi işi ilə əlaqədar Binə qəsəbəsində yaşayan bacısına baş çəkməyə getdiyi üçün idarə etdiyi nəqliyyat vasitəsini həmin gün saat 17:45-dək MMC-yə məxsus dayanacağa gətirib təhvil vermədiyinə görə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən “töhmət” intizam tənbehi verilmişdir. 17 mart 2022-ci il tarixli, 103174 nömrəli sığorta aktının surətindən görünür ki, Murad Aslanov tərəfindən sığortalanmış **-KK-*** dövlət qeydiyyat nişanlı, "Ford Transit" markalı avtomobil 27 yanvar 2022-ci il tarixdə X13 ərazisində **-UL-*** dövlət qeydiyyat nişanlı “X14” minik markalı avtomobillə toqquşmuşdur. Nəticədə 21 yanvar 2022-ci il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8307 manat müəyyən edilmişdir. Atəşgah Sığorta Şirkəti tərəfindən sığorta ödənişi mütənasib qaydada 4531 manat müəyyən edilməklə İddiaçı ödənilmişdir. 29 aprel 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət üçün vəkilə əmək haqqıya görə Vəkil1 hesabına 650 manat ödənilmişdir. 21 aprel 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 65,40 manat dövlət rüsumu ödənilmişdir. Apellyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli 9/8168 nömrəli rəydən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “X14” markalı, 90 Ul 704 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6707,0 manat müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə tam razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da dəyişdirilməsi üçün əsasdır. Belə ki, "xxxx" MMC apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən hüquq pozuntusunun işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar olmaması, bu halın işçi Murad Aslanovun xx.xx.2022-ci il tarixli izahatı ilə təsdiq edilməsi, hadisənin törədilməsindən bir gün sonra, yəni xx.xx.2022-ci il tarixində "xxxx" MMCnin rəhbərliyi tərəfindən Murad Aslanov barəsində avtomobili şəxsi məqsədləri üçün istifadə etdiyinə və 17:45-dək təhvil vermədiyinə görə intizam tənbehinin verilməsi barədə əmrin imzalanaraq töhmətin verilməsinin nəzərə alınmaması, iddiaya cavab verməli şəxsin Murad Aslanov olmasına baxmayaraq ziyan məbləğinin yanlış olaraq "xxxx" MMC-dən tutulmasının qət edilməsi ilə əsaslandırsa da iş materialında olan birinci instansiya məhkəməsinə təqdim edilmiş 03 yanvar 2022-ci il tarixli 08 nörməli yol vərəqəsindən "xxxx" MMC tərəfindən “Ford Transit” yük markalı, **-JO-*** dövlət nömrəli avtomobilin 03 yanvar 2022-ci il tarixdən 31 yanvar 2022-ci il tarixə qədər qarajdan çıxma vaxtının 08:00 olmaqla, X4 təhvil verilməsi müəyyən edilmişdir. 03 yanvar 2022-ci il tarixli 08 nörməli yol vərəqəsində nəqliyyat vasitəsinin qaraja qaytarılmasını müəyyən edəcək hər hansı bir vaxt müəyyən edilməmişdir. Sənədlə müəyyən edilməyən bir halın xidməti asılılıq münasibətində olan işçinin izahatına istinad edilməsi yolu ilə əsaslandırılması doğru hesab edilə bilməz. Həmçinin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında cavabdehin nümayəndəsi işçi ilə bağlanmış əmək müqaviləsinə əsasən işçinin iş saatının həftədə 5 gün olmaqla, gündəlik 8 saat, 09:00-dan 18:00-dək olmasını təsdiq etmişdir. Hadisənin 27 yanvar 2022-ci il tarixində saat 18:05 radəlǝrində Xəzər rayonu ərazisində baş verməsi, işçinin iş saatının başa çatmasından sonra iş yerinə qayıtması üçün müəyyən müddətin də tələb edilməsi diqqətə alınaraq, kollegiya həmin 5 dəqiqəlik bir fərqin hüquq pozuntusunun işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar olmaması kimi şərh edilməsini doğru hesab etmir. Beləliklə məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hər hansı bir əsasın olmadığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh təşkilatın birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətində qeyd etdiyi tələbi ilə razılaşmır. Lakin Apellyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli 9/8168 nömrəli rəyinə görə nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “X14” markalı, 90 Ul 704 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6707,0 manat təşkil etməsi müəyyən edilmiş, ekspertiza tədqiqatının dəyəri isə 100 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş ziyanın müəyyən edilməsində hər hansı bir mütəxəssis və yaxud ekspertiza tədqiqatına istinad etmədiyindən, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının rəyi ilə dəymiş ziyanın müəyyən edilməsi üzrə əsaslandırma aparıldığından iddiaçıya dəymiş ziyanlığın müəyyən edilməsində Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli 9/8168 nömrəli rəyinə istinad edilməsini doğru hesab edir və İddiaçı dəymiş ziyanın 6707 manat təşkil etməsini qəbul edir. Hansı ki, dəymiş 6707 manat ziyan məbləğindən 4531 manatı "xxxx" Sığorta Şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı iddia ərizəsində göstərilən məlumata istinad edilərək cavabdeh təşkilatın işçisinin idarə etdiyi avtomaşının **-KK-*** dövlət qeydiyyat nişanlı, "Ford Transit" markalı avtomobil olması qeyd edilsə də işdə olan yol vərəqəsindən, cavabdeh təşkilatın işçisinin izahatından cavabdeh "xxxx" MMC-nə məxsus "Ford Transit" markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomaşının 27 yanvar 2022-ci il tarixdə X11 Mərkəzinin yanında iddiaçıya məxsus avtomaşınla toqquşması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsindəki bu uyğunsuzluğu texniki yanlışlıq kimi qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(037)- 800/2022 nömrəli qətnaməsi ekspert rəyi əsas götürülməklə dəyişdirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, qeyd оlunаn məhkəmə xərci cavabdehə аid edilməli və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(037)-800/2022 nömrəli qətnaməsi 3776 manat real dəymiş ziyanın məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalı olan real dəymiş ziyan məbləği 2176 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə (“650 manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 65,40 manat dövlət rüsumunun alınması) dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-69/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-69/2023
28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver