Məhkəmə qərarları › İş №2(107)-700/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-700/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-700/2020 16.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3na, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə, X4, X10 və X22 qarşı “alqı-satqı müqaviləsinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və texniki pasportların etibarsız hesab edilməsi, miras əmlaka mülkiyyət hüququnun tanınmasıtələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-18/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-18/2019 nömrəli qətnaməsi ilə (hakim H.Q.Səlimov) iddia qismən təmin edilərək, mərhum Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X43 tərəfindən X11 adına verilmiş RX seriyalı ******* №-li, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* №-li və Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların etibarsız hesab olunması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-18/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 аpelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-18/2019 nömrəli qətnaməsinin qismən - mərhum Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X43 tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* №-li və Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların etibarsız hesab olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi və birinci instansiya məhkəməsi qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Abdullazadə Turan Elşad oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı və vəkili Abdullazadə Turan Elşad oğlunun kassasiya şikayəti təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3na, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə qаrşı iddiа ərizəsi ilə Balakən Rayon Məhkəməsinə mürаciət edərək xx xxxx 2017-ci il tarixdə Cavabdeh3 Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X43 tərəfindən X11 adına verilmiş RX seriyalı ******* №-li, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* №-li və Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların etibarsız hesab edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək mərhum Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Aİ-10597860 saylı alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən mərhum Cavabdeh2 adına verilmiş Reyestr nömrəsi **********29-10301 olan fərdi yaşayış evinə texniki pasportun, mərhum Cavabdeh2 adına xx xxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın, Cavabdeh1 adına verilmiş RX seriyalı №1038938 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın, X11 adına xx xxx 2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsi, mərhum Cavabdeh2 vərəsələrinin, Cavabdeh1, X5, X6, X17 üçüncü şəxs qismində işə cəlb edilmələri, İddiaçı miras əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul olunmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(019)-18/2019 nömrəli qərardadı ilə iddia tələbinə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən mərhum Cavabdeh2 adına verilmiş reyestr nömrəsi **********29-10301 olan fərdi yaşayış evinə texniki pasportun etibarsız hesab edilməsinə aid hissədə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiаçı İddiaçı iddiаnı müdаfiə edərək izаhаtındа göstərmişdir ki, Cavabdeh3 xx xxxx 2017-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 arasında AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 0.25 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 1/12 pay - 0.0208 ha hissəsini Cavabdeh1 satmışdır. Hesab edir ki, xx.xx.2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməlidir. Belə ki, o, X23, X18, X7 cavabdehlər Cavabdeh2, X10, X4, Cavabdeh3na və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2V-51 saylı reyestrdə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, vərəsə kimi tanınmaları, miras paylarının müəyyən edilərək bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-199/2018 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2V-51 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və miras qalmış əmlakın X12, X19, X14 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməsinə dair qətnamə qəbul edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməlidir. Cavabdeh2 ata mülkiyyəti olan əmlakı zəbt etməkdə tamah məqsədi olmuşdur. Cavabdeh2 xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır. Balakən rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2016-cı il tarixli sərəncamı ilə Cavabdeh2 X13 qəyyum təyin olunması barədə sərəncam verilmişdir. Balakən rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2017-ci il tarixli sərəncamına əsasən Balakən rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2016-cı il tarixli 11 saylı sərəncamının ləğv edilməsi və İddiaçı fəaliyyət qabiliyyəti olmayan qardaşı X13 qəyyum təyin edilməsi haqqında sərəncam verilmişdir. Balakən rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2016cı il tarixli sərəncamının ləğv edilməsinə əsas Cavabdeh2 Narkoloji Kabinetdə dispanser qeydiyyatında olması olmuşdur. Bildirir ki, Cavabdeh2 həyətyanı torpaq sahəsindən Cavabdeh1 torpaq sahəsini satmasını eşidən zaman Elsevərlə görüşmüş, ondan torpaq sahəsini almaq istəyib-istəməməsini soruşmuş, Elsevər isə belə bir fikrinin olmadığını bildirərək əzizlərinin canına and içmişdir. Söhbət zamanı bildirmişdir ki, əgər belə bir fikri varsa, həmin torpaqda hamısının payı var. Vərəsə olaraq onların ata mülkiyyətini satmaq fikirləri yoxdur. Qeyd edilənləri nəzərə аlıb iddiаnın təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, o, Bаlаkən rаyоnunun Tülü kəndində yаşаyır. X2 və ailə üzvlərinə məxsus olmuş ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin Cavabdeh2 məxsus olan 1/12 - 0.0208 ha hissəsini xx xxxx 2017-ci ildə Cavabdeh3 rəsmiləşdirməklə 4500 manata almışdır. 0.0208 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********44 olan çıxarış almışdır. Bundan xəbər tutan Cavabdeh2 qardaşı İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan 0.0208 ha torpaq sahəsini zəbt edərək onun ora girməsinə mane olmuşdur. Alqı-satqı qanuni aparılmışdır. Alqı-satqının və onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsinə əsas yoxdur. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 hüquq varisi X16 iddianı qəbul etməyərək göstərmişdir ki, əri Cavabdeh2 atası X24 xx xxxxxx 2012-ci il tarixdə ölmüşdür. O öldükdən sonra ondan qalmış mirasa Tofiq vərəsəlik açdırmış və Cavabdeh3 xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sinə əsasən atasının vərəsələri kimi Seyidova Rahilə, Cavabdeh2 və Seyidov Teyyub miras əmlakdan bərabər hissə ilə pay almışlar. X15 məxsus olmuş miras əmlak ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 122.20 kv.metr olan fərdi yaşayış evi tam, ümumi sahəsi 0,25 ha olan həyətyanı torpaq sahəsinin mərhumun mülkiyyətinə aid 1/4 hissəsindən ibarət olmuşdur. Cavabdeh2 ünvan 1ində yerləşən ümümi sahəsi 0,25 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 1/12 - 0.0208 ha hissəsini Cavabdeh1 satmışdır. İddiaçı isə ata evinin yanında yaşayır, onun özünün evi vardır. Alqı-satqı qanuni aparılmışdır. Alqı-satqının və çıxarışların etibarsız hesab edilməsinə əsas yoxdur. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iddianı qəbul etməyərək göstərmişdir ki, atası X24 xx xxxxxx 2012-ci il tarixdə ölmüşdür. O öldükdən sonra ondan qalmış mirasa Tofiq vərəsəlik açdırmış və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2017-ci il tarixli şəhadətnaməsinə əsasən atasının vərəsələri kimi o, Cavabdeh2 və Seyidov Teyyub miras əmlakından bərabər hissə ilə pay almışlar. X15 məxsus olmuş miras əmlak ünvan 1ində yerləşən ümumi sahəsi 122.20 kv.metr olan fərdi yaşayış evi tam, ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin mərhumun mülkiyyətində olan 1/4 hissəsindən ibarət olmuşdur. Cavabdeh2 ünvan 1ində yerləşən ümümi sahəsi 0,25 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 1/12 - 0.0208 ha hissəsini Cavabdeh1 satmışdır. X1 isə ata evinin yanında yaşayır, onun özünün evi vardır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 göstərmişdir ki, Cavabdeh3 xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sinə əsasən Bаlаkən rаyоnu Tülü kəndi ərаzisində yerləşən ümumi sahəsi 122.20 kv/metr olan fərdi yaşayış evi tam X11 adına, 0,25 ha olan həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyətdə olmaqla X11, X8, X3 və X17 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin X43 tərəfindən bu barədə xx xxx 2016-cı il tаrixdə RX seriyаlı ******* №li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxаrış” verilmişdir. Eyni zamanda, Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2017-ci il tаrixdə verilmiş RX seriyаlı ******* №li Çıxаrışa əsasən Bаlаkən rаyоnu Tülü kəndi ərаzisində ümumi sahəsi 0,25 ha olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 122.20 kv/metr olan fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 4/12 hissəsi X8, fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 4/12 hissəsi X3, fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 1/12 hissəsi Cavabdeh2, habelə torpaq sahəsinin 3/12 hissəsi X17 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. Seyidov X21 rayonu Tülü kəndində yerləşən ümümi sahəsi 0,25 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 1/12 - 0.0208 ha hissəsini Cavabdeh1 satmışdır. Reyestr Xidməti tərəfindən müvafiq çıxarışlar qanuni verilmişdir. Qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20, X29, mərhum Cavabdeh2 hüquq varisləri X25, X30, X42 və cavabdeh Balakən rayon Notariat Ofisinin nümayəndəsi birinci instansiya məhkəməsi iclаsının vаxtı və yeri hаqqındа lаzımi qаydаdа xəbərdаr edilmələrinə bаxmаyаrаq heç bir üzrlü səbəb оlmаdаn məhkəmə iclаsınа gəlməmiş və Balakən rayon Notariat Ofisi məhkəməyə ərizə göndədərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onlаrın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnаməsindən Cavabdeh1 tərəfindən аpelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi qanunun düzgün tətbiq və təfsir edilməməsi, maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarıldığından apelyasiya qaydasında ləğv edilməli və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin bütün faktiki halları tam, hərtərəfli araşdırılmadan qeyri-obyektiv qərar qəbul edilmişdir. 3 il bundan əvvəl o, mərhum Cavabdeh2 Abucəlil oğlu, onun ailəsi, həmçinin bacı-qardaşlarının razılığı ilə notarial qaydada təsdiq olunma şərti ilə alqı-satqı müqviləsi bağlayaraq ondan mübahisəli torpaq sahəsini 4500 manata almışdır. Hazırkı məhkəmə prosesindən qabaq başqa bir proses keçirilmiş (Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(019)-199/2018 saylı (hakim H.Q.Səlimov) qətnaməsi) və həmin məhkəmədə iddiaçının ərizəsi təmin edilərək iddiaçı başqa varislərlə bərabər atadan qalmış miras əmlaka münasibətdə varis müəyyən edilmişdir. İş üzrə maraqlı şəxs olmağına baxmayaraq onun iştirakı təmin edilməmiş və bu məhkəmə prosesindən heç bir xəbəri olmamışdır. Bütün bunlarla bərabər iş üzrə olan materiallardan göründüyü kimi o, mərhum Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayarkən ona 4500 manat pul vermişdir. Hazırkı mübahisə həmin müqavilə əsasında aldığı torpaq sahəsi mülkiyyətçinin hüquqi varislərinə qarşı qaldırılmışdır. Belə olan halda məhkəmə qərar qəbul edərkən maddi normaların tələblərinə uyğun gəlməyən qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi etibarsız müqavilə əsasında onun tərəfindən ödənilmiş pulun taleyi barədə heç bir qərar qəbul etməmişdir. Halbuki, qanunun tələbinə görə müqavilə etibarsız hesab edildikdə tərəflər aldıqlarını geri qaytararaq əqddən əvvəlki vəziyyətinə qayıtmalıdırlar. Bu baxımdan onun hüquqları və qanunla qorunan mənafeyi pozularaq ona ziyan vurulmuşdur. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı Abdulcəlil oğlunun iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə1 apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-18/2019 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq Cavabdeh3 nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi, Cavabdeh2 hüquqi varisləri, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X20 və X29 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-18/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən xx xxx 2016-cı il tаrixdə verilmiş RX seriyаlı ******* №-li Çıxаrışın surətindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində Bаlаkən rаyоnu Tülü kəndi ərаzisində yerləşən ümumi sahəsi 122.20 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X11 adına, 0,25 ha olan həyətyanı torpaq sahəsi isə ümumi (birgə) mülkiyyət hüququ ilə X24, X19, X14 və X17 adlarına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2017-ci il tаrixdə Cavabdeh2 adına verilmiş RX seriyаlı ******* №-li Çıxаrışın surətindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində Bаlаkən rаyоnu Tülü kəndi ərаzisində ümumi sahəsi 0,25 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 122.20 kv/metr olan fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 4/12 hissəsi X8, fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 4/12 hissəsi X3, fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 1/12 hissəsi Cavabdeh2, habelə torpaq sahəsinin 3/12 hissəsi X17 adlarına qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətində göstərilmişdir ki, xx.xx.2012-ci il tarixdə ölmüş X11 vərəsələri X19, X14, Cavabdeh2dur və onlar miras əmlakdan bərabər hissə ilə pay almalıdırlar. Miras əmlak Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsi yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən xx xxx 2016-cı il tаrixdə X11 adına verilmiş RX seriyаlı ******* №-li Çıxаrışa əsasən Bаlаkən rаyоnu Tülü kəndində yerləşən ümumi sahəsi 122.20 kv/metr olan fərdi yaşayış evi tam, ümumi sahəsi 0,25 ha olan həyətyanı torpaq sahəsinin mərhumun mülkiyyətində olan ¼ hissəsidir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-199/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2V-51 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, miras qalmış əmlakın X12, X19, X14 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməsi qət edilmişdir. İşdə olan Balakən rayon Notoriat Konturunda bağlanmış xx xxxx 2017-ci il tarixli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 Bаlаkən rаyоnunun Tülü kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin ona məxsus 1/12 - 0.0208 ha hissəsini 4500 manata Cavabdeh1 satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2017-ci il tаrixdə verilmiş RX seriyаlı ******* №-li Çıxаrışın surətindən görünür ki, Bаlаkən rаyоnu Tülü kəndi ərаzisində yerləşən ümumi sahəsi 0,25 ha olan həyətyanı torpaq sahəsinin 0.0208 ha hissəsi daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi işin hallarını, xx xxxxxx 2012-ci il tarixdə ölmüş X9 qalan miras əmlaka Cavabdeh3 tərəfindən xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsini, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində Bаlаkən rаyоnu Tülü kəndi ərаzisində ümumi sahəsi 0,25 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 122.20 kv/metr olan fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 4/12 hissəsinin X8, fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 4/12 hissəsinin X3, fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 1/12 hissəsinin Cavabdeh2, həmçinin torpaq sahəsinin 3/12 hissəsinin X17 adlarına qeydiyyata alınmasını, bu əsasla Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2017-ci il tаrixdə Cavabdeh2 adına RX seriyаlı ******* №-li Çıxаrış verilməsini, bundan sonra xx xxxx 2017ci il tarixdə Cavabdeh3 Cavabdeh2 ilə Cavabdeh1 arasında AN-İ ******* saylı alqı-satqı müqaviləsinin bağlanmasını, alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 0.25 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 1/12 - 0.0208 ha hissəsini Cavabdeh1 satmasını, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(019)- 199/2018 saylı qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2V- 51 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsini, miras qalmış əmlakın X12, X19, X14 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməsini, habelə maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, mərhum Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X43 tərəfindən X11 adına verilmiş RX seriyalı ******* №-li, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* №-li və Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar etibarsız hesab edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası mülki işin materiallarını Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarında şərh etdiyi hüquqi mövqeyi və göstərişləri kontekstində yenidən araşdıraraq bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3na, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə, X4, X10 və X22 qarşı “alqı-satqı müqaviləsinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və texniki pasportların etibarsız hesab edilməsi, miras əmlaka mülkiyyət hüququnun tanınmasıtələbinə dair” iddiası qismən əsaslıdır və birinci instansiya məhkəməsi həmin iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları və işdə olan sübutların tədqiqi əsasında müəyyən edilmişdir ki, Bаlаkən rаyоnu Tülü kəndi ərаzisində yerləşən ümumi sahəsi 122.20 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X11 adına, evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsi isə ümumi-birgə mülkiyyət hüququ ilə X24, X19, X14 və X17 adlarına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. X24 xx xxxxxx 2012-ci il tarixdə ölmüşdür. Cavabdeh3 tərəfindən sözügedən miras əmlaka xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmiş, orada xx.xx.2012-ci il tarixdə ölmüş X11 vərəsələri X19, X14 və Cavabdeh2 qeyd edilmişdir. Həmin şəhadətnamə əsasında Bаlаkən rаyоnu Tülü kəndi ərаzisində ümumi sahəsi 0,25 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 122.20 kv/metr olan fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 4/12 hissəsi X8, fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 4/12 hissəsi X3, fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 1/12 hissəsi Cavabdeh2, habelə torpaq sahəsinin 3/12 hissəsi X17 adlarına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2017-ci il tаrixdə Cavabdeh2 adına RX seriyаlı ******* №-li Çıxаrış verilmişdir. Bundan sonra xx xxxx 2017-ci il tarixdə Cavabdeh3 Cavabdeh2 ilə Cavabdeh1 arasında AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 0.25 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 1/12 - 0.0208 ha hissəsini Cavabdeh1 satmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-199/2018 saylı qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2V-51 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, miras qalmış əmlakın X12, X19, X14 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməsi qət edilmişdir. İddiaçı işin qeyd edilən hallarına və Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2V-51 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsinə əsaslanaraq bu şəhadətnaməyə əsasən verilmiş sənədlərin və həmin sənədlər arasında bağlanmış alqı-satqı müqaviləsinin də etibarsız hesab edilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İş materiallarından göründüyü kimi, Balakən rayonunun Tülü kəndində yerləşən 0,25 ha ölçüdə torpaq sahəsi ümumi paylı mülkiyyətdə olmaqla onun 1/12 hissəsi mərhum Cavabdeh2 məxsus olmuş və sonuncu mülkiyyətində olan hissəni xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinəəsasən Cavabdeh1 satmışdır. İddiaçı iddia tələbində həmin alqı-satqı müqaviləsinin və Dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsini tələb edərkən mübahisəli torpaq sahəsinin həmin paylı mülkiyyətin digər iştirakçısı, hazırda qəyyumu olduğu X13 təklif olunmamasını, Cavabdeh2 və başqalarının adlarına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməsini əsas göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsı qаnunvericiliyinin tərkib hissəsi olаn “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X44 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinəəsasən, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satışşərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzindəəldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, payı satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir. İddia tələbinin başlıca dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsi paylı mülkiyyətin digər iştirakçısı olan Təyyub Seyidova təklif olunmamış və onun satın almaqda üstünlük hüququ pozulmuşdur. İşdən görünür ki, Təyyub Seyidov fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan Balakən rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2016-cı il tarixli sərəncamı ilə qardaşı Cavabdeh2 onun üzərində qəyyum təyin edilmiş və ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payın kənar şəxsə satılmasına razılıq verilməsi barədə Təyyub Seyidovun adından tərtib olunmuş ərizə onun qəyyumu kimi Cavabdeh2 tərəfindən imzalanmışdır. Yəni Cavabdeh2 ümumi mülkiyyətdə olan torpaq sahəsindəki öz payını kənar şəxsə satmaq üçün qəyyum statusundan sui-istifadə etməklə qəyyumu olduğu Təyyub Seyidovun adından tərtib edilmiş razılıq ərizəsini də özü imzalamışdır. Lakin sonradan Cavabdeh2 özünün narkoloji dispanserdə qeydiyyatda olması müəyyən olunduğundan Balakən rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2017-ci il tarixli sərəncamı ilə Cavabdeh2 qəyyum vəzifəsindən azad edilmiş, hazırkı iş üzrə İddiaçı fəaliyyət qabiliyyəti olmayan qardaşı Təyyub Seyidova qəyyum təyin edilmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Şərh olunanlardan göründüyü kimi, Cavabdeh2 ilə Cavabdeh1 arasında mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanana qədər bu müqavilənin bağlanması mümkünlüyünü istisna edən hallar mövcud olmuş, həmin hallar nəzərə alınmadan müqavilənin bağlanması isə onun qanuniliyi və etibarlılığı üçün təhlükə yaratmışdır. Belə ki, əvvəla, mərhum Abducəlil Seyidovun vərəsələri müəyyən edilərkən onun oğlu, hazırkı iş üzrə İddiaçı vərəsəlik hüququ pozulmuş, digər vərəsələr (Cavabdeh2 və Rahilə Seyidova (üçüncü vərəsə Təyyub Seyidov fəaliyyət qabiliyyəti olmayandır)) bilə-bilə gizli surətdə onu vərəsəlikdən kənarlaşdıraraq notariat orqanından öz adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışlar (Həmin şəhadətnamə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir). Bundan sonra Cavabdeh2 ümumi mülkiyyətdə olan torpaq sahəsindəki öz miras payını satarkən həmin mülkiyyətin digər payçılarına münasibətdə Mülki Məcəllənin 218.1 və 218.2-ci maddələrinin tələblərini pozmuş, bu zaman həm də özünün qəyyum statusundan sui-istifadə etmişdir. Bundan əlavə, Cavabdeh2 ümumi mülkiyyətdə olan torpaq sahəsindəki miras payını naturada ayırmadığı halda digər payçılarla razılaşdırmadan sərhədlərini öz istəyi ilə müəyyən etdiyi miras torpaq payını (mübahisəli torpaq sahəsini) kənar şəxsə satmış, bununla həmçinin Mülki Məcəllənin 215.4-215.6-cı maddələrinin tələblərini pozmuşdur. Bundan əlavə, iddiaçı da vərəsələr sırasına daxil ediləndən sonra mərhum Abducəlil Seyidovun vərəsələrinin sayı 4 nəfər olmuş və bu zaman mərhumun ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payından (0,0625 ha) hər vərəsəyə çatası mirasın ölçüsü 0,0156 ha təşkil etmişdir. Buna qədər isə 3 nəfər vərəsədən hər birinə miras olaraq 0,0208 ha torpaq sahəsi çatmış, Cavabdeh2 da həmin ölçüdə öz torpaq payını Cavabdeh1 satmışdır. Göründüyü kimi, Cavabdeh1 vərəsə Cavabdeh2 aid olmayan 0,0052 ha artıq torpaq sahəsi satılmışdır ki, həmin torpaq sahəsi də digər vərəsələrə, o cümlədən iddiaçıya məxsusdur. İddiaçı isə atadan miras qalmış əmlakın (o cümlədən torpaq sahəsinin) hər hansı hissəsinin kənar şəxsə (Cavabdeh1) satılması ilə razılaşmır. Qeyd edilən qanun pozuntularının mövcudluğu şəraitində mübahisəli torpaq sahəsinin Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsini qanuni və etibarlı əqd kimi qiymətləndirmək qeyri-mümkündür. Bu əqd üzrə Cavabdeh1 hətta, vicdanlı əldə edən hesab olunması halında belə, mübahisəli torpaq sahəsinin onun mülkiyyətinə keçməsi azı başqa iki nəfərin (İddiaçı və Təyyub Seyidovun) vərəsəlik və mülkiyyət hüquqlarını pozmuş olacaqdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin mərhum Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmasına dair müqavilənin etibarsız hesab edilməsi barədəİddiaçıtələbi qanuni və əsaslı olduğundan birinci instansiya məhkəməsi həmin tələbi təmin etməkdə haqlı olmuş və düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında Cavabdeh1 mübahisəli torpaq sahəsini qaytarmağa etiraz etmədiyini, lakin aldığı torpaq sahəsinə görə Cavabdeh2 4.500 manat pul ödədiyini, alqı-satqının və mülkiyyət hüququnun rəsmiləşdirilməsi, plan-ölçü sənədinin tərtib olunması işlərinə isə təxminən 500 manat xərc çəkdiyini bildirərək həmin xərclərin ona ödənilməsini tələb etmişdir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu normaya müvafiq olaraq Cavabdeh1 etibarsız hesab edilən əqd üzrə çəkdiyi xərcləri tələb etməkdə haqlıdır. Lakin, onun mübahisəli torpaq sahəsini aldığı və alqı-satqı müqaviləsinə görə 4.500 manat pul ödədiyi Cavabdeh2 vəfat etmişdir. Belə olduğu halda mərhum Abducəlil Seyidovdan miras qalmış torpaq sahəsinin (0,0625 ha) oğlu Cavabdeh2 çatan hissəsi (0,0156 ha) sonuncunun vərəsələrinə (həyat yoldaşı və üç övladına) keçməlidir. İşdən göründüyü kimi, mərhum Cavabdeh2 vərəsələri (X16, X25, X30, X42) onun tərəfindən miras torpaq sahəsinin Cavabdeh1 satılması və sonuncuda qalması ilə razıdırlar. Yaranmış vəziyyətdə Cavabdeh1 mərhum Cavabdeh2 vərəsələrindən ya Cavabdeh2 mübahisəli torpaq sahəsinə görə ödədiyi pulu, ya da onlara Cavabdeh2 miras qalmış torpaq sahəsini (0,0156 ha) tələb edə bilər. Lakin hazırkı icraat çərçivəsində iddia tələblərindən kənara çıxıb bu məsələni həll etmək mümkün deyildir. Əks halda MPM-in 218.3-cü maddəsinin tələbi pozulmuş olar. Eləcə də, apelyasiya icraatında yeni iddiaçının tanınması və yeni cavabdehlərin cəlb edilməsi yolverilməzdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək mərhum Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X43 tərəfindən X11 adına verilmiş RX seriyalı ******* №-li, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* №-li və Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ların etibarsız hesab edilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etməkdə haqlı olmuş, işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-18/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-18/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar