Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-697/2021 05.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-871/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, 2(033)-871/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş ziyan məbləği olan 7305 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2018-ci ildə Zaqatala şəhəri H.Əliyev prospekti, 5 ünvanında icarəyə yer götürüb Cavabdeh ilə birlikdə “Soel” adlanan parfümeriya mağazasını açmışdır. O, həmin mağazanın icarəyə götürülməsini, təmirini, reklam lövhələrinin düzəldilməsini, mağazaya mebelin yığılması və kassa aparatının qoyulmasını təşkil etmişdir. O, mağazanın düzəldilməsi üçün 3000 manat xərc çəkmişdir. Könül də həmin mağazaya eyni məbləğ dəyərində mal gətirmişdir. Onlar şərik olmuş və əldə olunan gəlirin 50 %-ni almalı idilər. Şərik olduqları Cavabdeh Zaqatala rayon polis şöbəsində verdiyi izahatda və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da öz əksini tapmışdır. Lakin cavabdeh ona aylıq gəlirin 50 faizini verməyərək aralarında olan müqavilə şərtini pozmuşdur. Onlar xx xxx 2018-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şəriklik, ortaqlıq münasibətində olmuşlar. Həmin ortaqlı münasibəti Cavabdeh tərəfindən tutulmuş və öz yazısı ilə tərtib edilmiş dəftərlə də təsdiqini tapır. 1 - Xalis gəlir 2 yerə bölündükdən sonra ona çatmalı olan məbləğlər illər və aylar üzrə öz xətti ilə yazılmışdır. Belə ki, xx xxx 2018-ci ildən xx xxxx 2019-ci ilə qədər (xx xxx 2018 - 384.5 manat, iyun 2018 - 528 manat, iyul 2018 - 508 manat, avqust 2018 - 670.30 manat, sentyabr 2018 - 778 manat, oktyabr 2018 - 518.8 manat, noyabr 2018 - 442 manat, dekabr 2018 - 351 manat, yanvar 2019 - 749 manat, fevral 2019 - 649 manat və mart 2019 - 951.5 manat) 6529.60 manat. Aprel 2019 - 303 manat, may 2019 - 445 manat, iyun 2019 - 373 manat, iyul 2019-328 manat, avqust 2019 - 352.30 manat, sentyabr 2019 - 435 manat, oktyabr 2019 - 288 manat, noyabr 2019 - 347 manat, dekabr 2019 - 0 manat, yanvar 2020 - 174 manat, 2020-ci ilin fevral-mart-aprel-may aylarında - 688.60 manat. xx xxx 2020-ci il tarixinə mağazada qalan 4049 manatlıq malın dəyərinin yarısı 2024.50 manat. Ümumilikdə 12.198,00 manat - ona çatmalı məbləğdir; 2 - Həmin müddətlər ərzində ona çatan məbləğ cəmi - 4892.50 manat olmuşdur (may 2018 - 500 manat, iyun 2018 - 300 manat, iyul 2018 - 500 manat, avqust 2018 - 760 manat, sentyabr 2018 - 0 manat, oktyabr 2018 - 15 manat, noyabr 2018 - 257 manat, dekabr 2018 - 0 manat, yanvar 2019 - 35 manat, fevral 2019 - 400 manat, mart 2019 - 70 manat, aprel 2019 - 303 manat, may 2019 - 445 manat, iyun 2019 - 300 manat, iyul 2019 - 98 manat, avqust 2019 - 0 manat, sentyabr 2019 - 0 manat, oktyabr 2019 - 0 manat, noyabr 2019 - 0 manat, dekabr 2019 - 0 manat, yanvar 2020 - 0 manat, fevral 2020 - 0 manat, mart 2020 - 902.50 manat, aprel 2020 - 0 manat, xx xxx 2020 - 7 manat. Beləliklə, 12.1xx xxxxxxxx 4892.50 manatı çıxdıqda ona çatmalı olan 7305.50 manat məbləğdir (12198 - 4892.50 = 7305.50). O, cavabdehdən şəriklikdən ona çatacaq pulu tələb etsə də, hər dəfəsində müxtəlif bəhanələrlə ona çatacaq pulu verməmişdir. Belə olan halda o, məhkəməyə müraciət etməli olmuşdur. Bu iddia tələbi ilə məhkəməyə müraciət edərək 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Ödədiyi dövlət rüsumunu da cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında iddianı sübutetmə yükünün iddiaçı tərəfin üzərinə düşdüyü halda cavabdeh tərəfindən iddiaçıya ziyanın vurulmasının sübuta yetirilməməsini göstərərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-871/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə hansı əsasla onun iddiasını təmin etməməsini qətnamədə göstərməyib. Mülki işdə olan dəftərlərdə gündəlik əməliyyatlarla yanaşı aylıq əməliyyatlar da aparılmışdır. Mülki işdə olan aylıq əməliyyatlardan görsənir ki, gəlirlərin yarısı ona çatmalıdır. Bunu Cavabdeh özü qeyd etmişdir. Lakin qeyd etdiyi kimi, gəlirin yarısını ona verməmişdir. Bütün bu dəftərlər şərik olduqları bütün dövrlərdə Cavabdeh tərəfindən tutulmuş və yazılmışdır. Bu dəftərlərlə bağlı cavabdeh məhkəməyə çağrılmayıb və dindirilməyib. Onun tərəfindən heç bir dəftər tutulmayıb və yazılmayıb. Əməliyyat aparılan dəftərlərlə bağlı mübahisə vardırsa məhkəmə müvafiq ekspertizalar təyin edə bilərdi. Hesab edir ki, məhkəmə işi tam araşdırmadan yekun nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)- 871/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X3 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işə baxılmasında iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-871/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan HK-1/466 N-286 saylı rədd materiallarından görünür ki, iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. İddiaçı iş materiallarına əlavə edilməsi üçün məhkəməyə 7 ədəd hesabat dəftərləri təqdim etmişdir. İddiaçının deməsinə görə həmin dəftərlərdə mağazada aparılmış gündəlik əməliyyatlarla bağlı qeydlər əksini tapmışdır. İşdən görünür ki, tərəflər şəriklik münasibətləri əsasında 2018-ci ildən Zaqatala şəhəri H.Əliyev prospekti, 05 ünvanında yerləşən “Soel” adlanan parfümeriya mağazasını işlətməyə başlamışlar. Tərəflər arasındakı razılaşmaya əsasən ilkin olaraq mağaza binasının təmiri və təyinata uyğunlaşdırılması üçün iddiaçı tərəfindən 3000 manat xərc çəkilmiş, cavabdeh isə öz hesabına mağazaya həmin məbləğ dəyərində parfümeriya malları gətirmişdir. İş üzrə Cavabdeh mağazada satıcı kimi fəaliyyət göstərərək vaxtaşırı mağazaya parfümeriya malları gətirib satmışdır. Tərəflər arasındakı razılaşmaya görə xalis gəlir onlar arasında bərabər bölünməli idi. İddiaçının dəlillərinə görə, 2019-cu ilin ortalarından cavabdehin ona verdiyi gəlir payı azalmağa başlamış və daha sonra cavabdeh mağazanın gəlir gətirmədiyini iddia etmişdir. Cavabdehin gəliri gizlətməsindən şübhələnərək 2020-ci il mayın 17-də mağazanı bağlamış (qıfıllamış), həmin vaxt mağazada 4049 manat dəyərində mal olmuşdur. O, mağazaya tanış mühasib dəvət etmiş və təqdim etdiyi qeydiyyat dəftərlərindəki məlumatlara əsasən mühasib tərəfindən təftiş aparılmışdır. Təftiş nəticəsində cavabdehin ümumi gəlirdən ona çatası 7305.50 manat pulu ona vermədiyi müəyyən olunmuşdur. Lakin cavabdeh təftişin nəticələri ilə razılaşmamış və daha sonra ona xəbərdarlıq etmədən mağazanın qıfılını sındırıb oradakı malları aparmışdır. Bununla əlaqədar Polis şöbəsinə məlumat vermiş, ona aralarındakı mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də məhkəmədə hazırkı iddianı qaldırmışdır. Zaqatala RPŞ-də aparılmış araşdırma zamanı izahat verən cavabdeh bildirmişdir ki, o, Azərdən (iddiaçıdan) gəlir gizlətməmiş, 2019-cu ilin ortalarından Azər bir neçə dəfə mühasib gətirib mağazanı yoxlatdırmış, hər dəfə onun hesabatı düzgün çıxmışdır. 2020-ci ilin mayında isə Azər öz qohumu olan Elmar adında mühasibi gətirib yoxlama apartdırmış, Elmar hesabatı düzgün aparmamış və guya mağazada 7000 manatlıq mal-pul çatışmazlığının olduğunu müəyyən etmişdir. O, Elmarın müəyyən etdiyi nəticələrlə razılaşmamış və dəfələrlə Azərə yenidən yoxlama apartdırmağı təklif etmiş, Azər isə bundan yayınmışdır. Azər ona işləməyə imkan vermədiyinə görə mağazadakı özünə məxsus malları və başqa əşyaları götürüb oradan çıxmışdır. Cavabdehin nümayəndəsi də iddiaçının tələbinin heç bir mötəbər sübuta əsaslanmadığını, tələbin əsassız olduğunu bildirir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə belə nəticəyə gəlməsini iddiaçının ona cavabdeh tərəfindən ziyan vurulmasını təsdiqləyən sübutlar təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı iddiaçı öz iddia tələbini müdafiə edərək məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPMin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması üçün ekspertiza tədqiqatına mühasibat sənədləri təqdim edilməlidir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi qeydiyyat dəftərləri mühasibat sənədləri kimi qəbul oluna bilməz. Mağazanın fəaliyyətinə dair rəsmi sənədlər - malların alınması barədə qaimələr, satış əməliyyatları barədə kassa aparatından çıxarışlar, vergi orqanının yoxlama aktları və s. ola bilər. İddiaçı isə məhkəməyə belə sənədlər təqdim edə bilməmişdir. Ona görə məhkəmə kollegiyası iş materialları əsasında məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini qeyri-mümkün hesab edir. Bundan başqa, iddiaçı mağazanın fəaliyyətini müstəqil auditora yoxlatdıra və auditor rəyini sübut kimi məhkəməyə təqdim edə bilərdi. Lakin iddiaçı məhkəməyə belə bir sübut da təqdim etməmişdir. Polis şöbəsi tərəfindən aparılmış təhqiqatın materiallarından müəyyən olunur ki, mağazada qalıq qalmış və iddiaçının yarısını tələb etdiyi 4049 manat dəyərində mallar da cavabdehin özünə məxsus olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya sonuncunun iddia etdiyi zərərin vurulması iş materialları ilə sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, işin halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı оğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-871/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-871/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-697/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-697/2021
05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver