Məhkəmə qərarları › İş №2(107)-701/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-701/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-701/2020 24.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh1 vəkili X2 iştirakı ilə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1053/2018 saylı qiyabi qətnaməsi ilə Cavabdeh1 qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla 325000 (üç yüz iyirmi beş min) rubl məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı1 verilməsi qət edilmişdir. Cavabdeh1 qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ilə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1053/2018 saylı qərardadı ilə ərizəsi rədd edilmişdir. Cavabdeh1 Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1053/2018 saylı qərardadından şikayət vermiş və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)- 1158/2019 saylı qərardadı ilə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1053/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1053/2018 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi ilə bağlı ərizənin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, Ağsu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadı ilə ərizəsi təmin edilməmişdir. Cavabdeh1 Ağsu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadından şikayət vermiş və Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2464/2019 saylı qərardadı ilə Ağsu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1053/2018 saylı qiyabi qətnaməsindən apelyasiya şikayəti vermişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmış və cavabdehə qərardadda göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh1 yenidən Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)- 1053/2018 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadı (hakim Namidar Misirzadə) ilə Cavabdeh1 Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1053/2018 saylı qiyabi qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmişdir. Cavabdeh1 Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)- 1053/2018 saylı qərardadından şikayət vermişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X3 şikayətin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərаrdаdının ləğv edilməsini və apelyasiya şikayətinin baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apelyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (Mülki Prosessual Məcəlləsinin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» xx xxxx 2003cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 Ağsu rayonu, Kəndoba səndində qeydiyyatdadır. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1053/2018 saylı qiyabi qətnaməsi xx xxxxxxxx 2018-ci il tarixdə Cavabdeh1 qeydiyyatda olduğu Ağsu rayonu, Kəndoba kəndindəki ünvanına poçt vasitəsilə göndərilmiş və xx xxxxxxxx 2018-ci il tarixdə atası Gülyar Mirzəyev tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Mülki proses tərəflərinin məhkəmə aktlarından şikayət vermək hüququ olsa da, bu hüquq digər şəxslərin hüquqlarının pozmaqla həyata keçirilməməlidir. Heç bir kəs öz hüququndan sui-istifadə edərək digərlərinin hüquqlarını poza bilməz. Qanunvericiliyin tələblərinə əsasən şəxslə birgə yaşayan ailə üzvləri dedikdə-şəxsin əri, arvadı, valideynləri, uşaqları başa düşülür. Qətnamənin olduğu zərfin təqdim edildiyi şəxs isə Cavabdeh1 ailə üzvü sayıldığından məhkəmə kollegiyasl həmin qətnamənin Cavabdeh1 xx xxxxxxxx 2018-ci il tarixdə çatmasını qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası, Cavabdeh1 qətnaməni almadığı barədə bağlı fikri ilə razılaşmır. Göründüyü kimi Cavabdeh1 Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1053/2018 saylı qiyabi qətnaməsini aldığı gündən 1 (bir) ay müddətində apelyasiya şikayəti verməli olmasına baxmayaraq buna riayət etməmiş və qətnamədən apelyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi tələbi əsassızdır. Cavabdeh1 apelyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra vermiş və müddətin bərpası ilə bağlı əsaslı hallar yoxdur. Beləliklə, iddiaçının sözügedən qətnamədən xəbərdar olmaması barədə bəyanı həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq ötürülmüş prosessual müddəti bərpa etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. X5 Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-1053/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar