Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-693/2020 19.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə xx xxxxxx 2019-cu il tarixli 2(051)-2696/2019 nömrəli qərardadından iddiaçının nümayədəsi X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 4424.98 manat əsas borc, 45.80 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 628.30 manat borc və 949,60 manat cərimə olmaqla cəmi 6048.68 manat məbləğdə borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin alınıb ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı (hakim H.Mirzəliyev) ilə iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçının nümayədəsi X1 şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçının nümayədəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2696/2019 nömrəli qərardadı ləğv edilməli və iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin həll edilməsi üçün mülki işin materialları həmin Məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarmasını onunla əsaslandırmışdır ki, iddiaçı tələbini əsaslandırdığı hallara dair sənəd qismində kassa məxaric orderini iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsinə görə iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin surətləri əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur... Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Lakin, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etməkdə, daha sonra isə həmin qərardaddan iddiaçının nümayədəsinin verdiyi şikayəti təmin etməməkdə və iddia ərizəsini icraata qəbul etməməkdə haqlı olmamışdır. Belə ki, MPM-in 152.1.1-ci maddəsinin mənasına görə iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmun tələblərinə cavab verməməsi ərizənin geri qaytarılması üçün əsas ola bilər. Ərizəyə iddianı əsaslandıran hallara dair sənədlərin əlavə edilməməsi isə həmin ərizənin forma və məzmunu ilə bağlı tələblərə əməl olunmaması kimi qiymətləndirilə bilməz; bu çatışmazlıq MPM-in 150.0.5-ci maddəsinin tələbinin pozulmasıdır ki, belə pozuntuya görə ərizənin geri qaytarılması MPM-in 152-ci maddəsində nəzərdə tutulmamışdır. İddiaçının iddia ərizəsinə öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin surətlərini əlavə etməməsi və sonralar da həmin sübutları məhkəməyə təqdim etməməsi iddianın əsassız sayılaraq təmin edilməməsinə səbəb ola bilər. Lakin ərizəyə iddianı əsaslandıran hallara dair sənədlərin əlavə edilməməsi səbəbi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qanuna müvafiq deyildir. Bununla yanaşı, qeyd etmək lazım gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər kserosurətlərdən ibarət olmaqla onların əslləri ilə düzlüyü lazımi qaydada təsdiq edilməmişdir. Halbuki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. MPM-in 259.0.12-ci maddəsinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, ərizəyə iddianı əsaslandıran hallara dair sənədlərin əlavə edilməməsi həmin ərizəni geri qaytarmaq üçün əsas deyildir. Ona görə də məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsinin ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadından iddiaçı tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli və iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin həll edilməsi üçün mülki işin materialları həmin Məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2 və 398.0.3-cü maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək, habelə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək barədə qərardad qəbul edə bilər. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400 və 402-ci maddələrinin mənasına görə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadın ləğv edilərək həmin ərizənin icraata qəbul edilməsi məsələsinin həlli üçün mülki işin materiallarının birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardaddan şikayət verilə bilməz. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə xx xxxxxx 2019-cu il tarixli 2(051)-2696/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin həll edilməsi üçün mülki işin materialları həmin Məhkəməyə göndərilsin. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-693/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-693/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver