Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-697/2025 17.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(033)- 379/2025 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi
1. İşin halları
1. X4 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 019A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X7 aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 274.72 manat ödəniş etmiş və оnun iddiaçıya 2725.28 manat məbləğində kredit bоrcu qalmışdır. AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu X3 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından X3 adına vərəsəlik işinin açıldığı, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X5 X3 vərəsəsi olduğu məlum olur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixdə bağlanmış 019A********** saylı müqavilə üzrə 2725.28 manat məbləğində kredit bоrcu, 320.33 manat məbləğində faiz bоrcu və 78.59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3124.2 manat, xx.xx.2023-cü il tarixdə bağlanmış 019A********** saylı müqavilə üzrə 3269.48 manat məbləğində kredit borcu, 622.03 manat məbləğində faiz borcu və 94.36 manat məbləğində cərimə olmaqla, cəmi 3985.87 manat, ümumilikdə cəmi 7110 (yeddi min yüz on) manat 07 (yeddi) qəpik məbləğində bоrcun və ödənilmiş 91.11 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 019A********** saylıərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X7 aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 274.72 manat ödəniş etmiş və оnun iddiaçıya 2725.28 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 267 gün üçün hesablanmış faiz borcu 320.33 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 267 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 78.59 manat təşkiledir. Bundan başqa, X6 İddiaçı QSC iləxx.xx.2023-cü il tarixdə bağladığı 019A********** saylı tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyniməna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən,X7 aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3400 (üç min dörd yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 130.52 manat ödəniş etmiş və оnun iddiaçıya 3269.48 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 269 gün üçün hesablanmış faiz borcu 622.03 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 269 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 94.36 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu X3 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından X3 adına vərəsəlik işinin açıldığı, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X5 X3 vərəsəsi olduğu məlum olur. Göründüyü kimi,X3 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə, kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" QSC ilə X7 arasında xx.xx.2023-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq 25 faiz dərəcəsi faiz olmaqla 35 ay müddətinə, hissə-hissə qaytarılmaq şərti ilə 3400 manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. X7 xx.xx.2023-ci il tarixdə vəfat etmiş və Cavabdeh onun əmlakından tək pay almış vərəsəsidir. X3 ölümündən sonra Cavabdeh X3 adına olan dekabr ayının əmək haqqı 686.16 və xəstəlik vəsiqəsinə əsasən 1312.19 manat məbləğində pul vəsaitindən, Yeni Azərbaycan Partiyası Zaqatala rayon Təşkilatı tərəfindən xx.xx.2024 il tarixdə verilmiş 01 nömrəli arayışına əsasən mərhum- X3 adında olan 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitindən və "xxxx" ASC-nin Zaqatala rayon filialı tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş 17 nömrəli məktubuna əsasən mərhum X4 məxsus **********522248 nömrəli kart hesabında olan 2278.52 manat məbləğində pul vəsaitindən ibarət miras əmlakdan tam pay almışdır. Bu əmlaklardan 2278.52 manat Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X11 Həmkarlar İttifaqı Komitəsi tərəfindən “X17” klinikasında müalicə olunması üçün ayrılmış vəsaitdir, 1312.19 manat vəsait yenə də Habil Qurbanovun xəstəliyi ilə bağlı olan vəsaitdir, 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti dəfn xərcləri üçün ayrılmış vəsait olmaqla bu vəsaitlərdən heç biri miras aktivi hesab oluna bilən əmlak sayılmır. X3 adına olan dekabr ayının əmək haqqı 686.16 manat vəsait miras aktivi hesab olunsa da həmin vəsaitdə daxil olmaqla ümumilikdə 7972 manat vəsaitin X3 müalicəsi ilə bağlı “X17” klinikasına ödənilməsi müəyyən edilmişdir.
5. Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(033)-379/2025 nömrəli qətnaməsi ilə (hakim Zərifə Məmmədova) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, 91.11 (doxsan bir manat on bir qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 448.1, 448.2, 458.1 467, 739.1, 741, 1151.1 və 1306.1-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X7 ilə İddiaçı QSC arasında bağlanmış ərizədən görünür ki, İddiaçı QSC tərəfindən X4 aylıq faiz dərəcəsi 28 faiz olmaqla, 48 ay müddətinə ayrılmış 40 000 manat kredit limiti üzrə 35 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3400 manat ilkin kredit verilmişdir. İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı Cavabdeh vərəsəsi olduğu X3 bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-ci il tarixli 019A********** nömrəli kredit razılaşmasına əsasən cavabdeh X3 xx.xx.2024-cü il tarixə iddiaçıya 2725,28 manat əsas kredit borcu, 320,33 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 78,59 manat cərimə olmaqla, cəmi 3124,2 manat kredit borcu vardır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsəsi oğluCavabdeh mərhuma məxsus Yeni Azərbaycan Partiyası Zaqatala rayon Təşkilatı tərəfindən xx.xx.2024 il tarixdə verilmiş 01 nömrəli arayışına əsasən mərhumX3 adında olan 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitindən ibarət əmlakdan tam pay almışdır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsəsi oğluCavabdeh Yeni Azərbaycan Partiyası Zaqatala rayon Təşkilatı tərəfindən xx.xx.2024 il tarixdə verilmiş 02 nömrəli arayışına əsasən mərhum X3 adına olan dekabr ayının əmək haqqı 686.16 (altı yüz səksən altı manat16 qəpik) və xəstəlik vəsiqəsinə əsasən 1312.19 (bir min üç yüz on iki manat-19 qəpik) manat məbləğində pul vəsaitindən ibarət miras əmlakdan tam pay almışdır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsəsi oğlu - Cavabdeh "xxxx" ASC-nin Zaqatala rayon filialı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 17 nömrəli məktubuna əsasən mərhum X4 məxsus **********522248 nömrəli kart hesabında olan 2278.52 manat məbləğində pul vəsaitindən ibarət miras əmlakdan tam pay almışdır. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X11 Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yeni Azərbaycan Partiyası Zaqatala rayon Təşkilatının sədri X7 insult keçirərək özəl tibb müəssisəsi olan “X17” klinikasında müalicə olunmuş və onun müalicəsinin davam etdirilməsi üçün 23 dekabr 2023-cü il tarixdə 3000 manat vəsait bank hesabına köçürülmüşdür. X15 17 mart 2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X7 həqiqətən xx.xx.2023-cü il tarixində “X17” klinikasının reanimasiya şöbəsinə “İşemik İnsult” diaqnozu ilə daxil olmuşdur. Xəstə xx.xx.2023-cü il tarixində saat 17:50-də vəfat etmişdir. Klinikaya ödənilən ümumi məbləğ 7.972 Azn (yeddi min doqquz yüz yetmiş iki manat) təşkil edir. Yeni azərbaycan Partiyası Zaqatala Rayon Partiyasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və ona dəfn xərci üçün ödəniləcək müavinət orta aylıq əmək haqqı 2500 manat olmaqla, cəmi 7500 manat pul vəsaitindən ibarətdir.
8. Qətnаmədən nаrаzı qаlаn İddiaçı QSC аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı QSC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ciil tarixlie-2(033)-379/2025 saylı qətnaməsi əsassızdır, ona görə də qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Zaqatala Rayon Məhkəməsi tərəfindən vəfat etmiş borclunun vərəsəsinə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra ARMM) 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq əsaslandırılmışdır. Məhkəmənin əsaslandırmasına münasibət bildirərək qeyd etməyi zəruri hesab edirlər ki, vəfat etmiş şəxsin varisinin və ölümündən sonra aldığı məbləğə dair açılan vərəsəlik məhkəmə tərəfindən nəzərə alınmamış, iş materiallarına əlavə edilmiş sənədlər düzgün təhlil edilməmiş, nəticədə vəfat etmiş şəxsin vəfatından sonra vərəsə kimi ona aid məbləğləri mənimsəyən şəxsdən kredit borcunun tutulmasının əsaslarına məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Ona görə ki, iddiaçı Bank tərəfindən verilən sorğulara rəsmi qaydada cavab verilmiş və X3 qanun üzrə vərəsəsi şəhadətnamə əsasında Cavabdeh olduğu sübuta yetirilmişdir. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarına əlavə olunmuş ARƏN–nin Notariat Qeydiyyat və Reyestri Baş İdarəsinin Zaqatala Rayon 2 saylı Notariat Ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli №1014 saylı Şəhadətnamə və arayışdan da görünür ki, mərhumun digər vərəsələri öz vərəsəlik hüquqularından imtina edərək sırf mərhumun övladı Cavabdeh münasibətdə qəbul olunmasına razılıq vermişdirlər. Bu hal da sübut edir ki, mərhum borclunun sırf bir vərəsəsi müəyyən olunmuşdur. Məhkəmə isə bu hallara qiymət vermədən mərhumun ölməmişdən əvvəl xəstəxana xərclərini əsas götürərək qətnamə çıxarmışdır. Odur ki, bu halla tamamilə razılaşmırıq ona görə ki, mərhum özü sağ olduğu vaxtda özəl klinikalara müraciət edildiyi vaxtda ödənişlər olunmuşdur, çünki bütün özəl kilinikalar ödənişləri əvvəlcədən tələb edirlər. Lakin mərhumun adına verilən aylıq əmək haqqının 3 misli dəyərində olan məbləğ mərhum vəfat etdikdən sonra onun vərəsələrinə bir ay ərzində təqdim olunur. Buda onu sübut edir ki, Cavabdeh atasının ölümündən sonra vərəsəliyi qəbul edərək həmin məbləği alaraq mənimsəmişdir. Odur ki, qətnamədə qeyd olunan bu halların qanunauyğun olmadığını hesab edirlər, həmçinin banka olan kredit borcunun real olaraq vərəsəliyi qəbul etmiş varisindən tələb edirlər. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, X3 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.”
10. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(033)- 379/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(033)-379/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İddiaçı «AccessBank” QSC işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
16. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(033)-379/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı tam rədd edərkən gəldiyi nəticə ilə razılaşmır.
18. Birinci instansiyası məhkəməsi öz qətnaməsini cavabdehə münasibətdə onunla əsaslandırmışdır ki, “Cavabdeh xx.xx.2023-ci il tarixdə vəfat etmiş X3 mirası qəbul edən tək vərəsəsi olduğundan, X3 xx.xx.2023-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı iddiaçı hazırki cavabdehə qarşı iddia irəli sürmüşdür. Mülki qanunvericilikdə vərəsənin kreditor qarşısında məsuliyyətinin həcmi müəyyən edilmişdir və vərəsənin yalnız alınmış aktiv həcmində məsuliyyətinin mövcudluğu qeyd edilmişdir. Cavabdeh X9 xx.xx.2023-ci il tarixdə vəfat etmiş mirasqoyan X3 ölümündən sonra 686.16 manat həcmində miras aktivi əldə etmiş və həmin məbləğdən dəfələrlə çox olan pul vəsaitini X3 müalicə xərci kimi sonuncunun son günlərini keçirdiyi “X17” klinikasına ödəmişdir.”
19. Başqa sözlə birinci instansiyası məhkəməsi hesab etmişdir ki, “cavabdeh X1 Habil Qurban oğlunun ölümündən sonra faktiki miras aktivi əldə etmədiyindən kreditorun olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vərəsə olan Cavabdeh qarşı yönəldiyi kredit müqaviləsi üzrə borc tələbi təmin edilə bilməz.”
20. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işdə olan Zaqatala Rayon 2 saylı Notariat Ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli №1014 saylı Şəhadətnamə və arayışdan görünür ki, mərhumun digər vərəsələri öz vərəsəlik hüquqularından imtina edərək sırf mərhumun övladı Cavabdeh münasibətdə qəbul olunmasına razılıq vermişdirlər. Mərhum borclunun sırf bir vərəsəsi müəyyən olunmuşdur. Mərhum özü sağ olduğu vaxtda özəl klinikalara müraciət edildiyi vaxtda ödənişlər olunmuşdur. Mərhumun adına verilən əmək haqqı mərhum vəfat etdikdən sonra onun vərəsələrinə bir ay ərzində təqdim olunur. Bu hal isə ona dəlalət edir ki, Cavabdeh atasının ölümündən sonra vərəsəliyi qəbul edərək həmin məbləği, eyni zamanda xəstəlik vəsiqəsinə əsasən 1312 manat 19 qəpik və mərhumun adına “Kapital Bankın” kart hesabında olan 2278 manat 52 qəpik pul vəsaiti almışdır.
21. Birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində (21 iyun 2025-ci il tarixə kimi olan redaksiyada) təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
22. Hazırki işdə isə borclunun vəfatından sonra cavabdeh, yəni miras qoyanın yeganə vərəsəsi, vərəsəlik qaydasında keçə biləcək miras əmlakın miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edə bilməmişdir.
23. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(033)-379/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, 7110 (yeddi min yüz on) manat 07 (yeddi) qəpik məbləğində bоrc və ödənilmiş 91.11 manat məbləğində dövlət rüsumu qəbul etdiyi miras kütləsi həcmində Cavabdeh tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(033)-379/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2023-cü il tarixdə bağlanmış 019A********** saylı müqavilə üzrə 2725.28 manat məbləğində kredit bоrcu, 320.33 manat məbləğində faiz bоrcu və 78.59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3124.2 manat; xx.xx.2023-cü il tarixdə bağlanmış 019A********** saylı müqavilə üzrə 3269.48 manat məbləğində kredit borcu, 622.03 manat məbləğində faiz borcu və 94.36 manat məbləğində cərimə olmaqla, cəmi 3985.87 manat; ümumilikdə 7110 (yeddi min yüz on) manat 07 (yeddi) qəpik məbləğində bоrc və ödənilmiş 91.11 manat məbləğində dövlət rüsumu qəbul etdiyi miras kütləsi həcmində Cavabdeh tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.