Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-695/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi” üzrə (Açar sözlər: Avtomobilə dəymiş ziyan-pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(035)-131/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehdən avto qəza nəticəsində onun üzərində aparılmış tibbi cərrahiyyə əməliyyatı ilə bağlı ona vurduğu maddi ziyana görə 2500 (iki min beş yüz) manat, ** BC *** dövlət nömrə nişanlı, VAZ 2107 markalı, 1982-ci il tarixli buraxılışlı minik avtomobilinə dəymiş ziyanla bağlı 3245 (üç min iki yüz qırx beş) manat olmaqla, cəmi 5745 (beş min yeddi yüz qırx beş) manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Qoruqbağı kəndinin girəcəyində cavabdeh həmkəndlisi Cavabdeh məxsus camış sudan çıxaraq qəflətən onun maşınına özünü çırparaq qəza törətmişdir. Hadisə nəticəsində alt çənə sümüyü hər iki tərəfdən sınmışdır. Buna görə təcili əməliyyata girməli olmuş, cərrahiyyə əməliyyatı Bakı şəhərində Respublika Xəstəxanasında həkim Elşad Musayev tərəfindən anesteziya altında icra olunmuşdur. Hadisə nəticəsində həm də ona məxsus olan VAZ-21051 Minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil bərbad vəziyyətə düşmüşdür. Avtomobilinə ziyanlıq mütəxəssis tərəfindən müəyyən edilmişdir. Beləliklə Cavabdeh ona vurduğu maddi ziyana görə cərrahiyyə əməliyyatı ilə bağlı 2500 manat, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanlıqla bağlı 3245 manat olmaqla cəmi 5745 manat pul tutularaq ona verilməlidir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçının nümayəndəsi X3 iddianı müdаfiə edərək izahatında bildirmişdir ki, tərəflər həmkəndlidirlər. İddiaçı oğlu Nihadla birlikdə xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi VAZ-21051 Minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonundan qayıdarkən yaşadığı evin yaxınlığında şəxsi avtomobili ilə hərəkətdə olan zaman qəfil “Axmaz” adlanan su hövzəsindən camış heyvanının yola çıxdığını görüb, avtomobili əks istiqamətli hərəkət zolağına çıxarmış, lakin, camış hürkdüyündən qarşı hərəkət zolağına keçmiş və avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində camış hadisə yerində ölmüş, özü xəsarət almış və avtomobilə maddi ziyan dəymişdir. Sonradan camışın iddiaçının həmkəndlisi Cavabdeh məxsus olduğu məlum olmuşdur. İddiaçı özü səhətinə görə aldığı xəsarətə görə 2500 manat, avtomobilinə isə maddi ziyana görə 3245 manat, cəmi 5745 manat dəyərində ziyan dəymişdir. Odur ki, iddiaçı ona dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh İddiaçı Yunus oğlu xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Zərdab rayonunun Qoruqbağı kəndinin ortasından keçən hissəsində, onun evinin qarşısında idarə etdiyi VAZ 21051 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə 1 baş boğaz, diri çəkisi 400 kq olan camışını vuraraq öldürmüşdür. Həmin ərazidə surət həddi 60-dır. Lakin. cavabdeh avtomobilini 85 sürəti ilə idarə etmişdir. Lakin, cavabdehin əməlində cinayət tərkibi olmadığından xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası KT Nazirliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin Zərdab Rayon İdarəsi tərəfindən verilmiş arayışa əsasən ona 2000 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. İş üzrə məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və diri çəkisi 400 kiloqram bir baş iri buynuzlu boğaz camışın 2022-ilin iyun ayına orta bazar qiyməti 2200 manat müəyyən edilmişdir. Cavabdeh ona vurduğu ziyanı qəbul etmir. Əksinə ona qarşı məhkəmədə maddi ziyanla bağlı iddia qaldırmışdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir.
5. İddiaçı iddiаnı əsaslı hesab edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Ağsu Rayon Məhkəmənin (hakim İ.Həsənquliyev) 13 mart 2023-cü il tarixli, 2(035)- 131/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh dəymiş maddi ziyana görə 1000 manat pulun tutularaq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Azərbaycan Respublikası MPMnin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçının özünə аid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi VAZ-21051 Minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonundan qayıdarkən yaşadığı evin yaxınlığında təxminən 80-85 kilometr sürətlə hərəkətdə olan zaman qəfil “Axmaz” adlanan su hövzəsindən Cavabdeh məxsus camış heyvanının yola çıxaraq avtomobillə toqquşmuşdur. Lakin, Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin, təqsirli bilinərək onun barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tədbir görülərək 80 manat məbləğindıə cərimə edilməsi qərara alınmışdır.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, cavabdehin yuxarıda müəyyən olunan qanunsuz hərəkəti (xx.xx.2022-ci il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi) nəticəsində iddiaçıya maddi ziyan dəydiyindən iddiaçı hazırkı iddianı verməkdə haqlı olmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddianı qəbul etməsə də, izahat verməkdən savayı iddianın rədd edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfin iddianın rədd edilməsi barədə məhkəmə iclasında verdiyi izahatı yuxarıda adı çəkilən iş materialları ilə tam şəkildə təkzib edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilədən kənar öhdəliklərə aid olmaqla zərər vurulması (delikt) nəticəsində yaranan hüquq münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi və deliktlə bağlı normaları tətbiq edilməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçıya vurulmuş maddi ziyana görə cavabdehdən tutulmalı olan məbləği iddia ərizəsində 5745 manat göstərsədə, lakin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək 1000 manat tutulmasını xahiş etdiyi üçün iddia qismən təmin edilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 77.45 manat məbləğində dövlət rüsumu ödəsədə, lakin, iddia ərizəsində cavabdehdən tutulmasını tələb etməmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, 71-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 78.1, 119.1, 124.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Yunus oğlu xx.xx.2022-ci il tarixdə, saat 1 radələrində Zərdab rayonunun Qoruqbağı kəndinin ortasından keçən hissəsində, evinin qarşısında idarə etdiyi VAZ 21051 markalı 63BC905 dövlət qeydiyyat nişanlı avtomobillə 1 baş boğaz, diri çəkisi 400 kq olan camışını vuraraq öldürmüşdür. Həmin ərazidiə sürət həddi 60 km/saat olsa da, iddiaçı öz avtomobilini 85 km/saat sürətlə idarə etmişdir. Lakin iddiaçının əməlində cinayət tərkibi olmadığından xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir.
18. Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin Zərdab Rayon İdarəsi tərəfindən verilmiş arayışa əsasən ona 2000 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. İş üzrə məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və diri çəkisi 400 kq bir baş iribuynuzlu boğaz camışın 2022-ci ilin iyun ayına orta bazar qiyməti 2200 manat müəyyən edilmişdir. İddiaçı ona vurduğu maddi ziyanı qəbul etmir. Əksinə ona qarşı məhkəmədə maddi ziyanla bağlı iddia qaldırmışdır. O, Zərdab Rayon Məhkəməsində iddiaçıya qarşı "Vurulmuş maddi ziyana görə pul tələbi"nə dair iddia qaldırmışdır. Zərdab Rayon Məhkəməsi özünün 13 mart 2023cü il tarixli, 2(035)-136/2023 saylı qətnaməsi ilə iddianı təmin etməmişdir.
19. Bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmuşdur. O, zərər çəkmiş birisidir. 2200 man qiyməti olan boğaz camışı iddiaçının yüksək sürətinin qurbanı olmuşdur. Belə ki, iddiaçı özünün günahı ucbatından maşını camışa vurub əzmişdir. Sürət həddi 60 km/saat olan yerdə öz avtomobilini 85 km/saat sürətlə sürmüşdür.
20. Öz hüquqlarını birinci instansiya məhkəməsində müdafiə etməyə çalışsa da birinci instansiya məhkəməsi onu dinləməmiş və əsassız qərar qəbul etmişdir. Ona sürət həddini aşan bir nəqliyyat vasitəsi sürcüsü tərəfindən maddi ziyan dəymişdir.
21. Qeyd edilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 13 mart 2023-ci il tarixli, 2(035)- 131/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmənin kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasını xahiş edir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Yunus oğlu apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətindən görünür ki, apellyator Zərdab Rayon Məhkəməsinin 13 mart 2023-ci il tarixli, 2(035)-131/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 13 mart 2023-ci il tarixli, 2(035)- 131/2023 saylı nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur .
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmə iddiaçının əmlakına zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir.
32. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmiş, apellyasiya instansiya məıhkəməsi də bu mövqe ilə razılaşır.
33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh məxsus camış heyvanının asfalt yolla ötürüldüyü zaman, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində İddiaçı idarə etdiyi VAZ-21051 Minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobill asfalt yolda hərəkətdə olan zaman həmin camışı vurmuş, nəticədə İddiaçı məxsus nəqliyyat vasitəsi əzilmiş, iddiaçıya maddi ziyan dəymişdir. Həmin hadisəyə görə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir.
34. Apellyasiya şikayətinin İddiaçı Yunus oğlunun xx.xx.2022-ci il tarixdə, saat 1 radələrində Zərdab rayonunun Qoruqbağı kəndinin ortasından keçən hissəsində, evinin qarşısında idarə etdiyi VAZ 21051 markalı 63BC905 dövlət qeydiyyat nişanlı avtomobillə 1 baş boğaz, diri çəkisi 400 kq olan camışını vuraraq öldürməsi, həmin ərazidiə sürət həddi 60 km/saat olsa da, iddiaçı öz avtomobilini 85 km/saat sürətlə idarə etməsinə dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin həmin dəlili əsaslı deyildir.
35. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
36. Həmin Məcəllənin 338.5.1-ci maddəsinə görə mal-qaranın yolda nəzarətsiz qoyulmasına, Həmin Məcəllənin 338.5.2-ci maddəsinə əsasən isə mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə məhz mal sahibinin məsuliyyət daşıması nəzərdə tutulmuşdur.
37. İşdə olan Zərdab Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 3(035)-358/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Cavabdeh 06 iyun 2022-ci il tarixdə mal-qaranı asfalt və sement-beton örtüklü yollarla sahibsiz ötürməsi nəticəsində həmin malın İddiaçı Yunus oğlunun idarə etdiyi VAZ 21051 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, İddiaçı Yunus oğluna maddi ziyan dəyməsi ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Yəni məhz Cavabdeh təqsiri ilə bağlı İddiaçı Yunus oğluna maddi ziyan dəymişdir. Həmin hadisə üzrə iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin sürətinin müəyyən edilmiş həddən yüksək olması mal-qaranın yolda nəzarətsiz qoyulmasına və yaxud da mal-qaranın asfalt və sement-beton örtüklü yolla nəzarətsiz şəkildə ötürülməsinə görə məsuliyyəti istisna etmir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin onu dinləməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan məhkəmə iclas protokollarından göründüyü kimi cavabdeh bütün məhkəmə iclaslarında iştirak etmiş, iddia tələbi ilə bağlı onun fikri öyrənilmiş, iddia tələbinə dair sərbəst izahatını vermişdir.
39. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi yanaşmaları ilə razı olmadığını qeyd edərək, bildirir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı deyildir.
40. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 13 mart 2023-ci il tarixli, 2(035)-131/2023 saylı nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 13 mart 2023-ci il tarixli, 2(035)-131/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.