Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-699/2023 24.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 mart 2023-cü il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Torpağa mülkiyyət hüququna dair JN-0634, Kod 40614018 olan dövlət aktı ilə müəyyən olunur ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 1,23 ha torpaq sahəsi hazırki iş üzrə Cavabdeh və onun ailə üzvləri olan X2, X5, X3, X1 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair iddia tələbi təmin edilmiş, JN-634 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634B cizgisində göstərilmiş 0,72 ha hissəsindən cavabdeh İddiaçı çıxarılması, həmin torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsindən cavabdeh tərəfindən kollu çəpərlə hasarlanmış çəpərin sökülməsi və onun tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0,72 ha torpaq sahəsinin kənarının hasarlanmasına, əkib-becərdiyi meyvə ağaclarına sərf etdiyi 14.150 manat pulun, ödədiyi dövlət rüsumunun, eləcə də Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsinin icrası ilə birlikdə qarşılıqlı şəkildə icra olunmaqla alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 28.660 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu Mıxlıqovaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin kənd keçmış “Fioletov” adına sovxozun ərazisi olmuşdur. Onun və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsi ilə bağlı sovxozla aralarında podrat müqaviləsi olmuş və həmin müqavilənin şərtlərinə uyğun olaraq hər il oradan məhsul yığıb sovxoza təhvil vermişlər. Axıırıncı dəfə sovxozla aralarında olan podrat müqaviləsi 11 dekabr 1988-ci il tarixdə 10 il müddətinə bağlanmışdır. Bununla demək istəyir ki, podrat müqaviləsi 11 dekabr 1998-ci il tarixə kimi qüvvədə olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən ailənin qanuni istifadəsində olan 0,72 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Aqrar İslahat Komissiyasının bu qərarı 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Mübahisə predmeti olan torpaq sahəsi torpaq islahatı aparılan zaman onun qanuni istifadəsində olmuşdur. Ona görə də hesab edir ki, aqrar islahat komissiyasının qərarı torpaq islahatı haqqında qanunun tələblərinə zidd olaraq verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağçların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağçların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Əsasnamə ilə bir daha təsdiq olunur ki, JN-634 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh verilmiş torpaq sahəsi qanunun tələbinə zidd olaraq verilmişdir. İşə əlavə etdiyi podrat müqaviləsinin surəti ilə təsdiq olunur ki, mübahisəli torpaq sahəsi onun qanuni istifadəsində olmuşdur və o və ailə üzvləri qeyd edilən podrat müqaviləsində göstərilən 4,35 ha torpaq sahəsinin hasarlanması, bağın becərilməsi, ağaclara qulluq edilməsi işlərininin hamısını etmişdir. Lakin aqrar islahatı aparıldıqdan sonra onun əlində yalnız 0,72 torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinin kənarının hasarlanması və bütün aqrotexniki işlərin görülməsi üçün əziyyət çəkmiş və pul xərcləmişdir. Onun zəhmət çəkib becərdiyi meyvə ağacları əkdiyi 0,72 ha torpaq sahəsi cavabdehin mülkiyyətinə verildiyinə görə cavabdehlə razılığa gəlmişdir ki, ona məxsus “Tala” adlanan ərazidə olan 0,50 ha torpaq sahəsini cavabdeh əkib becərsin. Əkib-becərdiyi meyvə ağacları tamamilə yaxşı bar verməyə başladıqdan sonra cavabdeh torpağın boşaldılmasına dair məhkəmədə iddia qaldırmış və onun iddiası Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Artıq 2021-ci ildə, 24 ildən sonra cavabdeh görəndə ki, zəhmət çəkib becərdiyi bağda olan meyvə ağacları yaxşı bar verir, torpağın geri alınmasına dair məhkəmədə iddia qaldırmışdır. Daha doğrusu meyvə ağacları tam bara düşənə qədər dözümlülük göstərmiş və 2021-ci ildə məhkəmədə iddia qaldırmışdır. O, 0,72 ha torpq sahəsində 110 ədəd fındıq topası, 4 ədəd şabalıd, 3 ədəd qoz, 2 ədəd alma ağacı əkib-becərmişdir. Həmin meyvə ağaclarının əkilib becərilməsinə sərf etdiyi əməyi, çəkilən xərclərin qiymətləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin X13 İnkişaf Mərkəzinə müraciət etmişdir. Mərkəzin xx.xx.2022-ci il tarixli, MİHQ/1.2.47-2.2022-24 saylı məktubu (rəyi) ilə cavab verilmişdir ki, bağın kənarının hasarlanmasına, çəpərin vurulmasına və görülmüş işlərə 620 manat, 70 ədəd fındıq topası hər bir topa 130 manat hesabı ilə 9.100 manat, 30 fındıq topasının hər bir topası üçün 100 manat hesabı ilə 3.000 manat, 10 fındıq topası üçün hər topanın qiyməti 80 manat hesabı ilə 800 manat, 4 ədəd şabalıd ağacı üçün hər bir ağacın qiyməti 90 manat ilə 360 manat, 3 ədəd qoz ağacı üçün hər ağacın qiyməti 70 manat hesabi ilə 210 manat, 2 ədəd alma ağacı üçün hər bir ağaca görə 30 manat hesabı ilə 60 manat qiymətləndirilmişdir. Bütün çəkilən xərclərin cəmi dəyəri 14.150 manat təşkil etmişdir ki, həmin pulu cavabdehdən tələb edir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan 0,72 ha torpaq sahəsindən 25 il istifadəyə ailə üzvləri ilə birlikdə ciddi şəkildə maneələr törətməklə əldə edə biləcəyi hər il 1932 manat gəlirdən məhrum etməklə son 16 ildə vurduğu ziyanı tələb edir. Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 25 saylı qərarı ilə 6 nəfər ailə üzvlərinə 0,72 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 6 nəfər ailə üzvlərinin adına JN-634 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə adlarına rəsmiləşdirilmişdir. Dövlət aktını aldıqdan sonra bu barədə cavabdehə də bildirmişdir. Həmin sənəd əsasında ondan torpaqdan istifadəsinin dayandırılmasını tələb və xahiş etmişdir. Ancaq nəticəsi olmamışdır. Əksinə ona hədələr edərək ərazinin ona məxsus olduğunu bildirmişdir. Sonrakı mərhələdə dəfələrlə tələb etməyinə baxmayaraq torpaq sahəsini boşaltmamış, əksinə həmin torpaqdan istifadəyə maneələr yaradan hərəkətlərinin davam etdirmişdir. Məcbur olaraq müxtəlif orqanlara müraciətlər etmişdir. Müraciətlərinə cavab olaraq həmin orqanlar məhkəməyə müraciət hüququnun olduğunu nəzərinə çatdırmışdır. Bu hüquqdan istifadə edərək cavabdeh tərəfindən 0,72 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)- 723/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Kassaisya şikayəti hüququndan istifadə etməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrasını yubandırmaq məqsədi ilə cavabdeh Şəki İnzibati Məhkəməsinə JN-634 saylı Dövlət aktının ləğv olunması və 0,72 ha torpaq sahəsinin adına qeydə alınması və hüquqmüəyyən edici sənədin - çıxarışın verilməsi üçün DƏDRX Publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə həvalə edilməsi tələbi ilə müraciət etmişdir. Bu səbəbdən də icra sənədi üzrə icraat xx.xx.2022-ci il tarixli qərarla dayandırılmışdır. Lakin onun iddiası icraata qəbul edilməmiş və qətnamənin icrasının dayandırılması istiqamətində cəhdi boşa çıxmışdır. Cavabdehin iddiasında qeyd etdiyi 110 ədəd fındıq topası kolxoz dövründə əkilmişdir. Əraziyə qulluq da kolxozçular tərəfindən göstərilimiş və onlara bu işə görə əmək haqqı ödənilmişdir. Qarşılıqlı iddia vermək üçün X12 Mərkəzinə müraciət etmişdir. Mərkəzin xx.xx.2022-ci il tarixli rəyində göstərilir ki, 110 ədəd fındıq topasının məhsuldarlığı orta hesabla 15-17 kq təşkil edir. 4 ədəd şabalıd ağacına hər birinə orta hesabla 10 kq, 3 ədəd qoz ağacına 6 kq, 2 ədəd alma ağacına isə 3 kq məhsuldarlıq müəyən edilir. 110 ədəd fındıq topasının nəzəri məhsuldarlığı 110 x 16 kq = 1760 kq, 1 kq qərzəkli fındığın yığılmasına 30- 40 qəpik vəsait xərclənməklə, 1760 kq x 0,35 qəpik = 616 manat, qərzəkli fındıq məhsulunun təmiz fındığa çevrilməsi üçün hər tona 40 kq təmiz fındıq məhsulunun qiymətində vəsait ödənilir. 1760 kq x 40 = 70,4 kq x 3 manat = 212 manat təşkil edir. Beləliklə, 110 ədəd fındıq topasından alınan təmiz fındığın dəyəri 792 kq x 3 manat = 2376 manat, həmin məhsulun gəlirindən xərclərin çıxılması - 2376 manat - 616 manat = 212 manat = 1548 manat təşkil edir. 4 ədəd şabalıd ağacı, hər ağaca 10 kq məhsuldarlıqla – 4 x 10 = 40 kq, məhsulun pulla dəyəri – 40 kq x 6 manat = 240 manat, 3 ədəd qoz ağacı – 3 x 8= 24 kq, pulla dəyəri 24 kq x 5 manat = 120 manat, 2 ədəd alma ağacı- 2 x 8 kq = 16 kq pulla dəyəri – 16 x1.5 = 24 manat təşkil edir. Rəyə görə fındıq topalarının gəliri 1548 manat, şabalıd ağaclarının 240 manat, qoz ağacından 120 manat və alma ağacından 24 manat vəsait əldə olunur. İl ərzində 0.72 ha torpaq sahəsində əkilmiş meyvə ağaclarından xərclər çıxıldıqdan sonra 1932 manat qazanc əldə edilir. Cavabdeh 16 il ərzində mülkiyyət hüquqlarını pozmuşdur. Nəticədə hər il 1932 manat olmaqla cavabdeh ona 28.600 manat ziyan vurmuşdur. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(025)-83/2023 nömrəli iş üzrə qəbul etdiyi 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.İsayev) ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında mübahisələndirilən 0,72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində əkilən fındıq topaları və digər ağaclar Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində aqrar islahatdan əvvəl, Qutqaşen (hazırda Qəbələ) rayon “Fioletov” adına sovxozun 5 nömrəli təsərrüfat briqadasının ərazisində əkilib becərilmiş fındıq topaları və meyvə ağaclarıdır. Bundan da savayı, fındıq topalarının və ağacların yerləşdiyi 0,72 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarı əsasında Cavabdeh və onun digər ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları JN-0634 saylı kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir. Bundan sonra tərəflər mübahisələndirilən Dövlət Aktının 634 B planşetində yerləşən 0,72 hektar torpaq sahəsi ilə bağlı razılığa gələ bilmədiklərindən Cavabdeh olaraq İddiaçı qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilə bilməz. Tərəflər arasında mübahisələndirilən 0,72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində əkilən fındıq topaları və digər ağaclara görə Cavabdeh İddiaçı aldığı gəlir olaraq 28.660 manat pulun alınaraq ona verilməsini tələb etsə də, əvvəllər torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması barədə ona qarşı məhkəmədə iddia qaldırdığı halda, özünün dediyi kimi əmlaka görə pozulmuş hüquqların gəlirlə bağlı hissəsini bu barədə məlumatlı olsa da mübahisələndirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 152.1, 156.1, 157.2, 157.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, yəni “ilkin iddianın təmin edilməməsi“ hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsində aşağıdakı məzmunda cümlə yazılmışdır: “Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh İddiaçı həm məhkəmə iclasında verdiyi ifadəsində, həm də məhkəmə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsində fındıq, şabalıd və alma ağaclarından ibarət bağ salmışdır və həmin bağın salınması üçün çəkdiyi xərci tələb etmişdir. Cavabdehə izah edilməlidir ki, gələcəkdə iddiaçının mülkiyyətində, faktiki isə onun istifadəsində olmuş fındıq, şabalıd və alma ağaclarının dəyəri və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır”. Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)- 723/2021 saylı qətnaməsində mənə əldən çıxmış fayda ilə əlaqədar məhkəməyə müraciət etmək hüququm izah edilmişdir. Cavabdeh isə həmin qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Lakin məhkəmə Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsinin prediyusallığını nəzərə almamışdır. Eyni zamanda Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məzmunundan göründüyü kimi Mülki Məcəllənin 157.7-ci maddəsində vicdanlı sahibin ayrılması mümkün olmayan əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərinin əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi hüququna malik olması müəyyən edilmişdir. Yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olması isə zəruri hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Deməli yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olmasına ehtiyac (zərurət) yoxdur. İddiaçı kimi mən Cavabdeh mülkiyyətində olan, lakin mənim sahibliyimdə və istifadəmdə olan mübahisəli torpaq sahəsinə çəkdiyim xərcin ödənilməsini tələb edirəm. Göründüyü kimi məhkəmə qətnamədə sözügedən maddələrə istinad etməli olsa da, həmin maddələrə istinad etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçının istinad etdiyi podrat müqaviləsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Müqavilə üzrə podratçı Rüstəmova adlı şəxs olmuşdur. Bundan əlavə müqavilə şərtlərinə görə ərazidə görülən işə görə əmək haqqı verilib. Bundan əlavə müqavilə 1998-ci ildə qüvvəsini itirib. Mübahisələndirilən torpaq sahəsi 1997-ci ildə cavabdehin mülkiyyətinə verilib. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh apellyasiya şiakyətinə etirazın dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçınını istinad etdiyi bağ sahəsi onun tərəfindən deyil sovxoz tərəfindən salınmışdır. Bu hal iddiaçının təqdim etdiyi podrat müqaviləsində də öz təsdiqini tapır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi ilkin və qarşılıqlı iddia tələbini təmin etməsə də, qətnamədən yalnız ilkin iddia üzrə üzrə iddiaçı apellyasiya şikayəti vermişdir. O isə qətnamənin yalnız “ilkin iddia tələbinin təmin edilməməsi” hissəsini mübahisələndirir. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin yalnız “ilkin iddia tələbinin təmin edilməməsi” barədə hissəsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, lakin bu məsrəflər əmlakın dəyərindən artıq olmamalıdır. Qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Hazırkı işin düzgün həlli ilə bağlı Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. İşdə olan sənədlərdən görünür ki, Qutqaşen (hazırda Qəbələ) rayon “Fioletov” adına sovxozun 5 nömrəli təsərrüfat briqadasının ərazisində 4,35 hektar torpaq sahəsində yerləşən fındıq topaları ailə podratı ilə “Rüstəmova” soyadlı şəxsə baxılması üçün verilmiş, bu barədə sonuncu və sovxoz direktorluğu arasında xx.xx.1988-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin müddəti 10 il müəyyən edilmişdir. Sözügedən podrat müqaviləsinin 1. bəndində qeyd olunur ki, ailə podratçısı Rüstəmova iş vaxtından sonra ailəsi ilə birlikdə 5 nömrəli təsərrüfat briqadasının ərazisində yerləşən cavan fındıq bağında becərmə işləri aparıb, mal-qaradan mühafizə edərək məhsul olduqda yığıb sovxoza təhvil vermək üçün 4,35 hektar cavan bar verməyən fındıq bağını öhdəsinə götürür, təhkim edilmiş sahədə faktiki olaraq 470 ədəd fındıq topası sayıldı. Hazırda ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbi irəli sürən ilkin iddia üzrə İddiaçı 0,72 ha torpaq sahəsində meyvə ağaclarını əkib-becərməsinə və torpaq sahəsini hasarlamasına istinad edir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İnsan Hüquqlari üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında bildirmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqlari üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Lakin hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı torpaq sahəsində mövcud olan fındıq ağaclarının onun tərəfindən əkildiyini sübuta yetirə bilməmişdir. Əksinə yuxarıda artıq qeyd olunduğu kimi, iddiaçı tərəfin özünün məhkəməyə təqdim etdiyi xx.xx.1988-ci il tarixli podrat müqaviləsinin məzmunundan görünür ki, müqavilə bağlandığı vaxt həmin sahədə fındıq topaları artıq mövcud olmuşdur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, ilkin iddia üzrə iddiaçı iddia edir ki, mübahisələndirlən torpaq sahəsi qanunsuz olaraq cavabdehin mülkiyyətinə verilmişdir. İşin mübahisəsiz hallarından biri odur ki, mübahisəli torpaq sahəsi 1997-ci ildə respublikda keçirilən torpaq islahatları zamanı Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və ilkin iddia üzrə iddiaçı bundan məlumatlı olmuşdur. Həmin tarixdən sonra mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edilməsinə dair tərəflər arasında şifahi və ya yazılı formada hər hansı razılaşmanın olması, yəni ilkin iddia üzrə iddiaçının mübahisəli torpaq sahəsinə vicdanlı sahiblik etməsi iş materialları ilə öz təsdiqini tapmır. Nəzərə alınsa ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür onda müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə sübuta yetməyən tələbi təmin etməməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətində göstərir ki, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsində gələcəkdə onun istifadəsində olmuş fındıq, şabalıd və alma ağaclarının dəyəri və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmiş, Cavanşir Mİrzəyev həmin qətnaməni yuxarı instansiya məhkəmələrində mübahisələndirməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, sözügedən məhkəmə qətnaməsi o halda hazırki iş üzrə preyudisial xarakter daşımış olardı ki, iddiaçının istinad etdiyi hal (meyvə ağaclarının onun tərəfindən əkilməsi) işin halı kimi müəyyən edilmiş olsun. Lakin həm məhkəmə qətnaməsindən, həm də apellyasiya şikayətinin özündən göründüyü kimi, məhkəmə yalnız İddiaçı verdiyi şifahi və yazılı məlumatları qətnamədə əks etdirmiş, həmin fakt işin halı kimi müəyyən edilməmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-699/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-699/2023
24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver