Məhkəmə qərarları › İş №2(107)-70/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-70/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-70/2021 08.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi və Cavabdeh2 iştirakı ilə X2 İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi, daşınmaz əmlakların boşaldılması” tələbinə dаir mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh1"-dən və Cavabdeh2 273568.19 (iki yüz yetmiş üç min beş yüz altmış səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 1595.81 (bir min beş yüz doxsan beş dollar səksən bir sent) ABŞ dolları məbləğində faiz borcu, 32206.76 (otuz iki min iki yüz altı dollar yetmiş altı sent) ABŞ dolları gecikdirilmiş əsas borc, 66839.68 (altmış altı min səkkiz yüz otuz doqquz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu ümumilikdə 374210.44 (üç yüz yetmiş dörd min iki yüz on dollar 44 sent) ABŞ dolları kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat rüsum məbləğinin və sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 64 (altmış dörd) manat rüsum məbləğinin tutulub İddiaçıxxxx"Cavabdeh1" ilə bank arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 038NZA N:İi, “Kredit miiqaviləsi”nin təminatı qismində banka ipotekaya və girova qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********14-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-nə tam mülkiyyət hüququ əsasında məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********19- 05101-093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilə və xx xxx 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-nə məxsus Yevlax şəhəri, Yevlax- Bərdə yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinə yönəldilərək, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli (hakim V.Məlikov) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər 273568.19 (iki yüz yetmiş üç min beş yüz altmış səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 1595.81 (bir min beş yüz doxsan beş dollar səksən bir sent) ABŞ dolları məbləğində faiz borcu, 32206.76 (otuz iki min iki yüz altı dollar yetmiş altı sent) ABŞ dolları gecikdirilmiş əsas borc, 66839.68 (altmış altı min səkkiz yüz otuz doqquz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, ümumilikdə 374210.44 (üç yüz yetmiş dörd min iki yüz on dollar 44 sent) ABŞ dolları kredit borcu milli manat ekvivalentində, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat rüsum məbləğinin və sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 64 (altmış dörd) manat rüsum məbləği tutulub İddiaçıxxxx"Cavabdeh1" ilə bank arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 038NZA N:li, “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya və girova qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********14-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-nə tam mülkiyyət hüququ əsasında məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********19- 05101-093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilə və xx xxx 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-nə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinə yönəldilərək, həmin ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qismən ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. işin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanılmış xx xxx 2016-cı il tarixli, 038NZA N:li “Kredit müqaviləsi”nə əsasən, sonuncuya cari kredit qalığının yenidən rəsmiləşdirilməsi məqsədi üçun 84 (səksən dörd) ay müddətinə, illik 14 (on dörd) faiz hesablanmaqla 328500 (üç yüz iyirmi səkkiz min beş yüz dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 038NZA N:li “Kredit müqaviləsi”nin təminatı qismində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********14- 06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-nə tam mülkiyyət hüququ əsasında məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası 0.07 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2016-cı il tarixli “Sonrakı ipoteka müqaviləsi” bağlanılmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “İpotekanın əlavə qeydiyyatı haqqında” razılaşma qeydiyyata alınmış, qeyd olunan orqan tərəfindən xx.xx.2016-cı il tarixli, RX seriyalı ipoteka yüklülüyünə dair çıxarış verilmişdir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********19- 05101-093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz, əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 17ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış , sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzil banka ipotekaya qoyulmuş, bu barədə xx.xx.2016-cı il tarixli “Sonrakı ipoteka müqaviləs” bağlanılmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "Sonrakı ipoteka müqaviləsi" qeydiyyata alınmış, qeyd olunan orqan tərəfindən xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. xx xxx 2016-cı il tarixli 038 NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri- yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı Rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənləri xx xxx 2016-cı il tarixli, 038NZA kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldilməsinə dair mülkiyyətçiyə borcun ödənilməsi tələbilə bildiriş verilmişdir. "xxxx" ASC kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişdir. Hazırda cavabdehin 273568.19 (iki yüz yetmiş üç min beş yüz altmış səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 1595.81 (bir min beş yüz doxsan beş dollar səksən bir sent) ABŞ dolları məbləğində faiz borcu, 32206.76 (otuz iki min iki yüz altı dollar yetmiş altı sent) ABŞ dolları gecikdirilmiş əsas borc, 66839.68 (altmış altı min səkkiz yüz otuz doqquz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu ümumilikdə 374210.44 (üç yüz yetmiş dörd min iki yüz on dollar 44 sent) ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Ona görə bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişdir. Odur ki, hazırda bu tələblə məhkəməyə müraciət etməli olmuşlar.. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosesal hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onun kreditordan aldığı kredit istehlak təyinatlıdır, yəni pul vəsaitləri sonrakı proseslərdə heç bir əlavə dəyər yaratmamışdır. Krediti alandan sonra iqtisadi şərait onun üçün dəyişmişdir. Ona görə də o öz işində müəyyən korreksiyalar aparsa da yaranmış çətin iqtisadi vəziyyətdən çıxa bilməmişdir. Bu barədə kreditora da vaxtında məlumat vermişdir. Lakin buna baxmayaraq kreditor bu vəziyyəti nəzərə almadan onun əsas kredit borcunun üzərinə yüksək faizlərlə borc hesablamış, bununla kifayətlənməyərək gecikdirilmiş faiz borcuna görə də 66.839,68 ABŞ dolları dəbbə pulu hesablamışdır. Onunla kreditor arasındakı kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti konkret təyin edilmişdir. Kreditor bu müddət başa çatanadək ona möhlət verməmiş, öhdəliyin icrasını tələb etmiş, icra baş tutmadıqda isə məhkəməyə müraciət etmişdir. Onunla kreditor arasında dəbbə pulu haqqında heç bir yazılı razılaşma olmadığına baxmayaraq kreditor ona tənasübsüz surətdə yüksək dəbbə pulu hesablamışdır. O, belə hesab edir ki, işə baxan Yevlax Rayon Məhkəməsi qanunvericiliyin bu tələblərini pozmuş, işi qanunsuz olaraq icraata qəbul etməklə nəticədə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də o, tələb edir ki, Yevlax Rayon Məhkəməsinin bu qətnaməsi qismən ləğv edilməli və kreditorun əsassız olaraq hesabladığı 66.839,68 ABŞ dolları məbləğində dəbbə pulunun silinməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o hər ay ardıcıl olaraq 1300 manat ödəniş edir. Yenə də ödəniş etməkdən yayınmır, sadəcə bank tərəfindən ona əlavə qrafik verilməsini xahiş edir. Brinci instansiya məhkəməsi işə baxarkən ipoteka predmetləri olan əmlakların dəyərini müəyyən etməmişdir. Ona görə də ipoteka predmetlərinin dəyərini sonuncu ekspert rəyinə uyğun müəyyən edilməsinə etiraz etmir. Odur ki, ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq yenidən ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, ipoteka predmetlərinə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: İddiaçı ASC-nin "xxxx" MMC arasında bağlanılmış xx xxx 2016-cı il tarixli, 038NZA N:li “Kredit müqaviləsi”nə əsasən, sonuncuya cari kredit qalığının yenidən rəsmiləşdirilməsi məqsədi üçun 84 (səksən dörd) ay müddətinə, illik 14 (on dörd) faiz hesablanmaqla 328.500 (üç yüz iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilməsinə dair razılaşma əldə olunmuşdur. xx xxx 2016-cı il tarixli, sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər arasında girov müqaviləsinin predmeti-olan cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********14-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-nə tam mülkiyyət hüququ əsasında məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası 0.07 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* çıxarışın surətindən görünür ki, Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası 0.07 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh2 mülkiyyətindədir. xx xxx 2016-cı il tarixli, sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər arasında girov müqaviləsinin predmeti-olan cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzil banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********19- 05101- 093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzil Cavabdeh2 mülkiyyətindədir. xx xxxx 2018-ci il tarixli, AB № NZF-18-00055 saylı bildirişdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 17- ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilin hərracda satılması barədə xəbərdar edilmişdir. xx xxxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəf 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qimətləndirmə fəaliyyətinin obyekti sayılır və hər bir şəxsin öz əmlakını qiymətləndirmək hüququ vardır. Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetinin hazırkı vaxta olan real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməklə və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasına hüquqi qiymət verilməlidir Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmış və yenidən əmlakların qiymətləndirilməsini təşkil etmişdir. Apellyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 9/3471 nömrəli rəydən müəyyən olunur ki, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanılmış xx xxx 2016-cı il tarixli, 038NZA saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə borcu iddia tələbinin tarixinə yəni xx xxxxx 2018-ci il tarixə, 376.543,45 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə ---------------------------------- 301.357,67 ABŞ dolları - faiz borcu üzrə ---------------------------------- 75.185,78 ABŞ dolları. Apellyasiya icraatı zamanı təyin edilmiş "xxxx" MMC-nin xx xxxxxx 2020-ci il tarixli, LF 14 nömrəli qiymətləndirmə rəyindən müəyyən olunur ki, "xxxx" MMC-nə məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə hazırkı real bazar dəyəri 470000 manat, likvid dəyəri isə 440000 manat, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilinin hazırkı real bazar dəyəri 72000 manat, likvid dəyəri isə 68000 manat, xx xxx 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-nə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinin hazırkı real bazar dəyəri 257000 manat (4 ədəd 25 ton, 48000 və 01 ədəd 60 ton. 65.000 manat) likvid dəyəri isə 247000 manat müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 038NZA N:li kredit müqaviləsinin və xx xxx 2016-cı il tarixli ipoteka müqaviləsinin qeyd olunmuş müddəaları baxımından cavabdeh "xxxx" MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlərə münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş əmlaklar hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İpoteka haqqında” Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanılmış xx xxx 2016-cı il tarixli, 038NZA N:li “Kredit müqaviləsi”nə əsasən, sonuncuya cari kredit qalığının yenidən rəsmiləşdirilməsi məqsədi üçun 84 (səksən dörd) ay müddətinə, illik 14 (on dörd) faiz hesablanmaqla 328500 (üç yüz iyirmi səkkiz min beş yüz dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 038NZA N:li “Kredit müqaviləsi”nin təminatı qismində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********14-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-nə tam mülkiyyət hüququ əsasında məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası 0.07 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2016-cı il tarixli “Sonrakı ipoteka müqaviləsi” bağlanılmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “İpotekanın əlavə qeydiyyatı haqqında” razılaşma qeydiyyata alınmış, qeyd olunan orqan tərəfindən xx.xx.2016-cı il tarixli, RX seriyalı ipoteka yüklülüyünə dair çıxarış verilmişdir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********19- 05101-093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz, əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəlibinanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış , sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzil banka ipotekaya qoyulmuş, bu barədə xx.xx.2016-cı il tarixli “Sonrakı ipoteka müqaviləsi” bağlanılmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "Sonrakı ipoteka müqaviləsi" qeydiyyata alınmış, qeyd olunan orqan tərəfindən xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. xx xxx 2016-cı il tarixli 038 NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri- yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı Rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənləri xx xxx 2016-cı il tarixli , 038NZA kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən, sonuncunun kreditora borcu yaranmış, bu səbəbdən də kreditor hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsaslı olmasa da, ipoteka predmetlərinin dəyərinə münasibətdə dəyişdirilməsi üçün əsaslıdır. Apellyasiya icraatı zamanı ipotekanın hazırki real bazar dəyərinin yenidən qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirilməni aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, LF 14 nömrəli qiymətləndirmə rəyindən müəyyən olunur ki, "xxxx" MMC-nə məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə hazırkı real bazar dəyəri 470000 manat, likvid dəyəri isə 440000 manat, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilinin hazırkı real bazar dəyəri 72000 manat, likvid dəyəri isə 68000 manat, xx xxx 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-nə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyriyaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinin hazırkı real bazar dəyəri 257000 manat, likvid dəyəri isə 247000 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin digər dəlilinə, yəni faiz borcunun yüksək qiymətləndirilməsinə gəldikdə isə kollegiya qeyd edir ki, cavabdehlər qətnamə ilə müəyyən olunmuş faiz borcunun tutulmasını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Apellyasiya şikayətində faizin çox hesablandığı bildirilsə də apellyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Kollegiya sonda iddiaçı tərəfin yenidən əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə də qiymət verərək biuldirir ki, vəsatət əsaslandırılmamaqla, konkret hansı əmlakla bağlı ekspertizanın təyin edilməsi göstərilməmiş, bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli qətnaməsi ipoteka predmetinin dəyərinə münasibətdə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli qətnaməsi “ipoteka predmeti olan əmlakların məbləğinə münasibətdə” dəyişdirilsin. İpoteka predmetləri - "xxxx" MMC-yə məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri isə 440 000(dörd yüz qırx min) manat; Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilinin hazırkı likvid dəyəri 68000 (altmış səkkiz min) manat; xx xxx 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinin hazırkı likvid dəyəri isə 247000 (ki yüz qırx yeddi min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar